Məhkəmə qərarları › İş №2-1(102)-13/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-13/2021

09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-13/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “xxx” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əsaslandırılmamış qərar; ekspert rəyinin işdəki digər sübutlarla birgə qiymətləndirilməməsi; işin hallarının araşdırılması prinsipinin pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə1 və vəkili Vəkil iştirakı i lə, İddiaçı “xxx” MMC-nin (bundan sonra iddiaçı) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə (bundan sonra cavabdeh) qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında” xx.xx.2015-ci il tarixli, **********9536154 saylı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-22/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ləğv edilmiş Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2014-cü il tarixli qərarına ə sasən, “xxx” MMC-nin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə cəmiyyət əsasən mənzil tikintisi, daşınmaz əmlakın icarəsi və satışı ilə məşğul olmuşdur.

2. Aparılmış səyyar vergi yoxlamasının nəticəsi olaraq xx.xx.2015-ci il tarixli **********847953 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmişdir.

3. Səyyar vergi yoxlamasının nəticəsi əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında” xx.xx.2015-ci il tarixli, **********9536154 saylı qərar ilə cəmiyyətə mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə 155974,08 manat, ö dəmə mənbəyində tutulan vergi üzrə 152602,47 manat, ƏDV üzrə 1168775,68 manat, mənfəət vergisi üzrə 14508,39 manat əlavə vergilərin hesablanması, bu zaman cəmiyyət tərəfindən artıq hesablanmış ƏDV üzrə 1553,49 manat, sadələşdirilmiş vergi üzrə 8360,0 manat, mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə 54419,76 manat məbləğlərin nəzərə alınması, Vergi Məcəlləsinin 58.4-cü maddəsinə əsasən, ƏDV üzrə qeydiyyatın Vergi Məcəlləsinə əsasən məcburi olduğu halda bu cür qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə cəmiyyətə ƏDV qeydiyyatı olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilərək, cəmiyyətin vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkə mə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında” xx.xx.2015-ci il tarixli, **********9536154 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, yoxlama zamanı cavabdeh tərəfindən vergi qanunvericiliyinin normaları pozulmuşdur. Belə ki, vergilər hesablanan zaman 3 illik müddətə riayət edilməmişdir. Bundan əlavə, mənzil tikintisinə görə vergi hesablanarkən yaşayış binasının tikintisinin başa çatmaması, həmin bina üzrə satışın olmaması nəzərə alınmamışdır. Həmçinin, vergi orqanı tərəfindən təyin edilmiş ekspertiza nəticəsində müəyyən edilmiş daşınmaz əmlakların satış dəyəri əsasında vergi hesablanması da əsassızdır. Belə ki, iddiaçı tərəfindən həmin əmlakların satışına dair alqı-satqı müqavilələri təqdim edilmişdir.

6. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, yoxlama zamanı yoxlama ilə əhatə olunan dövrdə cəmiyyətin xüsusi razılıq (lisenziya) tələb olunan yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə məşğul olduğu müəyyən edilmiş, lakin cəmiyyət tərəfindən bu fəaliyyət üzrə xüsusi razılıq (lisenziya) alınmamışdır. Yoxlama zamanı cəmiyyətin qanunsuz sahibkarlıq nəticəsində əldə etdiyi xalis gəliri 79374,82 manat müəyyən edilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə cəmiyyət tərəfindən əlavə dəyər vergisinin ümumilikdə 1167222,19 manat (496231,3 manat+ 596001,51 manat+74989,38 manat) azaldılması, mənfəət vergisinin cə mi 14508,39 manat (2818,98+5033,9+6655,51) azaldılması, “mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli olan sadələşdirilmiş verginin" 54419,76 manat artıq hesablanılması və 155974,08 manat azaldılması müəyyən edilmişdir. Bundan əlavə, cəmiyyət tərəfindən aparılmış tikinti işlərinə görə yoxlama ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67-ci, 45-ci, 83.2-ci, 101-ci və 150.1.7-ci maddələrinə əsasən 152602,47 manat ((1103317.62 – 13300.0) x 14%) əlavə olaraq ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Həmçinin, cəmiyyət tərəfindən yoxlama ilə əhatə olunan dövrün əvvəlindən xx.xx.2013-cü il tarixədək (ƏDV qeydiyyatının qüvvəyə mindiyi tarix) sadələşdirilmiş verginin bəyannaməsi vergi orqanına təqdim edilmişdir. Təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməs ində 2011-ci ilin İV rübündə 360,0 manat, 2013-cü ilin İ rübündə 8000,0 manat vergi məbləğinin hesablandığı və 2012-ci ilin İ rübündə, İİ rübündə, İİİ rübündə, İV rübündə isə vergi məbləğinin olmadığı göstərilmişdir. Lakin, aparılan yoxlama zamanı sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmiş dövrdə cəmiyyətin fəaliyyətinin əsasən mənzil tikintisi və daşınmaz əmlakın icarəsi olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 218.1.1-ci maddəsinə əsasən, mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər bu Məcəllənin 154.6-cı maddəsinə əsasən ƏDV-nin ödəyicisi sayılırlar. Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsasən, əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Qeyd olunanlar nəzərə alınaraq cəmiyyət tərəfindən sadələşdirilmiş vergi məbləğinin 8360,0 manat artıq hesablanıldığı müəyyən edilmişdir. 7. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-266/2016 saylı iş üzrə xx xxxxxxxx 2016-cı il tarixli qərarı ilə iddia qismən təmin olunmuş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında” xx.xx.2015-ci il tarixli, **********9536154 saylı qərarı mənfəət vergisi üzrə 13199,49 manat və ona hesablanmış maliyyə sanksiyası hissəsində, əlavə dəyər vergisi üzrə 687106,32 manat və ona hesablanmış maliyyə sanksiyası hissəsində və mənzil tikintisi üzrə 54419,76 manat və hesablanmış maliyyə sanksiyası hissəsində və ödəmə mənbəyi və ona hesablanmış maliyyə sanksiyası hissəsində ləğv edilmiş, id dia tələbi qalan hissədə təmin edilməmişdir.

8. Məhkəmə ekspertizanın nəticələrinə dair ekspert rəyini mötəbər hesab etməklə qərar qəbul etmişdir.

9. Qərardan narazı qalan cavabdeh şikayət verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2018ci il tarixli qərarı ilə (sədrlik edən M.Tağızadə, hakimlər Ü.Mayılov və K.Abiyeva; iş No 2-1(103)-108/2018) cavabdeh Departamentin apellyasiya şikayətinin təmin edilməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qərarının iddianın təmin edilmiş hissəsində ləğv edilməsi; həmi n hissədə iş üzrə yeni qərar qəbul edilməsi; iddia tələbinin həmin hissədə də təmin edilməməsi; qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

11. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin hazırkı iş üzrə xx.xx.2016-cı il tarixli və xx.xx.2018-ci il tarixli ekspert rəyləri bir- birini təkrarlamışdır. Odur ki, iş üzrə ekspert rəylərinin mötəbərliyini şübhə altına alaraq iddia tələbinin əsassız olması qənaətinə gəlmişdir.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti vermiş, şikayətdə qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması xahiş edilmişdir. c) kassasiya instansiya məhkəməsindəki birinci icraat

13. Ali Məhkəmənin İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(102)1978/2018 saylı qərarı ilə (sədrlik ed ən: A.S.Hüseynov, hakimlər: R.S.Nəbizadə və X.S.Məmmədov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. 14.Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi qərarında hazırki iş üzrə bir neçə ekspertiza rəyinin olmasını əsas tutaraq, işin tam olaraq araşdırılması və ədalətli həlli üçün təkrar ekspertizanın təyin edilməsində lüzum bilsə də, sonradan təyin etdiyi ekspertizanın nəticələrini qəbul etməmişdir, bununla da öz üzərinə qoyduğu vəzifəni icra etməmiş, iş yekun olaraq araşdırılmamış, mübahisələndirilən vergi qərarının düzgün olub-olmaması məsələsi açıq qalmışdır. d) apellyasiya instansiya məhkəməsindəki ikinci icraatı

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən V.Ağayev, hakimlər A.Nuriyeva və S.Seyidova; iş No 21(103)-22/2020) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

16. Apelyasiya instansiyası məhkəməsi ekspert rəyinə istinad etməklə birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmışdır.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh kassasiya şikayətində iddia tələbinə etirazda qeyd etdiyi halları sadalamış və əlavə olaraq qeyd etmişdir ki, 1-ci instansiya məhkəməsi tərəfindən vergi orqanının hesablamalarının qismən ləğv edilməsi üçün əsas məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının rəyi olmuşdur. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2016-cı il tarixli 2775/76 nömrəli rəyində vergi orqanının mübahisələndirilən qərarı ilə hesablanmış MTFSV tam həcmdə təsdiq edilmiş, ÖMV təsdiq edilməmiş, digər vergilər üzrə hesablamalar qismən təsdiq edilmişdir. Cavabdeh tərəfindən apelyasiya məhkəməsinə təqdim edilmiş vəsatətdə həmin rəyə münasibət bildirilmiş və vergi orqanının həmin rəyi qəbul etməməsinin səbəbləri geniş şəkildə əsaslandırılmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-cü il tarixli qərarı ilə təkrar məhkəmə-mühasibat ekspertizası təyin edilmiş və ekspertlər tərəfindən xx.xx.2018-ci il tarixli 11387 nömrəli rəy verilmişdir. Bu zaman, əvvəlki rəyi vermiş ekspert yenidən təkrar ekspertizada iştirak etməklə, təkrar ekspertiza rəyini imzalamışdır. Nəticədə isə, ekspert iş materiallarında olan halları təkrar nəzərə almamaqla əvvəlki rəyini olduğu kimi saxlamışdır. Sonuncu xx.xx.2019-cu il tarixli 6948/7675 nömrəli rəydə də əvvəlki rəylər təkrarlanmışdır. Vergi orqanın vəsatətində göstərilən **********646900 nömrəli xx.xx.2018-ci il tarixli apelyasiya şikayətinə əlavədə qeyd olunan xüsusatlar təkrar rəy verilərkən də nəzərə alınmamış və onların nəzərə alınmamasının səbəbləri ilə bağlı rəydə hər hansı bir əsas göstərilməmişdir. Məhkəmə qeyd olunan ekspert rəylərinin nəticəsini əsas götürməklə qərar qəbul etmişdir. b) Kassasiya şikayətin ə qarşı etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. 21. xx xxxx 2021-ci il tarixli məhkəmə iclasında iddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bü tün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv ed ərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

23. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

24. Apelyasiya məhkəməsinin qərarı iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanıla caqdır. Kassasiya məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

26. Belə ki, hazırkı iş üzrə iddiaçı tərəfindən kassasiya şikayəti verilmədiyindən kollegiya iddianın təmin edilmiş hissəsinə qiymət verərək aşağıdakıları qeyd edir.

27. İlk növbədə iddia aşağıdakı tədiyyələr və məbləğlər üzrə təmin edilmişdir: - mənfəət vergisi üzrə 13199,49 manat və ona hesablanmış maliyyə sanksiyası hissəsində; - əlavə dəyər vergisi üzrə 687 106,32 manat və ona hesablanmış maliyyə sanksiyası hissəsində; - mənzil tikintisi üzrə 54419,76 manat və hesablanmış maliyyə sanksiyası hissəsində; -ödəmə mənbəyi və ona hesablanmış maliyyə sanksiyası hissəsində.

28. İşə baxan həm birinci instansiya məhkəməsi, həm də onun nəticəsi ilə razılaşan apellyasiya instansiya məhkəməsi ekspert rəyinə istinad etməklə qərar qəbul etmişlər.

29. Məhkəmə kollegiyası istinad olunan ekspert rəylərini mötəbər hesab etməyərək aşağıdakıları qeyd edir.

30. Mənfəət vergisinə münasibətdə qeyd olunmalıdır ki, aparılan səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş səyyar vergi yoxlaması aktından görünür ki, iddiaçıya 2011-2013-cü illər üzrə 14508,39 məbləğində mənfəət vergisi hesablanmasına səbəb iddiaçı tərəfindən daşınmaz əmlakın icarəyə verilməsi (Bakı şəhə ri Nərimanov rayonu Z.Bünyadov prospekti 2062/73 ünvanında yerləşən) və daşınmaz əmlakın təqdim edilməsi ilə bağlı olmuşdur. Belə ki, iddiaçı müəssisə tərəfindən bu halda vergi orqanına mənfəət vergisi bəyannaməsi 2013cü il üzrə boş olaraq təqdim edilmiş, 2011-ci il və 2012-ci il üzrə isə təqdim edilməmişdir. Yoxlamaya təqdim edilmiş icarə müqavilələrinə əsasən, 2011-ci il üzrə daşınmaz əmlakın icarəyə verilməsindən gəlirin 84569,5 manat olduğu, 2012ci il üzrə daşınmaz əmlakın icarəyə verilməsindən gəlirin 151016,9 manat olduğu, 2013-cü il üzrə daşınmaz əmlakın icarəyə verilməsindən gəlirin 139194,03 manat və digər şəxslərlə bağlanılmış alqı-satqı müqavilələrinə əsasən, daşınmaz əmlakın təqdim edilməsindən gəlirin 210471,18 manat, cəmi 349665,21 manat olduğu müəyyən edilmişdir. Hər üç il ü zrə iddiaçı tərəfindən xərc sənədləri təqdim edilmədiyindən şərti rentabellik norması tətbiq edilməklə, ümumilikdə 2011-2013cü illər üzrə mənfəət vergisinin 14508,39 manat azaldılması müəyyən edilmişdir. Vergi orqanı tərəfindən icarə müqaviləsindən əldə edilmiş gəlir hesablanarkən xx.xx.2015-ci il tarixli “Azərekspertiza Birliyi”nin ekspert rəyinə istinad olunmuş (İ cild: iş v. 95), həmin rəyə əsasən, iddiaçı tərəfindən icarəyə verilmiş daşınmaz əmlakın 1 kv.m.-ə görə icarə haqqı 10 manat müəyyən edilmişdir. İddiaçının özü tərəfindən təqdim edilmiş əmlakın icarəyə verilməsi müqaviləsinə əsasən isə icarə haqqı 1 kv.m-ə görə 1,01 manat müəyyən edilmişdir.

31. İşə baxan birinci instansiya məhkəməsinin iddianı təmin edərkən istinad etdiyi xx.xx.2016-cı il tarixli 2775/76 saylı ekspert rəyind ə iddiaçı tərəfindən icarəyə verilmiş daşınmaz əmlakın 1 kv.m.-ə görə icarə haqqı 6 manat müəyyən edilmiş, bununla da azaldılmış mənfəət vergisinin məbləği 2011-2013-cü illər üzrə ümumilikdə 1308,9 manat müəyyən edilmiş, birinci instansiya məhkəməsi də bununla razılaşmışdır.Təkrar apellyasiya icraatında keçirilmiş ekspertiza nəticəsində verilmiş xx.xx.2019-cu il tarixli ekspert rəyi də xx.xx.2016-cı il tarixli 2775/76 saylı ekspert rəyində yazılanları təkrarlamışdır.

32. Göründüyü kimi, keçirilən ekspertizalar zamanı yalnız Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2062/73 ünvanında yerləşən daşınmaz əmlakın icarəyə verilməsindən əldə edilmiş gəlir ilə bağlı mənfəət vergisi hesablanmış və bu zaman nəzərə alınmamışdır ki, cavabdeh tərəfindən səyyar vergi yoxlaması zamanı daşınmaz əmlakın təqdim edilməsindən əldə edilmiş 210471,18 manat gəlirə görə də vergi hesablanmışdır. İşə baxan apellyasiya məhkəməsi bu ekspert rəyində bununla bağlı hesablamanın olmamasını nəzərə almadan, 210471,18 manat gəlirin hesablanmasına səbəb olan sənədləri tələb etmədən, bu barədə araşdırma aparmadan ödənilməli mənfəət vergisini 1308,9 manat müəyyən etmişdir.

33. ƏDV ilə bağlı qeyd olunmalıdır ki, səyyar vergi yoxlaması zamanı iddiaçıya 4 əsasla ƏDV hesablanmışdır: 1) mənzillərin təqdim edilməsinə görə (iddiaçının bağladığı alqı-satqı müqavilələrində müəyyən edilmiş qiymətə əsasən); 2) anbarın bir hissəsinin təqdim edilməsinə görə (ekspertin müəyyən etdiyi qiymət əsasında – 1 kv.m.-500 man); 3) mağazanın bir hissəsinin təqdim edilməsinə görə (ekspertin müəyyən etdiyi qiymət əsasında – 1 kv.m.-1570 man) 4) daşınmaz əmlakın icarəsinə görə (ekspertin müəyyən etdiyi qiymət əsasında – 1 kv.m.-10 man).

34. Kollegiya apellyasiya məhkəməsinin istinad etdiyi ekspert rəyində yazılanlarla razılaşmayaraq qeyd edir ki, ilk növbədə mənzillərin təqdim edilməsinə görə hesablanmış vergi ilə bağlı ekspert iddiaçının yoxlama dövründə bağladığı alqı-satqı müqavilələrində müəyyən olunmuş qiymətdən fərqli qiymət müəyyən etmiş və bu zaman 2007-ci il tarixli müqavilələrə istinad etmişdir. Halbuki, vergi öhdəliyinin yarandığı dövrə dair daşınmaz əmlakın alqı-satqı müqavilələri mövcuddur və iş materiallarına əlavə edilmişdir. Lakin ekspert vergini həmin müqavilələrə istinad etməklə hesablamamış, həmin dövrə aid olmayan başqa tarixli müqavilələri əsas götürmüş, məhkəmə də bununla razılaşmışdır.

35. Bundan əlavə, istinad olunan ekspert rəyində təqdim edilmiş anbarın 30.8 kv.m hissəsinin 1kv.m-nin dəyəri 800 manatdan hesablansa da, anbarın təqdim edilməsinə dair müqavilədə 1kv.m-nin dəyəri 811,69 manat göstərilmişdir. Göründüyü kimi, ekspert iddiaçının özü tərəfindən bağlanmış alqı-satqı müqaviləsində göstərilən qiymətdən daha aşağı qiymət tətbiq etmiş, apellyasiya məhkəməsi də bununla razılaşmışdır.

36. Mənzil tikintisi ilə məşğul olan fiziki şəxslərin sadələşdirilmiş vergisi ilə bağlı qeyd olunmalıdır ki, səyyar vergi yoxlamasında iddiaçı tərəfindən 2011-ci ilin İV rübündə 6168,7 kv.metr, 2012-ci ilin İİ rübündə 6664,03 kv.m və 2014-cü ilin İİ rübündə 6664,03 kv.m olmaqla, ümumilikdə 19496,76 kv.m təməlqoyma işləri aparılmışdır. Qeyd edilənlərə əsasən, 2011-ci ilin İV rübü üzrə 4934 9,6 manat (6168,7 kv metr x 10,0 manat x 0,8 əmsal), 2012-ci ilin İ rübü üzrə 53312,24 manat (6664,03 kv metr x 10,0 manat x 0,8 əmsal), 2014-cü ilin İİ rübü üzrə 53312,24 manat (6664,03 kv metr x 10,0 manat x 0,8 əmsal) olmaqla, ümumilikdə 155974,08 manat məbləğində mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə dövlət büdcəsinə ödəniş edilməməsi səbəbindən vergi borcunun yaranması müəyyən edilmiş, yoxlama zamanı azaldılmış 2013-cü ilin İİ rübü üzrə iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş “mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi” bəyannaməsində hesablanmış 54419,76 manat (6802,47 kv.m x 10 x 0.8) vergi məbləğ də nəzərə alınmaqla İddiaçı MMC üzrə xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan dö vrdə aparılmış əməliyyatlara görə 101554,32 (155974,08-54419,76) manat məbləğində mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin dövlət büdcəsinə az hesablanması müəyyən olunmuşdur.

37. Həm birinci instansiya məhkəməsinin, həm apellyasiya instansiya məhkəməsinin istinad etdiyi ekspert rəyi səyyar vergi yoxlamasının nəticələri ilə üst-üstə düşsə də, apellyasiya məhkəməsi qeyd olunan hissədə ekspertin rəyini düzgün qiymətləndirməmiş, vergi orqanı tərəfindən azaldılmış 54419,76 manat məbləği yenidən azaldaraq, xx.xx.2018-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın MTFSV üzrə 54419,76 manat hissəsində ləğv edilməli olduğu qənaətinə gəlmiş və bu mövqeyini əsaslandırmamışdır.

38. Ödəmə m ənbəyində vergi ilə bağlı qeyd olunmalıdır ki, vergi orqanı tərəfindən iddiaçıya ödəmə mənbəyində verginin hesablanması Zaqatala-Balakən avtomobil yolunun sol tərəfində yüksək mərtəbəli, 3 bloklu yaşayış binasının, Qaradağ rayonu, Lökbatan ŞTQ, yolun şimal-şərq hissəsində yerləşən qeyriyaşayış binası (anbar binası və mağaza), ünvan 3 ünvanında aparılan tikinti işləri ilə əlaqədar olmuşdur. Belə ki, iddiaçı tərəfindən aparılan tikinti işlərinin tərkibində əmək haqqı tutumunun müəyyən edilməsi məqsədi ilə mütəxəssis rəyi alınmış, Dövlət Statistika Komitəsinin məlumatları nəzərə alınmaqla ödəmə mənbəyində vergi hesablanmışdır.

39. Həm işə baxan birinci instansiya məhkəməsinin istinad etdiyi, həm apellyasiya instansiya məhkəməsinin istinad etdiyi ekspert rəylərində qeyd edilmişdir ki, iddiaçı tərəfindən VÖEN təqdim etməyən fiziki şəxslərə göstərdiyi xidmətə görə haqq ödənilməsi barədə hər hansı rəsmi məlumat yoxdur. Ekspert rəyi ilə razılaşan aşağı instansiya məhkəmələri iddia tələbini hesablanmış ödəmə mənbəyində vergi hissəsində tam ləğv etmişlər.

40. Halbuki, iddiaçı tərəfindən tikinti işlərinin aparılması işin mübahisəsiz halıdır. Belə olan halda, tikinti işləri ya əmək müqaviləsi əsasında iddiaçı müəssisənin işçiləri tərəfindən, ya xidmət müqaviləsi əsasında VÖEN təqdim edən şəxslər tərəfindən və ya podrat müqaviləsi əsasında podratçı tərəfindən tikilməli idi.

41. İş materiallarında (İ cild: iş v.56) Zaqatala-Balakən avtomobil yolunun sol tərəfində yüksək mərtəbəli, 3 bloklu yaşayış binasının tikintisi ilə əlaqədar iddiaçı tərəfindən bağlanmış podrat müqaviləsi var, digər sahələrdə aparılmış tikinti işlərinin kim tərəfindən icra edilməsinə dair isə hər hansı sənəd yoxdur. İşə baxan apellyasiya instansiya məhkəməsi isə bu halı öz xidməti vəzifəsinə uyğun olaraq araşdırmamış, aparılan tikinti işlərinə görə iddiaçı tərəfindən ödəmə mənbəyində vergi ödənilməli olmasını nəzərə almamış, əsassız olaraq ekspert rəyinə istinad etməklə ödəmə mənbəyində vergini tamamilə ləğv etmiş, iş materiallarında olan podrat müqaviləsinə qiymət verməmiş, tikinti işlərinin kim tərəfindən icra edilməsi məsələsinin araşdırılması istiqamətində hər hansı bir araşdırma aparmamışdır.

42. Beləliklə, işə baxan apelyasiya instansiya məhkəməsi yalnız ekspert rəyinə istinad etməklə qərar qəbul etmiş, ekspert rəyini işdəki digər sübutlarla əlaqəli şəkildə təhlil etməmiş, işin hallarını öz xidm əti vəzifəsinə uyğun olaraq hərtərəfli araşdırmamış, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir.

43. İşə təkrar baxan apellyasiya məhkəməsi məhkəmənin mövqeyini nəzərə almaqla ödənilməli olan verginin məbləğini müəyyən etməli, mübahisələndirilən vergi qərarının qəbul edilməsi zamanı istinad olunan halları hərtərəfli araşdırmalı, işdəki sübutları düzgün qiymətləndirməklə qərar qəbul etməlidir.

44. Qeyd olunanlara əsasən, apelyasiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.

45. Apelyasiya instansiyası məhkəməsinin qərarı yuxarıdakı əsaslara görə düzgün olmadığından kasasiya şikayəti qismən təmin edilməli, qərar mübahisələndirilən hissədə ləğv edilməli və iş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. 46.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-22/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı mübahisələndirilən hissədə ləğv edilsin və eyni hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar