Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-13/2024 09.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə (Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qərarının icra edilməməsinə görə cərimə tətbiq olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə (Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2023-cü il tarixli, 2-1(103)-1751/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, məhkəmənin 2- 1(82)1064/2015 nömrəli 11 mart 2015-ci il tarixli qərarı ilə iddiaçıya 01 iyun 2007-ci il tarixdən (52 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, həmin vaxt qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.1ci maddəsinə əsasən (2004 – 2005-ci illərin əmək haqqından) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması və əvvəlki dövr üzrə yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1064/2015 nömrəli 11 mart 2015-ci il tarixli qərarı qanuni qüvvəsini almış və qərardan çıxarış xx.xx.2015-ci il tarixdə icra edilməsi üçün cavabdehə göndərilmişdir.
3. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək qərarın ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar çıxarılmasını xahiş etmiş, məhkəmənin 2-1(82)-1064/2015 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ərizəsi mümkün sayılmamışdır.
4. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının həmin qərardaddan verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1411/2022 nömrəli xx.xx.2022ci il tarixli qərardadı, kassasiya şikayəti isə Ali Məhkəmənin İnzibati Kollegiyasının 21(102)-1189/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə təm in edilməmişdir.
5. Bakı İnzibati Məhkəməsi xx.xx.2022-ci il tarixli məktubla 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-1064/2015 saylı 11 mart 2015-ci il tarixli qərarının icra edilməsi ilə bağlı tədbir görülməsini Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından tələb etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə müraciət edərək bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə, təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Araşdırmanın nəticəsi olaraq iddiaçıya qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri olduğu nəzərə alınaraq, müəyyən olunmuş faktlara hüquqi qiymət verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 29 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Bundan başqa, vaxtilə iddiaçıya əmək pensiyasının təyin edilməsinə əsas olmuş Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1064/2015 saylı iş üzrə 23 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2021-ci il tarixli **********8 nömrəli məktubla Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Bakı İnzibat Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərardadına əsasən ərizə mümkün sayılmamış, sözügedən qərardaddan xx.xx.2022-ci il tarixində apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən apellyasiya şikayət təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qərardad xx.xx.2022-ci ıl tarixində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş, Mərkəzi Filial tərəfindən xx.xx.2022-ci il tarixdə kassasiya şikayəti verilmişdir. Sözügedən inzibati iş üzrə yekun məhkəmə aktı və Baş Prokurorluqda işlə bağlı araşdırmanın nəticələri barədə məlumat Mərkəzi Filiala daxıl olduqdan sonra qeyd olunan məhkəmə qərarının icrası məsələsinə baxılacaqdır.
6. Bakı İnzibati Məhkəməsi xx.xx.2022-ci il tarixli məktubla 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-1064/2015 saylı 11 mart 2015-ci il tarixli qərarının icra edilməsi üçün cavabdeh inzibati orqana 15 gün müddət təyin etmiş və qərar icra olunmadığı halda, İnzibati Prosessual Məcəllənin 120-ci maddəsinin tələblərinə uyğun olaraq cərimə olunacağı barədə xəbərdarlıq etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. Bakı İnzibati Məhkəməsinin (hakim: R.L.Kərimli) xx.xx.2022-ci il tarixli 2-1(82)1064/2015 nömrəli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 500 manat miqdarında cərimə edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1064/2015 nömrəli 11 mart 2015-ci il tarixli qərarının icra olunması üçün inzibati orqana məktub göndərilmiş və qərar icra olunmadığı halda, qurumun İnzibati Prosessual Məcəllənin 120-ci maddəsinin tələblərinə uyğun olaraq cərimə olunacağı barədə xəbərdarlıq edilmişdir. Cavabdeh inzibati orqanın dəlillərinə görə, əmək pensiyasının dayandırılmasına əsas cinayət işinin başlanmasına dair qərarın qəbul olunmasıdır. Halbuki, bu qərarın mövcudluğu hazırkı mərhələdə məhkəmə qərarının icrasının, yəni pensiya ödənişlərinin verilməsinin dayandırılmasına əsas ola bilməz. Qanuni qüvvəsini almış məhkəmə qərarın ın icrasını təmin etmək hər bir inzibati orqanın vəzifəsidir.
9. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və cərimənin götürülməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə, R.Ə.Səmədov) xx.xx.2023-cü il tarixli, 2-1(103)1751/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(82)-1064/2015 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, qərard adın ləğv edilməsi barədə yeni qərar olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
13. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərarının icrasından yayınmamış, yalnız iddiaçıya qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri olduğu nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymət verilməsi məqsədilə müvafiq materiallar xx.xx.2021-ci il tarixdən Baş Prokurorluğa göndərilmiş və sözügedən araşdırmanın nəticəsindən asılı olaraq iddiaçının pensiyasının bərpa edilməsi məsələsinə baxılacaqdır. Qeyd olunan hal apellyasiya instansiy ası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müva fiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qəra rı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
116. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin normalarının tətbiqi 116.1. Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. 116.2. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Maddə
120. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icra edilməsi 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterl i müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi inzibati məhkəmə icraatı iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. 16. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
20. Şikayətdə fundamental vaci b hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası cərimənin tətbiq edilməli olması bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı qərarın 16-cı bəndində qeyd olunan “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İnzibati Prosessual Məcəllənin 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, i cra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir.
22. Hazırkı iş materialları ilə müəyyən olunur ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-1064/2015 nömrəli 11 mart 2015-ci il tarixli qərarı qanuni qüvvəsini aldıqdan sonra qərardan çıxarış xx.xx.2015-ci il tarixdə icra edilməsi üçün cavabdehə göndərilmişdir. Cavabdeh ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar çıxarılmasını xahiş etmiş, məhkəmənin 2-1(82)-1064/2015 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ərizəsi mümkün sayılmamışdır. Cavabdehin həmin qərardaddan verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1411/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı, kassasiya şikayəti isə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1189/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir.
23. Bundan sonra, yuxarıda istinad olunan Plenum Qərarında da qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi tərəfindən qərarın icrası ilə bağlı cavabdehə müvafiq məktub göndərilmiş, 15 gün müddət təyin edilmiş və qərar icra olunmadığı halda, İnzibati Prosessual Məcəllənin 120-ci maddəsinin tələblərinə uyğun olaraq cərimə olunacağı barədə xəbərdarlıq edilmişdir. Lakin cavabdeh inzibati orqan qanuni qüvvəsini almış məhkəmə qərarını icra etməkdən yayınmış, hüquqi praktikaya uyğun olaraq uğurlu sayılmayan “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi” barədə ərizə vermiş, həmin ərizəsi mümkün sayılmamış və bununla bağlı məhkəmə aktından verdiyi şikayətlər təmin edilməmişdir.
24. M əhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan 11 mart 2015-ci il tarixdə qəbul edilmiş məhkəmə qərarını əsassız olaraq icra etməmiş və icrasından yayınmışdır ki, belə olan halda da birinci instansiya məhkəməsi tərəfindən onun 500 manat məbləğində cərimə olunması qanuni və əsaslı olmuşdur.
25. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın kassasiya şikayətinin dəlillərinə münasibətdə onu da qeyd edir ki, əvvəla cinayət işinin başlanmasına dair məhkəməyə heç bir sübut (qərar) təqdim edilməmişdir. Belə bir qərarın olması da vəziyyəti dəyişmir. Çünki, belə bir qərar qəbul olunmuş olsa belə, bu hal iddiaçıya pensiya təyin edilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının dayandırılması üçün əsas deyildir.
26. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərardad ı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1751/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.