Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1301/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (Rusiya Federasiyasının vətəndaşı; xx.xx.1970-ci il təvəllüdlü; xarici pasportun seriya və nömrəsi: P RUS 7********) cavabdeh Azərbaycan Avtomobil X2rşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 mart 2022-ci il tarixli, 2-1(105)-8/2022 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli, 16 nömrəli qərarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə İddiaçı ümumi sahəsi 0,13 ha olan torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair Abşeron rayon Torpaq Şöbəsi tərəfindən JN-1065 KOD 30800086 nömrəli dövlət aktı tərtib edilmişdir.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və X1 tərəfindən tərtib edilən iddiaçıya aid torpaq sahəsinin kadastr planından çıxarışa əsasən, iddiaçıya məxsus 9 sot torpaq sahəsinin 861,99 kv m hissəsi Azərb aycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli 2930 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008–2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın 2.5-ci bəndinə əsasən “BilgəhSumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində 2017-ci il tarixdə tikinti altına düşmüşdür.
3. İddiaçı torpaq sahəsinə kompensasiya ödənilməsilə bağlı cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh isə xx.xx.2017-ci il tarixli H-3/16-4850 nömrəli məktubla iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsündə “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layi həsinin davam etdirilməsi üçün lazımi vəsait nəzərdə tutulmadığından sözügedən layihə çərçivəsində tikinti altına düşən torpaq sahəsinə görə kompensasiya ödənilməsi məsələsi gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiyası məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan 858.57 kv m torpaq sahəsinin zəbt edilməsinə görə 90000 manat kompensasiyanın, meyvə ağaclarının məhv edilməsinə görə 5000 manat və əldən çıxmış faydaya görə 20000 manat məbləğində pulun, həmçinin əmlakın bazar dəyərinin 20 % həcmində əlavə vəsaitin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 10 may tarixli 16 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə ayrılaraq iddiaçının istifadəsinə verilmiş Saray qəsəbəsində yerləşən 858,57 kv m torpaq sahəsi "xxxx" ASC tərəfindən həyata keçirilən «BilgəhSumqayıt Avtomobil Yolunun Tikintisi» layihəsi çərçivəsində tikinti altına düşmüşdür. Bununla bağlı iddiaçıya hər hansı kompensasiya ödənilməmişdir. Cavabdeh iddiaçının müraciətinə əsasən bildirmişdir ki, hazırda büdcə tərəfindən həmin layihə üçün vəsait ayrılmadığından onun tələbini təmin etmək mümkün deyildir. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda bildirilmişdir ki, Azər baycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın icrası zamanı, iddiaçının göstərdiyi, yolun tikintisi altına düşən torpaq sahəsi ona məxsus deyildi və o, mülkiyyət hüququna malik olmamışdır. Bundan əlavə qeyd edir ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamına əsasən, “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” altına düşən vətəndaşların torpaq sahələrinin, əkililərin və tikintilərinin siyahıya almaq məqsədi ilə müxtəlif icra orqanlarının nümayəndələrindən (o cümlədən icra hakimiyyəti, bələdiyyə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, ƏMDK, "xxxx" MMC, notarius, və s.) ibarət olan komissiya tərtib olunmuşdu r. Komissiya işçiləri tərəfindən ərazidə daşınmaz əmlaka (tikililərə, sahələrə, əkililərə) baxış keçirərək fotoşəkillər hazırlanmış və mövcud olan hər hansı əmlak qeydə alınmışdır. Lakin siyahıya alma zamanı hazırda iddiada göstərdikləri ağaclar barəsində heç bir məlumat aşkar olunmamışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun həmin hissəsində yol tikinti işləri aparıldığı zaman iddiaçı tərəfindən heç bir sübut təqdim olunmayıb. İddiaçının iddia etdiyi məhv edilmiş ağacların olubolmamağı və əldən çıxmış faydanın müəyyən edilməsi məqsədi ilə “Google Earth” elektron proqramından müxtəlif vaxtlar üzrə çıxarışlar edilmişdir. Həmin proqram vasitəsilə 2009-cı, 2012-ci və 2016-cı il tarixli peykdən çəkilmiş fotoşəkillərdən göründüyü kimi, ağaclar və ümumiyyətlə hər hansı bir maneə ərazidə mövcud olmamışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Sumqayıt İnzibati Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli, 2-1(118)-9/2020 nömrəli qərarı ilə (hakim V.Əzizova) iddianın qismən təmin edilməsi, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 858,57 kv m torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 40000 manat, daşınmaz əmlakın bazar qiymətinin 20 faizi miqdarında 8000 manat əlavə haqq, cəmi 48000 manat pul kompensasiyasının İddiaçı dövlət büdcəsi hesabına ödənilməsi öhdəliyinin "xxxx" Dövlət Agentliyinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, “Əmlak bazarı iştirakçıları” İctimai Birliyi tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən vurulmuş zi yanın həcmi 73.015 manat təşkil etsə də, iddiaçıya məxsus torpaq sahəsinin konkret olaraq nə qədər hissəsinə müdaxilə edilməsi barədə rəy verilməmişdir. Məhkəmə torpaq sahəsinin ölçülərini və hazırki bazar qiymətlərini nəzərə alaraq hesab edir ki, iddiaçıya vurulan ziyanın həcmi 40.000 manat məbləğində kompensasiya və daşınmaz əmlakın bazar qiymətinin 20 faizi miqdarında 8.000 manat əlavə vəsait, ümumilikdə 48.000 (qırx səkkiz min) manat təşkil edir. İddiaçı həmin torpaq sahəsində meyvə ağaclarının olması və əldən çıxmış fayda kimi 20.000 manat ödənilməsi tələbi ilə bağlı hər hansı sübut təqdim etmədiyindən, iddia tələbi həmin hissələrdə əsassızdır.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
10. Cav abdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
11. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 mart 2022-ci il tarixli, 2-1(105)-8/2022 nömrəli qərardadı ilə (hakimlər: H.Babayeva - sədrlik edən və məruzəçi, Z.Məmmədov və F.Məmmədov) üçüncü şəxs tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmamış, şikayətin qəbulundan imtina edilmişdir. Məhkəmənin eyni tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 28 sentyabr 2010-ci il tarixli 2-1(118)-9/2020 nömrəli qəra rı iddia tələbinin təmin edilən hissəsində dəyişdirilmiş, iddiaçının mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 858,57 kv.m torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 25757.10 manat pul kompensasiyasının iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, qərar iddia tələbinin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmış, iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi iddiaçıya kompensasiya ödənilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, lakin kompensasiyanın məbləği ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçıya 858.57 kv m torpaq sahəsinin zəbt edilməsinə görə 20 faiz miqdarında satınalma qiymətinə əlavə haqq da nəzərə alınmaqla (858.57x25=21464.25+20%=25 757.1) 25757.1 manat kompensasiya ödənilməlidir. Məhkəmə bu nəticəyə gələrkən "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyinə (həmin rəydəki məlumatlar Abşeron rayon 1 saylı notariat ofisindən verilmiş məlumatlar və cavabdehin dəlilləri ilə uyğunluq təşkil etdiyindən) istinad etmişdir.
14. İddiaçı kassasiya şikayəti verərək qərarının ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini və ya işin yenidən araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
15. Cavabdeh kassasiya şikayəti verərək qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ iddiaçının kassasiya şikayətinin dəlilləri
16. İddiaçının kassasiya şikayətində qeyd edilir ki, iş üzrə təqdim edil miş və sübuta yetirilmiş hallardan da göründüyü kimi iddiaçının xüsusi mülkiyyətinə onun razılığı olmadan müdaxilə edilmiş və nəticədə əldə edə biləcəyi faydadan qanunsuz olaraq məhrum edilmişdir. Torpağın yerləşmə yeri mərkəzdə olmuş və onunla birgə həmin ərazidə yerləri olan digər mülkiyyətçilərə torpağın bir sotunun dəyəri 5000 manatdan hesablanıb verilmişdir. Lakin iddiaçı 7 ilə yaxın bir müddətdə öz mülkiyyətindən əvəzsiz qaydada məhrum edilmişdir. Bu halın digər sübutlarla təsdiq edilməsinə zərurət yoxdur. İş üzrə toplanmış sübutlar onu deməyə əsas verir ki, müəyyən edilən kompensasiya məbləği həmin əmlakın əsl dəyərinə münasibətdə ağlabatan olmadığından həmin məbləğ ədalətli hesab edilə bilməz. Həmçinin, qanunvericiliyin tələblərinə görə dəymiş ziyanın (kompensasiyanın) ödənilməsini n təmin edilməsi məcburidir.
17. Belə ki, Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1-ci maddəsinə əsasən, torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir.
18. Qanunvericiliyin tələblərindən görünür ki, iddiaçı alınmanın təsirinə məruz qalan şəxsdir. La kin, məhkəmə qanunvericiliyin tələblərinə, o cümlədən iş üzrə əhəmiyyətli hallara (alınmanın təsirinə məruz qalan digər şəxslərə kompensasiya kimi torpağın hər sotu üçün 5000 manat ödənilməsi, o cümlədən cavabdehin torpağın hər sotu üçün 3000 manat ödənildiyini qəbul etməsi) öz qərarında münasibət bildirməmişdir.
19. Məhkəmə cavabdehin belə qəbul etdiyi kompensasiya məbləğindən (torpağın hər sotu üçün 3000 manat) daha az məbləğ müəyyən etməsini öz qərarında əsaslandırmamışdır. Habelə, alınmanın təsirinə məruz qalan digər şəxslərə ödənilən kompensasiya məbləğini ona ödəniləcək kompensasiya məbləği ilə müqayisə etmədən, yalnız notarial qaydada bağlanmış alğı-satqı müqavilələrinin surətlərinə istinadən kompensasiyanın ödənilməli olmasını ədalətli hesab etməklə hüquq normalarının tələblərini pozmuş, nəticədə təyin edilmiş kompensasiya əmlakın bazar qiymətinə uyğun olmamışdır. b. Cavabdehin kassasiya şikayətinin dəlilləri.
20. Cavabdehin kassasiya şikayətində qeyd edilir ki, iddiaçıya ünvanlanmış cavab məktubları kompensasiyanın ödənilməsindən imtina kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçıya verilən məktubda göstərilmişdir ki “Bakı-Sumqayıt avtomobil yolunun tikintisi” dayandılımış və bu səbəbdən, tikinti altına düşən torpaq sahəsinə görə kompensasiya ödənilməsi gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacaqdır.
21. Bundan əlavə, iş materiallarından görünür ki, ki Aqrar İslahat Komissiyasının 40 may 1998-ci il tarixli, 16 nömrəli qərarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə İddiaçı ümumi sahəsi 0,13 ha olan torpaq sahəsi ayrılmış və həmin t orpaq sahəsinə dair Abşeron rayon Torpaq Şöbəsi tərəfindən JN-1065 KOD 30800086 nömrəli dövlət aktı tərtib edilmişdir. Lakin İddiaçı alınan torpaq sahəsinin üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmaq üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməmiş və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Bakı-Sumqayıt avtomobil yolunun tikintisi” zamanı torpaq sahəsi üzərində mülkiyyət hüququnu qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtında dövlət reyestr xidmətində dövlət qeydiyyatına almamışdır. Başqa sözlə, “Bakı-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsinin icrası zamanı, yolun tikintisi altına düşən və iddiaçıya məxsus torpaq sahəsi üzərində hüquqlar qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi qeyd edilən hallara əhəmiyyət verməmiş, iş materiallarında olan məktubları mötəbər sübut kimi qəbul etməklə iddianı təmin etmiş və beləliklə, qanunvericiliyin müvafiq normalarının tələbləri də yerinə yetirilməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
89. İnzibati orqanların məsuliyyəti Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
21. Zərərin əvəzinin ödənilməsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə
157. M ülkiyyətin müdafiəsi (-). 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə
246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. (-). 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. (-). 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. (-). 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlak ı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanı 26. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.1.1. Alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könü llü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Maddə
3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. (-). Maddə
4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətç i (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə
5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. x üsusi mülkiyyətdə olan torpaqlar; (-). Maddə
7. Alınmanın təsirinə məruz qalan şəxs Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Maddə 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən edilmiş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alı nmaqla kompensasiya almaq hüququna malikdirlər. Maddə
23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; (-). 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıc a göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; (-). Maddə
54. Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Maddə
55. Kompensasiyanın məbləği ilə bağlı torpağın qiymətləndirilməsi üsulu 55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymət inin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. 55.2. Bu Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağın daha yüksək qiymətini verən üsul tətbiq edilir. Maddə
58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılac ağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 m etrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 27. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya əlavə 1 saylı Protokol. Maddə
1. Mülkiyyət hüququ. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
28. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə (iddianın təmin və rədd edilən hissələrində) mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Şikayətlər aşağıdakı səbəblərə görə təmin oluna bilməzlər.
32. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır.
33. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin, şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
34. Məhkəmə kollegiyası tərəflərin kassasiya şikayətlərində irəli sürdükləri dəlillər ilə əlaqədar olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
35. İşin müəyyən edilmiş hallarından görünür ki, Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli, 16 nömrəli qərarı ilə iddiaçıya ayrılmış və Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,13 ha torpaq sahəsinin 858.57 kv m hissəsi Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi altına düşmüşdür.
36. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilmir. Belə ki, cavabdehin kompensasiya ödəməkdən imtina etməsinə səbəb “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsinin davam etdirilməsi üçün lazımi vəsaitin nəzərdə tutulmadığı olmuş, eyni zamanda cavabdeh sözügedən layihə çə rçivəsində tikinti altına düşən torpaq sahəsinə görə gələcəkdə vəsait ayrıldığı təqdirdə kompensasiya ödənilməsinin öz həllini tapacağını bildirmişdir.
37. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
38. Avropa İnsan haqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
39. Yuxarıda qeyd olunan normaların məzmununa görə mülkiyyət hüququ onun əhəmiyyətinə baxmayaraq, mütləq xarakter daşımır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada məh dudlaşdırıla bilər və belə məhdudlaşdırma çərçivəsində həmçinin dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi imkanı nəzərdə tutulur.
40. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qaydalara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır.
41. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
42. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, məhkəmə araşdırması zamanı toplanmış sübutların tədqiqi nəticəsində iddiaçıya məxsus torpaq sahəsinin 861.99 kv.m hissəsinin məhz BilgəhSumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşməsi tam sübuta yetirilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 04 avqust 2017-ci tarixli, H-3/16/-4850 nömrəli məktubda iddiaçının mülkiyyətində olan torpaq sahəsinin Bilgəh-Sumqayıt avtomobil yolunun tikintis i layihəsi çərçivəsində tikinti altına düşməməsi deyil, (..) gələcəkdə vəsait ayrıldığı təqdirdə layihə çərçivəsində tikinti altına düşən torpaq sahəsinə görə kompensasiya ödənişinin öz həllini tapacağını bildirilmişdir. Bundan əlavə cavabdehin özü tərəfindən tərtib edilmiş kadastr planında da 861.99 kv m torpaq sahəsinin tikinti altına düşməsi qeyd edilmişdir.
43. Kollegiya hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən məhrum edilməsi dövlət ehtiyacı ilə əlaqədar baş vermişdir. Çünki, geri alınma qanunvericiliyə görə məhz dövlət ehtiyacı hesab edilən dövlət əhəmiyyətli yolun (“Bilgəh-Sumqayıt” avtomobil yolu) çəkilməsi ilə əlaqədar baş vermişdir.
44. Qanunvericinin iradəsinə görə, inzibati orqanlar həm qanunsuz qərarları (inzibati aktları), həm də qanunsuz hərəkətləri (hə rəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar.
45. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq (daşınmaz əmlak) alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir.
46. Belə ki, vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyar lardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və s. bağlı xüsusatlar nəzərə alınmalıdır. 47.İddiaçıya ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı kollegiya qeyd edir ki, cavabdehin sifarişi əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş “Bilgəh qəsəbəsi-Sumqayıt avtomobil yolu tikintisi sahəsinə düşən obyektlərin iş həcmi barədə qiymətləndirilməsi”nə dair Hesabatdan görünür ki, layihə çərçivəsində yolun tikintisi altına düşmüş 861.99 kv.m hissəsinə görə ala n orqan tərəfindən cəlb edilmiş müstəqil qiymətləndirici tərəfindən 1 kv.m torpaq sahəsinə görə orta bazar qiyməti müəyyən edilməklə mülkiyyət sahibinə 20 % əlavə ilə birlikdə 30,0 manat (cəmi 25859 manat) məbləğində kompensasiya hesablanmışdır.
48. Bundan başqa, iddiaçının daşınmaz əmlakının geri alınmasının qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmədən aparılmasına baxmayaraq, ona ödəniləcək kompensasiya məhz “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri əsasında müəyyən edilmiş kompensasiya olmalıdır. Bu isə ilk növbədə əmlakın bazar dəyərinin müəyyənləşdirilməsinə münasibətdə sözügedən qanunda müəyyənləşdirilmiş yanaşmaların tətbiq olunmasını tələb edir. 49. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə əsasən, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir.
50. Həmin Qanunun 1.1.7-ci maddəsinə görə siyahıya alınma tarixi - bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir.
51. Göründüyü kimi, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə satılması və alınması ehtimal olunan qiyməti deməkdir. Torpağın siyahıya alınma tarixi isə köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanı n təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir.
52. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq və onun üstündə olan daşınmaz əmlak dövlət ehtiyacları üçün geri alınarkən əmlakın dəyəri - onun geri alındığı vaxt deyil, siyahıya alınma tarixinə olduğu vaxt olan qiymət götürülməlidir.
53. Ali Məhkəmənin oxşar işlər üzrə formalaşdırdığı məhkəmə təcrübəsinə görə, torpağın siyahıya alınma tarixini müəyyən etməyin mümkün olmadığı halda, torpağın və üstündə olan daşınmaz əmlakın bazar qiyməti torpaq sahəsinin geri alındığı (daşınmaz əmlakın söküldüyü) zaman mövcud olan bazar qiyməti əsasında müəyyən olunmalıdır. Bu zaman, məhkəmələr əmlakın bazar qiymətini müəyyən etmək üçün “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələbl ərinə uyğun araşdırma aparmalıdırlar.
54. Nəzərə alınmalıdır ki, əmlakın bazar qiyməti müəyyən edilərkən yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1-58.3-cü maddəsi ilə müəyyən edilmiş məlumatlar (torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100-500 metrədək əhatə edən ərazidə torpaqla bağlı notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş bazar qiyməti) mövcud olmadığı halda, həmin əmlakın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülməlidir.
55. Apellyasiya instansiyası məhkəməsi «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinə əsasən, notariat orqanına sorğu verməklə müəyyən etdiyi bazar qiymətinin (22.77 manat) cavabdehin sifarişi əsasında müstəqil qiymətləndirici tərəfindən qoyulmuş qiymətə (25 manat, 20 % əlavə ilə birlikdə isə 30 manat) münasibətdə aşağı məbləğ olduğunu və cavabdehin özünün etiraf etdiyi kimi, həmin ərazidə torpaqları tikinti altına düşən bütün mülkiyyətçilərə cavabdeh tərəfindən 1 kv m-nə 30 manatdan hesablanmaqla kompensasiya ödənildiyini nəzərə aldığı üçün, məhkəmə kollegiyası da apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, ödənilməli olan kompensasiyanın məbləği "xxxx" MMC tərəfindən tərtib edilmiş hesabatdakı qiymət əsas götürülməklə hesablanmalıdır. 56. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azə rbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №-li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir.
57. Kollegiya eyni zamanda qeyd edir ki, kadastr planından çıxarışa əsasən iddiaçıya məxsus torpaq sahəsinin 861,99 kv.m hissəsi “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşsə də, iddiaçı tələbində mülkiyyətində olan 858.57 kv.m torpaq sahəsinin zəbt edilməsinə görə kompensasiyanın ödənilməsini xahiş etmişdir.
58. Odur ki, ko llegiya apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, iddiaçıya 858.57 kv m torpaq sahəsinin zəbt edilməsinə görə 20 faiz miqdarında satınalma qiymətinə əlavə haqq da nəzərə alınmaqla ümumilikdə (858.57x25=21464.25+20%=25757.1) 25757.1 manat kompensasiya ödənilməlidir.
59. Dəymiş ziyana görə kompensasiya ödənilməsi məsələsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəsait ayrıldıqdan sonra öz həllini tapacağına dair cavabdeh tərəfindən bildirilənləri əsassız sayan kollegiya hesab edir ki, iddiaçının mülkiyyət hüququna edilmiş müdaxilə nəticəsində vurulmuş zərərin əvəzinə görə ədalətli kompensasiya mümkün olan ən qısa müddətlərdə ona ödənilməlidir. Bununla bağlı dövlət orqanları tərəfindən həll edilməli olan vəsaitin ayrılması və s. məsələlərin yükü iddiaçı nın üzərinə qoyula bilməz.
60. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya aid torpaq sahəsində layihə çərçivəsində tikinti altına düşməmişdən öncə meyvə ağaclarının olması, o cümlədən cavabdehin hərəkətləri nəticəsində iddiaçıya əldən çıxmış fayda formasında kimi 20.000 manat zərər vurulmasına dair iddiaçı tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir.
61. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
62. Apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.
63. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 mart 2022-ci il tarixli, 2-1(105)-8/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.