Məhkəmə qərarları › İş №2-1(102)-130/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-130/2021

10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-130/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X10 rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək pensiyası təyin edilməsi, arxiv arayışında qeyd edilən stajın nəzərə alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X5 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X10 rayon şöbəsinin nümayəndəsi və vəkili V əkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X10 rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “1971-1975, 1978-1981-ci illərdə X15 adına kolxozda işlədiyi 6 il 8 ay müddətin, x xxxxxx 1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Balakən rayonu X1 işlədiyi, cavabdeh tərəfindən mübahisələndirilən 7 il 9 ay müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-385/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkə mə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1955-ci il tarixdə Balakən rayon Şərif kəndində anadan olmuşdur. Hazırda həmin kənddə yaşayır.

2. O, 1971-ci ildən 1975-ci ilədək və 1978-ci ildən 1982-ci ilədək Şərif kəndində yerləşən M.Ə.Sabir adına kolxozda, xx.xx.1981-ci ildən xx.xx.2001-ci ilədək Balakən rayon Meliorasiya müəssisəsində işləmişdir.

3. Balakən rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli arxiv arayışlarında qeyd olunmuşdur ki, iddiaçı 1971-1975, 1978-1982-ci illərdə X15 adına kolxozda işləmişdir. Balakən rayonu X2 əmr kitablarına əsasən xx.xx.1981-ci il tarixli 174 nömrəli əmr ilə iddiaçı xx xxxxxx 1981-ci il tarixdən etibarən Təs №78 olan K 700 A markalı əsas traktorçu kimi işə qəbul edilmişdir. 1981-1996 və 2000-2001-ci illərdə Balakən rayonu X1 əmək haqqı almışdır

4. İddiaçı xx.xx.2019-cu ildə 64 yaşı tamam olduğundan sənədlərini yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdehə təqdim etmişdir.

5. Cavabdehin iddiaçıya ünvanladığı xx xxxxxx 2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, onun kolxozda işlədiyi illər əmək kitabçasında qeyd edilmədiyinə və Meliorasiya müəssisəsində işlədiyi xx.xx.1992-ci ildən xx.xx.2001-ci il tarixədək olan dövr əmək kitabçasında qeyd edilməsinə baxmayaraq cəmi 26 ay əmək haqqı aldığına görə ona yaşa görə əmək pensiyası təyin edilməsi qanuna uyğun deyil. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı x xxxxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “1971-1975, 1978-1981-ci illərdə X15 adına kolxozda işlədiyi 6 il 8 ay müddətin, xx xxxxxx 1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Balakən rayonu X1 işlədiyi, cavabdeh tərəfindən mübahisələndirilən 7 il 9 ay müddətin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Meliorasiya müəssisəsində 1992-ci ildən 2001-ci ilədək ardıcıl işləmiş, lakin ona əmək haqqı ödənilərkən 3-4 ayda bir dəfə ödənilib. Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir.

8. Cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2 020-ci il tarixli məktubda və arayışda qeyd edilmişdir ki, iddiaçının 1971-1975 və 1978-1982-ci illərdə M.Ə.Sabir adına kolxozda işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. Ona görə də həmin illərin sığorta stajına daxil edilməsi qanuna uyğun olunmamışdır. Təsərrüfatlatlararası Meliorasiya müəssisəsində işləməsi barədə əmək kitabçasında qeyd edilməsinə baxılmayaraq işdən çıxma əmri tapılmamış, ancaq həmin illərdə əmək haqqı alması barədə məlumatlar qeyd edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən iş stajları əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının X1 işlədiyi illər əmək kitabçasında qeyd olunmasına baxmayaraq işdən çıxma əmri tapılmamış, ancaq həmin illərdə əmək haqqı alması barədə məlumatlar qeyd edilmişdir. İddiaçı xx.xx.1992-ci ildən xx.xx.2003-cü i l tarixədək iddiaçının cəmi 37 ayda: 1992-ci ildə - 9 ayda, 1993-cü ildə - 3 ay, 1994-cü ildə - 1 ay, 1995-ci ildə - 4 ay, 1996-cı ildə - 4 ay, 1997-ci ildə - 2 ay, 1998-ci ildə - 3 ay, 2001-ci ildə- 2 ay, 2002-ci ildə - 6 ay, 2003-cü ildə - 3 ay əmək haqqı yazılmışdır. xx.xx.1992-ci ildən sonrakı dövrdə işçinin yalnız əmək haqqı aldığı aylar sığorta stajına daxil edilir. Çünki həmin aylarda onun hesabına sığorta haqları ödənilib.

9. Şəki İnzibati Məhkəməsinin (hakim X7, 2-1(116)-371/2020 saylı iş) x xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçının 1971-1975, 1978-1981-ci illərdə X15 adına kolxozda işlədiyi 6 il 8 ay müddətin, xx xxxxxx 1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Balakən rayonu X1 işlədiyi, cavabdeh tərəfindən mübahisələndirilən 7 il 9 ay müddətin so sial sığorta stajına daxil edilməsi və xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbində qeyd olunan müddət onun sosial sığorta stajına daxil ediləcəyi təqdirdə onun “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə nəzərdə tutulmuş 25 il sığorta stajı tamamlanacaqdır. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Cavabdehin mübahisələndirdiyi dövr (xx.xx.1992ci il tarixdən xx.xx.2003cü il tarixədək olan dövr) “Vətəndaşl arın pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrə təsadüf edir. Müvafiq olaraq həmin dövrün iddiaçıya pensiya hüququ verən sosial sığorta stajına daxil edilməli olub-olmadığına da məhz həmin Qanunun tələblərinə əsasən qiymət verilməlidir. Çünki mübahisə həll edilərkən münasibətlərin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları rəhbər tutulmalıdır (İPM-in 1.2-ci maddəsi və MPMin 217.2-ci maddəsi). Alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimləmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar is tisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi, xx xxxxxx 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu zaman həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmur.

