Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1298/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 Qulu qızının cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 Qulu qızının cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X6) “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanva r 2023-cü il tarixli, 21(103)-113/2023 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 43 nömrəli Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışlara əsasən, X7, İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı1 Qulu qızı və X6 ünvan 2 evdə qeydiyyatda olmaqla yaşamışlar.
2. Həmçinin adı çəkilən ünvanda X6 qeydiyyatda olmuş və onunla Bakı şəhər Cavabdeh arasında notariat qaydada xx.xx.2018-ci il kompensasiya müqaviləsi bağlanmışdır.
3. Həmin müqaviləyə əsasən X6 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar 39.666 manat məbləğində kompensasiya almaqla Bakı şəhər Cavabdeh xeyrinə imtina etmişdir. 4. "xxxx" MMC tərəfindən tərti b edilmiş 14 saylı Qiymətləndirmə Cədvəlindən görünür ki, ünvan 3 ünvanında yerləşən (4024/9 şərti kodu ilə işarələnmiş) “X8”na məxsus mülkiyyətdə və istifadədə olan daşınmaz əmlakın faktiki mövcud olan sahəsi, müstəqil qiymətləndirici qismində cəlb edilmiş "xxxx" MMC tərəfindən, həmin əmlakın 2018-ci il iyun ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla (Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2007-ci il tarixli 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20% və digər əlavələr nəzərə alınmaqla), ümumilikdə 39.666 manat məbləğində qiymətləndirilmişdir.
5. Bundan sonra iddiaçılar X7, X9, İddiaçı4, İddiaçı1 Qulu qızı və İddiaçı2 cavabdeh X5 qarşı iddia qald ıraraq qeydiyyatda olduqları ünvan 2 evin sökülməsinə görə Bakı şəhəri Cavabdeh tərəfindən cavabdehə ödənilmiş 39.666 manat məbləğində kompensasiyanın aralarında bərabər şəkildə 6 hissəyə bölünərək hər birinə 6.611 manat olmaqla, cəmi 33.055 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3858/2019 saylı 24 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11707/2019 saylı 26 noyabr 2019-cu il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3877/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
7. Bakı şəhəri Binəqədi r ayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 (iddiaçıların atası) xx.xx.2020-ci il tarixdə ölmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat 8. iddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi 9 saylı evin sökülməsinə görə Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti tərəfindən 39.666 manat məbləğində kompensasiyadan hər birinə 7.933,2 manat olmaqla, ümumilikdə, 31.732,8 manat məbləğində pul vəsaitinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişlər.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar ünvan 4 ünvanda bu günədək qeydiyyatdadırlar. Cavabdeh qeyd edilən ünvanda yerləşən evi sökməklə idd iaçıların mənzil, istifadə və sahiblik hüquqlarını pozmuşdur. Belə ki, Vidadi küçəsi, 9 saylı evin sökülməsinə görə cavabdeh tərəfindən evin qonşuluğunda yaşayan və bu evdə sadəcə formal qeydiyyatı olan şəxs X5 39.666 manat məbləğində kompensasiya ödənilmişdir. Bundan sonra müvafiq olaraq Yasamal rayon Məhkəməsində iddia qaldırılmış və məhkəmənin 2(004)-3858/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının hər biri ayrılıqda kompensasiya verilməsi ilə bağlı Cavabdehnə qarşı iddia qaldırmaq hüququ izah edilmişdir. Qeyd edilən qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmış və hazırki mübahisə üzrə preyudisial xarakter daşıyır. Beləliklə, mübahisənin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halları ünvan 6 ünvanında yerləşən evin Bakı səhər İcra Hakim iyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olması, Bakı səhəri 53 saylı notariat ofisində təsdiq edilərək reyestrdə 3M-07-1815 nömrə ilə qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli kompensasiya müqaviləsinə əsasən ünvan 6 ünvanında yerləşən evin X5 məxsus hissəsindən 39666 manat kompensasiya müqabilində Bakı səhəri Cavabdeh xeyrinə imtina edilməsindən ibarətdir. Göründüyü kimi, məhkəmənin gəlmiş olduğu nəticəyə əsasən Cavabdeh tərəfindən X5 ödənilmiş kompensasiya yalnız ona məxsus paya aid olmuşdur. Belə olduqda evdən istifadə hüquqları olan şəxslərin bərabər hüquq və vəzifələrə malik olmasına əsaslanaraq hər bir istifadəçinin eyni kompensasiya almaq hüququ vardır.
