Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1299/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: xx.xx.2017-ci il tarixədək yaranmış əmək pensiyası hüququnun təmin olunması; “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyasının ödənilməsi şərtlərini müəyyən edən müddəalarının xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızının və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun X1rşı “yaşa görə təyin edilmiş əmək pensiyası nın əvvəlki illər üzrə ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(103)495/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx xxx 2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, üç il əvvəlki müddət üçün fərq məbləği ona ödənilmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək xx xxxxxxx 2005-ci ildən xx xxx 2015ci ilədək əmək pensiyasının hesablanaraq ona ödənilməsini xahiş etmişdir.
3. Cavabdeh 2019-cu il 14 may tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrin ə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilməsi mümkündür. İddiaçının əmək pensiyasının keçmiş müddət üçün hesablanmış 14.079,42 manat məbləğində vəsait 2018-ci ilin iyun ayından etibarən hissə-hissə iddiaçının pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 2019-cu il 21 iyun tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona 2005-2015-ci illər üzrə əmək pensiyası hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona xx xxxxxxx 2005-ci ildən xx xxx 2015-ci ilədək əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən ona 2018-ci ilin 01 may tarixindən pensiya hesablanaraq ödənilir. Cavabdehə keçmiş illərin (20052015-ci illər) pensiyası üçün müraciət etdikdə onlar “Əmək pensiyası haqqında” Qanuna əsasən axırıncı üç ili verə biləcəklərini bildirmişlər və hal hazırda 2018-ci ildən əvvəlki 3 il üçün də ona pensiya hesablanıb ödənilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2005-ci ildən pensiya hüququnun olduğunu və məhkəmə aktının nəzərə alaraq 2005-2015-ci illər üçün də əmək pensiyası hesablanıb ödənilməsinə dair müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 21(81)-2853/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya xx xxxxxx 2006-cı il tarixdən xx xxx 2015-ci il tarixədək əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, xx xxxx 2017-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi müddətləri, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez ol mamaqla təyin edilir. İddiaçının pensiya hüququ 2005-ci ildə yarandığı nəzərə alındıqda yaranmış fərqin iddiaçıya həmin Qanunun qüvvəyə mindiyi vaxtdan, yəni xx xxxxxx 2006-cı il tarixindən ödənilməli olduğu halda, xx xxx 2015-ci il tarixindən ödənilmişdir.
10. İddiaçı həmin qərarı mübahisələndirməmişdir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-495/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmı şdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmənin qərarı “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1 və 37.7-ci maddələrinin tələblərinə ziddir. Diqqət edilməlidir ki, həmin maddələr hüququn yaranıb-yaranmaması ilə bağlı halları nizamlamır. Belə ki, hazırkı mübahisə pensiya hüququnun yaranıbyaranmaması ilə bağlı deyil. İddiaçının pensiya hüququna malik olduğunu heç kəs mübahisələndirmir. Həmin Qanunun 37.7-ci maddəsi də pensiya hüququnun qazanılıbqazanılmaması ilə deyil, pensiya hüququnun yaranmasına baxmayaraq alınmamış pensiya məbləğinin zaman baxımından məhdudlaşdırılması ilə bağlıdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları
16. Cavabdehin vəkili X7 xx xxxxxxxx 2020-ci il tarixli məhkəmə iclasında kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
17. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qəra r qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada): Maddə 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;... Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əs asında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının xx xxxx 2017-ci il tarixli 543VDQ №-li Qanunu: Maddə 1. (...) 1.93. 31.1-ci maddədən “heç bir müddət məhdudiyyəti olmadan” sözləri çıxarılsın; 1.94. 32.1-ci maddədən “əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla” sözləri çıxarılsın; 1.95. Aşağıdakı məzmunda 32.1-1-ci maddə əlavə edilsin: “32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən t ez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir.”;... 1.103. 37.7-ci maddədə “müddətindən asılı olmayaraq” sözləri “bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla” sözləri ilə əvəz edilsin; Maddə
2. Bu Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minir.
20. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal bax ımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
24. Cavabdeh iddiaçıya xx.xx.2018-ci il tarixdə əmək pensiyası təyin edildiyini, bu zaman iddiaçının əmək pensiyası hüququnun xx.xx.2017-ci il tarixdən əvvəl yarandığını və bu səbəbdən də təyin edilmiş pensiyanın son üç ilə görə ödənildiyini təsdiq edir. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş, bu qərarın 19-cu bəndində q eyd edilən müddəalarına istinadla hesab edir ki, təyin edilmiş pensiyanın son üç ildən əvvəlki dövr üçün ödənilməsi həmin normaların tələbinə ziddir.
25. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan mövqeyini iddiaçıya münasibətdə əsaslı hesab etmir. Belə ki, iddiaçının əmək pensiyası hüququ xx.xx.2017-ci il tarixdən əvvəl yaranmaqla yanaşı, o, bu hüququn reallaşdırılması üçün də həmin tarixdən əvvəl inzibati orqana müraciət etmişdir.
26. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət təkcə bilavasitə pensiya təyin edən orqana deyil, həm də əmək pensiyası hüququnun reallaşdırılması (pensiyanın təyin edilməsi və ya təyin edilmiş pensiyanın yenidən hesablanması) prosesində buna səlahiyyətli olan digər inzibati orqana – hazırkı halda, təminat xərcliyinə dair məlumatın verilməsi üçün qulluq etdi yi orqanın müvafiq qurumuna müraciətdən gedir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 3-cü bəndinə əsasən, bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pe nsiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir.
27. Normanın məzmunundan göründüyü kimi, təminat xərcliyinə dair məlumatlar əmək pensiyası hüququ yaranmış şəxslərin, həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında təqdim edilir.
28. İşdən göründüyü kimi iddiaçı ona əmək pensiyası təyin edilməsi məqsədi ilə təminat xərcliyi barədə məlumatın verilməsi üçün xidmət etdiyi orqanın müvafiq qurumuna – Daxili İşlər Nazirliyinə 2016-cı ildə müraciət etmiş, onun müraciəti təmin olunmadığından həmin orqana qarşı məhkəmədə iddia qaldırmış, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxx 2017-ci i l tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya pensiya təyin edilməsi üçün hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və X6 İş Departamentinə göndərməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
29. Beləliklə, iddiaçı xx.xx.2017-ci il tarixdən əvvəl inzibati orqana müraciət etmişdir. Həmin müraciət isə öz mahiyyətinə görə bilavasitə əmək pensiyası hüququnun reallaşdırılmasının tərkibi hissəsi olduğundan və iddiaçının sosial təminat hüququna təminat verən Dövlətin səlahiyyətli orqanına edildiyindən iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyasının ödənilməsi şərtlərini müəyyən edən müddəaları xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada tətbiq olunmalıdır.
30. Apellyasiya instansi yası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(103)-495/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov