Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1296/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: reyestrdən çıxarışın və texniki pasportun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 10.05.2024 hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103) 2624/2023 nömrəli, 8 dekabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 75 b №-li yaşayış evinin 12 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 916 saylı reyestr kitabının 137501-ci səhifəsində 30/137501 № ilə xx.xx.1998-ci ildə qeydə alınmışdır.
2. Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev № 75 b, 12 №-li mənzildə eyvanın çıxardılmasının sxem təklifi Binəqədi Rayon İcra Hakimiyyətinin Baş Memarı tərəfi ndən təsdiq olunmuşdur.
3. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 113 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanına dair eskiz layihə tərtib və təsdiq olunmuşdur.
4. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq, Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim olunmuş Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının “Y.Hüseynov küçəsi 75b №-li evin 12 №-li mənzilində yaşayan İddiaçı eyvanının genişləndirilməsinə icazə verilməsi haqqında” 1065 №-li, 10 dekabr 1993-cü il tarixli sərəncamının surətinə əsasən, Y.Hüseynov küçəsi 75b №-li evin 12 №-li mənzilində yaşayan İddiaçı razılaşdırılmış layihə sənədləri əsasında, eyvanının genişləndirilməsinə icazə verilməsi; vətəndaş İddiaçı eyvanın tikintisinin təsdiq edilmiş layihə əsasın da aparılmasının tapşırılması; sərəncamın yerinə yetirilməsində nəzarəti Binəqədi rayon icra Hakimiyyəti Başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsinə və RPİ-nin sahə müvəkkilinə həvalə edilməsi qərara alınmışdır.
5. İddiaçı reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.
6. Cavabdeh tərəfindən verilmiş cavab məktubuna görə, ünvan 2 ünvanında yerləşən əlavə tikilinin çıxarışa salınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ərizəsinə baxılmışdır. Mənzilə bitişik əlavə tikili inşa edilmiş və bu tikiliyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən əlavə tikilinin çıxarışa salınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Sonradan iddiaçı iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı, 080393 №-li “Qeydiyyat vəsiqəsi”nə əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 4 ünvanında yerləşən 12 №-li mənzilə dair mülkiyyət hüququnun Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 1065 №-li sərəncamı əsasında əlavə inşa olunmuş 16 kv.metrdən ibarət olan eyvan tikilisi nəzərə alınmaqla yenidən xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və buna dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsində ünvan 3 ünvanında yerləşən əlavə tikilinin çıxarışa salınması ilə bağlı daxil olmuş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli ərizəyə baxılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********21 saylı bildirişi ilə ərizənin icrasından imtina etmişdir. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1065 nömrəli, xx.xx.1993- cü il tarixli ünvan 6 ünvanında yaşayan “İddiaçı eyvanının genişləndirilməsinə icazə verilməsi haqqında” Sərəncamından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, B iləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 75b saylı evin, 12 saylı mənzilində onunla razılaşdırılmış layihə sənədləri əsasında eyvanının genişləndirilməsinə icazə verilmiş, ona eyvanının tikintisinin təsdiq edilmiş layihə əsasında aparılması tapşırılmışdır. Bununla bağlı, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 75b saylı evin, 12 saylı mənzilinə dair Binəqədi rayonu 113 saylı MKİS tərəfindən tərtib edilmiş Eskiz Layihəsi təsdiq edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Seriya MH 080393 nömrəli, Qeydiyyat vəsiqəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 75b saylı evin, 12 saylı mənzili onun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 916 nömrəli Reyestr kitabında 137501-ci səhifədə, N30/137501 nömrə ilə 05 mart 1998-ci il tarixdə qeydiyyata alınmışdır.
10. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı müvafiq tələblə bağlı ********** daxilolma nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Sərəncamın araşdırılması zamanı məlum olmuşdur ki, mənzilə bitişik ölçüsü 16 kv.m olan əlavə tikili inşa edilmiş və bu tikiliyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış, bununla bağlı iddiaçıya xx.xx.2022-ci il tarixli, **********21 nömrəli məktub ünvanlanmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmaya n və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Bu obyektlərə mənzillər arası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəz ərdə tutulmuş torpaq sahəsi aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5030/2023 nömrəli, 25 aprel 20 23-cü il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmiş, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı, 080393 №-li “Qeydiyyat vəsiqəsi”nə əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ünvan 4 ünvanında yerləşən 12 №-li mənzilə dair onun mülkiyyət hüququnun Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 1065 №- li sərəncamı əsasında əlavə inşa olunmuş 16 kv.metrdən ibarət olan eyvan tikilisi nəzərə alınmaqla yenidən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının “Y.Hüseynov küçəsi 75b №-li evin 12 №-li mənz ilində yaşayan İddiaçı eyvanının genişləndirilməsinə icazə verilməsi haqqında” 1065 №-li, 10 dekabr 1993-cü il tarixli sərəncamı ilə Y.Hüseynov küçəsi 75b №-li evin 12 №-li mənzilində yaşayan İddiaçı razılaşdırılmış layihə sənədləri əsasında, eyvanının genişləndirilməsinə icazə verilmişdir. Belə olan halda iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmış "mənzilə bitişik əlavə tikilinin (eyvan) qeydiyyata alınması təmin olunmalıdır.
13. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlər (sərəncam, qeydiyyat vəsiqəsi, sxem və s.) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1 -ci maddələrinə əsasən mənzil üzərində əlavə tikili nəzərə alınmaqla iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmal ıdır.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2624/2023 nömrəli, 8 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: P.Hüseynov /sədrlik edən və məruzəçi/, C.Yusifov və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasların dairəsi konkret olaraq müəyyən edilmişdir. İddiaçı mənzilinə bitişik olaraq əlavə tikilmiş eyvan daxil olm aqla mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etsə də, həmin əlavə tikiliyə (16 kv.m eyvan) mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas olan hüquqmüəyyənedici sənədləri (tikilinin layihəsi, texniki rəy, istismara icazə sənədi və s.) həm cavabdeh inzibati orqana, həm də məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, mənzilin birinci mərtəbədə yerləşməsi və həmin yerdə eyvanın nəzərdə tutulmaması qeyd olunan eyvanın tikilməsi nəticəsində digər mənzil mülkiyyətçilərinin eyvanın əhatə etdiyi torpaq sahəsindən istifadə hüquqlarını məhdudlaşdırır. Belə ki, həmin torpaq sahəsi mənzillərin hissəsi olmamaqla bütün mülkiyyətçilərə məxsusdur və həmin torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən sübut da məhkəməyə təq dim edilməmişdir.
17. Məhkəmə kollegiyası sadalananlara məcmu halda qiymət verərək bu nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuni və əsaslı olmuşdur.
18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1065 nömrəli, xx.xx.1993cü il tarixli ünvan 3 ünvanında yaşayan İddiaçı “eyvanının genişləndirilməsinə icazə verilməsi haqqında” Sərəncamından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 75b saylı evin, 12 saylı mənzilində yaşayan İddiaçı razılaşdırılmış layihə sənədləri əsasında eyvanının genişləndirilməsinə icazə verilmiş, İddiaçı eyvanının tikintisinin təsdiq edilmiş layihə əsasında aparılması tapşırılmışdır.
20. Bununla bağlı, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 75b saylı evin, 12 saylı mənzilinə dair Binəqədi rayonu 113 saylı MKİS tərəfindən tərtib edilmiş Eskiz Layihəsi təsdiq edilmişdir.
21. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Seriya MH 080393 nömrəli, Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 75b saylı evin, 12 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 916 nömrəli Reyestr kitabında 137501-ci səhifədə, N3 0/137501 nömrə ilə 05 mart 1998-ci il tarixdə qeydiyyata alınmışdır.
22. İlk öncə bildirir ki, iddiaçı mənzil üzərində mövcud mülkiyyət hüququnu təsdiq edən sənədləri, o cümlədən icra hakimiyyəti tərəfindən verilmiş sərəncamı və İcra hakimiyyəti tərəfindən təsdiq olunmuş sxem-təklifı əlavə tikilinin qeydiyyata alınması məqsədilə cavabdehə təqdim etmişdir.
23. İddiaçı sözügedən daşınmaz əmlak üzərində hüququnun qeydi ilə bağlı ona Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsi qüvvədədir və ləğv edilməmişdir ki, bu da həmin sənədin etibarl ı hüquqi qüvvəsinin olduğunu deməyə əsas verir. 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar öz əksini tapmışdır ki, hazırkı iş iddia üzrə imtina üçün əsas ola biləcək hər hansı hal mövcud deyildir və mümkün bütün sənədlər təqdim edilmişdir.
25. Sadəcə apellyasiya instansiya məhkəməsi hüquqların dövlət qeydiyyatına alınması üçün qanunvericilikdə səbəb olan bütün halları sadalasa da, yekunda hansı əsaslara görə, iddianı rədd etməsini əsaslandırmamışdır. Çünki qeyd edilən Qanunun 14 və 15-ci maddələrində imtina əsasları konkret sadalansa da, bu iş üzrə həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir.
26. Bütün yuxarıda göstərilənlərə əsasən kassasiya şikayət ində, apellyasiya məhkəməsinin 8 dekabr 2023-cü il tarixli qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU
28. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçini n bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məh kəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məlum olduğu kimi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iş üzrə qəbul etdiyi 2-1(103)-2624/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5030/2023 nömrəli, 25 aprel 2023-cü il tarixli qərarının ləğv ed ilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, iddianın təmin edilməməsi nəticəsinə gələrkən belə hesab etmişdir ki, qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasların dairəsi konkret olaraq müəyyən edilmişdir. İddiaçı mənzilinə bitişik olaraq əlavə tikilmiş eyvan daxil olmaqla mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etsə də, həmin əlavə tikiliyə (16 kv.m eyvan) mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas olan hüquqmüəyyənedici sənədləri (tikilinin layihəsi, texniki rəy, istismara icazə sənədi və s.) həm cavabdeh inzibati orqana, həm də məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, mənzilin birinci mərtəbədə yerləşməsi və həmin yerdə eyvanın nəzərdə tutulmaması qeyd olunan eyvanın tikilməsi nəticəsində digər mənzil mülkiyyətçilərinin eyvanın əhatə etdiyi torpaq sahəsindən istifadə hüquqlarını məhdudlaşdırır. Belə ki, həmin torpaq sahəsi mənzillərin hissəsi olmamaqla bütün mülkiyyətçilərə məxsusdur və həmin torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən sübut da məhkəməyə təqdim edilməmişdir.
32. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi sözügedən nəticə ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisənin hallarını tam və hərtərəfli araşdırmamış, buna görə yanlış və əsassız məhkəmə qərarı qəbul etmişdir.
33. Belə ki, yuxarıda artıq göstərildiyi kimi, apellyasiya məhkəməsi xx.xx.2023-cü il tarixli qərarında yazmışdır ki, “iddiaçı həmin əlavə tikiliyə (16 kv.m. ey van) mülkiyyət hüquqlarının sənədləri (tikilinin layihəsi, texniki rəy, istismara icazə sənədi və s.) həm cavabdeh inzibati orqana, həm də məhkəməyə təqdim edə bilməmişdir.”
34. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında yazdığı qənaət, apellyasiya instansiyası məhkəməsinin həmin qərarında özünün müəyyən etdiyi işin halları ilə təkzib olunur və onlara uyğun gəlmir.
35. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 080393 №-li qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 75b №-li yaşayış evinin 12 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 916 saylı reyestr kitabının 137501-ci səhifəsində 30/137501 № ilə xx.xx.1998-ci ildə qeydiyyat aparılmışdır.
36. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 75b nömrəli evin 12 nömrəli mənzilinə (yeni qaydalarla AZ1117, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci Biləcəri küçəsi, 18, M1, m2) İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə, ********** qeydiyyat nömrə si ilə qeydiyyata alınmışdır.
37. Eyni zamanda apellyasiya məhkəməsinin özü tərəfindən müəyyən edilmişdir ki, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev № 75 b, 12 №-li mənzildə eyvanın çıxardılmasının sxem təklifi Binəqədi Rayon İcra Hakimiyyətinin Baş memarı tərəfindən təsdiq olunmuşdur.
38. Bununla yanaşı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 113 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanına dair eskiz layihə tərtib və təsdiq olunmuşdur.
39. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının “Y.Hüseynov küçəsi 75b №-li evin 12 №-li mənzilində yaşayan İddiaçı eyvanının geniş ləndirilməsinə icazə verilməsi haqqında” 1065 №-li, 10 dekabr 1993-cü il tarixli sərəncamına əsasən, Y.Hüseynov küçəsi, 75b №-li evin, 12 №-li mənzilində yaşayan İddiaçı razılaşdırılmış layihə sənədləri əsasında, eyvanının genişləndirilməsinə icazə verilməsi; vətəndaş İddiaçı eyvanın tikintisinin təsdiq edilmiş layihə əsasında aparılmasının tapşırılması; sərəncamın yerinə yetirilməsinə nəzarəti Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsinə və RPİ-nin sahə müvəkkilinə həvalə edilməsi qərara alınmışdır.
40. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin özü tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan eyvanın çıxardılmasının sxem təklifi Binəqədi Rayon İcra Hakimiyyətinin Baş memarı, yəni səlahiyyətli şəxs tərəfindən təsdiq olunmuş, Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti 113 saylı Mənzil Kommunal İstismar sahəsi, yəni səlahiyyətli orqan tərəfindən ünvan 2 ünvanına dair eskiz layihə tərtib və təsdiq edilmiş, eyni zamanda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının, yəni səlahiyyətli dövlət orqanının “Y.Hüseynov küçəsi, ev 75b, 12№-li mənzilində yaşayan M.M.Nursultanova eyvanın genişləndirilməsinə icazə verilməsi haqqında” 1065 №-li, 10 dekabr 1993-cü il tarixli sərəncamı ilə Y.Hüseynov küçəsi, ev 75b, 12№-li mənzilində yaşayan M.M.Nursultanova razılaşdırılmış layihə sənədləri əsasında eyvanın genişləndirilməsinə icazə verilmiş, M.M.Nursultanova eyvanın tikintisinin təsdiq edilmiş layihə əsasında aparılması tapşırılmışdır.
41. Lakin apellyasiya məhkəməsi inzibati mübahisəni həll edərkən sadalanan mötəbər sübutları nəz ərə almamış və onlara hüquqi qiymət verməmişdir.
42. Həmçinin qeyd edilməlidir ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən, ünvan 2 ünvanına cavabdehin mütəxəssisləri tərəfindən baxış keçirilmiş, icazəsiz tikili olaraq mənzilə bitişik St/a=16.0 kv.m əlavə tikilinin inşa edildiyi müəyyən edilmişdir.
43. Burada məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, yuxarıda sadalanmış mötəbər sənədlər işdə olduğu halda, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müayinə (baxış) aktında 16,0 kv.m. əlavə tikilinin, yəni eyvanı n, hansı səbəbə görə “icazəsiz tikili olaraq” adlandırılması apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır.
44. Həmçinin qeyd edilməlidir ki, apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, “eyvanın tikilməsi nəticəsində digər mənzil mülkiyyətlərinin eyvanın əhatə etdiyi torpaq sahəsindən istifadə hüquqlarını məhdudlaşdırır. Belə ki, həmin torpaq sahəsi mənzillərin hissəsi olmamaqla, bütün mülkiyyətçilərə məxsusdur.”
45. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin bu qənaəti sadəcə deklarativ xarakter daşıyır, hər hansı bir sübutlarla öz təsdiqini tapmamış, başqa sözlə, həmin istiqamətdə də apellyasiya məhkəməsi tərəfindən heç bir araşdırma aparılmamışdır.
46. Bundan başqa, işdə “digər mənzil mülkiyyətçilərinin”, onların sözüg edən eyvanın əhatə etdiyi torpaq sahəsindən istifadə hüquqlarının məhdudlaşdırılması ilə bağlı hər hansı bir rəsmi müraciət mövcud deyildir.
47. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında cavabdehin apellyasiya şikayətinin təsviri hissəsinə aid qismində yazılmışdır ki, “mənzilə bitişik, binanın konturundan kənar ölçüsü 16 kv.m. olan əlavə tikili inşa edilmiş və bu tikiliyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir”.
48. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli eyvanla bağlı yuxarıda artıq göstərilmiş mötəbər sübutlar olduğu təqdirdə, cavabdehin apellyasiya şikayətində olan bu ziddiyyətləri apellyasiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmamış, eyni zamanda lazım olduğu halda, mü vafiq ekspertizanın təyin edilməsi baxımından sözügedən məsələ müzakirə predmeti olmamışdır.
49. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 8 dekabr 2023-cü il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2624/2023 nömrəli, 8 dekabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.