10. Cavabdeh iddia dair etiraz təqdim edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İK-nın 2(103)11707/2 019 saylı 26 noyabr 2019-cu il tarixli qətnaməsi, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İK-nın 18 avqust 2020-ci il tarixli 2(102)-3877/2020 nömrəli qərarı ilə X3, İddiaçı3, İddiaçı4, İddiaçı1 Qulu qızının və İddiaçı2 mübahisə predmeti olan evdə 1990-cı il tarixindən sonra yaşamamaları və başqa evə köçüb orda yaşamaları faktı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı “Məhkəmə qətnaməsi haqqında” Qərarına əsasən məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilm əzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mübahisə predmeti olan evin siyahıya alınma zamanı iddiaçıların həmin evdən uzun müddət ərzində yaşamadıqları, yaşayış yeri üzrə qeydiyyatlarının formal olması və bu səbəbdən də istifadə hüquqlarının olmaması üçün kompensasiya almaq hüququ (subyektiv hüquq) yaranmamışdır. Bu baxımdan Mülki Məcəllənin 35.1-ci, 351.3-cü maddələrinin, eyni zamanda, “İnzibati məhkəmə İcraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il 5 saylı qərarının tələblərinə əsasən iddiaçıların Cavabdehnə qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur.
11. Bakı İnzibati Məhkəməsinin 25 fevral 202 2-ci il tarixli, 2-1(112)-2394/2022 nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi 9 saylı evin sökülməsinə görə Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti tərəfindən 39.666 (otuz doqquz min altı yüz altmış altı) manat məbləğində kompensasiyadan hər birinə 7.933,2 manat olmaqla, ümumilikdə, 31.732,8 manat məbləğində pul vəsaitinin iddiaçılara ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
12. Məhkəmə hesab etmişdir ki, mülkiyyətçi olmasalar da, üçüncü şəxslə bərabər hüquqları olan iddiaçılara istifadələrində və sahibliyində olmuş, bununla bağlı əmlakın saxlanılmasını xərclərini çəkmiş şəxslər kimi yaşayış sahəsinə görə əvəz almaq hüququ tanınmalı olduğu halda iddiaçılar cavabdeh tərəfindən ödənilməli olan kompens asiya məbləğinin paylarına uyğun olan hissəsinin onlara deyil, üçüncü şəxsə ödənilməsinə dair cavabdehin hərəkətlərinin qanunsuz olduğunu iddia etməkdə haqlıdırlar. İddiaçıların evdən istifadə hüququ olduğu üçün kompensasiya almaq hüquqları Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3858/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tanınmış, lakin iddia tələbinin ona cavab verməli olmayan şəxsə yəni, X5 yönəlməsi qənaətinə gəlmişdir. Hazırki, tələblərində isə iddiaçılar iddia tələbinin yönəlməli olduğu Bakı şəhər Cavabdehndən kompensasiyanın onlara çatan paylarını haqlı olaraq tələb edirlər.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası mə hkəməsində birinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 yanvar 2023cü il tarixli, 2-1(103)-113/2022 nömrəli qərarı ilə (hakimlər: X.Cəmilova - sədrlik edən və məruzəçi, R.Səmədov və A.Oruczadə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2-1(112)-2394/2022 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki məhkəmə icraatı qaydasında baxılmış iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsində iddiaçıların mübahisəli evə istifadə hüquqlarının, dolayısı ilə əmlak hüquqlarının mövcudluğu müəyyən edilməmişdir. Əksinə, həmin məhkəmə qətnaməsində evin xüsusi mülkiyyətdə olmadığı, bu səbəbdən evin faktiki olaraq kimin sahibliyində və istifadəsin də olması yoxlanılaraq, həmin evdən istifadə edən şəxsin X4 olduğu, buna görə də müqavilənin onunla bağlanılaraq kompensasiyanın da ona ödənildiyi müəyyən edilmişdir.
16. Həmçinin apellyasiya məhkəməsi qeyd etmişdir ki, aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, iddiaçılar özlərinin də etiraf etdikləri kimi, üzün müddətdir ki (20 ildən çox) mübahisəli evdə yaşamamışlar, cavabdeh tərəfindən inzibati icraat aparılarkən yuxarıda adı çəkilən Qanunun tələblərinə uyğun olaraq evdə faktiki yaşayan şəxs (Arif Kərimov) müəyyən edilmiş, evə dair kompensasiyanın ödənilməsi ilə bağlı həmin 3-cü şəxslə müqavilə bağlanmış, həmin evə dair kommunal xərclərin iddiaçılar tərəfindən ödənilməsi isə iş materialları ilə təsdiq olunmur. O ki qaldı mübahisəli evin ayrıayrı vaxtlarda iddiaçılar tərəf indən başqa şəxslərin kirayəsinə verilməsinə, bu barədə də iddiaçılar müvafiq təsdiqedici sənədləri məhkəməyə təqdim edə bilməmişlər. iddiaçılar sökülməsinə görə kompensasiya tələb etdikləri evə həqiqətən də əmlak hüquqlarının olduğunu sübuta yetirə bilməmişlər. Həmçinin qeyd edilmişdir ki, iddiaçıların mübahisəli evə təkcə qeydiyyatlarının olması onların həmin evə reallıqda əmlak hüquqlarının mövcud olduğunu və buna görə də cavabdehdən kompensasiya tələb etmək hüquqlarının olduğunu ehtiva etmir.
17. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 1.1.1, 1.1.5, 1.1.6, 1.1.7, 3.1.1, 4.1, 4.2, 7, 23.1-ci maddələrinə istinad etmişdir.
18. İddiaçılar kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbi nin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
19. İddiaçılar kassasiya şikayətində qeyd etmişlər ki, mübahisələndirilən əmlaka münasibətdə üçüncü şəxslə bərabər hüquqları olan iddiaçılara istifadələrində və sahibliyində olmuş, bununla bağlı əmlakın saxlanılması xərclərini çəkmiş şəxslər kimi yaşayış sahəsinə görə kompensasiya almaq hüququ tanınmalı olduğundan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3858/2019 saylı 24 iyul 2019-cu il tarixli qətnaməsi ilə bu hüququn tanındığından cavabdeh tərəfindən ödənilməli olan kompensasiya məbləği üçüncü şəxslə yanaşı iddiaçılara da ödənilməlidir. Bu hüquq məhdudlaşdırıla bilməz. İddiaçılar qeyd edilən mənzildə doğulmuş və orada yaşamışlar. Mənzilə mülkiyyət hüquqlar ı qeydiyyata alınmadığından mübahisələr yaranmışdır. sahiblik və istifadə hüququndan məhrum edilmiş iddiaçılara kompensasiya ödənilməlidir.
