Məhkəmə qərarları › İş №2-1(102)-1300/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1300/2020

15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1300/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə Q Ə R A Rİ Açar sözlər: (güzəştli pensiya təyin edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Rəsulbəyova Nigar İmran qızı Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi İddiaçı və cavabdehin vəkili Vəkil3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin S osial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və məbləğin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-576/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Cavabdeh xx xxxx 2019-cu il tarixli, **********1 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, “xxxx” MMC-nin X4 iddiaçının xx.xx.1988xx.xx.1997-ci il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olduğu telefonçu briqadiri peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığından, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Bundan sonra, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx xxxx 2019-cu il tarixli **********1 nömrəli cavab məktubunun qanunsuz hesab edilərə k ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı vaxtdan pensiya təyin olunması və ona ödənilməli olan pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sonradan iddiaçı dəqiqləşdirmə təqdim edərək, hüququnun yarandığı 52 yaş 6 aydan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx xxxx 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, hazırda 53 yaşı var. Əmək fəaliyyətinə xx xxxxxx 1983-cü ildə başlamış, xx.xx.2018-ci il tarixdə bitirmiş və ümumilikdə 34 ildən çox iş stajı mövcuddur. 34 illik əmək fəaliyyətinin 12 ilindən çoxunu telefonçu və telefonçu briqadir vəzifələrində çalışmışdır. Bununla bağlı cavabdehə müraciət edilsə də, sonuncu ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdeh imtina verən zaman qüvvədə olan qanunvericiliyə istinad etsə də, onun güzəştli şərtlərlə pensiya hüququ qüvvədən düşmüş qanunvericiliyə əsasən yaranır. Odur ki, qüvvədən düşmüş qanunvericilik tətbiq edilməklə ona güzəştli şərtlərlə əmək pensiya təyin edilməlidir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xxxx Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxx 2019-cu il tarixli, 57 nömrəli arayışından da göründüyü kimi, iddiaçı xx.xx.1984-cü il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1988-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək, xx.xx.1991-ci il tari xindən xx.xx.1992-ci il tarixinədək telefonçu, xx.xx.1988-ci il tarixindən 16 09.1988-ci il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1991-ci il tarixinədək xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək telefonçu briqadir vəzifələrində işləmişdir. O, həmin vəzifələrdə işlədiyi dövr ərzində zərərli işə görə əlavə ödəniş də almışdır. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3932/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim: Ş.Ə.Süleymanova) iddia təmin edilmiş, iddiaçıya hüququnun yarandığı 52 yaş 6 aydan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaran mış pensiya fərqinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-576/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: V.T.Həsənov, hakimlər: Ş.A.Məmmədova və X.Ə.Sarıyev) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3932/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh apelyasiya instansiyası məhkəməsini n qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərar ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 23100000—19096 şəhər telefon rabitəsində sorğu xidmətinin telefonçu ları peşəsinə uyğundur. Lakin belə bir uyğunlaşdırmanın heç bir qanuni əsası yoxdur. Belə ki, iddiaçı xx.xx.1984 - xx.xx.1988, xx.xx.1988 - xx.xx.1989, xx.xx.1991 xx.xx.1992-ci illərdə telefonçu kimi fəaliyyət göstərsə də, bu müddət 6 ilə çatmır. Qalan müddətlərdə isə (xx.xx.1988-xx.xx.1988, xx.xx.1989-xx.xx.1991, xx.xx.1992-xx.xx.1997). iddiaçı telefonçu deyil, telefonçu briqadiri olmuşdur. Telefonçu briqadiri vəzifəsi Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq siyahılarda nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə öz-özlüyündən telefonçu briqadiri peşəsini güzəştli şərtlərlə pensiya verən peşə hesab edə bilməzdi. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və apelyas iya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şi kayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin kollegiya kasassiya şikayətini əsassız hesab edir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (K onstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini ta pan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il, 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlars a, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən,bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahı üzrə qadınlar 50 yaş çatdıqda və azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə p ensiya təyin olunması üçün iki şərt mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının olması; 2) bu müddətin azı 10 ilini güzəştli iş stajı olması. İddiaçı xx.xx.1966-cı il tarixdə anadan olduğundan onun pensiya yaşına çatması işin mübahisə edilməyən halıdır. Bundan əlavə, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə qədər 55 nömrəli səkkizillik məktəbdə xadimə, xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilə qədər böyük pioner dəstə başçısı, xx.xx.1984-cü il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1988-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək, xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək telefonçu, xx.xx.1988-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1991-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1997-cı il tarixinədək telefonçu briqadiri vəzifəsində işləmişdir. Beləliklə də iddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olduğu dövrdə 20 ildən artıq ümumi iş stajına malik olmuş, bunun 10 ildən artıq müddətini güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrdə işləmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstərişilərin siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahısı” üzrə şəhər telefon rabitəsində sorğu xidmətinin telefonçusu işi (23100000- 19096 kodu) güzəştli pensiya hüququ verən zərərli iş hesab edilmişdir. İddiaçının 10 ildən artıq müddətdə - xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixinədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixinədək telefonçu, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixinədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1997-cı il tarixinədək olan müddətdə telefonçu briqadiri vəzifəsində işləməsi işin mübahisəsi halıdır. Cavabdeh iddiaçının ümumi iş stajını, eləcə də telefonçu işlədiyi dövrün güşətli iş stajı sayılmasını mübahisələndirmir. Cavabdehin imtina məktubundan, eləcə də apelyasiya və kassasiya şikayətlərindən görünür ki, yalnız iddiaçının telefonçu briqadiri vəzifəsində işlədiyi dövr mübahisələndirilir və iddiaçını n xx.xx.1988 - xx.xx.1997-ci il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olduğu telefonçu briqadiri peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda, eləcə də Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş digər müvafiq siyahılarda nəzərdə tutulmadığına istinad edilir. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstərişilərin siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nö mrəli siyahısı üzrə şəhər telefon rabitəsində sorğu xidmətinin telefonçusu işi (23100000- 19096 kodu) güzəştli pensiya hüququ verən zərərli iş hesab edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı 003 və 8-12-009 servis xidmətlərində işləyən telefonçu-operatorlar üçün müddətli vəzifə Təlimatı tələb edilərək iş materaillarına əlavə edilmişdir. Həmin Təlimatda telefonçu-operatorların terminalda işləmək qaydaları və vəzifə borcları göstərilir. Həmin Təlimatda briqadir-telefonçunun funksiyalarını müəyyən edən bölmənin birinci cümləsində qeyd edilir ki, telefonçuya aid edilmiş bütün müddəalar biriqadir–telefonçuya şamil edilir və əlavə olaraq aşağıdakı qaydalara cavab verir. Təlimatın məzmununa baxıldıqda aşkar olaraq müəyyən olunur ki, iddiaçının briqadir telefonçu kimi yerinə yetird iyi funksiyası məhz telefonçu peşəsinin funksiyası ilə eynilik təşkil edir. Bu baxımdan həmin peşənin siyahda əlavə olaraq göstərilməli olmasına dair cavabdeh tərəfin dəlili tam əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququna malik olması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Azərbaycan Respublikasının İPM-nin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları f aktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin iddianın təmin edilməməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-576/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar