Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1303/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Nərimanov rayonu, 7-ci Köndələn küçəsi, 2074/2077 məhəllə, 5B say lı mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 2-1(103)-2629/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2013-cü il tarixli, 73/1 saylı sərəncamına əsasən 2011-ci il tarixdən ünvan 1 ünvanda sahəsi 35,84 kv.m olan iki otaqlı, 7 saylı mənzildə iki nəfər ailə üzvü ilə (özü və oğlu) yaşayan iddiaçının adına həmin mənzilə dair icarə müqaviləsi bağlanmış və o qeyd olunan mənzilin ica rədarı hesab edilmişdir.
2. İddiaçı mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, qeyd olunan mənzilə dair iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmiş, həmçinin müraciətə əlavə edilən mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamentinin 73/1 nömrəli sərəncamı xx.xx.2013-cü il tarixdə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nərima nov rayonu, 7-ci Köndələn küçəsi, 2074/2077 məhəllə, 5B saylı mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 73/1 saylı xx.xx.2013cü il tarixli sərəncamı əsasında Bakı şəhəri, Nərimanov rayonu, 7-ci Köndələn küçəsi, 2074/2077 məhəllə, 5B saylı evin, yaşayış sahəsi 35.84 kv.m olan 2 otaqlı 7 saylı mənzilinə dair, 2 nəfər - ailə üzvü ilə (özü və oğlu ilə) icarə müqaviləsi bağlamaqla həmin mənzilin icarədarı hesab olunmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, 7-ci Köndələn küçəsi, 2074/2077 məhəllə, 5B saylı mənzilə dair hüquqlarını n daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilməsi üçün cavabdeh quruma xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət etmişdir. X1 notarial qaydada təsdiq edilmiş, xx.xx.2017-ci il tarixli ərizə ilə daşınmaz əmlaka dövlət reyestrindən çıxarış verilməsinə etirazı olmadığını bildirmişdir. Cavabdeh xx.xx.2021-cı il tarixli, **********68 saylı məktubla bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, 7-ci Köndələn küçəsi, 2074/2077 məhəllə, 5B saylı evin 7 saylı mənzilinə dair qanunvericiliyə uyğun olan hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu əsasla imtina cavabı verilmişdir. İddiaçı imtinanı əsassız hesab edir. Belə ki, sözügedən mənzillə bağlı hüquqmüəyyənedici sənəd, yəni sərəncam müvafiq icra hakimiyyəti orqanı tərəfindən iddiaçıya ver ilmiş və o, mənzilin qanuni istifadəçisidir.
5. Cavabdeh inzibati orqanın iddiaya qarşı yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.
6. İşin məhkəmə araşdırması zamanı təqdim edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Avtomobil Təsərrüfatı tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş 06 nömrəli orderdən görünür ki, ünvan 1 ünvanda sahəsi 35,84 (53.03) kv.m sahədən ibarət iki otaqlı, 7 saylı mənzil iddiaçıya verilmişdir.
7. Bakı Şəhər İcra Hakimiyyəti MKTD Nizami rayon MKTB-nin 25 saylı MKİS tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, iddiaçı oğlu ilə birlikdə 2011-ci il tarixdən 6 nömrəli Orderə əsasən ünvan 2 ünvanda yerləşən 7 nömrəli mənzildə yaşayır. Eyni təşkil at tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 322 nömrəli arayışdan görünür ki, iddiaçı 2023-cü ilin dekabr ayına kimi bəhs olunan mənzilin kommunal ödənişini aparmışdır.
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-2270/2023 nömrəli qərarı ilə (hakim T.R.Məlikov) iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki hallarından məlum olur ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2013-cü il tarixli, 73/1 saylı sərəncamına istinad edərək ünvan 2 ünvanda yerləşən 7 nömrəli mənzilin üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsində n imtina edilmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderi və ya mənzil kirayəsi müqaviləsini Mənzil Məcəlləsinin qüvvəyə minənədək, yəni 2009-cu il oktyabrın 1-dək verilmiş olmasını şərt kimi qoyur. Hazırkı halda iddia olunan mənzilin iddiaçıya icarəyə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sərəncamı xx.xx.2013-cü il tarixlidir. Bu səbəbdən, qeyd olunan akt “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində göstərilən hüquqmüəyyənedici sənəd kimi qəbul edilməməlidir. Araşdırma nəticəsində müəyyən edild i ki, iddiaçı oğlu ilə birlikdə sözügedən mənzildə 2011-ci il tarixdən etibarən yaşayır, onun həmin mənzilə dair istifadə hüququ məhz 2011-ci il tarixdən yaranmışdır. Başqa sözlə, iş materialları ilə iddiaçının iddia etdiyi mənzilə dair 1 oktyabr 2009-cu ilin tarixədək mənzil münasibətlərinin yaranması təsdiqini tapmamış, iddiaçı tərəfindən bu istiqamətdə hər hansı sübut təqdim edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlmişdir ki, hazırkı halda iddiaçı hüquqmüəyyənedici sənədləri təqdim edə bilmədiyindən onun iddia etdiyi mənzil üzərində mülkiyyət hüququn tanınması üçün “qanuni gözləntisi” yaranmır. Belə olan halda, iddiaçının 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs olduğu müəyyən edilmədiyinə görə cavabdeh inzibati orqanın imtinası qanunazidd sayılmamalı, iddia əsassız olduğundan təmin edilməməlidir.
10. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, Ş.A.Məmmədova və P.A.Hüseynov) 14 dekabr 2023-cü il tarixli, 2-1(103)-2629/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüq uqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
14. İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 73/1 saylı xx.xx.2013-cü il tarixli sərəncamı əsasında Bakı şəhəri, Nərimanov rayonu, 7-ci Köndələn küçəsi, 2074/2077 məhəllə, 5B saylı evin, yaşayış sahəsi 35.84 kv.m olan 2 otaqlı 7 saylı mənzilinə dair, 2 nəfər - ailə üzvü ilə (özü və oğlu ilə) icarə müqaviləsi bağlamaqla mənzilin icarədarı hesab olunmuşdur. Həmin mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrindən çıxarış verilməsi üçün X1nun notarial qaydada xx.xx.2017-ci il tarixli razılıq ərizəsi də olmaqla xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncu ona ünvanlanmış xx.xx.2021-ci il tarixli **********68 saylı məktubunda mənzilin onun adına qeydə alınmasından əsassız olaraq imtina edərək bildirmişdir ki, mənzilə dair qanunvericiliyə uyğun olan hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Halbuki, sərəncam müvafiq icra hakimiyyəti orqanı tərəfindən ona verilmiş və o, mənzilin qanuni istifadəçisidir. Lakin iddia tələbi haqsız olaraq təmin edilməmiş və birinci instansiya məhkəməsi maddi və prosessual pozuntulara yol vermişdir. Bu səbəbdən də qərar ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılma lıdır.
15. Bundan başqa, Bakı İnzibati Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş 2-1(112)-354/2021 saylı qərarı ilə eyni mahiyyət üzrə digər bir iddia tələbi təmin edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun Maddə
1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə
5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə
8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 nömrəli forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; -mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. 18. 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 146.2. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məc əllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət h əddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə da ir iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin q ərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
26. İşin hallarından göründüyü kimi, iddiaçının mübahisəli mənzildən istifadə hüququ Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə mindikdən (yəni 2009-cu il oktyabrın 1-dən) sonra yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Avtomobil Təsərrüfatı tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş 6 nömrəli orderə əsasən ünvan 2 ünvanda sahəsi 35,84 (53.03) kv.m sahədən ibarət iki otaqlı, 7 saylı mənzil iddiaçıya verilmiş, sonuncu xx.xx.2013-cü il tarixdə ərizə ilə həmin mənzilə dair adı na icarə müqaviləsi bağlanmasını xahiş etmiş və Bakı şəhər İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Departamentinin xx.xx.2013-cü il tarixli, 73/1 saylı sərəncamı ilə iddiaçının müraciəti nəzərə alınaraq 2011-ci il tarixdən mənzildə iki nəfər ailə üzvü ilə (özü və oğlu) yaşayan iddiaçının adına həmin mənzilə dair icarə müqaviləsi bağlanmış və o qeyd olunan mənzilin icarədarı hesab edilmişdir.
27. Göründüyü kimi, tədqiq olunan sübutlarla müəyyən edilən hallar və hazırki qərarın 16-17-ci bəndlərində sadalanan qanunvericiliyin tələbləri baxımından, mübahisəli mənzilin iddiaçının adına özəlləşdirilməsi üçün tələb olunan şərtlər mövcud deyildir. Belə olan halda həmin mənzilə onun mülkiyyət hüququnun qeydə alınması ilə bağlı “legitim (qanuni) gözlənti”sindən söhbət gedə bilməz.
28. Kassatorun Bakı İnzibati Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş 2-1(112)-354/2021 saylı qərarı ilə eyni mahiyyət üzrə digər iddia tələbinin təmin olunması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəla həmin qərarın baxılan iş üzrə preyudusial qüvvəsi yoxdur. Həmçinin qeyd olunan qərarla həll olunmuş mübahisə oxşar olsa da, işin faktik halları fərqlidir. Buna görə də həmin qərarın məhkəmə təcrübəsi baxımından da baxılan işlə əlaqəsi müəyyən edilmir.
29. Məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Q ƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 2-1(103)-2629/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.