20. İddiaçılar öz mövqelərini əsaslandırmaq üçün “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 1.1.1, 20.16-ci və MPM-in 88-ci maddəsinə istinad edilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Cavabdeh kassasiya şikayətlərinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2-1(103)-113/2022 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Maddə
1. Əsas anlayışlar... 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyy ən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması;... 1.1.5. alınan torpaq — bu Qanunun 19-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması barədə müvafiq qərar qəbul edilmiş torpaq; 1.1.6. kompensasiya — bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz; 1.1.7. siyahıya alınma tarixi — bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarix;... Maddə
3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1. Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; Maddə
4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı t orpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə
7. Alınmanın təsirinə məruz qalan şəxs 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüquq unu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Maddə
23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir:
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
24. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəmə sinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qa nunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından kompensasiyanın ödənilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Bununla belə, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
33. İşin müəyyən edilmiş hallarına görə, söküntüyə görə kompensasiya tələb olunan ev mərhum X1 olmuş, həmin evdə onun bacısının əri, yəni iddiaçıların atası X7 1973-cü ildən yaşamış, orada övladları (iddiaçılar) olmuş, bir müddət həmin evdə X7 ailəsi ilə birlikdə yaşamış, sonradan başqa yerə köçmüş, həmç inin həmin evdə X6 1984-cü ildən qeydiyyatda olmaqla yaşamışdır. Həmin əmlak cavabdeh inzibati orqan tərəfindən alınmaya məruz qalan əmlak kimi alınarkən yalnız üçüncü şəxs X6 evdə faktiki yaşayan şəxs kimi inzibati icraata cəlb olunmuş və həmin ev qiymətləndirildikdən sonra müvafiq kompensasiya məbləği məhz həmin şəxsə ödənilmişdir.
34. Həmçinin iş materialları ilə müəyyən olunur ki, iddiaçılar (həmçinin mərhum ataları Qulu Hüseynov) X5 qarşı kompensasiya məbləğinin aralarında bərabər bölünməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında iddia qaldırmışlar, lakin Yasamal Rayon Məhkəməsinin 2(004)-3858/2019 saylı 24 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, yuxarı instansiya məhkəmələri tərəfindən də həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır.
35. İddiaçılar isə mübahis ələndirilən evə əmlak hüquqlarının olmasını həmin evə qeydiyyatlarının olması və müəyyən dövrdə həmin evdə yaşamaları, kommunal xidmət haqlarını ödəmələri, başqa şəxslərin kirayəsinə vermələri ilə əsaslandırmışlar.
36. Məhkəmə kollegiyası qeyd edir ki, işin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçılar özlərinin də etiraf etdikləri kimi, üzün müddətdir ki (20 ildən çox) mübahisəli evdə yaşamamışlar, cavabdeh tərəfindən inzibati icraat aparılarkən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq evdə faktiki yaşayan şəxs (Arif Kərimov) müəyyən edilmiş, evə dair kompensasiyanın ödənilməsi ilə bağlı həmin şəxslə müqavilə bağlanmış, həmin evə dair kommunal xərclərin iddiaçılar tərəfindən ödənilməsi isə iş materia lları ilə təsdiq olunmur. Belə olan halda, iddiaçılar sökülməsinə görə kompensasiya tələb etdikləri evə həqiqətən də əmlak hüquqlarının olduğunu sübuta yetirə bilməmişlər.
37. Nəzərə almaq lazımdır ki, şəxs ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb etmək üçün ən azından belə tələb hüququna malik olmalıdır. Şəxsin qeyd olunan tələb hüququ qanuna və yaxud başqa normativ hüquqi və ya inzibati akta və ya müqaviləyə əsaslanmalı, onun qanuni mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir. Yalnız mülkiyyət və ya qanuni istifadə hüququna müdaxilə nəticəsində həmin hüququn pozulmasına görə vurulmuş ziyanın əvəzinin ödənilməsi tələb oluna bilər.
38. Beləliklə apellyasiya məhkəməsi iddiaçıların mübahisəli evə təkcə qeydiyyatlarının olması onların həmin evə reallıqda əmlak hüquqlarının mö vcud olduğunu və buna görə də cavabdehdən kompensasiya tələb etmək hüquqlarının olduğunu ehtiva etməməsi barədə düzgün nəticəyə gəlmişdir.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 21(103)-113/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.