Məhkəmə qərarları › İş №2-1(102)-130/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-130/2022

18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-130/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə QƏRARİ Açar sözlər: Şəxsin TSEK-nın qərarının qəbul edildiyi vaxtdan əlil və ya sağlamlıq imkanları məhdud olan şəxs hesab edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi üçüncü şəxs olmaqla) müavinətin ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-571/2021 nömrəli, 02 mart 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək oğlunun xəstəliyinə görə pensiyasının 2013-cü ildən etibarən hesablanaraq ödənilməsini xahiş etmişdir.

2. Cavabdeh **********7 saylı, 24 fevral 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməs indəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 xəstəliyinə görə 02.05.2013-cü ildən etibarən pensiya hesablanaraq ödənilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X6 02.05.2012-ci il tarixində Sumqayıt şəhərində anadan olmuşdur. Anadan qüsurlu doğulmuş və müayinə olunduqdan sonra “anadangəlmə bulyozepidermoliz” xəstəliyi diaqnozu qoyulmuşdur. Anadan olduğu vaxtdan etibarən həkim nəzarəti altında olmuş və qeyd olunan xəstəlikdən müalicə almasına baxmayaraq sağalmamışdır. 25.11.2013-cü il tarixdən etibarən 3 saylı X9 Dispanserində dəfələrlə ambulator və stasionar müalicə kursu keçmiş, lakin sağlamlığı bərpa olunmamışdır. 3 saylı UDZD-nin dispanser qeydiyyatındadır. 3 saylı X9 Dispanseri tərəfindən Stasionar x əstənin tibbi kartasından verilmiş 124 və 216 saylı epikrizlərdən görünür ki, xəstə 02.05.2012-ci il təvəllüdlü X6 dəfələrlə 3 saylı X9 Dispanserində müalicə almasına baxmayaraq sağalmamışdır. Dəfələrlə Tibbi-Sosial Ekspert Komissiyasında müayinə olunmuş və sonuncu müayinə 28.09.2018-ci ildə həyata keçirilmişdir. Qeyd olunan müayinədən sonra Tibbi-Sosial Ekspert Komissiyasının rəyinə əsasən C.Məmmədliyə xəstəliyə görə pensiya təyin edilmişdir. C.Məmmədli 25.11.2013-cü il tarixidən etibarən müayinə və müalicə olunmasına baxmayaraq sağalmadığı halda, xəstəliyə görə pensiyanın təyin olunmasına dair rəy Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən yalnız 28.09.2018-ci il tarixində verilmiş və həmin vaxtdan etibarən pensiyaı təyin olunmuşdur. DSMF-yə ərizə ilə müraciət edərək, X2 xəstəliyə görə pensiyasının 2013-cü ildən etibarən hesablanaraq ödənilməsi xahiş olunsa da, 24 fevral 2020-ci il tarixli cavab məktubu ilə imtina cavabı verilmişdir.

5. Cavabdeh iddia ərizəsinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir.

6. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, oğlu - X3 anadangəlmə xəstəliyinə görə müavinətin 02.05.2012-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4644/2020 nömrəli qərardadı ilə (hakim: E.Ə.Əliyev) iddiaçının “İddiaçı oğlu - X3 anadangəlmə xəstəliyinə görə müavin ətin 02.05.2012-ci il tarixdən hesablanılaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddianın dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4644/2020 nömrəli qərarı ilə (hakim: E.Ə.Əliyev) iddia qismən təmin edilmiş, İddiaçı oğlu X2 anadan gəlmə xəstəliyinə görə müavinətin 04.12.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının oğlu X2 anadangəlmə xəstə olması, həmçinin iddiaçının oğluna müvafiq əlilliyin təyin edilməsi i lə bağlı ilk dəfə 04.12.2017-ci il tarixdə müraciət etməsi, X4 əlilliyin təyin edilməsinə əsas olmuş 15.09.2018-ci il tarixli göndərişdə (Forma AZS № 088) qeyd edilən diaqnoz ilə 3 nömrəli X9 Dispanserinin Epikrizlərində göstərilən diaqnozun eyni olması iş materialları ilə öz təsdiqini tapdığından, hazırkı iddia qismən, İddiaçı oğlu - X2 anadangəlmə xəstəliyinə görə müavinətin 04.12.2017-ci il tarixdən hesablanaraq ödənilməsi hissəsində əsaslıdır.

10. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı və cavabdeh apelyasiya şikayətləri vermişlər. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-571/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: V.M.Məmmədov və N.Ş.Cəfərov) i ddiaçının apelyasiya şikayəti təmin edilməmiş, cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4644/2020 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.

12. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının oğlunun sağlamlıq imkanlarının məhdudluğu ilə bağlı rəy 28.09.2018-ci il tarixdə verildiyindən və həmin tarixdən də ona sosial müavinət ödənildiyindən iddia əsassızdır.

13. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində göstə rilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçı cavabdehə 2018-ci ildə müraciət etməsinə baxmayaraq, 02.05.2012-ci il təvəllüdlü oğlu 25.11.2013-cü il tarixdən etibarən müalicə olunur və müalicəsi heç bir effekt vermir. Maddi vəziyyətinin ağır olması ilə əlaqədar olaraq onun bu pensiyaya ehtiyacı var. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Üçüncü şəxs kassasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərə li iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması;... Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırl anmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2 Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir 18. “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 36 nömrəli Qərarı: Bənd 1.1. Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Bənd 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Bənd 4.2. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. Bənd 4.8. TSEK-ə göndərişin forması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəs i Nazirliyi ilə razılaşdırılaraq təsdiq edilir. Bənd 4.9. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 Sosial Ekspertiza və X5 (bundan sonra - TSERAS) ötürülür. Bənd 4.9-1. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi ver miş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. Bənd 4.9-2. Qəbul edilmiş qərarların obyektivliyinin təmin edilməsi məqsədi ilə seçmə qaydada eyni göndəriş bir neçə TSEK-ə göndərilə bilər. Müxtəlif TSEK tərəfindən qəbul edilmiş qərarlarda uyğunsuzluq aşkar edildiyi təqdirdə, son qərar Xidmət tərəfindən verilir; Bənd 4.26. Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olundu ğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə tərkibi hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

23. Məhkəmə tərkibi qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanmış normalarının təhlilindən görünür ki, əlill ik yalnız bu barədə qəbul edilmiş TSEK qərarı ilə müəyyən edilir və əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır.

24. Bu mənada, iddiaçının oğlunun əlillik vəziyyəti səhiyyə müəssisəsinin 15.09.2018-ci il tarixli göndərişi əsasında 28.09.2018-ci il tarixdə TSEK qərarı ilə müəyyən olunduğundan inzibati orqanın imtinası, eləcə də apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçının oğlunun sağlamlıq imkanlarının məhdudluğu 28.09.2018-ci il tarixdən əvvəlki tarixlərdə təsdiq edilmədiyindən ona əvvəlki tarixlərə görə müavinət təyin edilməsi düzgün deyildir.

25. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessu al hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-571/2021 saylı iş üzrə 02 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar