Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1300/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı işi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; kassasiya şikayətinin səlahiyyətli nümayəndə tərəfindən imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər Babayeva Rəhiməxanım Məhyəddin qızı, X3 və X1) “sərəncamların etibarsız sayılması, cavabdehin üzərinə mənzilə dair iddiaçının xeyrinə müvafiq inzib ati aktın qəbul edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1514/2023 nömrəli, 17 noyabr 2023-cü il tarixli qərarından üçüncü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ 1. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1008/2019 saylı, 25 iyun 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Başçısının 454 saylı, 02 noyabr 2016-cı il tarixli sərəncamı cavabdehin 02 iyun 2014-cü il tarixli, 248 saylı sərəncamının ləğv edilməsi hissəsində etibarsız sayılmış, cavabdehin üçüncü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızının adına X2 ayrılmış Ba kı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 2346-2347 nömrəli məhəllədə "xxxx" MTK-nın inşa etdiyi binanın 2-ci girişinin 9-cu mərtəbəsində yerləşən, iki otaqlı, 47,8 kv.m. yaşayış sahəsi, 88,8 kv.m. ümumi sahəsi olan 57 saylı mənzilin addan ada keçirilməsinə dair 201 saylı, 16 may 2016-cı il tarixli sərəncamı etibarsız sayılmış, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, həmin mənzilə dair İddiaçı xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur.
2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2223/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qərarı ilə cavabdeh və üçüncü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızının apellyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1( 81)-1008/2019 saylı, 25 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)858/2020 saylı, 19 iyun 2020-ci il tarixli qərarı ilə üçüncü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2223/2019 saylı, 13 noyabr 2019cu il tarixli qərarı ləğv edilmiş, iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6004/2020 nömrəli, 12 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyəti başçısının 2 noyabr 2016-cı il tarixli, 454 nömrəli sərəncamı “2 iyun 2014-cü il tarixli 248 nömrəli sərəncamın ləğv edilm əsi” hissəsində etibarsız sayılmış, Bakı ŞİH başçısının 16 may 2016-cı il tarixli 201 saylı sərəncamı etibarsız sayılmış, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, məhəllə 2346-2347-də yerləşən yaşayış binasının giriş 2, 9-cu mərtəbəsində ümumi sahəsi 88,8 kv.m, yaşayış sahəsi 47,8 kv.m olan 2 otaqlı 57 saylı mənzilinə dair İddiaçı xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur.
5. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-92/2022 nömrəli, 22 aprel 2022-ci il tarixi qərarı ilə üçüncü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6004/2020 nömrəli, 12 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmı şdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1590/2022 nömrəli, 07 dekabr 2022-ci il tarixli qərarı ilə üçüncü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)92/2022 nömrəli, 22 aprel 2022-ci il tarixi qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1514/2023 nömrəli, 17 noyabr 2023-cü il tarixi qərarı ilə üçüncü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21(112)-6004/2020 nömrəli 12 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. Üçüncü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızı kassasiya şikayəti verərək Bakı Apellyasiy a Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1514/2023 nömrəli, 17 noyabr 2023-cü il tarixi qərarının ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi və ya iddianın mümkün sayılmaması (iddiaçının subyektiv hüququnun olmaması, iddia müddətinin ötürülməsi, mübahisənin ümumi məhkəməyə aid olması ilə əlaqədar) barədə qərar qəbul olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
9. İnzibati Prosessual Məcəllə: 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.
10. Mülk i Prosessual Məcəllə: 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ
11. Məhkəmə kollegiyası hesab edir ki, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
12. İPM-in 90.3-cü və MPM-in 407.3-cü maddəsinin tələblərindən göründüyü kimi, kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
13. Hazırkı mübahisəyə münasibətdə üçüncü ş əxs tərəfindən verilmiş kassasiya şikayəti, həm də tərəfin nümayəndəsi olan vəkil tərəfindən tərtib edilmiş, imzalanmış və vəkilin orderi kassasiya şikayətinə əlavə edilmişdir, lakin nümayəndə tərəfindən onun səlahiyyətlərini təsdiq edən etibarnamə təqdim edilməmiş, eyni zamanda iş materiallarında mövcud olan üçüncü şəxsin vəkili və nümayəndəsinə məxsus etibarnamənin müddətinin 25 dekabr 2022-ci il tarixdə bitməsi müəyyən olunmuşdur.
14. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2023-cü il tarixli, 2-1(103)-1514/2023 nömrəli qərarından üçüncü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.
15. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apel lyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2023-cü il tarixli, 2-1(103)-1514/2023 nömrəli qərarından üçüncü şəxs Babayeva Rəhiməxanım Məhyəddin qızı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.