Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1298/2020 19.05.2020 ALİ MƏHKƏMƏ 2-1(102)-1298/20 Kasasiya şikayətinin mümkün sayılmaması barədə QƏRARDAD Bakı şəhəri 19 may 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Zakir Quliyev İddiaçı kasasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi: İddiaçı cavabdeh Abşeron rayon İcra Hakimiyyətinə qarşı Abşeron rayon İcra Hakimiyyətinin 13 fevral 2014-cü il tarixli, 58 saylı torpaq sahəsinin ayrılması barədə sərəncamın və bütün hüquq müəyyən edən sənədlərin ləğv edilməi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sumqayıtİnzibati-İqtisadi Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli, 2-1(85)2591/2018 nömrəli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Sumqayıt Apel yasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 dekabr 2019cu il tarixli, 2-1(105)-579/19 nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin 28 noyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 dekabr 2019cu il tarixli, 2-1(105)-579/19 nömrəli qərarından İddiaçı kasasiya şikayəti vermişdir. Kasasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, imzalanmamış və şikayətə vəkilin orderi əlavə edilməmişdir. Həmçinin kasasiya şikayəti prosessual müddət buraxılmaqla verilmiş və prosessual müddətin bərpası barədə ərizə (vəsatət) təqdim edilməmişdir. Bununla bağlı Ali Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsin in 13-cü maddəsinə müvafiq olaraq yardım edilmiş və göstərilən nöqsanları aradan qaldırmaq təklif edilmişdir. Lakin iddiaçı tərəfindən bu nöqsanlar aradan qaldırılmamışdır. Buna görə də iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti mümkün sayılmamalı, onun qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə görə kasasiya və əlavə kasasiya ş ikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.3-cü maddəsinə görə bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş şikayətin verilməsinin formasına və məzmununa dair tələblər, müvafiq prosessual qaydalar və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kasasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İPM-nin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kasasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə görə kasasiya müm kün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.3-cü maddəsini rəhbər tutaraq qərara aldı: İddiaçı kasasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. İş Sumqayıt Apelyasiya Məhkəməsinə geri qaytarılsın. Ali Məhkəmənin hakimi Zakir Quliyev
Məhkəmə qərarları › İş №2-1(102)-1298/2020
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1298/2020
19.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver