Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1300/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı kiçik müəssisəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünsüzlüyü, şikayətin vəkil tərəfindən tərtib edilib imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı(məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı kiçik müəssisəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “qanunsuz zəbtdən azad olunma üçün müvafiq tədbirlərin görülməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 dekabr 2024-cü i l tarixli, 2-1(103)-3997/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən kassasiyanın mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı kiçik müəssisəsi cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Ticarət küçəsindəki, 23-cü məhəllə ünvanında yerləşən "Nizami-AS" KM-nə ayrılmş ərazinin yanğın təhlükəsizliyinə xidmət üçün nəzərdə tutulan zolağın qanunsuz zəbtdən azad olunması üçün müvafiq tədbirlərin görülməsi vəzifəsinin cavabdeh Qaradağ rayon Lökbatan bələdiyyəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2101/2024 nömrəli, xx.xx.2024-cü il tarix li qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
3. İddiaçı apellyasiya şikayəti verərək qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 dekabr 2024-cü il tarixli, 2-1(103)-3997/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. Apellyasiya instansiyası məhkəməsinin qərardadından iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir.
6. Kassasiya şikayətini nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, vəkil tərəfindən tərtib edilməmiş, imzalanmış və vəkilin orderi şikayətə əlavə olunmamış, iddiaçı tərəfindən vəkilə etibarnamə verilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 67.1 Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 407.3 Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 407.4 Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur
8. Azərb aycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2 Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməs inin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının verdiyi şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. 10.Bu Qərarın 7-ci və 8-ci bəndlərində qeyd edilən normaların tələblərinə görə, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilib imzalanmalı, şikayətə vəkilin orderi əlavə edilməlidir.
11. Hazırkı mübahisəyə münasibətdə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, vəkil tərəfindən imzalanmamış və vəkilin orderi kassasiya şikayətinə əlavə edilməmişdir. 12.Bununla bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyası iddiaçıya ünvanlandığı xx.xx.2025-ci il tarixli məhkəmə bildirişində qeyd edilən nöqsan iddiaçının diqqətinə çatdırılmış, nöqsanların aradan qaldırılması təklif olunmuş, əks halda şikayət üzrə kassasiyanın icraatının mümkün sayılmayacağı barədə xəbərdarlıq olunmuşdur. 13.Buna baxmayaraq, iddiaçı vəkil tərəfindən tərtib edilib imzalanmış və vəkilin orderi əlavə edilmiş kassasiya şikayətini məhkəməyə təqdim etməmişdir.
14. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçının şikayəti üzrə kassasiya mümkün sayıla bilməz.
15. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 dekabr 2024-cü il tarixli, 21(103)-3997/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.