11. Cavabdeh həmin qərardan apelyasiya şikayə ti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Şəki İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X8-məruzəçi, X4 və X9, 2-1(107)-385/2020 saylı iş) xx xxxxxxxx 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin x xxxxxx 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

13. Cavabdeh qərarın surətini xx xxxxxxxx 2020-ci tarixdə almış, xx xxxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasi ya şikayətinin dəlilləri 14. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 15. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2.1 -ci bəndinə əsasən 2006-cı il yanvarın 1- dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

16. İddiaçının işlədiyini bildirdiyi illər əmək kitabçası ilə təsdiq olunmadığından sosial sığorta stajına daxil edilə bilməz. Eyni zamanda müəssisədəki iş stajları əmək kitabçasında qeyd edilməsinə baxmayaraq, bir çox aylarda əmək haqqı alınması barədə məlumatlar qeyd edilməmişdir. xx xxxxxx 1992-ci il tarixdən sonrakı illər aylar üzrə qazanılmış əmək haqlarına əsasən sığorta stajına daxil edilir. Bu səbəbdən həmin müddətin sığorta stajına daxil edilməsi qanunauyğun deyildir. 17. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya tə minatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017- ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

20. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlar da iştirak etməmişdir. Tətbiq edilən hüquq 21. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 22. x xxxxxx 2006-cı ilədək qü vvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu: Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin xx xxxxxxxx 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. Əsasnamənin 1-ci bəndində isə qeyd edilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

24. SSRİ Nazirlər Sovetinin x xxxxxx 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır.

25. Ali Məhkəmənin İnzibati kollegiyası olaraq əvvəlki qərarlarında, o cümlədən 2-1(102)-1389/2020 saylı xx xxxx 2020-ci il tarixli və 2-1(102)-1615/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarlarında da x xxxxxx 2006-cı ilədək olan dövr üzrə ayrı-ayrı iş illəri arxiv arayışı ilə təsdiq olunduğuna görə həmin illərin şəxsin sığorta stajına daxil edilməsinin zəruriliyi bildirilmişdir.

26. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardad ı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının həd ləri

27. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

28. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyas iya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, qanunvericiliyə görə iş stajı əmək kitabçası ilə təsdiq edilir, iddiaçının iş stajının bir hissəsi əmək kitabçasında qeyd edilməmiş, həmçinin iş stajı əmək kitabçasında göstərilsə də, əmək haqqı məlumatları mövcud olmamışdır.

31. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

32. İddiaçının 1971-1975, 1978-1981-ci illərdə X15 adına kolxozda işlədiyi 6 il 8 ay müddət, x xxxxxx 1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Balakən rayonu X1 işlədiyi, cavabdeh tərəfindən mübahisələndirilən 7 il 9 ay müddət Balakən rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 370 nömrəli arxiv arayışı və Dövlət Sosial X10 rayon ş öbəsinin xx.xx.2020-ci il tarixli aktları ilə öz təsdiqini tapır.

33. Cavabdeh hesab edir ki, iddiaçının tələbində qeyd olunan dövr onun sosial sığorta stajına daxil ediləcəyi təqdirdə onun “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə nəzərdə tutulmuş 25 il sığorta stajı tamamlanacaqdır.

34. İşin hallarından müəyyən edilir ki, cavabdehin mübahisələndirdiyi dövr (xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövr) “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrə təsadüf edir.

35. Müvafiq olaraq həmin dövrün iddiaçıya pensiya hüququ verən sosial sığorta stajına daxil edilməli olub olmadığına da məhz həmin Qanunun tələblərinə əsasən qiymət verilməlidir. Mübahisə həll edilərkən münasibətlərin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları rəhbər tutu lmalıdır. Alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıbalınmamalı olduğuna dair məsələ isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimləmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.

36. Göründüyü kimi, x xxxxxx 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qayda tənzim ləmişdir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır.

37. Bu normaya əsasən iddiaçının əmək kitabçasında göstərilmiş xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi dövr pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməlidir. Bu zaman həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmur. Odur ki, əmək haqqı məlumatlarının olmaması iddiaçının pensiya hüququnun təmin edilməsinə maneə ola bilməz.

38. İddiaçı x xxxx 1955-ci ildə anadan olmuş və apelyasiya məhkəməsinin mövqeyinə görə 64 yaşdan, x xxxx 2019-cu ildən yaşa görə pensiya hüquq u yaranmışdır. İddiaçının pensiya hüququnun yaranması üçün lazım olan yaş həddi ilə yanaşı, 25 ildən az olmayan sığorta stajının olması da şərtdir və bu şərt iddiaçıya münasibətdə mövcud olmuşdur.

39. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının tələbi ilə bağlı cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

40. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.

41. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə kollegiyası şərh edilənləri v ə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-385/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar