Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1303/2025 09.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kameral qərarların ləğvi, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı X1 cavabdeh Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarların ləğv edilməsi və artıq ödənilmiş vergi məbləğinin qaytarılması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməs inin İnzibati Kollegiyasının 23 dekabr 2024-cü il tarixli, 2-1(105)-1157/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı əlavə dəyər vergisi üzrə 79107,16 manat artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir.
2. Bundan sonra cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********145000 nömrəli qərarı ilə iddiaçıya 2023-cü ilin may ayı üzrə 63418,64 manat əlavə ƏDV hesablanmışdır.
3. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının şəxsi hesab vərəqəsinə əsasən müraciətind ə qeyd etdiyi 79107,16 manat artıq ödəmə məbləği müəyyən edilməmişdir. Belə ki, onun tərəfindən 2023-cü ilin may ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində aşkar edilmiş kənarlaşmalar ilə əlaqədar olaraq 63418,64 manat kameral hesablama aparılmışdır.
4. Daha sonra cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********297800 nömrəli yeni qərarla iddiaçıya 2023-cü ilin may ayı üzrə 63418,64 manat əlavə ƏDV hesablanmışdır.
5. Həmçinin cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********843700 nömrəli qərarla iddiaçıya 2023-cü il üzrə 41369,84 manat əlavə gəlir vergisi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********97800 və xx.xx.2024-cü il tarixli, **********843700 nömrəli qərarlarının ləğv edilməsi və artıq ödənilmiş 79107,16 manat vergi məbləğinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, şəxsi hesab vərəqəsində mövcud olan 79107,16 manat artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmişd ir. Lakin həmin ərizə təqdim edildikdən 11 gün sonra cavabdeh iddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********145000 nömrəli qərar qəbul edərək, ona 2023-cü ilin may ayı üzrə 63418,64 manat əlavə ƏDV hesablamışdır. Bundan sonra, cavabdeh iddiaçıya göndərdiyi cavab məktubunda qeyd etmişdir ki, onun şəxsi hesab vərəqəsinə əsasən müraciətində qeyd etdiyi 79107,16 manat artıq ödəmə məbləği müəyyən edilməmiş, onun tərəfindən 2023-cü ilin may ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində aşkar edilmiş kənarlaşmalarla əlaqədar olaraq 63418,64 manat kameral hesablama aparılmışdır. Göründüyü kimi, cavabdeh artıq ödənilmiş vergi məbləğini qaytarmaq əvəzinə iddiaçıya əsassız olaraq 63418,64 manat əlavə vergi məbləğ i hesablamışdır. Daha sonra isə, cavabdeh iddiaçı barəsində qanunsuz və əsassız olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********97800 və xx.xx.2024-cü il tarixli, **********843700 nömrəli qərarlar qəbul etmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının artıq ödəmənin qaytarılması barədə ərizəsi mahiyyət etibarilə düzgün tərtib edilmədiyi üçün ona bu barədə “İnzibati icraat haqqında” Qanunun tələblərinə müvafiq olaraq məlumat verilmiş və qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən müraciət ediləcəyi təqdirdə qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacağı bildi rilmişdir. Lakin ötən müddət ərzində iddiaçı artıq ödənilmiş vergilərin qaytarılması barədə dürüstləşdirilmiş ərizə forması ilə yenidən cavabdehə müraciət etməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə fəaliyyətini dayandırmış, lakin fəaliyyətinin dayandırılmasına baxmayaraq 2023-cü ilin gəlir vergisi bəyannaməsini təqdim etməmişdir. Aparılmış araşdırma zamanı 2022-ci il üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən dövrün sonuna 94145,26 manat mal qalığının olduğu, eləcə də 2023-cü il ərzində fəaliyyətini dayandırdığı günədək 99557,8 manat mal alışının olduğu müəyyən edilmişdir. Qeyd olunan malların təsərrüfat subyektində olub-olmamasının yoxlanılması məqsədi ilə nəzarət tədbirinin keçirilməsi üçün vergi orqanı tərəfindən obyektə baxış keçirilmiş, faktiki obyektdə başqa vergi ödəyicisi nin işlədiyi məlum olmuşdur. Qeyd olunanlara əsasən, mal qalığı müəyyən olunmadığı üçün təqdimetmə kimi qiymətləndirilmişdir. Bundan başqa, aparılmış araşdırma zamanı 2023-cü il üzrə təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən iddiaçının 426493,10 manat dövriyyəsinin olduğu müəyyən edilmişdir. Bu baxımdan ona 2023-cü il üzrə (426493,10-(94145,26+99557,8)=232790*20%) 46558,01 manat gəlir vergisinin hesablanması qanunamüvafiq hesab edilmişdir. Qeyd edilənlərə əsasən, iddianın təmin olunmaması xahiş edilir.
9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: Leyla Mirzəyeva) 19 sentyabr 2024-cü il tarixli, e-2-1(118)-1217/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin iddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü i l tarixli, **********97800 və xx.xx.2024-cü il tarixli, **********843700 nömrəli qərarları ləğv edilmiş və artıq ödənilmiş 79107,16 manat vergi məbləğinin qaytarılması barədə rəyin verilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh vergi orqanı yoxlama zamanı əldə edilmiş məlumatlara əsasən iddiaçının vergiyə cəlb dövriyyəsinin 200000 manatdan artıq olduğunu müəyyən edərək, ilk öncə onu xx.xx.2022-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydə almış, daha sonra iddiaçının 2022-ci ilin sentyabr-dekabr və 2023-cü ilin yanvar-may ayları üzrə vergiyə cəlb edilən dövriyyəsi olduğunu əsas götürərək, ona 2023-cü ilin may ayına ƏDV üzrə 63418,64 manat əlavə vergi məbləği hesablamışdır. Bununla bağlı məhkəmə ilk öncə qeyd edir ki, cavabdeh vergi orqanı hesablamanı “yoxlama zamanı əldə edilmiş məlumatlara” əsasən həyata keçirdiyini qeyd etsə də, məhkəməyə buna dair hər hansı sübut təqdim edə bilməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilən zaman vergi tutulan əməliyyatın vaxtı düzgün müəyyən edilməmişdir. İşdən görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli, **********297800 nömrəli qərarı kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş və həmin qərarla iddiaçı barəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixədək olan dövrdə aparılmış əməliyyatlara görə 2023-cü ilin may ayı üzrə əlavə vergi məbləği hesablamışdır. Vergi orqanı 2023-cü ilin may ayı üçün kameral qaydada ƏDV hesabladığı zaman hesabat dövründə, y əni 2023-cü ilin may ayında baş vermiş əməliyyatları əsas götürməlidir. 2023cü ilin may ayında vergi ödəyicisinin vergitutma obyekti (təqdim edilən mallar (işlər və xidmətlər)) olmalıdır ki, həmin vergitutma obyektinin dəyəri vergi dərəcəsinə vurulmaqla alınan rəqəmdən əvəzləşdirilmiş ƏDV çıxılaraq yaranan fərq büdcəyə hesablanmış olsun. Lakin hazırkı işdən görünür ki, iddiaçının 2023-cü ilin may ayında vergitutma obyekti üzrə hər hansı kənarlaşması olmadığı halda, vergi orqanı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixədək olan dövrdə aparılmış əməliyyatlara görə iddiaçı barəsində 2023-cü ilin may ayı üzrə əlavə vergi məbləği hesablamışdır ki, bu da, Vergi Məcəlləsinə ziddir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması keç irilən zaman vergi tutulan əməliyyatın vaxtı düzgün müəyyən edilmədiyindən, iddiaçı barəsində əsassız qərar qəbul edilmişdir.
11. Cavabdeh tərəfindən iddiaçıya 2023-cü il üzrə hesablanmış əlavə gəlir vergisinə münasibətdə isə qeyd edilməlidir ki, cavabdeh vergi orqanı iddiaçının 2023-cü il üzrə ƏDV bəyannamələri üzrə dövriyyəsinin 426493,10 manat olduğunu müəyyən etmiş, həmin dövriyyəni eyni zamanda gəlir vergisi məqsədləri üçün vergiyə cəlb edilən ümumi gəlir kimi qiymətləndirmiş, alınmış mallar ilə bağlı çəkilmiş xərcləri həmin gəlirdən çıxmış, aradakı fərqə 20% dərəcə ilə gəlir vergisi hesablamışdır. Cavabdeh vergi orqanı ilə iddiaçı arasında gəlir vergisinə münasibətdə mübahisə 2023-cü il üzrə malların təqdim edilməsindən əldə edilən gəlirin ümumi məbləği ilə bağlıdır. Belə ki, iddiaçı həmin il üzrə təqdim etdiyi bəyannamədə malların təqdim edilməsindən ümumi gəliri 219643,92 manat bəyan etsə də, cavabdeh vergi orqanı həmin il üzrə gəliri 426493,10 manat müəyyən etmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, cavabdeh vergi orqanı 2023-cü ilin gəlir vergisi üzrə vergitutulan dövriyyəni də eynilə ƏDV üzrə hesablamada olduğu kimi “yoxlama zamanı əldə edilmiş məlumatlara” əsasən müəyyən etmişdir ki, bu da, həmin hesablamanın əsassız olduğunu göstərir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi cavabdeh vergi orqanı həmin məlumatlara dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.
12. İddiaçının ikinci tələbi olan artıq ödənilmiş məbləğin qaytarılması məsələsinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçının xx.xx.2023-cü il tarixdə dövlət büdcəsinə vergil ər üzrə 79107,16 manat artıq ödəməsi olmuşdur. İddiaçı həmin tarixdə 79107,16 manat artıq ödəmənin qaytarılması barədə rəyin verilməsi məqsədilə ərizə ilə vergi orqanına müraciət etsə də, cavabdeh vergi orqanı iddiaçıya kameral vergi yoxlaması qaydasında əlavə vergi məbləğinin hesablanmasını əsas gətirərək məbləğin qaytarılmasından imtina etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı iddiaçının sonrakı tarixlərdə yaranmış vergi öhdəliyini əsas gətirərək, müraciət etdiyi tarixdə mövcud olmuş vergilər üzrə artıq ödəməsini qaytarmaqdan imtina etməkdə haqlı olmamışdır. Belə ki, qanunvericiliyə əsasən, artıq ödənilmiş vergi məbləğləri ilk öncə digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir. Əgər belə borcu mövcud olmazsa, həmin məbləğ vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün müddətində qaytarılır. Əgər vergi ödəyicisi artıq ödənilmiş vergi məbləğlərinin sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsinə razılıq versə, bu halda vergi ödəyicisinin tələbi ilə ona şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilir, habelə rübdə bir dəfə rüb başa çatdıqdan sonra 20 gün ərzində ona bildiriş göndərilir. Başqa sözlə desək, vergi ödəyicisinin dövlət büdcəsinə vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcu yoxdursa və vergi ödəyicisi artıq ödənilmiş vergi məbləğlərinin sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsinə razılıq vermirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 4 5 gün ərzində ona qaytarılır. Lakin iş materiallarından göründüyü kimi, iddiaçının vergi orqanına müraciət etdiyi tarixdə (xx.xx.2023-cü il tarixdə) dövlət büdcəsinə digər vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcu olmadığı və iddiaçı artıq ödəmənin sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsinə razılıq vermədiyi halda, cavabdeh vergi orqanı sonrakı tarixdə kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləğini əsas gətirərək iddiaçının vergilər üzrə artıq ödəməsini qaytarmaqdan imtina etmişdir ki, bu da, qanunvericiliyin tələblərinə zidd olmuşdur. Digər yandan məhkəmə qeyd edir ki, hazırkı məhkəmə araşdırması zamanı iddiaçıya 2023-cü ilin gəlir vergisi və 2023-cü ilin may ayının ƏDV-si üzrə kameral qaydada hesablanmış əlavə vergi məbləğlə rinin əsassız olduğu da müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müraciət etdiyi tarixdə (xx.xx.2023-cü il tarixdə) iddiaçının dövlət büdcəsinə vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcu olmadığı, onun artıq ödəmənin sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsinə razılıq vermədiyi və eləcə də 2023-cü ilin gəlir vergisi və 2023-cü ilin may ayının ƏDV-si üzrə kameral qaydada hesablanmış əlavə vergi məbləğləri əsassız olduğu üçün dövlət büdcəsinə vergilər üzrə 79107,16 manat artıq ödəmənin iddiaçıya qaytarılmasından imtina üçün hər hansı hüquqi əsas olmamışdır.
13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Toğrul Axundov /sədrlik edən və məruzəçi/, Hökümə Babayeva və Vahid Hacıyev) 23 dekabr 2024-cü il tarixli, 2-1(105)-1157/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini, iddianın “Vergilərin, sosial sığorta və işsizlik.01.2024-cü il tarixli, **********97800 və xx.xx.2024-cü il tarixli, **********843700 nömrəli qərarın ləğv edilməsi hissəsində mümkün sayılmayaraq həmin hissədə iş üzrə icraata xitam verilməsini, iddianın qalan hissədə isə təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
17. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Cavabdeh kassasiya şikayətində əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya 2023-cü il üzrə 41369,84 manat əlavə gəlir vergisinin hesablanmasına dair xx.xx.2024-cü il tarixli, **********843700 nömrəli qərar xx.xx.2024-cü il tarixli, **********505700 nömrəli qərarla ləğv edilmiş və vergi məbləğində azalma həyata keçirilərək 14216,44 manat müəyyən edilmişdir. Mübahisələndirilən xx.xx.2024-cü il tarixli, **********843700 nömrəli qərar hazırda qüvvədə olmadığından sözügedən qərara münasibətdə iddia mümkün sayılmayaraq həmin hissədə iş üzrə icraata xitam verilməli dir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1 və 16.1.1. Qanunla müəyyən e dilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında arad an qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 87.1. Bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin,faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. Maddə 87.2. Vergi ödəyicisinin ödədiyi vergilərin, faizlərin və maliyyə sanksiyalarının artıq məbləğləri digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına aid edildiyi halda, vergi ödəyicisinin tələbi ilə ona şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilir, habelə rübdə bir dəfə rüb başa çatdıqdan sonra 20 gün ərzində ona bildiriş göndərilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü və 213-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ibtidai istintaq aparıldığı zaman vergi yoxlaması ilə əhatə olunmamış dövr üzrə şəxsi vərəqədən çıxarış və üzləşmə aktı verilmir. Maddə 87.3. Bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır.
20. Azərbaycan Respublikasının İnzibati Pr osessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə müb ahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar b axılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq y oxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağ ıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
25. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
26. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və b unun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır.
27. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********97800 və xx.xx.2024-cü il tarixli, **********843700 nömrəli qərarların ləğv edilməsinə v ə artıq ödənilmiş 79107,16 manat vergi məbləğinin qaytarılmasına nail olmaqdan ibarətdir.
28. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı əlavə dəyər vergisi üzrə 79107,16 manat artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir. Bundan sonra cavabdeh iddiaçıya 2023-cü ilin may ayı üzrə 63418,64 manat əlavə ƏDV hesablanmasına dair “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********145000 nömrəli qərar qəbul etmişdir. Cavabdeh həmçinin iddiaçıya şəxsi hesab vərəqəsinə əsasən onun müraciətində qeyd etdiyi 79107,16 manat artıq ödəmə məbləğinin müəyyən edilmədiyini bildirmişdir. Daha sonra, cavabdeh xx.xx.2023-cü il t arixli qərarı ləğv edilərək xx.xx.2023-cü il tarixli qərar, sonradan həmin qərarı da ləğv edilərək xx.xx.2024-cü il tarixli, **********297800 nömrəli qərar qəbul edərək iddiaçıya 2023-cü ilin may ayı üzrə 63418,64 manat əlavə ƏDV hesablamışdır. Həmçinin cavabdeh iddiaçıya 2023-cü il üzrə 41369,84 manat əlavə gəlir vergisinin hesablanmasına dair xx.xx.2024-cü il tarixli, **********843700 nömrəli qərar da qəbul etmişdir.
29. Cavabdeh kassasiya şikayətində iddiaçıya 2023-cü il üzrə 41369,84 manat əlavə gəlir vergisinin hesablanmasına dair xx.xx.2024-cü il tarixli, **********843700 nömrəli qərarın xx.xx.2024-cü il tarixli, **********505700 nömrəli qərarla ləğv edildiyini və vergi məbləğində azalma həyata keçirilərək 14216,44 manat müəyyən edildiyini qeyd etmişdir.
30. Mübahisələndirilən xx.xx. 2024-cü il tarixli qərarın cavabdeh tərəfindən ləğv edilməsi həmin qərar üzrə araşdırma aparılmasını mənasız və istisna edir. Həmçinin nəzərə alınmalıdır ki, həmin qərarla cavabdeh tərəfindən müvafiq dövr üzrə gəlir vergisi ƏDV üzrə hesablanan dövriyyə üzərindən aparılmışdır və iddiaçıya hazırda ƏDV üzrə yenidən hesablanmanın aparılıb-aparılmadığı, bu barədə yeni qərarın qəbul edilibedilmədiyi müəyyən edilmir. Odur ki, iddiaçıya barəsində müvafiq dövr(lər) üzrə qəbul olunmuş yeni qərarı (və ya qərarları) mübahisələndirmək imkanının yaradılması məqsədilə iş yenidən apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, bir-biri ilə əlaqəli olduğundan iddiaçıya həmin dövrlər üzrə ƏDV və gəlir vergisinin hesablanmasına dair qərarlar üzrə yenidən məhkəmə araşdırması aparılmalı və araşdırmanın nəti cəsinə uyğun olaraq qərar qəbul olunmalıdır.
31. İddiaçının 79107,16 manat artıq ödənilmiş məbləğin geri qaytarılmasına dair iddiasına münasibətdə isə məhkəmə kollegiyası bildirir ki, nə qədər ki, mübahisələndirilən vergilərin hesablanması barədə qərarlara yekun qiymət verilməyib, iddiaçının həmin qərarların ləğvi üzrə nəticədən meydana gələn artıq ödənilmiş vergilərin qaytarılması barədə rəy verilməsi tələbinə də qiymət verilməsi mümkün deyildir. Odur ki, qərar həmin hissədə də ləğv edilməli və iş bütövlükdə yenidən araşdırılması məqsədilə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
33. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblə ri aydın göstərilməlidir (həmçinin bax: “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəmə si tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
36. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət qalan hissədə təmin oluna bilməz.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 dekabr 2024-cü il tarixli, 2-1(105)-1157/2024 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edilm