Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1299/2023 24.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ya nında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2023-cü il tarixli, 2-1(105)-59/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsinin xx.xx.2005-ci il tarixli, 353 nömrəli rəyinə əsasən iddiaçıya fərdi mənzil tikintisi məqsədilə kəndin perspekti v inkişafına ayrılmış torpaqlardan 0,12 ha torpaq sahəsinin satılmasına etiraz edilmir.
2. Siyəzən rayonu Zarat Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 47 nömrəli qərarına əsasən bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan kəndin perspektiv torpaqlarından alqı-satqı qaydasında iddiaçıya həyətyanı məqsədilə 0,12 ha torpaq sahəsinin satılması qərara alınmışdır.
3. BFİ seriyalı 991820 nömrəli, xx.xx.2006-cı il tarixli kassa mədaxil orderin qəbzinə əsasən iddiaçı tərəfindən Siyəzən rayonu Zarat Bələdiyyəsinə torpağın dəyəri olan 216 manat pul ödənilmişdir.
4. Qeyd edilən torpaq sahəsinə dair xx.xx.2006-cı il tarixdə “Torpaqların alqısatqısına dair akt” tərtib edilmiş, akt Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsində xx.xx.2009-cu il tarix də 1217 nömrə ilə qeydiyyata alınmışdır.
5. İddiaçının, cavabdehin mühəndisinin və Siyəzən rayonu Zarat Bələdiyyəsinin sədrinin iştirakı ilə xx.xx.2022-ci il tarixdə tərtib edilən akta əsasən iddiaçıya məxsus torpaq sahəsi ölçülmüş, bələdiyyənin xx.xx.2005-ci il tarixli, 47 nömrəli qərarında göstərilən 0,12 ha sahədən kənara çıxılmamış, mövcud vəziyyət araşdırılmış və eskiz çəkilmiş, sərhədlər dəqiqləşdirilmiş və qonşularla heç bir mübahisə olmadığı müəyyənləşdirilmiş, həmin torpaq sahəsi Zarat bələdiyyəsi tərəfindən heç bir vətəndaşa istifadəyə, icarəyə və mülkiyyətə verilməmiş, torpaq sahəsi GPS ilə ölçülmüş və koordinatlar qeyd edilmişdir.
6. İddiaçı cavabdehə müraciət edərək Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmla kın dövlət reyestrində qeydiyyata alınmasını, reyestrdən çıxarışın və plan-ölçünün verilməsini xahiş etmişdir.
7. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********22 nömrəli bildirişlə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsi ilə bağlı ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Siyəzən rayon şöbəsi tərəfindən qeydiyyata alınmış xx.xx.2009-cu il tarixli 1217 nömrəli “Torpaqların alqı-satqısına dair akt”ı idarənin arxiv saxlancına təhvil verilmiş arxiv məlumatlarında aşkar olunmamışdır. Bundan başqa, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin müddəalarına zidd olaraq torpaq sahəsi ayrılarkən icra hakimiyyəti orqanının memarlıq və şə hərsalma idarəsinin rəyi alınmamışdır. Eləcə də, torpağın dəyəri bank vasitəsi ilə deyil, bilavasitə ödənilmiş, mədaxil qəbzi Zarat Bələdiyyəsi tərəfindən təsdiq olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən, 0,12 hektardan ibarət torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən, 0,12 ha-dan ibarət torpaq sahə si üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə cavabdehə müraciət etmiş, müraciətinə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri olan sənədləri - torpaq sahəsinin ayrılması barədə Zarat Bələdiyyəsinin 13 iyul 2005-ci il tarixli qərarını, alqı-satqı aktını, torpaq sahəsinin naturada nişanlanaraq təhvil verilməsi barədə aktı, DT və XK-nin Siyəzən rayon şöbəsinin rəyini, torpağın alqı-satqısı üçün ödənmiş məbləğin qəbzini təqdim etmiş, lakin cavabdeh, dövlət qeydiyyatının aparılmasından 17 may 2022-ci il tarixli bildirişlə imtina etmişdir. Cavabdeh həmin bildirişində əsassız bəhanələr gətirmişdir. Bildirişdə qeyd etmişdir ki, DT Və XK-nin Siyəzən rayon şöbəsinin tərəfindən qeydiyyata alınmış alqı-sa tqı aktı arxiv məlumatlarında aşkar edilməmiş, memarlıq və şəhərsalma idarəsinin rəyi təqdim olunmamış və mədaxil qəbzi bank tərəfindən deyil, Zarat Bələdiyyəsi tərəfindən təsdiq olunmuşdur. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
10. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktublarının məzmunu ilə eynilik təşkil edir.
11. Sumqayıt İnzibati Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2-1(118)2178/2022 nömrəli qərarı (hakim C.B.Məmmədov) ilə iddia təmin edilmiş, Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən, 0,12 hektardan ibarət torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxa rışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, alqı-satqı aktının cavabdehin arxivinə təhvil verilməməsi iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasına məhdudiyyət qoya bilməz. Belə ki, alqı-satqı müqaviləsi özü-özlüyündə iki tərəfli əqd hesab edilir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 357-ci maddəsində nəzərdə tutulmuş maddənin (Bəyənmə) tələbləri baxımından geriyə təsir qüvvəsinə malikdir.Eyni zamanda, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Bələdiyyələrin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbu l edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur.
13. Torpağın dəyərinin bank vasitəsi ilə deyil, bilavasitə ödənilməsi, mədaxil qəbzinin Zarat Bələdiyyəsi tərəfindən təsdiq olunması məsələsinə gəldikdə məhkəmə qeyd etmişdir ki, bələdiyyə müstəqil təşkilatdır və onun büdcəsinə mədaxillərin edilməsi cavabdehin sorğulamaq funksiyasına aid deyildir.
14. Müvafiq icra hakimiyyətinin memarlıq və şəhərsalma şöbəsinin rəyinin olmamasına münasibətdə məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarına istinad etmiş və göstərmişdir ki, qüvvədə ola n inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2023-cü il tarixli, 2-1(105)-59/2023 nömrəli qərarı (hakimlər: F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.T.Məmmədov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2-1(118)2178/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiya məhkəməsi birinci in stansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
19. Cavabdehin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 9.1.2-ci maddələrinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinə, Torpaq Məcəlləsinin 55 və 68-ci maddələrinə istinad etdiyi kassasiya şikayətinin dəlilləri imtina məktubunun, iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq göstərir ki, iddiaçıya 0,12 ha torpaq sahəsi Zarat Bələdiyyəsinin 13 iyul 2005-ci il tarixli qərarı ilə ayrılmışdır. Torpaq sahəsinin dəyəri b undan 14 (on dörd) ay sonra 2006-cı ilin sentyabr ayında (dəqiq tarixi göstərilməmişdir) banka deyil, birbaşa bələdiyyənin hesabına ödənilmiş, alqı-satqı akt isə qərardan 4 (dörd) il 5 (beş) ay sonra imzalanmışdır. Halbuki, həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi) alqı-satqı aktı deyil, alqı-satqı müqaviləsi bağlanmalı idi. Göründüyü kimi, Zarat bələdiyyəsi torpaq sahəsi ayırarkən yol verdiyi kobud pozuntuları aradan qaldırmaq istəyərkən göstərilən uyğunsuzluqlara və səhvlərə yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın 24 yanvar 2023-cü il tarixli, 2-1(105)-59/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə
8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi;... 22. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bələdiyyə qərarı qə bul edilərkən qüvvədə olan redaksiyası): Maddə
6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasl arı və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan son ra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulma sına dair qəbul olunmuş aktlar;... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Ma ddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məh kəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qə rar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun, iddia tələbinə dair etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Cavabdehin kassasiya şikayətinin təkrarlanan dəlillərinə əsasən: 1) mübahisəli torpaq sahəsi barədə “Torpaqların alqı-satqısına dair akt” idarənin arxiv saxlancına təhvil verilmiş arxiv məlumatlarında aşkar olunmamış; 2) torpaq sahəsi ayrılarkən icra hakimiyyəti orqanının memarlıq və şəhərsalma idarəsinin rəyi alınmamış; 3) torpağın dəyəri bank vasitəsi ilə deyil, bilavasitə ödənilmiş, mə daxil qəbzi Zarat Bələdiyyəsi tərəfindən təsdiq olunmuşdur.
31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Siyəzən rayonu Zarat Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 47 nömrəli qərarı ilə iddiaçıya Zarat kəndində həyətyanı məqsədilə 0,12 ha torpaq sahəsi ayrılaraq iddiaçıya təhvil verilmiş, iddiaçı həmin torpaq sahəsinə görə bələdiyyəyə 216 manat pul ödəmişdir. Torpaq sahəsi ayrılarkən DT və XK-nin Siyəzən rayon şöbəsinin torpaq sahəsinin ayrılmasına dair etirazının olmaması barədə müsbət rəyi də mövcud olmuşdur. Hazırda torpaq sahəsi iddiaçının sahibliyindədir və o, torpaqdan təyinatına uyğun istifadədir.
32. Eyni zamanda, iş materiallarında olan, iddiaçının, cavabdehin mühəndisinin və Siyəzən rayonu Zarat Bələdiyyəsinin sədrinin işt irakı ilə xx.xx.2022-ci il tarixdə tərtib edilən aktla müəyyən edilir ki, iddiaçıya məxsus torpaq sahəsi bələdiyyənin xx.xx.2005-ci il tarixli, 47 nömrəli qərarında göstərilən 0,12 ha sahədən kənara çıxmamış, qonşularla hər hansı mübahisənin olduğu müəyyən edilməmiş, həmin torpaq sahəsi Zarat bələdiyyəsi tərəfindən heç bir vətəndaşa istifadəyə, icarəyə və mülkiyyətə verilməmişdir.
33. Göstərilən hallara istinadən məhkəmə kollegiyası qeyd edir ki, Siyəzən rayonu Zarat Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 47 nömrəli qərarı qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan həmin inzibati akt hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu m üddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. 34. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “....müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir”.
35. Məhkəmə kollegiyası hesab edir ki, Siyəzən rayonu Zarat Bələdiyyəsinin torpaq sahəsinin iddiaçıya ayrılması haqqında qanuni qüvvədə olan xx.xx.2005-ci il tarixli, 47 nömrəli qərarı əsasında həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, həmin qərar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qa nunun 8.0.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində iddiaçının hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.
36. Bundan başqa, cavabdeh kassasiya şikayətində əlavə olaraq qeyd etmişdir ki, ödəniş qəbzinin dəqiq tarixi göstərilməmiş, iddiaçının təqdim etdiyi sənədlərin tarixləri arasında isə uyğunsuzluq olmuşdur (bələdiyyənin qərarı 2005-ci ildə qəbul edilmiş, ödəniş qəbzi 2006-cı ildə təsdiqlənmiş, alqı-satqı aktı 2009-cu ildə tərtib edilmişdir).
37. İş materiallarında olan BFİ seriyalı 991820 nömrəli ödəniş qəbzinin 22 sentyabr 2006-cı ildə tərtib edildiyi aydın şəkildə görünür. Eləcə də, cavabdeh, iddiaçı tərəfindən təqdim edilən sənədlərin tarixində olan uyğunsuzluğun nədən ibarət olmasını göstərməmiş, sadəcə qəbul edilən bələdiyyə qərarı, ödəniş qəbzi və alq ı-satqı aktının tarixləri arasında uzun müddət olduğunu qeyd etmişdir.
38. Həmin dəlilləri əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin göstərdiyi xüsusatlar formal xarakterli olmaqla iddiaçının məsuliyyət sferasına aid edilən hallar deyil və iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olan nəticələrə gətirib çıxarmamalıdır.
39. Göründüyü kimi, cavabdehin imtinasının və kassasiya şikayətinin dəlilləri yuxarıda istinad edilən normativ hüquqi aktlar, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinin tələbləri baxımından iddiaçının ərizəsinin təmin edilməsindən imtina üçün əsas ola bilməz.
40. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üz rə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
41. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2023-cü il tarixli, 2-1(105)-59/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar