Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1299/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın (çıxarışın) verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddia çı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X4 üçüncü şəxs olmaqla) “məxsusluq barədə arayışın (çıxarışın) verilməsi” haqqında iddia tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1781/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı1 28 avqust 1993-cü ildə Bakı şəhərində doğulmuşudur. X3, anası isə X19 qeyd olunmuşdur.
2. İddiaçı2 xx.xx.1999-cu il tarixdə doğulmuşdur. Atası qismində X5, anası qismində X19 qeyd olunmuşdur.
3. X17 xx.xx.2000-ci ildə ölmüşdür. İddiaçılar xx.xx.2000-ci il tarixdə vəfat etmiş X7 vərəsələridirlər.
4. İddiaçılar mərhum X6 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 3352 saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişlər.
5. Cavabdeh 24 may 2021-ci il tarixli və 13 yanvar 2022-ci il tarixli məktublarla iddiaçılara bildirmişdir ki, qeyd edilən torpaq sahəsinin elektron kadastr məlumatlarına əsasən digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı müəyyən edilmişdir. Bu səbəbdən də onların hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasından imtina edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı X11 ca vabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “3352” saylı bağ sahəsinə dair ölmüş babası X7 mülkiyyət hüququnun tanınmasına dair arayışın verilməsi və onun adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, X17 ilə Bağlar Təsərrüfatı İdarəsi arasında bağlanmış və hal-hazırda arxivdə mövcud olan xx.xx.1989-cu il tarixli, 18130 nömrə li müqaviləyə əsasən ona Bakı şəhəri, Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 3352 saylı bağ sahəsi icarəyə verilmişdir. Cavabdeh orqana müraciət edərək, bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh orqanın xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bağ sahəsi həmişə mərhum babasının və daha sonra ailələrinin faktiki sahiblik və istifadəsində olmuşdur. Göstərilənlərə əsasən lazımi sənədlər cavabdeh orqana təqdim edilmişdir. Onlara verilmiş imtina qanuni və əsaslı hesab edilə bilməz.
8. Bakı İnzibati Məhkəməsinin 29 mart 2022-ci i l tarixli qərardadı ilə əsl olmayan iddiaçı X11 əsl iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə əvəz edilmişdir.
9. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5666/2022 saylı, 09 dekabr 2022-ci il tarixli qərardadı ilə X4 və X20 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar.
11. Daha sonra iddiaçılar iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bağlar Təsərrüfatı İdarəsi tərəfindən xx.xx.1989-cu il tarixli, 18130 №-li müqaviləyə əsasən X7 istifadəsinə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən sahəsi 0,12 hektar olan 3352 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının mərhum X8 məxsus olması barədə arayışın (çıxarışın) iddiaçıla r İddiaçı1 və İddiaçı2 verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-692/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
13. Üçüncü şəxs X9 vəfat etməsi ilə əlaqədar olaraq Bakı İnzibati Məhkəməsinin 21(112)-692/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərardadı ilə onun iş üzrə icraatda iştirakına xitam verilmişdir.
14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-692/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərarı ilə (hakim X12) iddia təmin edilməmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, hazırkı işin halları üzrə iddiaçıların mübahisəli torpaq sahəsinə dair mərhum babalarına məxsus olması barədə arayışın verilməsindən imtina edilməsinə qanun i əsaslar mövcuddur. Belə ki, məhkəmə araşdırması zamanı mübahisəli bağ sahəsinin iddiaçıların faktiki istifadəsində olmadığı, iş üzrə verilmiş mütəxəssis rəyinə əsasən isə iddiaçılar tərəfindən faktiki göstərilən sahənin xüsusi mülkiyyət hüququ ilə digər fiziki şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı müəyyən olunmuşdur.
16. İddiaçılar apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1781/2023 nömrəli iş üzrə 19 dekabr 2023-ci il tarixli qərarı ilə (hakimlər X21 (məruzəçi) X22 və X23) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2-1(112)-692/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. İddiaçılar kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmaq olmaz. Qərar qeyri-obyektiv, hüquq normalarının pozulması ilə çıxarıldığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar tam sübut edilmədiyindən, habelə məhkəmənin qərarında göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən, İPM-in tələbləri pozulduğundan həmin qərar ləğv olunmalı, iddianın təmin edilməsi barədə qərar qəbul edilməlidir.
21. Kassator bildirmişdir ki, məhkəmə qərarında iddiaya tam münasibət bildirməmiş, prosessual hüquq normalarının tələblərini pozmuşdur. İddia ərizəsində göstərilən faktlar üzrə məhkəmə tərəfindən heç bir araşdırılma aparılmamış, qətnamədə iddia predmeti üzrə yalnız bir cümlə qeyd edilmişdir. Məhkəmə qətnaməsi qanunun tələblərinə riayət edilmədən qəbul edildiyindən ləğv edilməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə
140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prez umpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquq ların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə
16. Dövlət reyestrində düzəlişlər 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxs in xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin q ərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zərur i olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
31. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçılarının hüquqi marağı babalarından miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 3352 saylı bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir.
32. Apellyasiya instansiyası məhkəməsinin hərtərəfli araşdırılması ilə müəyyən edilmişdir ki, müba hisə edilən torpaq sahəsi üzərində hüquqlar başqa şəxsin adına rəsmiləşdirildiyindən iddia əsaslı sayıla bilməz.
33. Hazırkı halda iddiaçılar apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişlər ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən zəruri araşdırılma aparılmadığından onların haqlı tələbi təmin edilməmişdir.
34. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında mövcud olan sübutlar iddiaçılarının dəlillərinin əsassız olması və mövqelərinin qanuni olmaması qənaətinə gəlməyə imkan verir.
35. Belə ki, iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 1 519,0 kv. metr təşkil edir (üzərində tikili yoxdur). Ümumi torpaq sahəsinin 390,0 kv. metr hissəsi digər fiziki şəxs tərəfindən bir sıra mişar daşı düzülərək ayrılıb. Torpaq sahəsi mübahisəlidir. Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki göstərilən 1519,0 kv. metr hissədə iki torpaq sahəsi **********24 (X2 məxsus 3351 saylı bağ sahəsi 430,0 kv.m) və **********2 (X13 məxsus 3352A saylı bağ sahəsi 1084,0 kv.m) reyestr nömrələri ilə qeydiyyata alınıb.
36. Məhkəmə kollegiyası qeyd edir ki, mütəxəssis rəyindən görünür ki, mübahisəli torpaq sahəsi iki hissədən ibarət olmuşdur: 430,0 kv.m və 1084,0 kv.m 37. 430,0 kv.m-lik torpaq sahəsinin əvvəlki sahibi cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X24 adlı şəxs olm uşdur. Bu torpaq sahəsi Bakı şəhər İH-nin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1999-cu il tarixli 1114 saylı protokoluna əsasən bağ evi tikintisi üçün X14 verilmişdir. O, xx.xx.2020-ci il tarixdə notarial qaydada ərizə verərək Sabunçu rayonu Ləhiş bağı 3351 saylı bağ sahəsinin 0,0430 ha qeyd olunmasına etiraz etmədiyi bildirmişdir.
38. Sonradan həmin torpaq sahəsi xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X24 tərəfindən üçüncü şəxs X1, onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
39. Torpaq sahəsinin digər 1084,0 kv.m hissəsi Bakı şəhər X16 xx.xx.1989-cu il tarixli 9/333 saylı protokoluna əsasən X9 istifadəsinə ayrılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il t arixdə sənəd üzrə sahəsi 0,12 ha, faktiki sahəsi 0.1084 ha olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3352 saylı bağ sahəsinə dair mərhum X9 adına torpaq sahəsinin planı verilmiş, sonuncunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
40. Beləliklə, göründüyü kimi məxsusluq barədə arayışın (çıxarışın) verilməsi tələb edilən torpaq sahələri başqa fiziki şəxslərin adına rəsmiləşdirilmiş və dövlət qeydiyyatına alınmışdır.
41. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik yalnız qeydiyyatdan keçmiş hüquqlara təminat verir. Mübahisəli torpaq sahəsi ilə bağlı hüquqlar qanuna müvafiq qaydada başqa şəxslərin adına qeydiyyata alındığından həmin torpaq sahəsinə münasibətdə hər hansı pretenziya irəli sürülməsi qəbul edilən sayıla bilməz.
42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1781/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.