Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1300/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzillə və ya fərdi evlə təmin olunma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 14.06.2023 hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzil və ya fərdi evlə təmin olunması” tələbinə dair iş üzrə Sumqayıt Apell yasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-112/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2006-cı il tarixli, 27122 seriyalı vəsiqəyə əsasən ikinci qrup Qarabağ əlilidir.
2. Sumqayıt şəhər İH Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 12 saylı mənzil kommunal sahəsinin 17 sentyabr 2019-cu il tarixli, 1152 saylı arayışına əsasən iddiaçı 40- cı məhəllə, ev 3, mənzil 29 ünvanında yaşayır, mənzilin daxil olduğu sektor şəxsi olmaqla, mənzildə İddiaçı, atası X6, anası X3, arvadı X2, oğlu X4, oğlu X5 daimi qeydiyyatdadır.
3. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 30 noyabr 2019-cü il tarixli, 414 nömrəli sərəncamına əsasən ikinci qrup Qarabağ əlili İddiaçı 4 nəfərdən ibarət ailə tərkibi ilə (özü, arvadı X2, oğlu X4, oğlu X5) yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır.
4. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək mənzil şəraitinin yaxşılaşdırılmasını xahiş etmişdir.
5. Cavabdeh 25 fevral 2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə ƏƏSMN-nə təqdim olunmuş 1 dekabr 2020-ci il tarixli, 1529 nömrəli məktubda iddiaçının 30 dekabr 2019-cu il tarixindən mənzil növbəsinə dayandığı qeyd edilmişdir. İddiaçı ƏƏSMN tərəfindən ünvan 1 ünvanında ikiotaqlı mənzill ə təmin olunmuşdur və hazırda həmin mənzildə yaşayır. Qeyd edilənlərə əsasən iddiaçının yenidən mənzillə təmin edilməsi qanunvericiliyə uyğun deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının özü də daxil olmaqla 6 (altı) nəfər ailə üzvü tərkibi nəzərə alınmaqla, Qarabağ əlili kimi imtiyazlı şəxs qismində mənzil və ya fərdi evlə təmin olunmasını məhkəmədən xahiş etmişdir.
7. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz edilməsini məh kəmədən xahiş etmişdir.
8. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavabdeh qismində prosessual iştirakına xitam verilmiş və cavabdeh qismində ƏƏSMNnin tabeliyində Sosial Xidmətlər Agentliyi cəlb edilmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmət dövründə aldığı travmalar nəticəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən ona ikinci qrup əlillik təyin edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 30 noyabr 2019-cu il tarixli 414 nömrəli sərəncamı ilə iddiaçı özü də daxil olmaqla 6 (altı) nəfər ailə tərkibdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan ikinci qrup Qarabağ müharibəsi əlili kimi mənzil növbəsinə alınmışdır. Həmin sərəncama əsasən iddiaçı ailə tərkibi 6 nəfərdən (özü, arvadı, 2 oğlu, atası və anası) ibarət olmaqla mülkiyyətində olan yaşayış sahəsi 39,34 kv.metrdən ibarət 2 otaqlı, ünvan 1-da qeydiyyatda olmaqla yaşayır.
10. AR Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamının tələblərini nəzərə alaraq mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı ƏƏSMN-nə müraciət etmiş, lakin müraciətinin icrasından imtina edilmişdir. Hesab edir ki, imtina qanunsuz və əsassızdır. Qeyd edir ki, Sumqayıt şəhər İHB-nin 30 noyabr 2019-cu il tarixli 414 nömrəli sərəncamı ilə iddiaçı özü də daxil olmaqla 6 nəfər ailə tərkibdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan ikinci qrup Qarabağ müharibəsi əlili kimi mənzil növbəsinə alındığı zaman, AR Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli, 459 nömrəli qərarı ilə sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması 16 kv.metr müəyyən edilmişdir. Sumqayıt şəhər İH Mənzil Kommunal Təsərrüfatı İstehsal Birliyi 12 saylı mənzil kommunal sahəsinin 17 sentyabr 2019-cu il tarixli, 1152 saylı arayışına əsasən iddiaçı özü də daxil olmaqla 6 nəfər ailə tərkibi ilə mülkiyyətində olan yaşayış sahəsi 39,34 kv.metrdən ibarət 2 otaqlı, 40-cı məhəllə, ev 3, mənzil 29-da yaşayır. Sumqayıt şəhər İHB-nin 30 noyabr 2019-cu il tarixli, 414 nömrəli sərəncamı və arayışlarla müəyyən olunur ki, o, 6 nəfər ailə üzvü ilə birlikdə yaşa yış sahəsi 39,34 kv.metrdən ibarət, hər adama 16 kv.metrdən az olan yaşayış sahəsinə malikdir. Hesab edir ki, o, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilir. O, AR Mənzil Məcəlləsinin tələblərinə əsasən ikinci qrup Qarabağ əlili kimi yaşayış yeri üzrə mənzil uçotuna alınmağına dair ərizə ilə Sumqayıt Şəhər İH-nə müraciət etmiş və ərizəyə lazımi arayış və sənədləri əlavə etmişdir. Həmin vaxt onun tərəfindən həqiqətə uyğun olmayan hər-hansı sənəd təqdim edilməmiş, həqiqətə uyğun olmayan məlumat, hal və ya əsas aşkar edilməmişdir. Hesab edir ki, yaşayış yeri üzrə mənzil uçotuna alındığından ikinci qrup Qarabağ əlili kimi mənzillə və ya fərdi yaşayış evi ilə təmin edilməlidir.
11. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçı Sumqayıt şəhəri İcra Hakimi yyəti tərəfindən 2005-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzillə təmin olunmuş və hal-hazırda da həmin mənzildə qeydiyyatda olmaqla yaşayır, təkrarən eyni imtiyaza görə Sumqayıt şəhər İH-nin xx.xx.2019-cu il tarixli 414 saylı sərəncamına əsasən ikinci qrup Qarabağ müharibəsi əlili kimi 6 nəfər ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları” nın 26-cı bəndinə əsasən yaşayış sahəsi vətəndaşlara, bir qayda olaraq, bir ailə üçün ayrıca mənzil şəklində, Azərbaycan SSR Mənzil Məcəlləsinin müəyyən etdiyi mənzil sahəsi norması həddində, lakin hər adama 8 kvadrat metrdən az olmamaqla verilir. Bəzi xroniki xəstəliklərin ağır formalarını keçirən vətəndaşlar üçün, habelə gördükləri işin şəraitinə və xarakterinə görə belə sahə alması lazım olan vətəndaşlar üçün əlavə mənzil sahəsi artırıla bilər. Yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər, o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun. Maddədən aydın olduğu kimi, adambaşı normadan artıq ölçüdə yaşayış sahəsi ancaq o halda verilə bilər ki, həmin mənzil bir otaqdan ibarət olsun. Belə olan halda ailə tərkibi 5 nəfərdən ibarət olan və normaya uyğun ölçüdə yaşayış sahəsi ilə təmin olunmuş iddiaçıya əlavə mənzilin verilməsi əsassız ol maqla yanaşı, həm də dövlət büdcəsinin və Dövlət Mənziİ Fondunun imkanları xaricindədir.
12. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1527/2022 nömrəli, 21 sentyabr 2022ci il tarixli qərarı ilə (sədrlik edən hakim V.E.Əzizova) iddia rədd edilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs” kimi yaşayış sahəsinə ehtiyacı olan şəxslərin siyahısına daxil edilmiş və ona 4 nəfər ailə üzvü (özü, həyat yoldaşı və iki uşağı) ilə birlikdə 2003-cü ildə dövlət mənzil fonduna aid olan Sumqayıt şəhəri, 40-cı məhəllə, 3 saylı evdə yerləşən 29 saylı iki otaqdan ibarət 38.86 kv m ümumi sahəsi olan mənzil ayrılmışdır, iddiaçı sözü gedən mənzildə həmin ərəfədən başlayaraq yaşayır və həmin yaşayış sahəsi onun tərəfindən özəlləşdirilmişdir. İddiaçı ona ayrılan mənzilin müvafiq yaşayış sahəsinin ayrılma normasından az olmasını əsas gətirərək, əlavə mənzilin də verilməsini tələb edir. Məhkəmə qeyd edir ki, 2003-cü ildən sonra iddiaçının ailə tərkibində faktiki artım olmamış, sonradan valideynləri onun evinə qeydiyyata yazılmaqla, hazırda ailə tərkibi 6 nəfər kimi görünür. Nəzərə alınmalıdır ki, iddiaçı ona verilmiş hüquqdan, yəni əvəzsiz olaraq mənzil almaq hüququndan artıq bir dəfə istifadə etmiş və bu əmlakını öz mülkiyyətinə keçirmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 596 nömrəli sərəncamı yaşayış sahəsinə ehtiyacı olan şəxslərə aid olduğundan və iddiaçının mülk iyyətində mənzilin olması onun yaşayış sahəsinə ehtiyacı olmayan şəxs kimi qəbul edilməsinə dəlalət edir.
14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-112/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, F.Ə.Məmmədov və Z.T.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qə rarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi bütün riyazi hesablamalarını və bu hesablamalar nəticəsində gəldiyi hüquqi nəticəni kassatorun özü, arvadı və iki övladı olmaqla 4 nəfər ailə üzvünün adambaşına düşən ayrılma normasına (16 kv.m) uyğun mənzillə təmin olunması ilə əsaslandırmışdır. Lakin məhkəmə kollegiyası kassatorun onunla birgə yaşayan ailə üzvlərinin sayının özü də daxil olmaqla 4 nəfər deyil, 6 nəfər olduğunu nəzərdən qaçırmışdır. Halbuki iş materiallarında olan sənədlərdən aydın olur ki, kassatora məxsus olan mənzildə onun valideynlər i də, atası 2007-ci ildən, anası 2019-cu ildən qeydiyyatda olmaqla (əslində isə valideynləri hər zaman kassatorun himayəsində olmuşlar və onunla birgə 2003-cü ildən sözügedən mənzilə köçərək hazırki vaxta kimi orada yaşayırlar) yaşayırlar. Digər tərəfdən məhkəmə kollegiyası nəzərə almamışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısınınxx.xx.2019-cu il tarixli, 414 nömrəli sərəncamı ilə 2-ci qrup Qarabağ müharibəsi əlili İddiaçı yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınarkən ailə tərkibinin 6 nəfərdən (özü, arvadı, 2 oğlu, atası və anası) ibarət olmasının əsas götürülmüşdür və bu xüsusat sərəncamda qeyd olunmuşdur.
19. Mənzil Məcəlləsinin30.1-ci maddəsinə görə valideynlər mənzilin mülkiyyətçisinin ailə üzvləri hesab olunduqlarına və 30.2-ci maddəsinə əsasən isə həmin mənzildən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malik olduqlarına görə, məhkəmə yalnış olaraq öz riyazi hesablamalarında onları nəzərə almamışdır.
20. Mənzil qanunvericiliyin tələblərinə görə, imtiyazlı şəxsin dövlət mənzil fondundan sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi ilə təmin olunması zamanı ilk növbədə həmin şəxsin yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması tələb olunur və bundan sonra yaşayış sahəsinin ayrılma normasına əməl edilməklə həmin şəxs yaşayış sahəsi ilə təmin edilməlidir.
21. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin yol verdiyi səhvi təkrarlayaraq nəzərə almamışdır ki, kassator yerli icra hakimiyyəti orqanında 6 nəfər ailə tərkibi nəzərə alınmaqla mənzil uçotuna götürülmüşdür, bu zaman onun yaşayış sahəsi ilə təmin olunma səviyyəsi nəzərə alınmışdır. Yerli icra hakimiyyəti orqanı iddiaçının mənzil uçotuna alınmasına dair məlumatı qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə təqdim etmişdir, işin mühüm əhəmiyyət kəsb edən hallarından biri də odur ki, kassatorun yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmasının qanuniliyi cavabdeh tərəfindən nə işin birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyasında icraatı zamanı mübahisələndirilməmişdir. Eyni zamanda cavabdehin imtina məktubunda da mənzil uçotunun qanuniliyi qəbul edilmişdir.
22. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, kassatorun mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxs qismində uçota alınmasının qanuniliyi işin mübahisəsiz halını təşkil edir. Belə olan halda, yəni yaşayış sahəsinin yaxşılaşdırmağa eh tiyacı olan şəxs qismində uçota alınmış və hələ də uçotda olan kassatorun cavabdeh tərəfindən yaşayış sahəsi ilə təmin edilməsi cavabdehin qanunla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifəsini təşkil etdiyinə kollegiya düzgün qiymət verməmişdir. Müvafiq icra hakimiyyəti orqanının qüvvədə olan və cavabdeh tərəfindən mübahisələndirilməyən inzibati aktı ilə müəyyən edilmiş halın məhkəmə kollegiyası tərəfindən heç bir tələb olmadan mübahisələndirilməyə çalışılması, dolayısı ilə həmin inzibati aktın qanuniliyinin əsassız, yarımçıq riyazi hesablamalarla şübhə altına salınmasına cəhd edilməsi maddi və prosessual hüquq normalarının kobud pozuntusu kimi qiymətləndirilməlidir.
23. Mənzil Məcəlləsinin 50.1.2-ci və 50.2-ci maddələrinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilirlər. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir.
24. İşin mübahisəsiz hallarını nəzərə aldıqda müəyyən olunur ki, kassator uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaş kimi sosi al kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməlidir.
25. Həmçinin, Mənzil Məcəlləsinin 56.3, 56.5 və 56.7-ci maddələrinin tələblərinə görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin verilməsi zamanı həmin şəxsin mülkiyyətində və ya istifadəsində olan yaşayış sahəsinin onunla bərabər yaşayan ailə üzvlərinin sayına uyğun olaraq adambaşına düşən ayrılma normasına uyğunluğu nəzərə alınır. Belə ki, qeyd olunan qanun normalarının tələbinə əsasən mülkiyyətində yaşayış sahəsi olan vətəndaşa sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsinin ümumi sahəsi müəyyənləşdirilərkən onun mülkiyyətində olan yaşayış sahəsinin ölçüsü nəzərə alınır. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsi vətəndaşlara onların yaşayış yeri üzrə (müvafiq yaşayış məntəqəsinin hüdudlarında) adambaşına düşən ümumi sahəsi ayrılma normasından az olmamaqla müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən verilir. Qanunun bu açıq normalarına baxmayaraq məhkəmə kollegiyası həmin normaların tələblərini düzgün tətbiq etməmiş, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir.
26. Məhkəmə kollegiyası hazırkı mübahisəyə bir başa aidiyyəti olan, kassatorun öz tələbini əsaslandırmaq üçün iddia ərizəsində də qeyd etdiyi Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamın mübahisənin həllinə tətbiq etməməklə növbəti ciddi pozuntuya yol vermişdir. Belə ki, adı çəkilən Sərəncamla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, 2014-cü il y anvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi(o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ciildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ai lələri, 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planın təsdiq edib həyata keçirməsi tapşırılmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 28. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
31. Əlilliyi olan şəxslərin mənzil təminatı 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 31.2. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.
29. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə
48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. (...) Maddə
49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması (...) 49.2. Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında veri lən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (...) Maddə
50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üz vləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətənd aşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Maddə
51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota du rmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. (...) 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. (...) Maddə
52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə eh tiyacı olan qismində uçota götürülür. Maddə
59. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi 59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. 59.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. 59.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi almağa hüquq verən əsasların və halların dəyişməsi yaşayış sahəsinin sosial kirayə müq aviləsinin ləğv edilməsinə əsas deyil. 59.4. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 459 nömrəli qərarı: (...) Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin.
31. İnzibati Prosessual Məc əllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində ş ikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında verilmişdir. Ka ssasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTASİYASİ MƏHKƏMƏSİNİN NÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. X12 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə f undamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
36. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki ha lları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
37. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
38. Hazırkı iş üzrə iddianın predmeti iddiaçıya ayrılmış yaşayış sahəsinin adambaşına düşən sahəsinin ayrılma normasından az olduğunu iddia edərək 6 nəfər ailə üzvü tərkibi nəzərə alınmaqla, müharibə əlili kimi mənzil və ya fərdi evlə təmin olunması ilə bağlıdır.
39. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 3 ünvanında yerləşən 29 saylı mənzillə təmin olunmuş, mənzili özəlləşdirərək öz adına çıxarış almış, Sumqayıt şəhər İHB-nin sərəncamına əsasən ikinci qrup müharibə əlili kimi 4 nəfərdən ibarət ailə tərkibi ilə (özü, arvadı X2, oğlu X4, oğlu X5) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış, hazırda isə mənzildə 6 nəfər iddiaçı, atası, anası, arvadı və 2 oğlu daimi qeydiyyatdadır.
40. Həmçinin iş materiallarına əsasən müəyyən edilir ki, ayrılmış Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 3 ünvanında yerləşən, 2 otaqlı, 29 saylı mənzilin yaşayış sahəsinin 39,34 kv.metr olduğunu, apellyasiya şikayətinin dəlillərində isə həmin mənzilin ümumi sahəsinin qeyd edilən ölçüdə olduğunu bildirmiş, lakin elektron informasiya sisteminin məlumatlarından görünür ki, iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 3 ünvanında yerləşən, 29 saylı mənzilin ümumi sahəsi 63.41 kv.metrdir.
41. Bununla bağlı apellyasiya məhkəməsi tərəfindən qeyd edilmişdir ki, mənzillərin sahəsi hesablanarkən ümumi sahəsinin hesablanma qaydasını vurğulamaq lazımdır. Qanunun tələbinə görə isə yaşayış sahəsi verilərkən adambaşına düşən norma yalnız yaşayış otaqlarının ümumi həcmi deyil, mənzilin ümumi sahəsi nəzərə alınmaqla hesablanır.
42. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 459 nömrəli qərarına əsasən, sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmet r müəyyən edilmişdir.
43. Hazırkı mübahisəyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus mənzilin ümumi sahəsi 63,41 kv.m, 4 ailə üzvü olmaqla hər bir ailə üzvünə düşən sahə ayrılma norması 16 kv.m-dir. Belə olduqda iddiaçının hər bir ailə üzvünə düşən sahənin ayrılma normasına (16 kv.m) çox yaxın olduğu müşahidə edilir. (63.41 kv.metr / 4=15.85 kv.metr).
44. Eyni zamanda qeyd edilməlidir ki, qanunverici sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin vətəndaşlara onların yaşayış yeri üzrə adambaşına düşən ümumi sahəsinin ayrılma normasından az olmamaqla verilməli olduğunu müəyyən etməklə yanaşı, həm də yaşayış sahəsinin adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmayan ümumi sahə kimi verilə biləcəyi halını 2 əsasla şərtləndirmişdir: 1) yaşayış sahəsi bir ot aqdan və bir otaqlı mənzildən ibarət olmalı; 2) yaşayış sahəsinə ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşın köçürülməsi nəzərdə tutulmalıdır.
45. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona cavabdeh tərəfindən əlavə olaraq mənzilin verilməsi ilə bağlı qərar qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bunun əksinə, cavabdeh inzibati orqan tərəfindən iddiaçının mənzil növbəsinə durarkən qeydə alınmış 4 nəfər ailə tərkibinə uyğun olaraq adambaşına düşən ayrılma normasının (16 kv.m) nəzərə alındığı, bu səbəbdən də sahəsi 63.41 kv.metr olan 2 otaqlı mənzilin verildiyi, əlavə olaraq mənzilin verilməsi ilə bağlı orqanın öhdəliyinin olmadığı sübuta yetirilir.
46. Odur ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə hazırkı mübahisə ilə b ağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-112/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qərarı dəyişdiri