Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1302/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh DSMF-nin X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi; başqa dövlətin ərazisindəki iş dövrünün nəzərə alınmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X3 ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili X4 iştirakları ilə, İddiaçı cavabdeh DSMF-nin X1rşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 2020-ci il 28 fevral tarixli 2-1(103)-603/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx xxxx 1962-ci il tarixdə doğulmuş, xx xxxxxxxx 1979-cu il tarixdən xx xxxx 1980-ci il tarixədək Bakıdakı 74 nömrəli orta texniki peşə məktəbində quyuların yeraltı təmiri üzrə operator peşəsi üzrə tam kursu bitirmiş, xx xxxxxx 1980-ci il tarixdən xx xxxxx 1983-cü il tarixədək “Fyodorivsk neft” Neftqaz çıxarma İdarəsi Quyuların yeraltı təmiri sexinə quyuların yeraltı təmiri üzrə İİİ dərəcəli operator vəzifəsində işləmiş, xx xxxxx 1983cü il tarixdən xx xxx 1985-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. O, xx xxxx 1985ci il tarixdən xx xxxxxxxx 1993-cü il tarixədək 1 saylı quyuların yeraltı təmiri sexinə quyuların yeraltı təmiri üzrə İV dərəcəli operator, həmin sexdə quyuların yeraltı təmirinə hazırlıq üzrə V dərəcəli operator, xx xxxxxx 1993-cü il tarixdən xx xxxxxx 1994-cü il tarixədək Azərbaycan Dəmir Yolu Biləcəri Hərbiləşdirilmiş Mühafizə dəstəsində Keşlə atıcı komandasında post nişançısı vəzifələrində işləmiş, xx xxxxxx 1994-cü il tarixdən halhazıradək Bakı Metropoliteni Yol Xidmətində (tuneldə gecə işləri, zərərli iş şəraitində) işləyir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 2019-cu il 26 iyul tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanun un 23.2ci maddəsinə əsasən keçmiş SSRİ ərazisində qazanılmış əmək stajı xx xxxxxx 1992-ci ilədək heç bir şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Onun xx xxxxxx 1992-ci ildən xx xxxxxxxx 1993-cü ilədək Rusiya Federasiyasında işlədiyi 1 il 8 ay 23 gün iş stajı nəzərə alınmadığından, xx xxxxxx 1980-ci ildən xx xxxxxx 2006-cı ilədək olan əmək fəaliyyəti dövrü 25 ildən az təşkil edir. Bu səbəbdən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. İddiaçı 2019-cu il 05 noyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun xx xxxxxx 1980-ci ildən xx xxxxx 1983-cü ilə qədər (2 il 8 ay 3 gün) və xx xxxx 1985-ci ildən xx xxxxxxxx 1993-cü ilə qədər (8 il 1 ay 28 gün) X6 vilayətinin Surqut şəhəri ndə “xxxxxxxxxxxxxxx” ASC-də “Fyodorovsk-Neft” X5 X7 Təmiri sexində operator peşəsində, xx xxxxxx 1993-cü ildən xx xxxxxx 1994-cü ilə qədər Azərbaycan Dəmir Yolu Biləcəri Hərbiləşdirilmiş Mühafizə dəstəsində “Keşlə atıcı komandasına post nişancısı vəzifəsində və Bakı Metropolitenində (tuneldə gecə işləri, zərərli iş şəraitində) xx xxxxxx 1994-cü ildən və bu günə qədər işlədiyi üçün həmin müddətlərin onun sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırma sı: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, xx xxxxxxxx 1979-cu il tarixdən xx xxxx 1980-ci il tarixədək Bakıdakı 74 nömrəli orta texniki peşə məktəbində quyuların yeraltı təmiri üzrə operator peşəsi üzrə tam kursu bitirmiş, xx xxxxxx 1980-ci il tarixdən xx xxxxx 1983-cü il tarixədək “Fyodorivsk neft” Neftqaz çıxarma İdarəsi Quyuların yeraltı təmiri sexinə quyuların yeraltı təmiri üzrə İİİ dərəcəli operator vəzifəsində işləmiş, xx xxxxx 1983-cü il tarixdən xx xxx 1985-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. O, xx xxxx 1985-ci il tarixdən xx xxxxxxxx 1993-cü il tarixədək 1 saylı quyuların yeraltı təmiri sexinə quyuların yeraltı təmiri üzrə İV dərəcəli operator, həmin sexdə quyuların yeraltı təmirinə hazırlıq üzrə V dərəcəli operator, xx xxxxxx 1993-cü il tarixd ən xx xxxxxx 1994-cü il tarixədək Azərbaycan Dəmir Yolu Biləcəri Hərbiləşdirilmiş Mühafizə dəstəsində Keşlə atıcı komandasında post nişançısı vəzifələrində işləmiş, xx xxxxxx 1994-cü il tarixdən halhazıradək Bakı Metropoliteni Yol Xidmətində (tuneldə gecə işləri, zərərli iş şəraitində) həmin işdə işləyir. Ümumilikdə, iddiaçı xx xxxxxxxx 1979-cu ildən xx xxxxxx 2006-cı ilədək 26 il 9 ay 22 gün ümumi sığorta stajına malik olmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4765/201 9 nömrəli xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçının xx xxxxxx 1980-ci ildən xx xxxxx 1983-cü ilə qədər (2 il 8 ay 3 gün) və xx xxxx 1985-ci ildən xx xxxxxxxx 1993-cü ilə qədər (8 il 1 ay 28 gün) X6 vilayətinin Surqut şəhərində “xxxxxxxxxxxxxxx” ASC-də “FyodorovskNeft” X5 X7 Təmiri sexində operator peşəsində, xx xxxxxx 1993-cü ildən xx xxxxxx 1994cü ilə qədər Azərbaycan Dəmir Yolu Biləcəri Hərbiləşdirilmiş Mühafizə dəstəsində “Keşlə atıcı komandasına post nişancısı vəzifəsində və Bakı Metropolitenində (tuneldə gecə işləri, zərərli iş şəraitində) xx xxxxxx 1994-cü ildən və bu günə qədər işlədiyi üçün həmin müddətlərin onun sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci inst ansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx xxxxxx 2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 28 fevral tarixli 21(103)-603/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili (nümayəndəsi) x xxxxxx 2020-ci il tarixli məhkəmə iclasında kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. İddiaçı və vəkili x xxxxxx 2020-ci il tarixli məhkəmə iclasında etirazda göstərilənləri müdafiə edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Şikayət əsaslı olduğundan təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən (2017-ci il 1 iyul tarixdən qüvvədə olan redaksiyada), axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, və zifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa... Beləliklə, iddiaçının tələbinin iddia olunan məzmunda təmin edilməsi və ona 2019-cu il 3 iyul tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. İddiaçının 1979-1980-ci illərdə peşə məktəbində təhsil müddəti və 1983-1985-ci illərdə hərbi xidmət müddəti də nəzərə alınmaqla 1980-ci il 12 avqust tarixdən 2006-cı il 1 yanvar tarixədək iş müddəti nəzərə alındıqda, onun 24 il 13 gün ümumi iş stajı vardır. Həmin müddət hesablanarkən, “Əmək pensiyaları haqqında” Qanunun 23-cü maddəsinin müddəaları rəhbər tutulmuşdur. Həmin maddənin müddəalarına görə: 23.1. Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 23.2 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Cavabdeh imtina məktubunda haqlı olaraq bildirmişdir ki, “iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən keçmiş SSRİ ərazisində qazanılmış əmək stajı x xxxxxx 1992-ci ilədək heç bir şərt nəzərə alınmadan ümumi qa ydada sığorta stajına daxil edilir. Onun x xxxxxx 1992-ci ildən xx xxxxxxxx 1993-cü ilədək Rusiya Federasiyasında işlədiyi 1 il 8 ay 23 gün iş stajı nəzərə alınmadığından, xx xxxxxx 1980-ci ildən xx xxxxxx 2006-cı ilədək olan əmək fəaliyyəti dövrü 25 ildən az təşkil edir. Bu səbəbdən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir.”. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini işin faktiki hallarına və “Əmək pensiyaları haqqında” Qanunun 23-cü maddəsinin müddəalarının tələbinə uyğun hesab edir. Beləliklə, iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə yalnız tam əmək stajını 2006-cı il 1 yanvar tarixədək qazanmış olduğu halda, yaxud tam əmək stajını həmin tarixdən sonra (2017-ci il 1 iyul tarixədək) tamamlamış ol sa da, lakin 57 yaşının 2017-ci il 1 iyul tarixədək tamam olduğu halda iddia edə bilərdi. Həmin şərtlər ödənilmədiyindən, hazırkı məzmunda iddia təmin edilə bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 28 fevral tarixli 21(103)-603/2020 nömrəli qərarı ləğv edilir. İddia təmin edilmir. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov N.İ.Rəsulbəyova R.S.Nəbizadə
Məhkəmə qərarları › İş №2-1(102)-1302/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1302/2020
11.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver