Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1296/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyanın təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinə (hazırda Dövlət S osial Müdafiə Fondunun 10 saylı Regional ərazi filialı) qarşı “dövlət qulluqçusu kimi ona yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2022-ci il tarixli, 2-1(103)-1163/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 769450 nömrəli diploma əsasən müəyyən edilmişdir ki, İddiaçı 1972-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və 1976-cı ildə əməyin iqtisadiyyatı ixtisası üzrə tam kursu bitirmişdir.
2. BH 033460 nömrəli hərbi bilet ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur.
3. Naxçıvan M uxtar Respublikası Dövlət Arxivinin xx.xx.2000-ci il tarixli, 13/513 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1977-ci ilin yanvar ayından 1980-ci ilin iyuna ayına qədər X6 Komitəsində böyük iqtisadçı, 1980-ci ilin iyun ayından xx.xx.1989-cu ilə qədər şöbə müdiri, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək təlimatçı işləmiş, xx.xx.1991-ci il tarixdə Naxçıvan MR Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini vəzifəsinə təyin edilmiş, xx.xx.1991-i il tarixdə Naxçıvan MR Kənd Təsərrüfatı və Ərzaq Naziri təyin edilmiş, xx.xx.1993-cü il tarixdə işdən azad edilmiş, 1993-cü ilin iyun ayından 1994-cü ilin noyabr ayına qədər Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri vəzifəsində işləmişdir (əsas: əmr kitabları). Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı Nax çıvan MR Kənd Təsərrüfatı Nazirliyində, Naxçıvan MSSR X11 Komitəsində, X6 Komitəsində işlədiyi və aylar üzrə əmək haqqı aldığına dair arayış təqdim edilmişdir.
4. Azərbaycan Beynəlxalq Bankı İnsan Resurslarının idarə edilməsi departamenti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 40-4896/2021 nömrəli arayışla müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1995-xx.xx.1999-cu il tarixlərdə "xxxx" ASC-nin Naxçıvan şöbəsinin müdiri vəzifəsində işləmiş və son bir il ərzində aylıq əmək haqqı aşağıda göstərilən kimi olmuşdur: mart 1988-500000, aprel 1998-500000, may 1998-500000, iyun 1998-500000, iyul 1998-500000, avqust 1998-500000, sentyabr 1998-500000, oktyabr 1998-500000, noyabr 1998-500000, dekabr 1998-500000, yanvar 1999500000 və fevral 1999-500000 manat.
5. Azərbaycan Beynəlxalq Bankı Hüquq depa rtamenti tərəfindən təqdim olunmuş “Azərbaycan Respublikası Beynəlxalq Bankı” X2 25 oktyabr 1995-ci il tarixli, 279k saylı və 31 mart 1999-cu il tarixli, 29 saylı əmrləri ilə müəyyən edilmişdir ki, 25 oktyabr 1995-ci il tarixli, 279k saylı əmrlə X8 heyətinin 1995-ci il 20 oktyabr tarixli qərarına (protokol №44) uyğun olaraq İddiaçı Azərbaycan Respublikası X3 şöbəsinin müdiri vəzifəsinin icraçısı təyin edilmiş, 31 mart 1999-cu il tarixli 29 saylı əmrlə tutduğu vəzifədən azad edilmişdir.
6. Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən 19 may 2021-ci il tarixli, 02/55 nömrəli məktubla təqdim olunmuş Naxçıvan MR Kənd Təsərrüfatı və Ərzaq nazirinin 17 iyul 1991-ci il tarixli 04 №-li və 12 may 1993-cü il tarixli 16n №-li əmrləri ilə müəyyən edilmişdir ki, 17 iyul 1991-ci il ta rixli 04 №-li əmrlə İddiaçı 17 iyul 1991-ci il tarixdən Naxçıvan MR Kənd Təsərrüfatı və Ərzaq nazirinin müavini vəzifəsinə təyin edilmiş, 12 may 1993-cü il tarixli 16n №-li əmri ilə Naxçıvan MR Kənd Təsərrüfatı və Ərzaq naziri İddiaçı işdə yol verdiyi nöqsanlara görə Naxçıvan MR Ali Məclisi sədrinin 10 aprel 1993-cü il tarixli, 36-Xİİ №-li fərmanı ilə tutduğu vəzifədən azad edilmişdir.
7. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
8. Cavabdeh 18 mart 2021-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qay daları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”) tələblərinə uyğun qaydada Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala şəxsiyyət vəsiqəsinin surətinin, ümumi iş stajını təsdiq edən sənədlərin əsillərinin (əmək kitabçası, həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq edən sənəd və s.) və pensiyanın təyin edilməsi ilə bağlı ərizənin təqdim edilməsi zəruridir. Eyni zamanda onun dövlət qulluqçusu kimi işlədiyi son 24 ayı və ya ardıcıl 60 ayı ərzində əmək haqqı barədə müvafiq dövlət orqanının arayışı təqdim edilməlidir. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə əmək kitabçası təqdim edildikdən sonra baxılacağı bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci in stansiya məhkəməsində icraat
9. İddiaçı 30 aprel 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın yuxarıda göstərilən məzmunda verdiyi cavab məktubu onun Konstitusiyanın 38-ci maddəsi ilə təsbit olunmuş sosial təminat hüququnu pozur. Əmək kitabçası itdikdə işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 7-ci bəndinə uyğun olaraq işçi axırıncı iş yerinə müraciət etməklə onun dublikatını ala bilər. Əgər işçinin 25-30 illik əmək stajı olan kitabçasının itməsindən söhbət gedirsə və həmin şəx sin əvvəl işlədiyi müəssisələr bağlanmışlarsa, bununla bağlı arxiv sənədləri mövcuddursa, həmin sənədlər arxiv idarəsində saxlanılır. Arxiv sənədlərinin saxlanması isə 75 ilə qədər nəzərdə tutulur. Arxiv sənədləri mötəbər sənəd olmaqla itmiş, yanmış, məhv olmuş sənədlərin sübutu və bərpası üçün əsasdır.
11. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi məsələsinə baxılmasından imtina etməmiş, əksinə müvafiq sənədlərin əsillərini tam şəkildə təqdim etdikdən sonra ona güzəştli pensiya təyinatının aparılması məsələsinə baxılacağını bildirmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən iddiaçının müraciətinə verilən cavab imtina kimi qəbul edilə bilməz. Göründüyü kimi, iddiaçı tərəfindən pensiya təyin edilməsi məsələsinin yoxlanılması üçün zəruri olan dövlət qulluqçusu kimi işlədiyi müddətin son 24 ayı və ya ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqı barədə müvafiq dövlət orqanının arayışı və əmək kitabçasının əsli cavabdehə təqdim edilməmişdir. Buna görə də pensiya təyin edilməsi məsələsinin yoxlanılması qeyri-mümkündür.
12. Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2-1(112)-6225/2021 nömrəli qərarı (hakim A.P.Oruczadə) ilə iddia təmin edilmiş, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
13. Birinci instansiya məhk əməsi hesab etmişdir ki, iddiaçı X6 Komitəsində 1977ci ilin yanvar ayından 1980-ci ilin iyun ayına qədər böyük iqtisadçı, 1980-ci ilin iyun ayından xx.xx.1989-cu ilə qədər şöbə müdiri, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək təlimatçı, xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Naxçıvan MR Kənd Təsərrüfatı və Ərzaq Naziri vəzifəsində, 1993-cü ilin iyun ayından 1994-cü ilin noyabr ayına qədər Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri vəzifəsində işləmişdir. İş materiallarında olan arxiv sənədlərindən, hərbi bilet və təhsil haqqında diplomdan müəyyən edilmişdir ki, iddiaçının ümumilikdə 25 ildən çox sosial sığorta stajı vardır. Həmçinin, arxiv sənədlərindən aydın olmuşdur ki, 15 ildən çox dövlət qulluğu stajı vardır. Göründüyü kimi, iddiaçı Azərbaycan Res publikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısında göstərilən vəzifələrdə işləməklə 15 ildən artıq dövlət qulluğu stajına malik olmuşdur. İddiaçının 65 yaşı tamam olduğundan qüvvədə olan qanunvericilik normalarına əsasən dövlət qulluqçusu kimi yaşa görə pensiya almaq hüququ da yaranmışdır. Həmçinin məh kəmə cavabdehin iddiaçının 1977-1994-cü illər üzrə sığorta stajının əmək kitabçasında öz əksini tapmamasına dair dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizəsi işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdir də həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şübhə altına alınması məntiqə uyğun deyildir. Ona görə də məhkəmə iddiaçının 1977-1994-cü illərdə işlədiyinə dair arxiv arayışında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövr iddiaçının əmək stajına daxil edilməlidir.
14. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2022-ci il tarixli, 2-1(103)-1163/2022 nömrəli qərarı (hakimlər X4 -sədrlik edən və məruzəçi, X5 və X1) ilə Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəmə si birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, qanunvericiliyə əsasən dövlət qulluqçusu kimi qulluq stajına əlavə almaq üçün ən az 15 il dövlət qulluğunda staj tələb olunur. İddiaçı tərəfindən dövlət qulluğu stajının yoxlanılması üçün zəruri sənədlərin əsli təqdim edilmədiyi üçün onun 15 il dövlət qulluğu stajının olub-olmamasını yoxlamaq mümkün olmamışdır. kassasiya şikayətinə etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Dövlət qulluğu haqqında” Qanun Maddə
23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur.... 23.4. Dövlə t qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Maddə 32-1. Dövlət qulluğunda olmanın yaş həddi 32-1.1. Dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir.... 21. “Əmək pensiyaları haqqında” Qanun Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardı mçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla);... 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvac ibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının mə bləği arasındakı fərq qədər əlavə ödənilir....
22. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”... Azərbaycan Kommunist Partiyasının Naxçıvan Vilayət Komitəsinin Aparatında instruktor-Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Aparatında böyük məsləhətçi; Azərbaycan SSR (Naxç ıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında nazir, dövlət komitəsinin sədri-Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) mərkəzi icra hakimiyyəti orqanlarının aparatında aparatın rəhbəri; Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında nazirin birinci müavini, müavini, dövlət komitəsi sədrinin birinci müavini, müaviniAzərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) mərkəzi icra hakimiyyəti orqanlarının aparatında müvafiq olaraq Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının aparatın rəhbərinin müavini, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanının aparatında təminedici şöbənin müdiri; Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında baş idarə, aparıcı idarə, şöbə rəisi, Azərbaycan SSR Dö vlət Plan Komitəsinin işlər müdiri, Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) mərkəzi icra hakimiyyəti orqanlarının aparatında təminedici şöbənin müdiri; Azərbaycan Kommunist Partiyasının Naxçıvan Vilayət Komitəsinin Aparatında instruktor-Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Aparatında böyük məsləhətçi; Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında baş mütəxəssis (iqtisadçı, maliyyəçi, hüquqşünas, mühasib və digər), iqtisadi müşavir, məsləhətçi, rəhbərin köməkçisi-Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) mərkəzi icra hakimiyyəti orqanlarının aparatında böyük məsləhətçi vəzifələrinə uyğunlaşdırılmışdır.
23. İnzibati Prosessual Məcəllə Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali M əhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikay ət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
25. Apellyasiya məhkəməsinin qərarı b ütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlər in təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından dövlət qullu qçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçının tələb olunan iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Əlavə olaraq məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əmək stajının yalnız əmək kitabçasına əsasən müəy yən edilməsi qanunvericilikdə imperativ qayda kimi nəzərdə tutulmamışdır. İddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilikdə əmək stajının digər sənədlərə, o cümlədən arxiv arayışlarına əsasən müəyyən edilməsi qaydası da təsbit edildiyindən cavabdehin kassasiya şikayətinin bununla bağlı dəlilləri əsassızdır.
31. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, analoji işlərə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə, dövlət arxiv orqanları tərəfindən verilmiş arxiv arayışları mötəbər sübut kimi qəbul olunur. Bu yanaşma əmək pensiyaları haqqında qanunvericiliyin məqsədlərinə də uyğundur. Eyni zamanda nəzərə alınmalıdır ki, həm arxiv arayışındakı məlumatlar, həm də əmək kitabçasında qeyd edilən məlumatlar eyni mənbə sənədlərinə (məsələn, müvafiq qurumun əmrlərinə) əsaslanır, yəni hər iki sənəddə nəzərdə tutulan məlumatların mənbəyi eyni ilkin sənədlərdir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-2197/2020 nömrəli qərarı).
32. Nəzərə almaq lazımdır ki, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması üçün yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin (yaş həddi, dövlət qulluğu stajı ilə bağlı) iddiaçı tərəfindən ödənildiyi iş üzrə materiallarla tam təsdiq olunur. Odur ki, iddiaçı ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır.
33. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
34. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 aprel 2022-ci il tarixli, 21(103)-1163/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.