Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-13/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Zaqatala rayon 2 saylı Notariat ofisinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlük şərti, mübahisənin inzibati mübahisə olmaması Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Zaqatala rayon 2 saylı Notariat ofisinə (bundan sonra cavabdeh) qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-320/2021 saylı, 3 avqus t 2021-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehə müraciət edərək mərhum əri X1 qalmış bütün miras əmlaka vərəsəlik şəhadətnaməsi verilməsi ilə bağlı müraciət etmiş, cavabdeh 29 dekabr 2020-ci il tarixli 1194 nömrəli qərarı ilə notariat hərəkətlərinin aparılmasından imtina etmişdir.
2. İddiaçı notariat hərəkətlərindən imtina ilə bağlı Zaqatala rayon Məhkəməsinə müraciət etmişdir.
3. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 01.03.2021-ci il tarixli 2(107)-725/2021 saylı qərardadından görünür ki, İddiaçı Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusunun notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə 29 dekabr 2020-ci il tarixli qərarından verdiyi şikayətin geri qaytarılmasına dair Zaqatala Rayon Məhkəməsinin 15.01.2021-ci il tarixli 2(033)-247/2021 nömrəli qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, müvafiq qərardad dəyişdirilmədən saxlanılmışdır.
4. İddiaçı hazırki iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət edərək cavabdehin 20 aprel 2021-ci il tarixli cavabdehin 439 saylı məktubu ilə razılaşmadığını bildirmiş, məhkəmədən X1 miras qalmış fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.1644 ha olan torpaq sahəsinin mərhum X2 aid hissəsinə və Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0.5058 ha torpaq sahəsinin mərhuma aid hissəsi üzərində iddiaçıya ¼ hissə olmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini cavabdehin üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları
5. Şəki İnzibati Məhkəməsinin (hakim X3, 2-1(116)-906/2021 saylı iş) 27 may 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
6. Birinci instansiya məhkəməsinin mövqeyinə görə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri mövcud deyil.
7. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
8. Şəki İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X6-məruzəçi, X4 və X5, 2-1(107)-320/2021 saylı iş) 3 avqust 2021-ci il tarixli qərardadla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır.
9. İddiaçı kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
10. İddia mümkün iddiadır. Belə ki, iddiaçı mirası qəbul etmiş, oğlu barəsində vəsiyyət var. Belə olan halda 1/4 hissə olmaqla vərəsəlik hüququ haqqında şəhadətnamə almalıdır. İnzibati orqan bundan imtina edirsə üzərinə vəzifə (öhdəliyin icrası qaydasında) qoyulmalıdır.
11. Mülki Prosessual Məcəllənin 4.1 və 4.2-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. b) Kasasiy a şikayətinə qarşı etirazın dəlilləri
12. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 8-ci bəndi: Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 10 iyun 2011- ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli (“Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər”) həmin Məcəllədən çıxarılsa da, “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şi kayətlərə” xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır.
14. Mülki Prosessual Məcəllə: Maddə
305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: (-); 305.1.8. notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə; (9 iyul 2021-ci il tarixli 363-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul 2021-ci il, № 149, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2 021-ci il, № 7, maddə 713) ilə...305.1.8-ci...maddə ləğv edilmişdir. 15. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarı ilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 04 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilmişdir: 8-ci bənd aşağıdakı redaksiyada verilsin: “8. Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu mə sələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə ba ğlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin”.
16. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nə ticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (-). Maddə
58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
17. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan laz ımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
18. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. İddiaçı Zaqatala rayon 2 saylı Notariat ofisinə müraciət edərək mərhum əri X1 qalmış bütün miras əmlaka vərəsəlik şəhadətnaməsi verilməsi ilə bağlı mürac iət etmiş, cavabdeh 29 dekabr 2020-ci il tarixli 1194 nömrəli qərarı ilə notariat hərəkətlərinin aparılmasından imtina etmişdir.
21. İddiaçı notariat hərəkətlərindən imtina ilə bağlı Zaqatala rayon Məhkəməsinə müraciət etmişdir.
22. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 01.03.2021-ci il tarixli 2(107)-725/2021 saylı qərardadından görünür ki, İddiaçı Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusunun notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə 29 dekabr 2020-ci il tarixli qərarından verdiyi şikayətin geri qaytarılmasına dair Zaqatala Rayon Məhkəməsinin 15.01.2021-ci il tarixli 2(033)-247/2021 nömrəli qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, müvafiq qərardad dəyişdirilmədən saxlanılmışdır.
23. Bundan sonra iddiaçı hazırkı idd ia ərizəsi ilə inzibati məhkəməyə müraciət edərək cavabdehin 20 aprel 2021-ci il tarixli cavabdehin 439 saylı məktubu ilə razılaşmadığını bildirmiş, məhkəmədən X1 miras qalmış fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.1644 ha olan torpaq sahəsinin mərhum X2 aid hissəsinə və Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0.5058 ha torpaq sahəsinin mərhuma aid hissəsi üzərində İddiaçı ¼ hissə olmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini Zaqatala rayon 2 saylı Notariat Ofisinin üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmiş, mübahisənin inzibati məhkəməyə aid olmaması ilə əlaqədar iddia mümkün sayılmamışdır. 24. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 8-ci bəndinə görə “notariat hərəkətlərindən və ya həmi n hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır.
25. Ümumi məhkəmələr belə mübahisələrə baxarkən “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 8-ci bəndinə və MPM-in 305.1.8-ci maddəsini rəhbər tuturdu. 26. 9 iyul 2021-ci il tarixli Qanunla 1 oktyabr 2021-ci il tarixdən MPM-in 305.1.8-ci maddəsi ləğv edilmişdir.
27. Bundan sonra “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarı ilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 04 nömrəli qərarında dəyişikliklər edilmiş, 8-ci bənddə qeyd edilmişdir ki, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin.
28. Plenum qərarına görə qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasın da ümumi məhkəmələrdə baxılması davam etdirilməsi nəzərdə tutulduğundan, notariat hərəkətlərini aparmaqdan imtinaya dair cavabdehin hərəkət və hərəkətsizliyi ilə bağlı mübahisəyə mülki məhkəmə icraatında baxılmalıdır.
29. Odur ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, kasasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
30. İddiaçıya izah edilir ki, notariat hərəkətlərini aparmaqdan imtinaya dair cavabdehin hərəkət və hərəkətsizliyi ilə bağlı Zaqatala rayon Məhkəməsinə müraciət edə bilər.
31. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsin in İnzibati kollegiyasının 2-1(107)-320/2021 saylı 3 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.