Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1297/2022 26.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dayandırılmış əmək pensiyasının bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1964, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial M üdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “dayandırılmış əmək pensiyasının bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-383/2022 nömrəli, 03 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya 05 iyul 2005-ci il tarixdə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmiş, buna müvafiq olaraq cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 23 avqust 2005-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 9 №-li Xəzər Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 08 aprel 2014-cü il tarixli, SER TSE-01№ 355462 nömrəli rəyə əsasən iddiaçıya ikinci qrup ümumi səbəbdən, müddətsiz əlillik təyin edilmişdir.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 2 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 05 avqust 2020-ci il tarixli, **********5 №-li məktubda qeyd edilmişdir ki, iddiaçı “Esosial” portalına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Bakı Ərazi Şöbəsindən 31 may 2020-ci il tarixədək ikinci qrup əlilliyinə görə əmək pensiyası almışdır.
4. Cavabdeh inzibati orqan tərəf indən əlilliyə görə pensiya ödənişləri 04 iyun 2020-ci il tarixdən isə dayandırılmış və dayandırılmasının səbəbi kimi iddiaçıya 08 aprel 2014-cü il tarixdən 1 il müddətinə əlilliyin təyin edilməsini göstərmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 04 iyun 2020-ci ildən dayandırılmış əlilliyə görə pensiyanın həmin tarixdən bərpa edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiа onunla əsaslandırılmışdır ki, 05 iyul 2005-ci ildə iddiaçıya 2-ci dərəcə əlillik təyin edilmiş, 08 aprel 2014-cü ildən isə əlillik müddətsiz müəyyən edilmişdir. 04 iyun 2020- ci il tarixdən iddiaçının pensiyası dayandırılmış və o, rəsmi müraciət etdikdən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən “Pensiya” altsistemində 08 aprel 2014-cü ildə əlilliyin müddəti 1 il elektron qaydada qeyd olunduğu üçün dayandırılmış və rəsmi olaraq DSMF-nin Bakı şəhəri 2 saylı Xidmət Nümayəndəliyinə müraciət edilməsi bildirilmişdir. İddiaçı texniki səhvin düzəldilməsi üçün cavabdehə müraciət etsə də, hal-hazıra kimi pensiyası bərpa edilməmişdir. 9 nömrəli Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən Forma № TSEK-2 355462 saylı arayışda 08 aprel 2014-cü il tarixdə keçirilən müayinənin növbəti keçmə tarixi “müddətsiz” qeyd olunmuş və imzamöhürlə də təsdiq edilmişdir.
7. Cavabdeh tərəfindən iddiaya dair etiraz təqdim edilməmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3671/2021 nömrəli, 30 iyun 2021-ci il tarixli qərarı ilə (hakim Ş.A.Həsənova) iddia tələbi təmin edilərək iddiaçının 04 iyun 2020-ci il tarixdən dayandırılmış əlilliyə görə əmək pensiyasının həmin tarixdən bərpa edilməsi və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya 05 iyul 2005-ci il tarixdə təyin edilmiş əlillik 18 aprel 2014-cü il tarixədək hər il müayinə aktlarına əsasən uzadılmış və sonuncu dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 9 №-li Xəzər Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 08 aprel 2014cü il tarixli, SER TSE-01№ 355462 nömrəli rəyə əsasən iddiaçıya 2-ci dərəcəli əlillik müddətsiz təyin edilmişdir. Həmin rəyə əsasən də cavabdeh inzibati orqan tərəfindən 04 iyun 2020-ci il tarixədək iddiaçıya pensiya ödənişləri həyata keçirilmişdir. 9 №-li Xəzər Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş iddiaçının əlilliyinin müddətsiz müəyyən edilməsinə dair 08 aprel 2014-cü il tarixli, SER TSE-01№ 355462 nömrəli rəyin ləğv edilməsi barədə hər hansı sübut isə məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, iddiaçıya 08 aprel 2014-cü il tarixli, SER TSE- 01№ 355462 nömrəli rəy əsasında təyin edilmiş əlillik ləğv edilmədiyi halda onun pensiyasının cavabdeh inzibati orqan tərəfindən dayandırılması qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddi a tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-383/2022 nömrəli, 03 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər C.A.Yusifov /sədrlik edən və məruzəçi/, V.Ə.Baxışova və E.E.Nağıyeva) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3671/2021 nömrəli, 30 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması ilə qərar qəbul edilməsini xahiş etmişdir. KASS ASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçının əlillik müddəti elektron qaydada dayandırıldığı üçün əlilliyə görə əmək pensiyasının verilməsi də dayandırılmışdır. İddiaçı 31 may 2020-ci ilədək ikinci qrup əlilliyə görə əmək pensiyası almışdır. Həmin tarixdən əlilliyə görə əmək pensiyasının ödənilməsi dayandırılmışdır.
15. Əlilliyin qiymətləndirildiyi TSEK tərəfindən verilmiş məlumatlar əsasında pensiyanın verilməsi dayandırıldığına görə iddiaçının oğlu Vəlican Rəcəbov anası ilə bağlı müraciətlər edərək anasının əlilliyinin müddətsiz olduğunu bildirmişdir.
16. Halbuki “Təkrar əlilliyin təyini üzrə müayinə iclaslarının protokol kitabında (2 nömrəli)” 15-ci sırada qeydiyyatı aparılmış iddiaçının müayinəsi barədə 14 saylı BŞX-dan göndərilməs i, 1009 saylı aktla aprel ayının 8-də İİ dərəcə əlilliklə ümumi xəstəlik səbəbindən müddəti “1 il” olmaqla “əməyə q/d” olmaması barədə məlumatlar mövcuddur. 17. “Əlillik altsistemi”ndə və qeydiyyat kitabında olan məlumatlarla iddiaçının oğlunun əlillik müddəti ilə bağlı dedikləri arasında uyğunsuzluq olduğuna görə əyani müayinədən keçməsi üçün göndəriş verilmiş, lakin iddiaçı əyani müayinədən keçmədiyi üçün onun şəhadətləndirilməsi mümkün olmamışdır. 18. 04 iyun 2020-ci il tarixdən etibarən iddiaçının əlilliyə görə əmək pensiyası dayandırılmışdır. Buna səbəb kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının əlillik Alt Sistemində əlilliyin dayandırılması olmuşdur. Əlillik sistemdə dayandırıldığı üçün pensiya təyin edən cavabdeh orqan tərəfindən əlill iyə görə əmək pensiyasının ödənilməsi də dayandırılmışdır.
19. Əlilliyin səbəbi TSEK-in müvafiq qərarı ilə müəyyən edildiyindən və əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablandığından cavabdehin ikinci dərəcəli əlilliyə görə əmək pensiyasının dayandırılmasına səbəb iddiaçının sistemdə əlilliyinin dayandırılması olmuşdur. Bu səbəbdən də əlilliyin sistemdə hansı səbəbdən dayandırılması TSEK-in səlahiyyətləri daxilindədir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandı rılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Maddə
41. Əlilliyi olan şəxslərin əlillik müddətinin bitməsi ilə əlaqədar əmək pensiyasının ödənilməsinin dayandırılması və bərpa edilməsi Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 28.1. İnz ibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır:... 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati akt qəbul etmək vəzifəsi; Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
23. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşd ırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
28. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin mahiyyətcə apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək və onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq həmin qərarın təsdiqi ilə kifayətlənmək mümkündür. 29. “Əmək pensiyaları haqqında Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt (qər ar) qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt (qərar) qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur.
30. Hazırkı işin hallarından göründüyü kimi cavabdeh iddiaçıya daha əvvəl qərarla (inzibati aktla) təyin edilmiş əmək pensiyası üzrə ödənişi dayandırarkən qanunvericiliyin tələb etdiyi qaydada lazımi icraat aparmamış və hər hansı qərar (inzibati akt) qəbul etməmişdir.
31. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-383/2022 nömrəli, 03 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.