Məhkəmə qərarları › İş №2-1(102)-1302/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1302/2023

06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1302/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması; reyestrdən çıxarışın və texniki pasportun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisa diyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, 1-ci mikrorayon, 7/5 saylı evin 4 nömrəli mənzilinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)66/2023 nömrəli, 9 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə müraciət edərək, yaşadığı Sumqayıt şəhəri, 1-ci mikrorayon, 7/5 saylı evin 4 nömrəli mənzilinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını, reyestrdən çıxarış və texniki pasportun verilməsini xahiş etmişdir.

2. Cavabdeh 4 fevral 2022-ci il tarixli, **********84 saylı imtina məktubunda “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsinə, Mənzil Məcəlləsinin 146.2ci maddəsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərin araşdırılması nəticəsində Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 66 nömrəli əmri ilə təsdiq edilmiş Sumqayıt şəhəri mənzillərin qeydiyyatı, bölüşdürülməsi, dəyişdirilməsi və mənziltikinti kooperativlərində mənzil bölünməsi komissiyasının xx.xx.1994-cü il tarixli, 40 nömrəli protokoldan çıxarışa əsasən, sözügedən mənzilin id diaçıya müvəqqəti yaşayış üçün xidməti rejimdə təqdim edildiyi müəyyən edilmişdir. Bu səbəbdən, müraciətin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı 9 mart 2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, yaşadığı Sumqayıt şəhəri, 1-ci mikrorayon, 7/5 saylı evin 4 nömrəli mənzilə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasının, reyestrdən çıxarış və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı ərizəsində cavabdehin imtina məktubunda qeyd olunan məlumatlara istinad edərək, 1994-cü ildən etibarən yeddi nəfər ailə üzvü ilə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 1995-ci il tarixl i müvafiq əmrinə əsasən verilmiş xidməti order əsasında sözügedən mənzildə yaşadığını, 10 ildən sonra, yəni 2005-ci ildə həmin mənzilə dair yenidən order verildiyini bildirmişdir. Eyni zamanda, qeyd etmişdir ki, 2017-ci ilin aprel ayından prokurorluq orqanından prokurorluq orqanında qulluq keçmənin son yaş həddinə çatma əsası ilə təqaüdə çıxmışdır. Hesab etmişdir ki, hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş qanunvericiliyin tələbinə əsasən, həmin xidməti yaşayış sahəsində 10 ildən artıq müddətdə yaşadığı üçün ona digər mənzil sahəsi verilmədən, sözügedən mənzildən çıxarıla bilməz.

5. Cavabdeh iddia ərizəsinə qarşı imtina məktubunun dəlilləri ilə eynilik təşkil edən etiraz təqdim etmişdir.

6. Məhkəmənin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərardadları ilə, müvafiq ol araq Sumqayıt şəhəri İcra Hakimiyyəti, X2, X1, X5, X3, X6 və X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

7. Üçüncü şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti iddiaya münasibətində göstərmişdir ki, iddiaçının hüquq münasibətləri yaranan zaman qüvvədə olan Mənzil Məcəlləsinin 105-ci maddəsinin tələblərinə əsasən xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər mənzil sahəsi verilmədən çıxarıla bilməyən şəxslərə aiddir. Orderin verilməsindən 10 il keçdikdən sonra qanunun tələbləri gözlənilərək həmin mənzilə dair iddiaçının adına daimi qaydada 19.01 2005-ci il tarixli 7/1 saylı order verilmişdir. Hesab etmişdir ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, 7/5 saylı evin 4 nömrəli mənzilə dair iddiaçının adına 1995-ci ildə xidməti rejimli orde r, 2005-ci ildə həmin mənzilə dair adına daimi order verildiyinə görə qaldırılan məsələyə iddiaçının hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin (xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin) müddəaları tətbiq edilməlidir.

8. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1329/2022 nömrəli, 9 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim İ.Quliyev) iddia təmin edilərək, iddiaçının yaşadığı Sumqayıt şəhəri, 1-ci mikrorayon, 7/5 saylı evin 4 nömrəli mənzilinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

9. Birinci instansiya məhkəməsi “Azərbaycan Respublikasında mənzil fon dunun özəlləşdirilməsi haqqında” Qanunun müvafiq maddələrinə istinad edərək qeyd etmişdir ki, səlahiyyətli orqan tərəfindən iddiaçının yaşadığı ev xidməti rejimdən çıxarılmışdır. Bu halda, iddiaçının təqdim etdiyi sənədlər əsasında onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır.

10. Məhkəmə hüquqi mövqeyini əsaslandırarkən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1, 5 və 8-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycan”a qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli Qərarına istinad etmişdir.

11. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının 2-1(105)-66/2023 nömrəli, 9 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər: F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.İ.Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1329/2022 nömrəli, 9 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməmişdir.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını xahiş etdiyi mənzil xidməti yaşayış sahəsi kimi ona verildiyindən həmin mənzil üzərində onun mülkiyyət hüququ qeydə alına bilməz. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza v əziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir.

14. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mənzilin xidməti rejimdən çıxdığına istinad etsə də, bu hal ilə bağlı araşdırma aparmamışdır.

15. Məhkəmə kollegiyasının müvafiq sorğusuna üçüncü şəxsin 27 dekabr 2022-ci il tarixli, 2048 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, 7/5 saylı evin 4 nömrəli mənzilinə dair İddiaçı adına 1995-ci ildə verilmiş xidməti rejimli orderin 2005-ci ildə daimi orderlə əvəz edilməsi barədə sənədlər (sərəncam, qərar və s.) aparılmış araşdırma nəticəsində aşkarlanmadığından məsələyə mahiyyəti üzrə baxılması mümkün olmamışd ır.

16. Beləliklə, məhkəmə kollegiyası müəyyən etişdir ki, iddia tələbinin təmin edilməsi əsası kimi Sumqayıt şəhəri, 1-ci mikrorayon, 7/5 saylı evin 4 nömrəli mənzilinə dair iddiaçının adına 1995-ci ildə verilmiş xidməti rejimli orderin 2005-ci ildə daimi orderlə əvəz edilməsinə istinad edilsə də, həmin əvəz etmə barədə hər hansı sənəd aşkar olunmamışdır.

17. Bundan başqa, məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının Mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən 7/1 nömrəli, 19 iyul 2005-ci il tarixli orderin verilməsinə əsas Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 25 yanvar 1995-ci il tarixli 66 saylı sərəncamı olmuşdur. Həmin sərəncama dair protokoldan çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayo n, 7/5 saylı evin 4 nömrəli mənzili iddiaçıya müvəqqəti yaşayış üçün xidməti rejimdə təqdim olunmuşdur. İddiaçıya xidməti qaydada ayrılmış mənzilin daimi əsaslarla ayrılması təsdiqini tapmadığından, xidməti mənzillərin özəlləşdirilməsi isə qanunla qadağan olunduğundan mövcud iddia tələbi əsaslı hesab edilə bilməz.

18. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 139.1 və 139.3-cü maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 8 və 15-ci maddələrinə, həmçinin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1 və 6-cı maddələrinə istinad etmişdir.

19. İddiaçı kassasiya şikayəti verərək qeyd olunan qərarın ləğv edilməsi və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

20. İddiaçı kassasiya şikayətində işin hallarını və iddia tələbinin dəlillərini sadalamış, əlavə olaraq, Mülki Məcəllənin 139-1, 139-1.1 və 139-1.1.11-ci maddələrinə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1 və 8-ci maddələrinə, həmçinin MPM-nin 9, 18, 372 və 385-ci maddələrinə istinad edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Mülki Məcəllə: Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməs i və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xita m verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi (...) Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sər əncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 24. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun: Maddə

1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə

6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; Memarlıq, tarixi və mədəni abidə sayılan binalardakı mənzillər özəlləşdirildikdən sonra həmin binaların arxitektura görkəmini pozmaq, binanın mədəni, tarixi dəyərinə xələl gətirmək qadağan edilir. Həmin binalar satılarkən onları almaqda dövlət üstün hüquqa malikdir.

25. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallar la kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bil ər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

26. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİN İN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiy ası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Bununla yanaşı kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

33. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçının hüquqi marağı yaşadığı Sumqayıt şəhəri, 1-ci mikrorayon, 7/5 saylı evin 4 nömrəli mənzilinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından, reyestrdən çıxarış və texniki pasportun verilməsindən ibarətdir.

34. İddiaçı mövcud tələb ilə cavabdehə müraciə t etmiş, lakin cavabdeh sözügedən mənzilin iddiaçıya müvəqqəti yaşayış üçün xidməti rejimdə təqdim edildiyini əsas gətirərək müraciətin icrasından imtina etmişdir.

35. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və apellyasiya instansiyası məhkəməsinin hazırkı mübahisəyə dair hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, üçüncü şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinin məhkəməyə ünvanlanmış 27 dekabr 2022-ci il tarixli, 2048 nömrəli məktubundan göründüyü kimi, sözügedən mənzilə dair iddiaçının adına 1995-ci ildə verilmiş xidməti rejimli orderin 2005-ci ildə daimi orderlə əvəz edilməsi barədə sənədlər (sərəncam, qərar və s.) aşkarlanmamışdır.

36. Bundan başqa, həmçinin Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının Mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfind ən 7/1 nömrəli, 19 iyul 2005-ci il tarixli orderin verilməsinə əsas olmuş Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 25 yanvar 1995-ci il tarixli 66 saylı sərəncamına dair protokoldan çıxarışdan görünür ki, sözügedən mənzil iddiaçıya müvəqqəti yaşayış üçün xidməti rejimdə təqdim olunmuşdur. Xidməti qaydada ayrılmış mənzilin sonradan daimi əsaslarla ayrılması təsdiqini tapmadığından, xidməti mənzillərin özəlləşdirilməsi isə qanunla qadağan olunduğundan mövcud iddia tələbi əsaslı hesab edilə bilməz.

37. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə hazırkı mübahisə ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndi rmişdir. Apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

38. Həmçinin apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hazırkı qərarın 24 (a) bəndində qeyd olunan prosessual hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-66/2023 nömrəli, 9 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-66/202 3 nömrəli, 9 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar