Məhkəmə qərarları › İş №2-1(102)-1296/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1296/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1296/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı Quba-Xaçmaz filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı Qub a-Xaçmaz filialına qarşı “18 oktyabr 1971-ci il tarixdən 04 noyabr 1998-ci il tarixə kimi işlədiyi müddətin və 04 iyul 1974-cü il tarixdən 15 iyun 1976-cı il tarixə kimi keçmiş Sovet ordusu sıralarında xidmət etdiyi dövrün sığorta stajı kimi nəzərə alınması və ona 20 avqust 2020ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-125/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı məxsus əmək kitabçasında onun xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.x x.1979-cu il tarixədək işlədiyi, xx.xx.1979-cu ildən işə qəbul olunduğu qeyd edilmişdir.

2. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət-texniki peşə təhsili komitəsi tərəfindən verilmiş 500 saylı attestatın surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Quba rayon 3 №-li kənd texniki peşə məktəbini İİİ sinif traktorçumaşınçı ixtisası üzrə oxumuşdur.

3. İddiaçıya məxsus hərbi biletin surətindən görünür ki, İddiaçı 04 iyul 1974-cü il tarixdən 15 iyun 1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur.

4. Azərbaycan Respublikasının Dövlət X1 xx.xx.2021-ci il tarixli, 846a saylı arxiv arayışında Quba rayonu “Şərq” meyvəçilik sovxozunun əmək haqqı cədvəllərinə əsasən İddiaçı 1971-1997-ci illərdə aldığı əmək haqlarının aylar üzrə məbləği qeyd edilmişdir.

5. Azərbaycan Respublikasının Dövlət X1 xx.xx.2021-ci il tarixli, 846 saylı arxiv çıxarışından görünür ki, İddiaçı Quba rayonu “Şərq” meyvəçilik sovxozunun 14 oktyabr 1972-ci il tarixli, 200 nömrəli əmri ilə ərizəsinə əsasən traktor parka çilingər qəbul edilmiş, 06 iyul 1974-cü il tarixli, 165 nömrəli əmr ilə hərbi xidmətə çağırıldığı üçün işdən azad edilmiş, 30 iyun 1976-cı il tarixli, 148 saylı əmr ilə kombayner təyin edilmiş, 30 avqust 1979-cu il tarixli, 187 saylı əmr ilə işdən azad edilmiş, 26 mart 1979-cu il tarixli, 73 saylı əmr ilə ərizəsinə əsasən avtoparka ehtiyat sürücü qəbul edilmiş, 27 yanvar 1997-ci il tarixli, 15 saylı əmr ilə öz hesabına məzuniyyətə buraxılmışdır.

6. Azərbaycan Respublikası Dövlət X1 6 iyun 2022-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, Şərq s ovxozunun 1996-cı ilin əmək haqqı cədvəlləri 2001-ci ildə filiala təhvil verilib. 1996-cı ilin əmək haqqının hesablanması cədvəlində İddiaçı adı qeyd olunmuş, lakin adının qarşısında əmək haqları haqqında məlumat yoxdur. Şərq sovxozu 04 noyabr 1998-ci il tarixədək fəaliyyət göstərmişdir. Sənədlərdə İddiaçı 1996-1997-ci illərdə ödənişsiz məzuniyyətdə olması haqqında məlumat aşkar edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, 18 oktyabr 1971-ci il tarixdən 04 noyabr 1998-ci il tarixə kimi işlədiyi müddəti və 04 iyul 1974-cü il tarixdən 15 iyun 1976-cı il tarixə kimi keçmiş Sovet ordusu sıralarında xidmət etdiyi dövrün sığorta stajı kimi nəzərə alınması və iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirərək, 18 oktyabr 1971-ci il tarixdən 04 noyabr 1998-ci il tarixə kimi işlədiyi müddəti və 04 iyul 1974-cü il tarixdən 15 iyun 1976-cı il tarixə kimi keçmiş Sovet ordusu sıralarında xidmət etdiyi dövrün sığorta stajı kimi nəzərə alınması və iddiaçıya 20 avqust 2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 10 sentyabr 1971-ci il tarixdə 3 saylı peşə-texniki məktəbinə daxil olmuş, 14 sentyabr 1972-ci il tarixdə təhsilini başa vurmuş və 14 oktyabr 1972-ci il tarixdə keçmiş Quba rayonu “Şərq” meyvəçilik sovxozunda traktorçu-maşinist vəzi fəsinə qəbul edilmişdir və 06 iyul 1974-cü il tarixdə ordu sıralarına çağırıldığı üçün işdən azad olunub, 06 iyul 1974-cü il tarixdən 15 iyun 1976-cı il tarixə kimi keçmiş Sovet ordusu sıralarında hərbi xidmətdə olmuş və hərbi xidmətdən qayıtdıqdan sonra 05 iyul 1976-cı il tarixdə Quba rayonu “Şərq” meyvəçilik sovxozunda kombayner köməkçisi vəzifəsinə təyin olunaraq 04 noyabr 1998-ci il tarixə kimi müxtəlif vəzifələrdə işləmişdir. Hal-hazırda yaşı çatdığı üçün hüquqmüəyyənedici sənədlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun publik hüququ şəxsin 2 saylı regional ərazi filialına müraciət edərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Qeyd olunan təşkilat özünün 20 oktyabr 2021-ci il tarixli məktubu ilə onun 25 il sığorta stajı və ya fərdi hesabında pensiya kapitalı olmadığını əsas gətirərək ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmiş, lakin iddiaçı qeyd olunan imtina ilə razılaşmır, ona görə də məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının əmək kitabçasında 26 mart 1979-cu il tarixdə işlədiyi dövr qeyd edilmişdir, sonradan işlədiyi dövrlər və işdən azad olunması barədə əmrlər əmək kitabçasında qeyd edilmədiyi üçün cavabdeh təşkilata təqdim etdiyi X4 filialının 17 sentyabr 2021-ci il tarixli 846 və 846 №li axtarışı ilə olan dövrü nəzərə alınmamış və ona əsassız olaraq yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişlər. Belə ki, onun ərizəsinə əlavə etdiyi 19 oktyabr 1972-ci il tarixli əmək kitabçasından və X5 filialının 17 sentyabr 2021-ci il tarixli 846 və 846 №-li arayışları nda aşkar olur ki, 26 ildən artıq sığorta stajı vardır. Ərizəsinə əlavə etdiyi 04 iyul 1974-cü il tarixli hərbi biletdən aşkar olur ki, o, 04 iyul 1974-cü il tarixindən 15 iyun 1976-cı il tarixə kimi keçmiş Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur.

10. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin xx.xx.2021-ci il tarixli, **********3 nömrəli məktub ilə iddiaçının tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun: 1. xx.xx.1971-xx.xx.1972-ci illərdə 3 nömrəli texniki peşə mə ktəbində təhsil aldığı müddət (1 il); 2. xx.xx.1974-xx.xx.1976-cı illərdə Sovet ordusu sıralarında hərbi xidmət keçdiyi müddət (1 il 11 ay 22 gün); 3. xx.xx.1972-xx.xx.1997-ci il tarixinədək Quba rayonu “Şərq” meyvəçilik sovxozunda işlədiyi müddət (19 il 9 ay - 1972-ci ildə 3,ay, 1974-cü ildə 6 ay, 1976-cı ildə 6 ay, 1977-ci ildə 10 ay, 1978-ci ildə 8 ay, 1979-cu ildə 10 ay, 1984-cü ildə 11 ay, 1985-ci ildə 11 ay, 1986-cı ildə 10 ay, 1995-ci ildə 6 ay və 13 tam il (1973, 1980-1984 və 1987- 1994-cü illər) ümumilikdə 22 il 8 ay 12 gün sosial sığorta stajı mövcuddur ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət etmir.

11. X4 filialının xx.xx.2021-ci il tarixli, 846 nömrəli arxiv çıxarışı ilə iddiaçıya məxsus əmək kitabçası arasında ziddiyyətlər mövcuddur. Belə ki, idd iaçıya məxsus əmək kitabçası xx.xx.1972-ci ildə açılmışdır. Halbuki, arxiv çıxarışına əsasən iddiaçı ilə bağlı ilk əmr xx.xx.1971-ci il tarixli 215 nömrəli əmrdir. Həmin əmrlə “Şərq” meyvəçilik sovxozunun direktoru S.İlyasov iddiaçının Quba rayon 3 nömrəli peşə texniki məktəbin 1 illik traktoristmaşinist şöbəsində oxumağa göndərib. Halbuki, həm arxiv çıxarışında, həm də əmək kitabçasında qeyd edildiyi kimi iddiaçı xx.xx.1972-ci ildə “Şərq” meyvəçilik sovxozuna işə daxil olmuşdur. İddiaçının işə daxil olma qeydinin özündə də ziddiyyət mövcuddur. Belə ki, arxiv arayışına əsasən iddiaçı 200 nömrəli əmrlə traktor parka çilingər vəzifəsinə, əmək kitabçasına əsasən isə 162 nömrəli əmrlə traktorçu-maşinist vəzifəsində işləməyə başlamışdır. Göründüyü kimi, əmrlərin tarixi eyni olsa da, onların nöm rələri və məzmunları bir-birinə ziddir.

12. Bundan başqa arxiv çıxarışında mövcud olmuş, lakin əmək kitabçasında qeyd edilməmiş əmrlər də mövcuddur. Məsələn, arxiv çıxarışına əsasən iddiaçı xx.xx.1974-cü il tarixli 156 nömrəli əmrlə müvəqqəti olaraq kombayn köməkçisi təyin edilmiş, xx.xx.1974-cü il tarixli 165 nömrəli əmr (əmək kitabçasında 164 nömrəli əmr) ilə hərbi xidmətə getməsi ilə əlaqədar tutduğu vəzifədən azad olunmuşdur. Lakin xx.xx.1974-cü il tarixli 156 nömrəli əmrlə iddiaçının başqa vəzifəyə keçirilməsi ilə bağlı qeyd əmək kitabçasında öz əksini tapmamışdır. Həmçinin iddiaçının xx.xx.1976-cı il tarixli 147 nömrəli əmr ilə həmin sovxoza “kombayner” təyin edilməsi ilə bağlı qeyd də əmək kitabçasında mövcud olmayan digər bir qeyddir. Arxiv çıxarışındakı növbəti qeyd iddiaçının x x.xx.1976-cı il tarixli, 151 nömrəli əmri ilə “kombayner köməkçisi” vəzifəsinə təyin edilməsi ilə bağlıdır. Halbuki, əmək kitabçasından iddiaçının xx.xx.1976-cı il tarixli 155 nömrəli əmrlə sovxoza “traktorçu maşinist” vəzifəsinə işə qəbul edildiyini görmək mümkündür. Göründüyü kimi, istər əmrin nömrəsi, istərsə də iddiaçının tutduğu vəzifə arxiv çıxarışı və əmək kitabçasında fərqli yazılmışdır. Həmçinin, arxiv çıxarışına əsasən yuxarıda sözügedən əmrlərin hamısı sovxozun direktoru S.İlyasov tərəfindən imzalanmışdır. Lakin əmək kitabçasında sözügedən qeydlər kadr müfəttişi S.Musayev tərəfindən imzalanmışdır. İddiaçı mexanizator oxumağa getməsi ilə əlaqədar “Şərq” meyvəçilik sovxozundakı işindən müvəqqəti olaraq azad olunmuşdur.

13. Belə ki, iddiaçının işdən çıxması arxiv çıxarışında xx.xx. 1979-cu il tarixli 187 nömrəli əmr ilə, əmək kitabçasında isə xx.xx.1978-ci il tarixli, 187 nömrəli əmrilə rəsmiləşdirilmişdir. Əmək kitabçasına əsasən iddiaçı xx.xx.1978-ci il tarixli, 17/M nömrəli əmr ilə 1735 nömrəli avtokolona işçi təyin edilmiş və 3-cü dərəcəli sürücü kurslarına oxumağa göndərilmiş, xx.xx.1979-cu il tarixli 18/M nömrəli əmrlə kursları bitirməsi ilə bağlı işindən azad olunmuşdur. Sözügedən qeyd arxiv çıxarışında əks olunmamışdır. Həm də xx.xx.1979-cu il tarixli 187 nömrəli əmrlə sovxozdan işdən çıxarılma əmrində iddiaçının mexanizator oxumağa getməsi qeyd olunsa da əmək kitabçasına əsasən iddiaçı 3-cü dərəcəli sürücü kurslarına oxumağa getmişdir. Əmək kitabçasındakı sonuncu qeyd iddiaçının xx.xx.1979- cu il tarixli, 73 nömrəli əmr ilə sovxoza sürücü qəbul edilməsi ilə bağlıdır. Həmin qeyd arxiv çıxarışında da qeyd edilmişdir. Lakin arxiv çıxarışında mövcud olan növbəti qeydlər əmək kitabçasında öz əksini tapmamışdır. Arxiv çıxarışındakı növbəti qeyd xx.xx.1995-ci il tarixli, 30 nömrəli əmr ilə iddiaçının çilingər keçirilməsi ilə bağlıdır ki, həmin qeyd də əmək kitabçasında əks olunmamışdır. Arxiv çıxarışındakı sonuncu qeyd isə iddiaçının xx.xx.1997-ci il tarixində 15 nömrəli əmr ilə öz hesabına 1995-ci ildə 39 təqvim günü məzuniyyətə buraxılması ilə bağlıdır. İddiaçının işdən azad olunması ilə bağlı hər hansı məlumat nə arxiv çıxarışında, nə də əmək kitabçasında öz əksini tapmamışdır.

14. Arxiv çıxarışına əsasən aqrar islahat komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı protokolu ilə Quba rayonu “Şərq” meyvəçilik sovxozunun fəaliyyətinə xitam veril mişdir. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir.

15. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-501/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim L.E.Mirzəyeva) iddia təmin edilərək, İddiaçı 20 avqust 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı Quba-Xaçmaz filialının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.

16. Məhkəmə qeyd etmişdir ki, arxiv arayışında və arxiv çıxarışında iddiaçının “Şərq” meyvəçilik sovxozunun müvafiq əmrləri ilə işə qəbul edildiyi, vəzifəsini dəyişdiyi, öz hesabına məzuniyyətə bu raxıldığı tarixlər və işlədiyi illərə görə aldığı əmək haqqının aylar üzrə məbləği öz əksini tapmışdır. Beləliklə həmin arxiv arayışı və arxiv çıxarışı ilə iddiaçının işdən çıxması barədə məlumat olmasa belə, onun hansı tarixlərdə işlədiyi əmək haqqı aldığı aylar və müvafiq əmrlərlə öz təsdiqini tapır.

17. Bundan əlavə cavabdehin traktor parkda çilingər vəzifəsində, əmək kitabçasında isə traktorçu-maşinist vəzifəsində işləməsinə dair qeydlərlə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının qeyd olunan sənədlərdə işlədiyi vəzifənin adının tam olaraq düzgün qeyd edilməməsi, vəzifə adında ziddiyyətin olması, işlədiyi dövrün onun stajı kimi nəzərə alınmasından imtina üçün əsas ola bilməz. Çünki yuxarıda da qeyd olunduğu kimi onun həmin dövrlərdə işləyərək əmək haqqı alması dövlə t arxivinin arayışı ilə təsdiq olunur.

18. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

19. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-125/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər: F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.T.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə y eni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın əlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti... Maddə

22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi il ə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Maddə

23. Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə a lınması üçün iş stajı: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir.

26. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutul muş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməs inin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. X3 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətini n dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəm əsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

33. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

34. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iki şərt tələb olunur: 1) şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; 2) fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması.

35. İddiaçının xx.xx.1972-xx.xx.1997-ci illərdə Quba rayon “Şərq” m eyvəçilik sovxozunda işlədiyi dövrlər, təhsil aldığı və hərbi xidmətdə olduğu dövr nəzərə alındıqda onun 25 ildən artıq sosial sığorta stajı vardır.

36. Cavabdeh tərəfindən tələb olunan 25 il sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olmadığından yaşa görə pensiya təyin edilməsindən imtina edilmişdir. 37. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən Şikayətin dəlillərini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir və belə olan halda, arxiv arayışı ilə əmək kitabçası arasında müəyyən uyğunsuzluqların olması işçinin işləməməsi anlamına gəlməməlidir və bu əsasa görə işçinin konstitusion hüququ olan sosial təminat hüququnun təmin edilməməsi digər mötəbər sübutlara əsaslanmalıdır. İddiaçı tərəfindən təqdim edilən arxiv arayışlarındakı məlumatların həqiqətə uyğun olmadı ğı sübuta yetirilmədiyindən mötəbər hesab olunur.

40. Bununla yanaşı məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1- ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

41. Beləliklə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya həm in pensiyanın təyin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır.

42. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-125/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar