Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1300/2022 28.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın etibarsız hesab edilməsi; iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.xxxx FİN:xxxxxxx) Cavabdehnə qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-388/2022 nömrəli, 17 may 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən iş ə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh orqanın 255 nömrəli, 29 dekabr 2017-ci il tarixli Sərəncamı ilə X1 Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində 0,0080 ha torpaq sahəsində birmərtəbəli (79,50 kv.m) qeyri-yaşayış obyektinin tikintisinə icazə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh orqanın 255 nömrəli, 29 dekabr 2017-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Cəbrayıl rayonundan məcburi köçkün düşərək Bakı şəhərinə köçmüş, uzun müddət ayrı-ayrı ünvan larda yaşamış və 03 mart 2014-cü il tarixdə iş üzrə maraqlı tərəf onu ailəsi ilə birgə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarant” yaşayış massivi, bina 1, 53 saylı mənzilə köçürərək məskunlaşdırmışdır. Həmin ilin may-iyun aylarından başlayaraq yaşayış massivinin girişində ümumi sahəsi 30 kv.m olan torpaq sahəsində dəmir konstruksiyadan uşaqların əyləncəsi üçün xırda obyekt quraşdırıb istifadə etmişdir. İstifadə etdiyi ərazi “Qarant” yaşayış massivinin inzibati torpaq sahəsidir və iş üzrə maraqlı tərəf - Qaçqınların və X2 üzrə Dövlət Komitəsi onun ərazidən istifadə etməyinə etiraz etməmişdir. Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti 20 avqust 2019-cu il tarixdə onunla torpaq sahəsinə dair 5 illik icarə müqaviləsi bağlamışdır. Bununla belə, Cavabdeh 29 dekabr 2017-ci il tarixdə X1 217 saylı sərəncamla Mehdiabad qəsəbəsi ərazisində 79,50 kv.m torpaq sahəsi ayırmışdır. Lakin torpaq sahəsinin heç bir koordinatı (döngə nöqtələri) göstərilmədiyinə, plan və ölçüsü sərəncama əlavə edilmədiyinə görə X3 əvvəlcə “Qarant” yaşayış massivi ilə “Gənclər” şəhərciyi arasında olan yüksək təzyiqli qaz xətlərinin arasında vətəndaşların gediş-gəliş yolunu hasarlamışdır. Piyada yolu tam bağlandığına və ərazinin istifadəçiləri etiraz etdiklərinə görə, yol icra başçısının şəxsi müdaxiləsi ilə açılmış və tikili sökülmüşdür. Bundan sonra, Ə.İmranova sərəncama heç bir cizgi planı və ölçü sənədi əlavə edilmədiyi halda, onun istifadəsində olan torpaq sahəsinə soxulmağa cəhd etmiş, istifadəsində olan həmin torpaq sahəsindən onu çıxarmaq üçün bir neçə dəfə davadalaş salmış, polis orqanlarına əsassız şikayətlər vermişdir. Cavabdeh sərəncamı və icazəsi saxtadır, çünki tarix qrafasında düzəliş edilmişdir. Sərəncamda və icazədə “imza” sözündən əvvəlki imzalar qətiyyən bir-birinə uyğun deyildir və eyni şəxs tərəfindən icra edilməmişdir. Ona görə də, 11 iyul 2019-cu il tarixdə cavabdehə rəsmi sorğu verərək 29 dekabr 2017-ci il tarixli sərəncam və icazənin, eləcə də sərəncamın verilməsinə əsas olmuş sənədlərin surətinin ona verilməsini xahiş etmiş, lakin rayon icra hakimiyyətinin sorğuya cavab olaraq göndərdiyi məktubda ona cavab verilməsindən imtina edilmiş, cavabın hüquq-mühafizə orqanının sorğusu əsasında verilə biləcəyi göstərilmişdir. Məhkəmə hüquq-mühafizə orqanıdır, ona görə də bu məsələnin, eləcə də sərəncam və icazənin verilməsinin qanunlara uyğun olub-o lmaması araşdırılmalı və hüquqi qiymət verilməlidir. Hesab edir ki, rayon icra hakimiyyətinin sərəncam-icazəsi iki əsasa və səbəbə görə etibarsız hesab olunmalıdır. 29 dekabr 2017-ci il tarixli, 217 saylı sərəncamın verilmə tarixində düzəliş edilmişdir. 29 dekabr 2107-ci il tarixli, 217 saylı sərəncam və 15 mart 2018 saylı, 038 saylı icazə və sərəncamda eyni şəxsin adı və soyadı göstərilsə də, açıqaydın görünür ki, eyni şəxs tərəfindən icra edilməmişdir, yəni saxtadır. 29 dekabr 2017-ci il tarixli, 217 saylı sərəncama torpaq sahəsinin plan-ölçüsü qoşulmadığına və döngə nöqtələri göstərilmədiyinə görə, onun istifadə etdiyi sahə həmin torpaq sahəsi hesab oluna bilməz. Cavabdeh Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin balansında olan torpaq sahəsinə dair sərəncam vermək səlahiyyəti yoxdur və həmin torpaq sahəsinə dair Qaçqınların və X2 üzrə Dövlət Komitəsi onunla 20 avqust 2019-cu il tarixli icarə müqaviləsi bağlamışdır.
4. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının qeyd etdiyi sərəncam qanunauyğun şəkildə verilmiş və iddiaçının nəzərdə tutduğu Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin sözügedən 20 avqust 2019-cu il tarixli icarə müqaviləsi Cavabdeh başçısının 255 nömrəli, 29 dekabr 2017-ci il tarixli sərəncamından sonra verilmişdir. Hal- hazırda Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 20 avqust 2019-cu il tarixli icarə müqaviləsi də qüvvədən düşmüşdür. Belə olan halda, rayon icra hakimiyyəti başçısının 255 nömrəli, 29 dekabr 2017-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi tələbinə görə iddiaçının heç bir subyektiv hüq uqu və əsası yoxdur.
5. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5/2022 nömrəli, 01 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim C.B.Məmmədov) iddia mümkün sayılmamışdır.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-423-cü maddələrinin tələblərinə riayət edilmədən müqavilənin bir tərəfli qaydada ləğv edilməsi hüquqları pozulmuş tərəfin mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnu yaradır. İddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ 20 avqust 2019-cu il tarixli icarə müqaviləsi əsasında yaranmışdır, lakin sonradan həmin müqavilənin balanssaxlayıcı tərəfindən birtərəfli qaydada ləğv edilməsi iddiaçının subyektiv hüququnu istisna edir. Mövcud mübahisənin düzgün həllini araşdırmaq məqsədilə məhk əmə tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə sorğu göndərilmişdir. Sorğuya cavabdan məlum olmuşdur ki, iddiaçı ilə Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi arasında bağlanmış 20 avqust 2019-cu il tarixli icarə müqaviləsinin qüvvədən düşdüyü, iddiaçıya həmin torpaq sahəsinin Qaradağ-Digah yüksək təzyiqli qaz xəttinin və yüksək gərginlikli elektrik xəttinin (220.0 kvt) mühafizə zolağında yerləşdiyi barədə yazılı və şifahi xəbərdarlıq edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisə predmeti olan cavabdeh orqanın 255 nömrəli, 29 dekabr 2017-ci il tarixli sərəncamının etibarsız hesab olunmasına dair iddia qaldırmağa subyektiv hüququ yoxdur.
7. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)388/2022 nömrəli, 17 may 2022-ci il tarixli qərardadı ilə (hakimlər F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.İ.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5/2022 nömrəli, 01 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri 11. “Qarant” məcburi köçkünlər şəhərciyi istifadəyə verildiyi vaxtdan indiyədək iddiaçının həmin torpaq sahəsinə dair faktiki sahiblik və istifadə hüququ vardır və həmin hüquq mövcud olmaqda davam edir.
12. İddiaçı bəhs edilən torpaq sahəsinə münasibətdə hər hansı bir şəxs tərəfindən etiraz edilmədən həmin torpaq sahəsindən uzun müddət və davamlı surətdə istifadə etdiyinə, həmin torpaq sahəsinin dövlət tərəfindən zəruri xidmətlərlə təchiz edildiyinə, dövlətin buna müdaxilə etmədiyinə və onun həmin tikilidən istifadə etməsinə dözümlülük nümayiş etdirdiyinə görə, onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmışdır.
