Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1302/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin 1 saylı Regional Ərazi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyası təyin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il tarixdə anadan olub; FİN-xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Mü dafiə X2 şəxsin 1 saylı Regional Ərazi Filialına qarşı “ 1 sentyabr 1973 – 28 iyun 1974cü illərdə Sumqayıt şəhəri 85 saylı texniki peşə məktəbində təhsil aldığı və 1 iyul 1974 – 15 may 2002-ci illərdə Sumqayıt şəhəri Üst Trikotaj fabrikində işlədiyi illəri nəzərə alaraq ona yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)205/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ИТ-İ ******* saylı əmək kitabçasının notariat qaydasında təsdiq edilmiş surətinə əsasən, iddiaçı 1 iyul 1974-cü ildən 14 may 2002-ci ilə qədər Sumqayıt Üst Trik otaj fabrikində işləmişdir. 2. 029 nömrəli 28 iyun 1974-cü il tarixli attestatdan görünür ki, iddiaçı 1973-1974-cü illərdə Sumqayıt şəhəri 85 saylı texniki peşə məktəbində təhsil almışdır. 3. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 1 iyun 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Sumqayıt şəhəri Üst Trikotaj Fabriki” 30 yanvar 1995-ci il tarixdə D-970 saylı şəhadətnamə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış, Azərbaycan Respublikası Əmlak Nazirliyinin 5 dekabr 2000-ci il tarixli sərəncamına əsasən "xxxx" Açıq tipli Səhmdar Cəmiyyətinə çevrilmişdir və Ədliyyə Nazirliyində 20 dekabr 2000- ci il tarixdə D-3061 nömrəli şəhadətnamə ilə yenidən qeydiyyata alınmışdır. Cəmiyyət səhmdarlarının 23 sentyabr 2008-ci il tarixli, 01/08 nömrəli protokoluna əsasən "xxxx" ASC-yə çevrilmişdir.
4. İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
5. Cavabdehin 31 mart 2021 -ci il tarixli, **********7 saylı məktubuna əsasən, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajı və pensiya kapitalı olmaması səbəbindən ona yaşa görə əmək pensiyası təyin edilə bilməz. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ona yaşa görə əmək pensiyası təyin olunması barədə öhdəlik qoyulmasını xahiş etmişdir.
7. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “xx.xx.1973-xx.xx.1974-cü illərdə Sumqayıt şəhəri 85 saylı texniki peşə məktəbində təhsil aldığ ı və xx.xx.1974- xx.xx.2002ci illərdə Sumqayıt şəhəri Üst Trikotaj fabrikində işlədiyi illəri nəzərə alaraq ona yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
8. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı ildə Şəmkir rayonu, Kolxoz kəndində, hazırkı “Bayramlı” kəndində anadan olmuşdur. ünvan 1 ünvanında yaşayır. 1973-cü ildə ünvan 2 1974-cü ildə kişi üst geyimləri üzrə dərzi ixtisası kursunu tam bitirmişdir. xx.xx.1974-cü il tarixdə Sumqayıt şəhər “Üst trikotaj” fabrikində 5ci dərəcəli “naladçik” (sazlayıcı) vəzifəsinə işə düzəlmişdir. Uzun illər həmin fabrikdə işləmişdir. xx.xx.2002-ci il tarixdə öz ərizəsilə işdən azad olunmuşdur. Beləliklə, onun xx.xx.1973-cü il tarixd ən xx.xx.1974-cü ilə kimi Sumqayıt şəhəri 85 saylı texniki peşə məktəbində 9 ay 27 gün və xx.xx.1974-cü il tarixdən xx.xx.2002-ci il tarixə qədər Sumqayıt “Üst trikotaj” fabrikində 27 il 10 ay 14 gün, ümumilikdə 28 il 8 ay 11 gün sosial sığorta stajı var. 2002-ci ildən sonra fərdi əməklə məşğul olmuşdur. 65 yaşı tamam olanda yaşa görə pensiya təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialına müraciət etmişdir. Həmin filial tərəfindən 1974-cü il tarixdən 2002-ci il tarixə qədər işlədiyi dövrün qarşılıqlı yoxlanılması zərurəti ilə bağlı araşdırma aparılmışdır. Lakin arxiv sənədlərinin saxlanılmaması səbəbindən iş stajının yerində yoxlanılması mümkün olmamışdır. Bu səbəbdən 1 974-2002-ci illərin sosial sığorta stajı kimi hesablanması mümkün olmamışdır. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına sənədlərini təqdim etmişdir. Filialın xx.xx.2021-ci il tarixli **********7 saylı məktubuna əsasən, ona yaşa görə əmək pensiyasının təyin edilməsinin qanuna zidd olduğu bildirilmişdir. Hüquqi faktın müəyyən edilməsi ilə bağlı Sumqayıt şəhər məhkəməsinə müraciət etsə də, məhkəmənin 2(060)-4154/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilmişdir.
9. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1974-cü il tarixdən xx.xx.2002-ci il tarixədək işləmiş olduğu “Sumqayıt Üst Trikotaj” müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün onun müraciətinin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il 1 iyul tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir (Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1 -dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Lakin, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. Belə ki, onun xx.xx.1974-cü il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyini iddia etdiyi dövrə dair əmək haqlarını yoxlamaq mümkün olmamışdır. İşin hallarını tam və dəqiq araşdırmaq məqsədi ilə İddiaçı işlədiyini iddia etdiyi müəssisənin mövcudluğunu və iddiaçının xx.xx.1974-cü tarixdən xx.xx.2002-ci il tarixədək müəssisədə işləməsi faktını dəqiqləşdirmək üçün müvafiq qurumlara lazımı sorğular göndərilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Sumqayıt filialı tərəfindən təqdim edilmiş 24 may 2021-ci il tarixli, 64 nömrəli məktubda Bakı şəhəri “Sumqayıt Üst Trikotaj” fabrikinin arxiv sənədlərinin Dövlət Arxivinin Sumqayıt filialına mühafizə üçün təhvil verilmədiyi qeyd edilmişdir. İş materiallarına əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təqdim edilmiş 01 iyun 2021-ci il tarixli **********766200 nömrəli sorğuya cavab məktubunda bildirilmişdir ki, “Sumqayıt Üst Trikotaj” fabriki xx.xx.1995-ci il tarixdə D-970 saylı şəhadətnamə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış, Azərbaycan Respublikası Əmlak Nazirliyinin xx.xx.2000-ci il tarixli sərəncamına əsasən, "xxxx" ASC-yə çevrilmiş, Ədliyyə Nazirliyində xx.x x.2000-ci il tarixdə D-3061 nömrəli şəhadətnamə ilə yenidən qeydiyyata alınmışdır. "xxxx" ASC səhmdarların xx.xx.2008-ci il tarixli 01/08 nömrəli iclas protokoluna əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (VÖEN **********) çevrilmişdir. Mülki Məcəllənin 43.1-ci maddəsinə görə, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 13.1-ci maddəsinə görə, dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, habelə xarici hüquqi şəxsin nüm ayəndəlik və ya filialına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəd dövlət qeydiyyatı haqqında şəhadətnamə verilir. Həmin Qanunun 13.3-cü maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, xarici hüquqi şəxsin nümayəndəlik və filialına verilən şəhadətnamədə və dövlət reyestrindən çıxarışda vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 222 nömrəli “Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarının 2-ci bəndində görə, mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin, onların filiallarının və nümayəndəlikləri nin, habelə vergi ödəyicisi olan fiziki şəxslərin (fərdi sahibkarların) uçotu onlara Azərbaycan Respublikasının dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə aparılır. Həmin qərarın 3-cü bəndində qeyd olunmuşdur ki, “nəzərə alınsın ki, vergi orqanlarında 2001-ci il 1 yanvar tarixinədək uçota alınmış vergi ödəyicilərinin eyniləşdirmə nömrələrini onlara əvvəllər verilmiş identifikasiya nömrələri (VÖEN) təşkil edir və təqdim olunan bildirişlər vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamələrə bərabər tutulur”. Hüquqi şəxsin dövlət qeydiyyatına alınması hələ onun fəaliyyət göstərməsi demək deyil. Hüquqi şəxsin fəaliyyət göstərməsi üçün dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilməlidir. Göründüyü kimi, həmin m üəssisə xx.xx.1995-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmin tarixədək (1974-1995) müəssisənin fəaliyyət göstərməsi, sosial ödənişlər etməsi öz təsdiqini tapmadığından iddiaçıya məxsus əmək kitabçasında iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.2002-cü il tarixədək “Sumqayıt Üst Trikotaj”da işləməsinə dair edilmiş qeydlər şübhə altına düşdüyündən sübut qismində qəbul edilə bilməz. İş materiallarından aydın olur ki, iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.2002-ci il tarixədək “Sumqayıt Üst Trikotaj”da işləməsi faktı əmək kitabçasında qeyd edilsə də, qeyd olunan illər ərzində həmin müəssisədə çalışmasına dair hər hansı sənəd - işə qəbul və işdən çıxma əmrləri, T-2 şəxsi vərəqəsi, qeyd edilən illər, aylar üzrə əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar aş kar edilməmişdir. Bu isə iddiaçının xx.xx.1974-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “Sumqayıt Üst Trikotaj”da işləməsi ilə bağlı əmək kitabçasında olan qeydlərin qeyri-mötəbər olduğunu təsdiq edir. Buna görə də, həmin dövr (xx.xx.1974-xx.xx.2002-ci illər) sosial sığorta stajına daxil edilə bilməz. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Belə ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün “Əmək p ensiyaları haqqında” Qanunun yaşla bağlı tələbi ödənilsə də, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və ya azı 25 il sığorta stajına malik deyil.
10. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1122/2021 nömrəli, 1 noyabr 2021-ci il tarixli (hakim L.E.Mirzəyeva) qərarı ilə iddia təmin edilmiş, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən ordakı məlumatlar mötəbər hesab olunmalıdır.
12. Cav abdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)205/2022 nömrəli, 15 mart 2022-ci il tarixli (hakimlər: F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, Z.T.Məmmədov və H.Ç.Babayeva) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri.
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi lə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
19. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxs in tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələblə ri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. X1 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən m əhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Hazırkı mübahisə cava bdehin üzərinə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi barədə öhdəlik qoyulması barədədir. Cavabdehin imtinasında bildirilir ki, iddiaçının 1974-cü il tarixdən 2002-ci il tarixədək “Sumqayıt Üst Trikotaj” müəssisəsində işlədiyi dövrün yoxlanılması mümkün olmadığından həmin müddət onun sığorta stajına daxil edilməmişdir. Həmin müddət nəzərə alınmadığından iddiaçının ümumi sığorta stajı 25 ildən az olmuş, topladığı pensiya kapitalı isə tələb edilən miqdarda olmadığından ona pensiya təyin olunmasından imtina edilmişdir.
26. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “Sumqayıt Üst Trikotaj” fabrikinin nizamnaməsinə əsasən, fabrik 30 yanvar 1995-ci ildə dövlət qeydiyyatına alınmışdır və Azərbaycan Respublikası “Xalq üçün mallar” Dövlət Konserninin tərkibinə daxildir.
27. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının 1 iyul 1974-cü ildən 14 may 2002-ci il tarixədək işlədiyini iddia etdiyi müəssisənin 1995-ci ildən qeydiyyata alınması onun qeyd edilən müddətdə həmin müəssisədə işləməsinə dair əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına alır.
28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarına əsasən, Azərbaycan SSR Sumqayıt şəhər xalq deputatları soveti icraiyyə komitəsi tərəfindən iddiaçıya “Üst trikotaj” fabirikinin işçisi kimi mənzil verilməsi barədə 10/529 nömrəli, 2 may 1980-ci il tarixdə order yazılmışdır. 28 yanvar 1975-ci il tarixli fəxri fərmana görə, iddiaçı fabrikin fəaliyyətində fəal iştirakına görə təltif edilmişdir. İşə əlavə edilmiş qəzet lərdən isə görünür ki, fabrikin fəaliyyəti ilə bağlı müxtəlif məqalələr dərc olunmuş və həmin məqalələrdə iddiaçının da olduğu fotoşəkillər əksini tapmışdır.
29. Bu qərarın 28-ci bəndində qeyd edilən hallar iddiaçının 1 iyul 1974-cü il tarixdən 14 may 2002-ci il tarixə qədər “Sumqayıt Üst Trikotaj” fabrikində işləməsinə dair əmək kitabçasında olan qeydlərin həqiqətə uyğun olmaması barədə cavabdehin dəlillərini təkzib edir.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, iddiaçının əmək kitabçasına əsasən, əmək stajının 25 ildən çox olduğu sübuta yetirilmiş və həmçinin 1 iyul 1974-cü il tarixdən 14 may 2002-ci il tarixə qədər Sumqayıt “Üst trikotaj” fabrikində işlədiyi apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutl arı prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-205/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.