Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1297/2023 02.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü dərəcə əlilliyin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona 02 noyab r 2021-ci il tarixdən əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 dekabr 2022-ci il tarixli, 21(105)-584/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya ilk dəfə xx.xx.2015-ci il tarixdə cavabdeh tərəfindən “Digər dəqiqləşdirilməmiş səbəblərlə bağlı meningit” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi təyin olunmuşdur. Diaqnozun mətni: Digər dəqiqləşdirilməmiş səbəblərlə bağlı meningit, Serebral araxnoidit, hipertenzion sindrom və epitutmalarla. Kəskin serebrovaskulyar çatmamazlıq, kəskin ifadə olunmuş astenonevrotik sindrom. Boyun fəqərələrinin yayılmış osteoxondrozu, xroniki hepat oxolesistit, xroniki qastrit diaqnozu ilə Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2. “Digər dəqiqləşdirilməmiş səbəblərlə bağlı meningit”. 2. 2.11.2016-cı il tarixdə cavabdeh tərəfindən iddiaçıya “Digər dəqiqləşdirilməmiş səbəblərlə bağlı meningit” səbəbi ilə eyni diaqnoz əsasında beş il müddətinə əlillik dərəcəsi təyin olunmuşdur.
3. Daha sonra 1 nömrəli Sumqayıt şəhər xəstəxanası poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi (Forma 88) əsasında cavabdeh tərəfindən iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş və xx.xx.2021-ci il tarixdə “Xroniki meningit, Naməlum mənşəli ləng proqressivləşən gedişli xroniki meningit. (xx.xx.2021-ci il tarixli akademik M.Ə.Mirqasimov adına RKX-da 7972 nömrəli məsləhət vərəqəsinə əsasən) Ağırlaşma Ayaqaltı sinirin zədələnməsi. Hər iki ayaq pən cəsinin parezi. Ağırlaşma Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, Qabarıq asteno-nevrotik sindrom, tez-tez baş verən vegetativ-damar krizləri ilə; İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması Səbəb: son beş ildə stasionar müddəti yetərli deyil” səbəbi ilə əlillik dərəcəsinin təyin olunmasından imtina edilmişdir. 4. xx.xx.2022-ci il tarixli göndəriş (Forma 88) əsasında cavabdeh tərəfindən iddiaçının əlillik vəziyyəti yenidən qiymətləndirilmiş və xx.xx.2021-ci il tarixdə “G03.1 Xroniki meningit; Diaqnozun mətni: Xroniki meningit, Naməlum mənşəli ləng proqressivləşən gedişli xroniki meningit; İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Elektromioqrafiya müayinəsi ağırlaşmanı təsdiq etmir. Dəqiqləşdirilsin” səbəbi ilə əlillik dərəcəsinin təy in olunmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 02 noyabr 2021-ci il tarixdən əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixdə Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidmətinin 12 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən təkrar müayinənin nəticəsi olaraq ona 5 illik müddətinə (xx.xx.2021-ci ilədək) İİ dərəcəli əlillik təyin edilmişdir (TSEK-in diaqnozu: digər dəqiqləşdirilməmiş səbəblərlə bağlı meningit, Serebral araxnoidit, hipertenzion sindrom və epitutmalarla. Kəskin serebrovaskulyar çatışmazlıq, kəskin ifadə olunmuş asteno-nevrotik sindrom. Boyun fəqərələrinin yayılmış asteoxondrozu., xroniki hepatoxolesistit, xroniki qastrit). Daha sonra, təkrar müayinə zamanı ona bildirilmişdir ki, yenidən əlilliyin təyin edilməsi üçün o ambulator müalicədən keçməlidir. Bundan sonra, 4 nömrəli şəhər xəstəxanasında xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək ambulator müalicədə olmuşdur. Həmin müalicə zamanı da, səhhətində problemlər olduğu, başqa sözlə, əlillik təyin edilməsinə əsas verən xəstəliklər olduğu öz təsdiqini tapmışdır. Cavabdeh qurum tərəfindən xx.xx.2022-ci il tarixdə aparılan müayinə zamanı isə əlilliyin təyin edilməsindən imtina olunmuş, imtinanın əsası kimi isə dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması göstəri lmişdir. Onun xəstəlikləri (iddia ərizəsinə əlavə etdiyi sənədlərlə təsdiq olunur) əlillik almaq üçün əsasdır. Buna baxmayaraq, cavabdeh əsassız olaraq ona əlilliyin təyin olunmasından imtina etmişdir. Cavabdehin hərəkətləri qanunsuz və əsassız olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Cavabdeh iddia ərizəsinə etirazında, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsinə əsas verən göndərişin müvafiq tibb idarəsi tərəfindən əsassız rəsmiləşdirildiyini bildirərək, iddianın rədd olunmasını xahiş etmişdir.
8. Sumqayıt İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2-1(118)-1943/2022 nömrəli qərarı ilə (hakim C.B.Məmmədov) iddia təmin edilmiş, iddiaçıya 02 noyabr 2021-ci il tarixindən 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya tibb müəssisəsi tərəfindən təyin edilmiş “G03 kodu göstərilmiş xroniki meningit xəstəliyi “mərkəzi sinir sisteminin iltihabi xəstəliklər”nə aid edilmiş və həmin xəstəliyin 9 növü müəyyən edilmişdir. Sinir sisteminin digər xəstəliklərinə G40 kodu ilə göstərilmiş “epizodik və paroksizmal pozğunluqlara” aid edilmiş və həmin xəstəliyin 7 növü müəyyən edilmişdir. Göründüyü kimi, X1 G03 və G40 kodu altında göstərilmiş xəstəliklərin hər ikisi sinir sisteminin xəstəliklərinə aid edilmişdir və hər iki kod altında göstərilmiş xəstəliklər bir-birindən fərqlidir. Məhkəmə daha sonra göstərmişdir ki, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.1.2-ci bəndinə əsasən reyestrə daxil edil miş göndərişdə əlillik səbəbinin qeyd olunmasına baxmayaraq, əlilliyin təyin edilməsi üçün ambulator və ya stasionar müalicədə 6 aydan az müddətdə olması bəhanəsi ilə Agentlik tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Halbuki, Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına” dair Əsasnamənin 2.2.9-cü bəndində qeyd olunan xəstəliyi olan şəxslərə ikinci dərəcə əlillik təyin edilir və Agentlik həmin Əsasnamənin tələblərini yerinə yetirməyə borcludur.
10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(105)-584/2022 nömrəli qərarı ilə (hakimlər Z.T.Məmmədov-sədrlik edən, H.Ç.Babayeva və F.Ə. Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2-1(118)-1943/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
12. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONLARA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassaiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın və apellyasiya şikayətinin məzmununa əsaslanır. Kassasiya şikayətinə qarşı eti razın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə
4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə
6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanu nunun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi x əstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSE K 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
18. İnzibati Pros essual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmi n edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı ta m olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının əlillik dərəcəsinin bərpa olunması üçün tələb olunan əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışd ır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun sayılmalıdır. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən h üquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 dekabr 2022-ci il tarixli, 2-1(105)-584/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.