Məhkəmə qərarları › İş №2-1(102)-1301/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1301/2023

05.07.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1301/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Tikintidə X1rşı işi üzrə QƏRARİ (Açar sözlər: təbii fəlakət-zəlzələdən dağılan fərdi yaşayış evinin tikilib təmir edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1974-cü il təvəllüdlü; FİN: xxxxxxx) Cavabdeh Tikintidə X1rşı “təbii fəlakət-zəlzələdən dağılan fərdi yaşayış evinin tikilib təmir edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2023 -ci il tarixli, 2-1(107)-179/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2012-cu il tarixli tikintinin vəziyyəti haqqında baxış aktında qeyd edilmişdir ki, Zaqatala rayonu, Danaçı kəndində yerləşən 2 mərtəbəli 16.5x12.5 ölçüdə yaşayış sahəsinin qəzalı olması barədə qeyd aparılmış və yaşamaq üçün təhlükəli olduğu göstərilmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 2012-ci ildə Zaqatala rayonunda baş vermiş təbii fəlakət-zəlzələ nəticəsində fərdi yaşayış evinin qəzalı vəziyyətə düşməsini bildirərək yeni fərdi yaşayış evinin tikilməsini və təmir edilməsini xahiş etmişdir.

3. Cavabdeh 5 iyul 2022-ci il tarixli məktubla müraciətin təm in olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, 7 may 2012-ci il tarixində baş vermiş zəlzələ nəticəsində Zaqatala rayonu ərazisində ziyan çəkmiş fərdi yaşayış evlərinə sahə komissiyaları tərəfindən baxış keçirilmiş və müvafiq aktlar tərtib edilmişdir. Həmin akta əsasən iddiaçıya məxsus fərdi yaşayış evi qəzalı hesab edilmişdir. Sonradan daxili nəzarət qaydasında aparılan araşdırma nəticəsində fərdi yaşayış evinə təkrar baxış keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Lakin ərizəçi rayona ezam olunmuş mütəxəssislərin evə təkrar baxış keçirilməsinə mane olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 20 sentyabr 2021-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə əri zə ilə müraciət edərək 2012ci ilin may ayında baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş Zaqatala rayonu, Danaçı kəndində yerləşən ümumi sahəsi 206.25 kv.m olan fərdi yaşayış evinin yerində, Cavabdeh əvvəlcədən müəyyən etdiyi layihəyə uyğun olaraq 16,5x12,5 kv.metr olan yeni fərdi yaşayış evinin tikilərək, təmir edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2013-cü il tarixli 930 nömrəli məktubundan görünür ki, 7 may 2012-ci il tarixdə baş vermiş zəlzələdən sonra Cavabdeh müvafiq komissiyaları tərəfindən ona məxsus fərdi yaşayış evinə baxış keçirilmiş və evinin yaşayış üçün yararsız olduğu nəzərə alınaraq “qəzalı” rəyi verilmişdir. Belə ki, qəzalı olan fərdi ya şayış evi bu günə qədər tikilməmişdir. Baxmayaraq ki, siyahıda olan bütün evlər qəzalı yazılmış, onun fərdi yaşayış evindən başqa hamısı tikilib təhvil verilmişdir.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Zaqatala rayonu, Danaçı kənd sakini İddiaçıh oğluna məxsus fərdi yaşayış evinə Zaqatala rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birgə mütəxəssislər tərəfindən baxış keçirilmiş, 18 may 2012-ci il tarixli baxış aktı tərtib olunmuş və evdə yaranmış qüsurları əks etdirən fotoşəkillər çəkilmişdir. Bununla belə, fotoşəkillər nəzərdən keçirilərkən iddiaçıya məxsus evdə əmələ gəlmiş çatların evin qəzalı vəziyyətdə olması barədə şübhə yaratmışdır. Əlavə araşdırma aparılması üçün mütəxəssislər tərəfindən təkrar baxışın keçirilməsinə ehtiyac ya ranmışdır. Lakin, İddiaçı təkrar baxışın keçirilməsinə imkan verməmiş və buna görə iddiaçının evinin qəzalı vəziyyətdə olub-olmaması barədə yekun qərarın çıxarılması mümkün olmamışdır. Bu səbəbdən iddiaçının evinin tikintisi həyata keçirilməmişdir. “İcbari sığortalar haqqında” Qanunun 35-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Daşınmaz əmlakın icbari sığortasının məqsədi üçün fiziki şəxslərə məxsus tikililərin, yaşayış evlərinin və mənzillərin sığortası icbaridir. Həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq daşınmaz əmlakın təbii fəlakətlər, o cümlədən zəlzələ nəticəsində zədələnməsi, məhv ol ması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Yuxarıda göstərilənlərdən göründüyü kimi, vətəndaş öz evini icbari qaydada sığortalanmalı idi, lakin bunu etməmişdir. Vətəndaş qanunun tələblərinə riayət etdiyi təqdirdə onun evinə dəymiş ziyan müvafiq sığorta təşkilatı tərəfindən ödəniləcəkdir. Bununla yanaşı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.

7. Şəki İnzibati Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2-1(116)-173 3/2022 nömrəli qərarı (hakim: X6) ilə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, fotoşəkillər nəzərdən keçirilərkən iddiaçıya məxsus evdə əmələ gəlmiş çatların evin qəzalı vəziyyətdə olması barədə şübhə yaratmışdır. Əlavə araşdırma aparılması üçün mütəxəssislər tərəfindən təkrar baxışın keçirilməsinə ehtiyac yaranmışdır. Lakin, İddiaçı təkrar baxışın keçirilməsinə imkan verməmiş və buna görə iddiaçının evinin qəzalı vəziyyətdə olub-olmaması barədə yekun qərarın çıxarılması mümkün olmamışdır. Bu səbəbdən iddiaçının evinin tikintisi həyata keçirilməmişdir. İddiaçı öz evini icbari qaydada sığortalamalı idi, lakin bunu etməmişdir. Vətəndaş qanunun tələblərinə riayət etdiyi təqdirdə onun evinə dəymiş ziyan müvafiq sığorta təşkilatı tərəfindən ödəniləcəkdir.

9. İdd iaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2023 -ci il tarixli, 2-1(107)-179/2023 nömrəli qərarı (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X8, X5) ilə Şəki İnzibati Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Bundan başqa, cavabdeh orqanın sözügedən fərdi yaşayış evinin qəzalı olaraq qiymətləndirməsi o demək deyildir ki, onun yeni yaşayış sahəsi tikərək təmir etmək öhdəliyi vardır. Belə ki, qüvvədə olan qanunvericilik aktlarında qəzalı vəziyyətdə olan fərdi y aşayış evlərinə görə cavabdehin üzərinə yaşayış sahəsinin yenidən inşa edilməsi vəzifəsi qoyulmamışdır. Məhkəmə qərarının əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Hazırkı mübahisəyə münasibətdə sübutetmə yükü inkar edənin deyil, iddia edənin üzərinə düşür. Nəzərə almaq lazımdır ki, iddiaçının yaşadığı fərdi yaşayış evinin 2012-ci ildə Zaqatala rayonunda baş vermiş təbii fəlakət-zəlzələ nəticəsində yararsız hala düşdüyünə istinad etməsi həmin evin təmir olunması üzrə cavabdehin üzərinə öhdəlik qoyulması barədə iddianın təmin olunması üçün yetərli sayıla bilməz. İddiaçı bu cür hallarda həm də cavabdehin belə öhdəlik daşıdığını sübut etmək vəzifəsi daşıyır. Həmçinin Mənzil Məcəlləsinin 28-ci maddəsinin mahiyyətindən göründüyü kimi, mülkiyyətçi ona məxsus mən zili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə özü təmir və bərpa etmək vəzifəsini daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar inzibati mübahisə üzrə 2-1(102)-1924/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, 2-1(102)-281/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və 21(102)-1181/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarlarında yuxarıda qeyd edilmiş hüquqi mövqe əks olunmuşdur. Odur ki, birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəl illəri

13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, "Azərbaycan Respublikası Cavabdeh Tikintidə X3 Agentliyi haqqında Əsasnamə"nin 7.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cavabdeh Tikintidə X3 Agentliyi Nazirliyin digər struktur bölmələri, müvafiq dövlət orqanları ilə birlikdə ərazilərin, bina və qurğuların fövqəladə hallardan müdafiəsi və nəticələrinin aradan qaldırılmasının təşkilində iştirak edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 117s nömrəli sərəncamından görünür ki, 2012-ci il mayın 7-də episentri Zaqatala rayonunun ərazisində olan zəlzələ nəticəsində Şəki şəhərində, Zaqatala, Balakən, Qax və digər rayonlarda yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Cavabdehnə ilkin olaraq 20000000 (iyirmi milyon) manat məbləğində vəsait ayrılması qərara alınmışdır. "Azərbaycan Respublikası Cavabdeh fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 511 nömrəli Fərmanına əsasən, Tikintidə X3 Agentliyi haqqında Əsasnamə təsdiq edilmiş və həmin əsasnaməyə əsasən Azərbaycan Respublikası Cavabdeh Tikintidə X3 Agentliyi ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iş tirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanı kimi təsbit edilmişdir. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən, Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Cavabdeh haqqında Əsasnaməni, bu Əsasnaməni və Azərbaycan Respublikası Cavabdeh əmr və göstərişlərini rəhbər tutur. b. kassasiya şikayətinə etirazın dəlilləri

14. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Mənzil Məcəll əsi Maddə

28. Qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.

16. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilm əsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegi yası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfəro v Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi zəlzələdən dağılan fərdi yaşayış evinin tikilib təmir edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunve riciliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

23. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində Zaqatala rayonu Danaçı kəndində yerləşən, hazırkı iş üzrə mübahisə predmeti olan fərdi yaşayış evinə ziyan dəymiş, dəymiş ziyanın texniki vəziyyəti araşdırılaraq cavabdeh tərəfindən müvafiq akt tərtib edilmiş, tərtib olunmuş aktda fərdi yaşayış evinin qəzalı olması qeyd edilm işdir. İddiaçı, fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğunu bildirərək, cavabdeh orqandan yeni fərdi yaşayış evinin tikilərək, təmir edilməsini tələb edir.

24. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın sözügedən fərdi yaşayış evinin qəzalı olaraq qiymətləndirməsi o demək deyildir ki, onun yeni yaşayış sahəsi tikərək təmir etmək öhdəliyi vardır. Belə ki, qüvvədə olan qanunvericilik aktlarında qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərinə görə cavabdehin üzərinə yaşayış sahəsinin yenidən inşa edilməsi vəzifəsi qoyulmamışdır.

25. Bununla yanaşı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Qeyd olunan maddənin mahiyyətindən göründüyü kimi, mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə onu özü təmir və bərpa etmək vəzifəsini daşıyır.

26. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2023 -ci il tarixli, 21(107)-179/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar