Məhkəmə qərarları › İş №2-1(102)-130/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-130/2023

18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-130/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimləri Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və R eyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı ərazi idarəsinə) qarşı (3-cü şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti) “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 avqust 2022-ci il tarixli, 2-1(103)-246/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 31 aprel 2002-ci il tarixli № 0847 saylı Azərbaycan Respublikası Əfqanıstan Veteranları İttifaqı tərəfindən vəsiqə verilmişdir.

2. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 16 mart 1999-cu il tarixli 213 saylı “Torpaq sahəsinin alınması haqqında” sərəncamına əsasən Nizami rayon İcra Hakimiyyəti ba şçısının 30 sentyabr 1998-ci il tarixli, 03/974 №-li məktubu nəzərə alınaraq, Azərbaycan Respublikası Əfqanıstan Veteranları Birliyinə fərdi yaşayış evlərinin layihələşdirilməsi və tikintisi üçün Nizami rayonu, Şərifli küçəsindəki 2593-cü məhəllədə 0.5 ha, Sabunçu rayonu, Şərifli küçəsindəki 2954-57-ci məhəllənin şimalında 0.8 ha torpaq sahəsi ayrılmışdır.

3. Bakı şəhər İcra Hakimiyyəti başçısının 04 iyul 2002-ci il tarixli № 7-2283/17 saylı məktubuna əsasən X1 İdarə Heyəti Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, Nizami və Sabunçu rayonlarının həmsərhəd ərazilərində, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 213 saylı sərəncamına əsasən inşa edilmiş tikililərin sənədləşdirilməsini xahiş etmişdir. Şərifli küçəsindəki 2591-ci məhəllədə inşa edilmiş fərdi evlərin və daş hasara alınmış torpaq sahələrinin mövcud fərdi yaşayış evləri massivinin yanında və 8-ci km qəsəbəsinin baş planına əsasən çoxmərtəbəli yaşayış binaları üçün nəzərdə tutulmayan ərazidə yerləşdiyi nəzərə alınaraq, qeyd olunan sərəncama əlavə olaraq X1 üzvləri, veteran və müharibə əlillərinin adına rəsmiləşdirilməsinə Bakı Şəhər İcra Hakimiyyəti etiraz etməmiş və bu məsələnin rəsmiləşdirilməsi rayon icra hakimiyyətinə tapşırılmışdır.

4. Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 29 avqust 2002-ci il tarixli № 373 saylı sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2002-ci il tarixli 7-2283/17 saylı məktubuna istinad edilərək, “Şərifli küçəsindəki fərdi yaşayış evləri massivinin yanında 2591-ci məhəllədə BŞİH tərəfindən ayrılmış ərazidə daş hasara alınmış torpaq sahələrinin mövcud vəziyyətdə 600 kv.m yer Çobanzadə 74, mənzil 52-də yaşayan İddiaçı adına rəsmiləşdirilmiş hesab edilmişdir.

5. İddiaçı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını cavabdehdən xahiş etmişdir.

6. Cavabdehin iddiaçıya ünvanlanmış 16 oktyabr 2020-ci il tarixli imtina məktubda qeyd edilmişdir ki, sözügedən ünvanda yerləşən torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Həmçinin, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin 60 kv.m-i ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-30930 saylı şəhadətnamə ilə digər fiziki şəxsin mülkiyyətində olması, Nizami rayon İHB-nın fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrıl ması barədə sərəncamının xx.xx.2001-ci il tarixindən sonra verilməsi səbəbindən imtina verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsindəki 25914-ci məhəllədə inşa edilmiş fərdi evləri massivinin yanında daş hasara alınmış 600 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

8. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsindəki 2591-ci məhəllədə inşa edilmiş fərdi evlər massivinin yanında daş hasara alınmış 540 kv.m torpaq sahəsinə iddiaçının adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli 7-2263/17 saylı məktubuna istinad edərək, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsindəki 2591-ci məhəllədə inşa edilmiş fərdi evlərin və daş hasara alınmış torpaq sahələrinin mövcud vəziyyətdə 600 kv.m torpaq sahəsi ayrılmışdır. Bu torpaq sahəsi ona X1 üzvü olduğu üçün verilmişdir. İddiaçı adı çəkilən ərazini özəlləşdirmək istəyir. Həmin torpaq sahəsini özəlləşdirmək məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin imtina cavabı almışdır. Məktubda bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən sözügedən torpaq sahəsinin 60 kv.m-i ləğv edilmiş və digər fiziki şəxsin mülkiyyətindədir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazında bildirmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Həmçinin, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin 60 kv.m-i ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-30930 saylı şəhadətnamə ilə X2 mülkiyyətində olması, Nizami rayon İHB-nın fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə sərəncamının xx.xx.2001-ci il tarixindən sonra verilməsi məlum olmuşdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bununla bağlı iddiaçıya xx.xx.2020-ci il tarixli, **********15 saylı cavab ünvanlanmışdır.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2695/2021 nömrəli, 18 mart 2021-ci il tarixli qərardadı ilə (hakim: A.Oruczadə) Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində işə cəlb edilmişdir. 12 Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2695/2021 nömrəli, 29 iyun 2021-ci il tarixli qərarı ilə (hakim: A.Oruczadə) iddia rədd edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, yerli icra hakimiyyətlərinin xx.xx.2001-ci ildən sonra vətəndaşlara torpaq sahəsi ayrılması ilə bağlı səlahiyyətləri olmamışdır. Bununla da aydın olur ki, Bakı şəhəri Nizami Rayon İcra Ha kimiyyəti başçısı 29 avqust 2002-ci il tarixində vətəndaşa torpaq sahəsi ayırmaq səlahiyyətində olmamışdır. Bundan əlavə iddiaçı Nizami Rayon İcra Hakimiyyət başçısının Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına və məktubuna istinad edərək ona torpaq sahəsi ayrıldığını iddia edir. Lakin Bakı şəhər İcra Hakimiyyəti başçısının 16 mart 1999-cu il sərəncamında Azərbaycan Respublikası Əfqanıstan X3 rayonu, Şərifli küçəsindəki 2593-cü məhəllədə 0,5 ha, Sabunçu rayonu, Şərifli küçəsindəki 2954-57-ci məhəllənin şimalında 0,8 ha torpaq sahələrinin ayrıldığı qeyd edilmişdir. İddiaçının iddia etdiyi torpaq sahəsi isə Nizami rayonu, Şərifli küçəsindəki 2591-cü məhəllədə yerləşir, hansı ki, Nizami Rayon İcra Hakimiyyəti onun barəsində sərəncam verən zamanı BŞİH başçısının xx.xx.2002-ci il tarixli məktu buna istinad etmişdir.

14. Həmçinin məhkəmə müəyyən etmişdir ki, İddiaçı münasibətdə Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsindəki 2591-ci məhəllədə inşa edilmiş fərdi evlər massivinin yanında daş hasara alınmış 540 kv.m torpaq sahəsinin iddiaçıya ayrılmasına qanunvericiliklə müəyyən edilmiş qaydada heç bir hüquqmüəyyən edici sənəd nə inzibati icraatda, nə də inzibati məhkəmə icraatında təqdim olunmamışdır. Odur ki, məhkəmənin mövqeyinə görə cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinin imtinası qanuna zidd sayıla bilməz. Beləliklə, işin araşdırılmış halları ilə təsdiq olunur ki, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. İddiaç ı tərəfindən təqdim edilən sənədlərin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydə alınması üçün əsas olması isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Odur ki, cavabdeh inzibati orqan tərəfindən edilmiş imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.

15. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-246/2022 nömrəli, 26 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər S.Bəktaşi - sədrlik edən və məruzəçi, A.Hüseynov və A.Hüseyn) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)2695/2 021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia tələbi təmin edilmiş, İddiaçı Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsindəki 2591ci məhəllədə inşa edilmiş fərdi evlər massivinin yanında daş hasara alınmış 540 kv.m torpaq sahəsinin mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq, ona çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, “Torpaq sahəsinin ayrılması haqqında” Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 213 saylı sərəncamı və “Şərifli küçəsindəki 2591-ci məhəllədə fərdi yaşayış evləri massivinə bitişik ərazidə daş has ara alınmış torpaq sahələrinin mövcud vəziyyətdə X1 üzvlərinin adına rəsmiləşdirilməsi haqqında” Nizami RİHB-nın 29 avqust 2002-ci il tarixli 373 nömrəli sərəncamı hal-hazırda ləğv edilməmiş və tərəflər üçün hüquqi nəticələr yaratmaqla öz hüquqi qüvvəsini saxlayır. İnzibati orqan isə, qeyd olunan torpaq sahəsinin xx.xx.2001-ci il tarixdən əvvəlki müddətdə, yəni Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 213 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmasını nəzərə almamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə almasından imtina etməsi inzibati orqanın inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüq uqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun bərabərlik prinsipinə, həmçinin inzibati orqanın diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydasına ziddir.

18. Məhkəmə kollegiyasının qənaətinə görə Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsindəki 2591-ci məhəllədə inşa edilmiş fərdi evlər massivinin yanında daş hasara alınmış 540 kv.m torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqları yarandığından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5ci maddəsinə əsasən onun hüquqları qeydiyyata alınmalıdır. Odur ki, cavabdeh orqanın imtinası qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir.

19. Ca vabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətinin dəlillərinə görə, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin 60 kv.m-i ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-30930 saylı şəhadətnamə ilə digər fiziki şəxsin (X2) mülkiyyətindədir. xx.xx.2022-ci il tarixində müvafiq torpaq sahəsinə keçirilən texniki baxış zamanı torpaq sahəsinin faktiki ölçüsünün 591.kv.m olduğu müəyyən edilmişdir. Həmçinin, Nizami rayon İHB-nın fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə sərəncamının xx.xx.2001-ci il tarixindən sonra verilməsi məlum olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin mübahisəli qərarı qəbul olunarkən Torpaq Məcəlləsinin 68-ci, “Torpaq islahatı haqqında” Qanunun 19, 25-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddələrinin tələbləri əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmiş, iş üzrə digər hallar araşdırılmamış, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Daşınamz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:........ 8.0.1 qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövl ətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). Maddə

12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasında n aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə dayandır ılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-) tutulmuş qeydiyyatın

23. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. (...) 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

24. Torpaq islahatı haqqında Qanun Maddə 25 Keçid Müddəalar Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyət i orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi dəyişilənədək bu Qanuna zidd olmayan hissədə tətbiq edilir. 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası mə hkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən haz ırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində “Nizami rayon İHB-nın fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə sərəncamının xx.xx.2001-ci il tarixindən sonra verilməsi məlum olmuşdur” dəlilinə münasibətdə qeyd edir “Torpaq sahəsinin ayrılması haqqında” Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999cu il tarixli 213 saylı sərəncamı və “Şərifli küçəsindəki 2591-ci məhəllədə fərdi yaşayış evləri massivinə b itişik ərazidə daş hasara alınmış torpaq sahələrinin mövcud vəziyyətdə X1 üzvlərinin adına rəsmiləşdirilməsi haqqında” Nizami Rayon İcra Hakimiyyəti başçısının 29 avqust 2002-ci il tarixli 373 nömrəli sərəncamı hal-hazırda ləğv edilməmiş və tərəflər üçün hüquqi nəticələr yaratmaqla öz hüquqi qüvvəsini saxlayır.

33. Belə ki, cavabdeh qeyd olunan torpaq sahəsinin xx.xx.2001-ci il tarixdən əvvəlki müddətdə, yəni Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 213 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmasını, bununla bağlı “Torpaq islahatı haqqında” Qanunun 25-ci maddəsinin tələbini nəzərə almamışdır.

34. Göründüyü kimi, iddiaçıya məxsus torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə almasından imtina etməsi inzibati orqanın inzibati aktların qəbul edil məsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun bərabərlik prinsipinə, həmçinin inzibati orqanın diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydasına ziddir.

35. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsindəki 2591-ci məhəllədə inşa edilmiş fərdi evlər massivinin yanında daş hasara alınmış 540 kv.m torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqları yarandığından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5ci maddəsinə əsasən onun hüquqları qeydiyyata alınmalıdır. Odur ki, cavabdeh orqanın imtinası qanuna zidd sayılmalı v ə iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir

36. Apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

37. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun sayılmalıdır. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-246/2022 saylı, 26 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar