Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-13/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti 4 saylı region üzrə X1rşı iş üzrə QƏRAR Açar sözlər: ( inzibati icraatın başlanması üçün əsaslar ). GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti 4 saylı region üzrə X1rşı hərəkətlərin qanunsuz hesab edilməsi tələbinə dair inzibati iş üzrə B akı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1300/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti 4 saylı region üzrə X3 (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 4 saylı region üzrə X2 iddiaçıya qarşı olan ayrı-seçkilik hallarını “İnzibati İcraat haqqında” Qanunun tələbinə uyğun araşdırmamaqla bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsi, cavabdehin iddiaçıya qarşı olan ayrı-seçkilik halları barədə “İnzibati icraat haqqında” Qanunun tələbinə zidd olaraq məktubla cavab verməsi üzrə hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçının müraciəti əsasında inzibati icraat haqqında qanunvericiliyə uyğun icraatın aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və qeyd edilən pozuntular nəticəsində iddiaçıya vurulmuş ziyanın əvəzi kimi 10000 (on min) manat pulun cavabdehdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının iddia ərizəsi əsassızdır. Belə ki, iddiaçının 4 saylı region üzrə X3 daxil olmuş, “xxxx” MMC-də əmək hüquqlarının pozulması barədə müraciətləri rəsmi qaydada cavablandırılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-1(81)1236/2019 nömrəli qərarı ilə (hakim: Ş.Ə.Süle ymanova) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Nazirlik tərəfindən iddiaçının qanunla qorunan hüquq və mənafeləri pozulmamışdır. Məhkəmənin həmin qərarından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 21(103)-1300/2019 nömrəli qərarı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və C.A.Yusifov) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-1(81)-1236/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı apelyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, Bakı Apelyasiya Məhkəməsinin qərarı hüquqi əsasa söykənmədiyi üçün tam əsassız və qanunsuzdur. Qeyd olunan qərarın ləğv edilməsi üçün həm “İnzibati icraat haqqında" Qanunun və həm də İPM-in maddələrində nəzərdə tutulmuş əsaslar mövcuddur. İş materiallarından və qərardan da aydın görünür ki, məhkəmə tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı düzgün tətbiq etməmiş, bununla da maddi və bir sıra prosessual hüquq normalarının pozuntularına yol vermişdir. İddiaçı mövqeyini əsaslandırarkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11, 12, 16, 22, 28, 57 və 61-ci maddələrinə əsaslanmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsin i yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Belə ki, iddiaçı ona qarşı ayrı-seçkiliklər edilməsi barədə şikayət ərizəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Həmin şikayət ərizəsi Nazirlik tərəfin dən aidiyyəti üzrə baxılması üçün cavabdehə göndərilmişdir. Cavabdeh isə iddiaçıya həmin şikayətlər üzrə dəfələrlə cavab ünvanlamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da göründüyü kimi, Nazirlik tərəfindən iddiaçının şikayəti baxılması üçün aidiyyəti üzrə cavabdehə göndərilmiş və həmin İdarə tərəfindən də iddiaçıya lazımi qaydada cavab ünvanlanmışdır. Bu əsasdan məhkəmə kollegiyası hesab edir ki, Nazirlik tərəfindən iddiaçının qanunla qorunan hüquq və mənafeləri pozulmamışdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1 fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2 inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orq anın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3 inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. İş materiallarından göründüyü kimi, hazırki işdə inzibati icraatın başlanması üçün əsas olan halların hər hansı biri mövcud olmadığından məhkəmələr haqlı olaraq iddia tələbini təmin etməmişlər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik old uqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu tarixli, 2-1(103)-1300/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-13/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-13/2020
08.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver