Məhkəmə qərarları › İş №2-1(102)-13/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-13/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-13/2025 05.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddiadan imtina etmə səbəbi ilə iş üzrə icraata xitam verilməsi barədə qərardaddan verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaf iəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2024-cü il tarixli, 2-1(106)-66/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmas ı barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şirvan İnzibati Məhkəməsinin (hakim: Ş.C.Musayev) xx.xx.2023-cü il tarixli, 21(120)-1453/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək İddiaçı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh həvalə edilmişdir.

3. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar çıxarılmasını xahiş etmişdir.

4. Apellyasiya icraatı zamanı İddiaçı Şirvan Apellyasiya Məhkəməsinə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək iddiadan imtina etdiyini bildirmişdir.

5. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər: F.C.Hüseynov (sədrlik edən), S.F.Həsənov və İ.Q.Əsədov) 24 may 2024-cü il tarixli, 2-1(106)-66/2024 nömrəli qərardadı ilə Şirvan İnzibаti Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2-1(120)1453/2023 nömrəli qərarı ləğv edilərək İddiaçı cavabdeh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

6. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, inzibati işə yenidən baxılması və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ:

7. Cavabdehin kassasiya şikayətini nəzərdən keçirərkən müəyyən edilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının 24 may 2024-cü il tarixli, 21(106)-66/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ:

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə

90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məh kəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə

96. Ali Məhkəmədə icraat 96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini inzibati məhkəmə icraatının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır. 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraat iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2024-cü il tarixli, 2-1(106)-66/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

10. Azərba ycan Respublikası İPM-in 55.5-ci maddəsinin tələbinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.

11. Normanın tələbindən göründüyü kimi, iddiaçının iddiadan imtina etməsi səbəbi ilə icraata xitam verilməsi barədə məhkəmə qərardadından şikayət verilə bilməz.

12. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti icraata qəbul etməkdən imtina edilməli, kasasiya şikayəti mümkün sayılmamalıdır.

13. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Şirvan Apel lyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2024-cü il tarixli, 21(106)-66/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar