Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1303/2022 15.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər:obyektin tikintisinə dair sərəncamın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “torpaq sahəsi üzərində obyektin tikintisinə icazəyə dair sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2022-ci il tarixli 2-1(105 )-233/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Sumqayıt şəhər X1 məxsus olan 0,008 ha torpaq sahəsi 14 oktyabr 2014-cü il tarixli 3m/1257 saylı torpaq icarə müqaviləsinə əsasən 10 il müddətinə-14 oktyabr 2024-cü il tarixinə kimi iddiaçının icarəsinə verilmiş və onun torpaq sahəsi üzərində icarə hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt 2 saylı ərazi idarəsində dövlət qeydiyyatına alınmaqla iddiaçının adına RX seriyalı ******* nömrəli çıxarış verilmişdir.
2. Sumqayıt şəhər İcra hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin 30 oktyabr 2014-cü il tarixli B-21 saylı icazə mək tubu əsasında razılaşdırılmış eskiz layihəsinə əsasən iddiaçıya məxsus olan torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün obyekt tikntisinə icazə verilmiş ******* nömrəli 17 iyun 2021-ci il tarixli istismara hazırlıq aktı tərtib olunmuşdur.
3. İddiaçı öz vəsaiti ilə inşa edilmiş həmin tikili üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etmiş, iddiaçıya ünvanlanan 5 avqust 2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş «Tikintilərin Dövlət reyestrinə daxil olan məlumatların tərkibi,həmin məlumatların təqdim edilməsi və reyestrinin aparılması» Qaydalarına uyğun olaraq iddiaçıya məxsus tikinti obyektinə dair sənədləşmənin apar ılmasına Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq kodu alındıqdan sonra baxıla bilər. İddiaçı bundan sonra Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmiş,lakin ona izah olunmuşdur ki, qeyd edilən ərazidə tikintinin aparılması ilə bağlı Sumqayıt şəhər İcra hakimiyyətinin müvafiq sərəncamı təqdim edildikdən sonra həmin kodun verilməsi mümkündür. Lakin cavabdeh Sumqayıt şəhər İcra hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən tikintinin aparılması ilə bağlı rəsmi icazənin verilməsinə baxmayaraq hazırda dövlət qurumunun iddiaçıdan tələb etdiyi sərəncam ona təqdim olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə mü raciət edərək, Sumqayıt Şəhər İcra Hakimiyyətinin imtinasını qanunsuz hesab etməklə Sumqayıt şəhər X1 məxsus olan və 14 oktyabr 2014-cü il tarixli 3m/1257 saylı torpaq icarə müqaviləsinə əsasən 10 il müddətinə-14 oktyabr 2024-cü il tarixə kimi icarəsinə verilmiş 80 kv.m torpaq sahəsinin üzərində obyektin tikintisinə dair sərəncamın verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər X1 məxsus olan və 14 oktyabr 2014-cü il tarixli 3m/1257 saylı torpaq icarə müqaviləsinə əsasən 10 il müddətinə-14 oktyabr 2024-cü il tarixə kimi icarəsinə verilmiş 80 kv.m torpaq sahəsi üzərində obyektin tikintisinə icazəyə dair sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Sumqayıt şəhər Hacı Zeynalabdin bələdiyyəsi arasında 14 oktyabr 2014-cü il tarixdə bağlanmış 3m/1257 saylı torpaq icarə müqaviləsinə əsasən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 0.008 ha torpaq sahəsi 10 il müddətinə onun icarəsinə verilmişdir. Onun torpaq sahəsi üzərində icarə hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmaqla adına RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Bundan başqa Sumqayıt Şəhər İcra hakimiyyətinin Memarlıq və şəhərsalma idarəsinin xx.xx.2014-cü il tarixli B-21 saylı icazə məktubu əsasında razılaşdırılmış eskiz layihəsinə əsasən ona həmin torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün obyekt tikintisinə icazə verilmiş və ******* nömrəli xx.xx.2021-ci il tarixli istismara hazırlıq aktı tərtib olunmuşdur. O, öz vəsaiti ilə inşa edilmiş həmin tikili üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Lakin ona ünvanlanan cavab məktubunda bildirilmişdir ki, onun inşa etdirdiyi tikinti obyektinə dair sənədləşmənin aparılmasına Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq kodu alındıqdan sonra baxıla bilər. O, bundan sonra Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmiş, lakin ona izah olunmuşdur ki, qeyd edilən ərazidə tikintinin aparılmasına icazə verilməsinə dair Sumqayıt Şəhər İcra Hakimiyyətinin sərəncamı təqdim edildikdən sonra həmin kodun verilməsi mümkündür. Lakin cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma idarəsi tərəfindən tikintinin aparılması ilə bağlı rəsmi icazə sərəncam şəklində deyil, məktub şəklində ona təqdim olunmuşdur. Bu isə bu gün obyekt üzərində hüquqların dövlət qeydiyyatına alınmasında bir sıra çətinliklər yaradır. Buna görə də, iddiaçı cavabdeh təşkilata müraciət edərək ona qanuni əsaslarla ayrılmış torpaq sahəsi üzərində tikintinin aparılmasına dair sərəncamın surətinin verməsini xahiş etmiş, lakin müraciəti təmin olunmamışdır. Həmin sərəncamın surətinin iddiaçıya verilməməsi səbəbindən ona qanuni əsaslarla ayrılmış qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirə bilmir.
7. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçıya məxsus olan Azərbaycan Re spublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli, 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil olan məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması qaydaları”na uyğun olaraq yuxarıda göstərilən tikinti obyektinə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən müvafiq kod aldıqdan sonra iddiaçının təkrar müraciəti əsasında qeyd olunan məsələyə yenidən baxıla bilər. Eyni zamanda mövcud Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tikintiyə icazənin verilməsi üzrə icraatı nəzərdə tutulan XİV fəslində artıq inşa edilmiş və uzun müddət istismar olunan tikinti obyektinin tikintisinə icazə verilməsi nəzərdə tutulmamışdır.
8. Sumqayıt İnzibati Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli, 2-1( 118)-1873/2021 nömrəli (hakim V.Əzizova) qərarı ilə iddia rədd edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müvafiq qanunvericilikdə bütün hallarda tikintiyə icazənin məktub şəklində deyil, müvafiq icra hakimiyyəti orqanının müvafiq qərarı əsasında verildiyi nəzərdə tutulmuşdur. Bununla yanaşı Şəhərsalma və Tikinti Məcəlləsində artıq inşa edilmiş tikiliyə dair icazənin verilməsi nəzərdə tutulmamışdır. İddiaçı isə hazırki iddia tələbində artıq inşası 2016-cı ilin may ayında başa çatmış obyektin tikintisinə icazəyə dair sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir.
10. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellya siya instansiyası məhkəməsində icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2022-ci il tarixli 2-1(105)-233/2021 nömrəli qərarı ilə (hakimlər: F.Məmmədov - sədrlik edən və məruzəçi, H.Babayeva və Z.Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli, 2-1(118)-1873/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiya şikaytində qeyd etmişdir ki, məhkəmə cavabdehin məhkəmə cavabdehin mövqeyini qanuni və əsaslı saymaqla yanlışlığa və aşkar qanun pozuntusuna yol vermişdir. Cavabdehin mövqeyinə görə, onun özünün 2014-cü ildə verdiyi icazə əsasında inşa etdiyi tikilinin qanunvericilikdə nəzərdə tutulmuş və müraciət etdiyi zaman cavabdehin təqsiri ucbatından ona verilməmiş tikintiyə icazə qərarını almaq üçün artıq inşa edilmiş tikilini sökməli və bundan sonra təkrar tikintiyə icazə verilməsi barədə müraciət edərək tikintini yenidən inşa etməlidir. Məhkəmə də cavabdehin məntiqsiz və inzibati icraat haqqında qanunvericiliyə zidd olan bu mövqeyi ilə razılaşaraq inzibati məhkəmə icraatının prinsiplərinə və mahiyyətinə uyğun olmayan şəkildə hərəkət etmişdir. Belə ki, məhkəmə işin hallarının obyektiv araşdırılması (obyektiv araşdırma) prinsipinın tə ləblərinə əsasən proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli və iş üzrə obyektiv qərarın qəbul edilməsi üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifsindən irəli gəlir. Lakin hazırkı mübahisəyə münasibətdə məhkəmə iş materiallarında olan sənədlərin, mübahisəli faktiki halların tədqiqinə yönəlmiş və iş üzrə müəyyən edilmiş hallara uyğun olaraq obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməmişdir. Həmçinin, yuxarıda qeyd edillən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin hal-hazırda qüvvədə olan 75.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum) layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Bu tələb məhkəmə qərarında məhkəmə iddiaçıya birbaşa izah edir ki,onun ən azından 2013-cü ildən istifadəsində olan qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədləri,o cümlədən artıq inşa edilmiş və istifadədə olan tikintiyə icazə verilməsi bərədə qərarı aidiyyəti üzrə yerii rayon icra hakimiyyətindən əldə etmək hüququ vardır. Bununla da apellyasiya instansiyası məhkəməsinin mü bahisələndirilən qərarının qanunazidd olması ilə yanaşı,yuxarı instansiya məhkəməsi olan Azərbaycan Respublikasının Ali Məhkəməsində artıq formalaşmış hüquqi düşüncəyə və məhkəmə təcrübəsinə uyğun olmadığı da öz təsdqini tapmışdır ki, sadalanan hallar apelyasiya instansiyası məhkəməsinin sözügedən qərarının ləğv olunmasını tələb edir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2-1(105)-233/2022 saylı qərarının ləğv edilməsini, iddiaçının cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt şəhər X1 məxsus olan və torpaq icarə müqaviləsinə əsasən icarəsinə verilmiş 80 kv.mtr torpaq sahəsi üzərində obyektin tikintisinə icazəyə dair sərəncamın verilməsi vəzifəsinin cavabdehin ü zərinə qoyulması tələbinə dair” iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 16.İnzibati Prosessual Məcəllə: Maddə 12.1 Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7 Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5 Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübah isə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məlum olduğu kimi, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri X1 məxsus olan və xx.xx.2014-cü il tarixli 3m/1257 saylı torpaq icarə müqaviləsinə əsasən 10 il müddətinə xx.xx.2024-cü il tarixə kimi icarəsinə verilmiş 80 kv.metr torpaq sahəsi üzərində obyektin tikintisinə icazəyə dair sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 2
0. Apellyasiya instansiyası məhkəməsi iddiaçının həmin iddiasının rədd edilməsi barədə Sumqayıt İnzibati Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2-1(118)-1873/2021 saylı qərarını dəyişdirilmədən qüvvədə saxlayarkən, xx.xx.2022-ci il tarixli qərarının əsaslandıma hissəsində yalnız onu göstərmişdir ki, “iddiaçıya istifadəsində olan torpaq sahəsində sahibkarlıq obyektinin tikintisinə icazə müvafiq icra hakimiyyətinin qərarı ilə verilməmiş, Şəhərsalma və Tikinti Məcəlləsində artıq inşa edilmiş tikintiyə dair icazənin verilməsi isə nəzərdə tutulmamışdır”.
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni tam və hərtəfli araşdırmamış, nəticədə iş üzrə səthi və formal qənaətə gəlmişdir.
22. Belə ki, bununla əlaqədar olaraq məhkəmə kollegiya sı ilk öncə qeyd etməyi zəruri hesab edir ki, sözügedən Məcəllədə belə bir maddi hüquq norması mövcud deyildir.
23. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçı sözügedən məsələnin həll edilməsi məqsədi ilə məhkəmədən əvvəl 2 (iki) dəfə cavabdehə müraciət etmiş, cavabdeh birinci cavabda göstərmişdir ki, “tikinti obyektinə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən müvafiq kod aldıqdan sonra təkrar müraciətiniz əsasında qeyd olunan məsələyə yenidən baxılacaqdır (iş səh.5)”, ikinci cavabda isə yazmışdır ki, “mövcud Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tikintiyə icazənin verilməsi üzrə icraatı nəzərdə tutulan XİV fəslində artıq inşa edilmiş və uzun müddət istismar olunan tikintisi obyektinin tikintisinə icazə verilməsi nəzərdə tutulmuşdur” (iş s əh.4).
24. Bununla bağlı məhkəmə kollegiyası bir daha təkrar edir ki, sözügedən Məcəllədə yuxarıda adı çəkilən məsələni tənzimləyən hər hansı bir qadağan edici maddi norma yoxdur.
25. Cavabdeh yuxrıda göstərilən 2 (iki) cavabla iddiaçı üçün “qapalı dairə” yaratmış olur, belə ki, ilk cavabda yazır ki, “müvafiq kod” alıb sonra təkrar müraciət edin, ikinci cavabda isə qeyd edir ki, “artıq inşa edilmiş və uzun müddət istismar olunan tikintisi obyektinin tikintisinə icazə verilməsi... Şəhərsalma və Tikinti Məcəlləsində... nəzərədə tutulmamışdır”.
26. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən iddiaçının müraciəti ilə əlaqədar “İnzibati icraat haqqında” Qanuna müvafiq olaraq inzibati icraatın aparılıb-aparılmamasını yoxlamamışdır ki, bu rada da əsas məsələ sözügədən tikilinin tikinti normalarına uyğun olub-olmamasının araşdırılmasıdır.
27. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi özü tərəfindən tikili ilə və ona dair verilmiş bir sıra müsbət rəylərin işdə mövcud olması müəyyən edilsə də, bunlara düzgün hüquqi qiymət verilməmişdir.
28. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və şəhərsalma idarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 138 nömrəli rəyə əsasən Hacı Zeynalabdin bələdiyyəsinin 85 saylı 10 aprel 2014-cü il tarilxli müraciətinə əsasən Hacı Zeynalabdin qəsəbəsi ərazisində sahibkarlıq məqsədi ilə 80 kv.m torpaq sahəsinin ayrılmasına etiraz edilmir.
29. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdi r ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX № ******* seriyalı xx.xx.2014-cü il tarixli çıxarışa əsasən Sumqayıt şəhəri, H.Zeynalabdın qəsəbəsində yerləşən 0,008 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququ qeydə alınmışdır.
30. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və şəhərsalma idarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2014-cü il tarixli B-21 saylı məktuba əsasən hüquqi şəxs X2 tərəfindən (lisenziya № 081421) tərtib edilmiş və Memarlıq və şəhərsalma idarəsində razılaşdırılmış eskiz layihəsinə əsasən iddiaçıya məxsus olan Hacı Zeynalabdin qəsəbəsi ərazisində yerləşə n torpaq sahəsində sahibkarlıq obyektinin tikintisinə etiraz edilmir.
31. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 2014-cü ildə tərtib edilmiş eskiz layihəyə əsasən həmin eskiz layihə Sumqayıt şəhər X1 məxsus olan İddiaçı icarəsinə verilmiş 80 kv.m torpaq sahəsi üzərindəki obyekt barəsindədir.
32. Bundan başqa apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin əməkdaşı O.Şıxıyev, sifarişçi İddiaçı və layihəçi Babək Atakişiyev tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ÖD04736 nömrəli istismara hazırlıq aktına əsasən tikintisinə 30 may 2014-cü il tarixdə başlanmış və 03 may 2016-cı il tarixdə başa çatmış Sumq ayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən 0,008 ha torpaq sahəsi üzərində inşa edilən ümumi həcmi V=576,0 kub metr, ümumi sahəsi S=131,04 kv m, tikinti sahısi 80,0 kv m olan 2 mərtəbəli binanın müfəttişlik tərəfindən dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyi təsdiq edilir.
33. Həmçinin apellyasiya instansiyası məhkəməsi qərarında özü yazır ki, “Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi iddiaçıya məktub ünvanlayaraq ona məxsus torpaq sahəsində sahibkarlıq obyektinin tikintisinə etiraz edilmədiyini bildirmişdir”.
34. Bunu nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi işə təkrar baxdığı zaman Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin iddiaçıya tikintinin inşa edilməsinə icazə verilməsinin səlahiyyəti ol ub-olmamasını araşdırmalıdır.
35. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-233/2022 nömrəli, 22 aprel 2022-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.