13. Həm iddiaçı ilə icarə müqaviləsi bağlandığı zaman, həm də ondan əvvəl və sonra həmin torpaq sahəsi Qaradağ-Digah yüksək təzyiqli qaz xəttinin və yüksək gərginlikli elek trik xəttinin (220.0 kvt) mühafizə zolağında yerləşmişdir və bu hal həmin inzibati orqana məlum idi və ya məlum olmalı idi. İnzibati orqan bunu bildiyi və ya bilməli olduğu halda iddiaçı ilə və digər şəxslərlə eyni müqavilələri necə bağlamışdır? İnzibati orqan həmin şəhərcikdə yerləşən başqa torpaq sahələri ilə bağlı digər şəxslərlə də icarə müqavilələri bağlamışdır və həmin müqavilələr hal-hazırda da qüvvədədir. Bu da inzibati orqanın iddiaçıya qarşı qərəzli olduğunu və həmin icarə müqaviləsinin ləğv edilməsinin qanunsuz və əsassız olduğunu təsdiq edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə (İPM) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştira kçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübah isələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin veri lməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya c avab verməli olub olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
18. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, a pellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcm də, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 22. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində geyd edilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının v ə qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq, məhkəmələr bu meyar üzrə iddianın mümkünlüyünün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilməsi istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi ha llarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır.
23. Hazırkı iş üzrə iddiaçı X1 Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində 0,0080 ha torpaq sahəsində birmərtəbəli qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsi barədə icra hakimiyyətinin sərəncamını mübahisələndirərək onun etibarsız hesab edilməsini xahiş etmişdir.
24. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalı, başqa sözlə, iddianın inz ibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır.
25. Hazırkı iş üzrə iddiaçı mübahisəli torpaq sahəsinin icarə müqaviləsi ilə ona ayrıldığını və həmin torpaq sahəsində dəmir konstruksiyadan obyekt quraşdırdığını əsas gətirərək, həmin torpağın X1 ayrılmasına dair icra hakimiyyətinin sərəncamının etibarsız hesab edilməsi ilə bağlı iddia tələbinin əsası kimi hüquqmüəyyənedici sənəd qismində icarə müqaviləsinə istinad etmişdir.
26. Başqa sözlə, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edən iddiaçı 20 avqust 2019-cu il tarixli icarə müqaviləsinə əsaslanmışdır. Lakin bu zaman nəzərə alınmalıdır ki, sonradan həmin müqavilə, i carə müqaviləsinin digər tərəfi olan Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən ləğv edilmiş və qüvvədən düşmüş hesab edilmişdir. Müqavilənin ləğvi və qüvvədən düşmüş hesab edilməsi iddiaçının həmin müqaviləyə əsaslanan subyektiv hüququnu, yəni cavabdehin sərəncamının etibarsız sayılması barədə tələb hüququnu da istisna edir. Nəzərə almaq lazımdır ki, şəxsin tələb hüququ qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri tələb etmək imkanını ehtiva edən hüquqdur. Bu mənada müqavilə ləğv edildiyi andan şəxsin həmin müqaviləyə əsaslanaraq qeyd edilən sərəncamın ləğvini tələb etmək hüququ da aradan qalxmış olur.
27. Beləliklə, işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından iddiaçının qeyd olunan sərəncama qarşı iddia qaldırmaq üçün su byektiv hüquqa malik olduğu görünmür. İddiaçı ərizəsində torpaq sahəsinin Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə bağlanılmış 20 avqust 2019-cu il tarixli icarə müqaviləsinə əsasən onun istifadəsində olduğunu qeyd etməsinə rəğmən, bu barədə məhkəməyə hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmiş, əksinə qeyd edilən icarə müqaviləsinin faktiki olaraq hazırda ləğv edildiyi müəyyən olunmuşdur.
28. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun sayılmalıdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanıl malıdır.
29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-388/2022 nömrəli, 17 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.