Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1304/2021 04.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (icazə alınmadan inşa edilmiş qeyri-yaşayış binası üzərində hüququn dövlət reyestrində qeydə alınması) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, məhkəmə iclas katibi Ülkər Hüseynovanın katibliyi, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı 90 kv.m torpaq sahəsi üzərində inşa etdiyi stomatoloji kabinetə olan mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.05.2021-ci il tarixli, 2-1(107)-159/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 04 avqust 2021-ci tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı tərəfindən Şəki bələdiyyəsindən aldığı torpaq sahəsində stomatoloji kabinet inşa edilmişdir. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İ darəsinə qarşı 10 il əvvəl tikdiyi stomatoloji kabinetə dövlət reyestrindən çıxarışın verilməsi barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək 90 kv.m torpaq sahəsi üzərində inşa etdiyi stomatoloji kabinetə olan mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat
3. Birinci instansiya məhkəməsinin 03.11.2020-ci il tarixli, 2-1(116)-1070/2020 nömrəli ( sədrlik edən hakim Vidadi Qasımov) qərarı ilə iddiaçının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "90 kv.m torpaq sahəsi üzərində inşa etdiyi stomatoloji kabinetə olan mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasının təmin edilməməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanununun 8.0.9.2 və 15.1.1-ci maddələrinə, Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haq qında" Azərbaycan Respublikası Prezidentinin 10.08.2004-cü il tarixli 113 nömrəli Fərmanına əsasən, iddiaçı qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintiyə icazə verilməsi barədə qərarı, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəni və tikintinin istismara qəbul aktını təqdim etməlidir. Bundan əlavə, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanununun 15.1.1-ci maddəsinə əsasən qeydiyyata alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.
5. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya mə hkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat
6. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.05.2021-ci il tarixli, 21(107)-159/2021 nömrəli (hakimlər Rövşən Rəfiyev - sədrlik edən və məruzəçi, Vəzirxan Məlikov və İmanverdi Şükürov) qərarı ilə iddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 03.11.2020-ci il tarixli, 2-1(116)-1070/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanununun 8.0.9.2 və 15.1.1-ci maddələrinə, Azərbay can Respublikası İPM-in 80, 82.1 və 87.6-cı maddələrinə, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 10.08.2004-cü il tarixli 113 nömrəli Fərmanına istinadən belə hesab etmişdir ki, iddiaçı tikinti obyekti üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintiyə icazə verilməsi barədə qərarı, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəni və tikintinin istismara qəbul aktını təqdim etməlidir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikay ətinin dəlilləri
9. İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki, işə hər iki instansiya məhkəməsində baxılarkən bəzi məsələlər araşdırılmamış və nəticədə onlara tətbiq edilməli olan maddi və prosessual hüquq normaları pozulmuşdur. Göründüyü kimi, bu normaya əsasən apelyasiya instansiyası məhkəməsi şikayət ərizəsində irəli sürülən tələblər həddində, lakin tam hüquqlu məhkəmə kimi işin bütün hallarını araşdırır və işə mahiyyəti üzrə baxır. Bu isə o deməkdir ki, apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin araşdırıldığı hallarla bağlı olmur, mübahisə predmetini tam həcmdə yoxlayır və öz qərarını araşdırdığı işin hallarına və formalaşdırdığı daxili inama əsasən qəbul edir. Hazırki mübahisədə də cavabdehin imtinasını əsaslı hesab etməyə imkan verən hallarla yanaşı iddiaçının da qanunla qorunan mülkiyyət hüququnun pozulması halları da nəzərə alınmalı idi. Təqdim olunan sübutlar və qanunvericiliyin tələbləri iddia tələbinin təmin olunmasına kifayət qədər hüquqi təminat verir. Lakin məhkəmə iş üzrə araşdırma apararkən bu hallara hüquqi qiymət verməmiş, daha üstün qüvvəyə malik normaları nəzərə almadan yalnız cavabdehin imtinasında göstərdiyi mövqe ilə razılaşmışdır. Artıq cavabdehin tikilini qeydə alması üçün ciddi əsas hesab etdiyi səbəb aradan qalxmışdır. Lakin apelyasiya instansiyası məhkəməsi iddiaçının hüquqlarının pozulmasına yönələn və heç bir hüquqi əsası olmayan qərar qəbul etmişdir.
10. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmi şdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdehin vəkili imtina məktubunun məzmununa uyğun izahat verərək kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi.
13. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. İddiaçı tərəfə təqdim olunmuş məhkəmə bildirişində, məhkəmə iclasına gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilmişdir (İPM-in 62.3-cü maddəsi). Məhkəmə kollegiyası işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Tətbiq olunan normativ aktlar 14. “Daşınmaz əmlakın dövlət r eyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0.9.2 Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş qeyri-yaşayış binaları üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 1. torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; 2. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə; 3. müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı; 4. istismara qəbul aktı. Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1.1. dövlət qeydiyyatı barədə müraciə t olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. 15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10.08.2004-cü il tarixli 113 nömrəli Fərmanının 4.2.8-ci bəndinə əsasən həmin Qanunun 8.0.9.2-ci maddəsində (hər iki halda) “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur.
16. Azərbaycan Respublikası İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araş dırmağa borcludur. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
17. Kasasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
18. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİNİN MÖVQEYİ
19. Məhkəmə Kollegiyası qeyd edir ki, Kassasiya Məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində baxır və apelyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Bununla belə, Məhkəmə Kollegiyası hesab edir ki, Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edildiyinin müəyyən olunması üçün kassasiya məhkəməsi, işin faktiki hallarının müvafiq maddi normanın dispozisiya şərtləri baxımından apelyasiya məhkəməsi tərəfindən düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
20. Qeyd olunanlara əsasən, Məhkəmə Kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya məhkəməsınin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
21. Məhkəmə Kol legiyası apelyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
22. Apelyasiya məhkəməsi tərəfindən iş üzrə araşdırma obyektiv araşdırma prinsipinin tələblərinə uyğun aparılmamış, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamışdır.
23. Apelyasiya məhkəməsi tərəfindən mübahisəyə dair qərarın qəbulu üçün ilkin şərtlər, yəni iddianın mümkünlük şərtləri tam yoxlanılmamışdır. Belə ki, iddianın mümkünlük şərtləri yoxlanılarkən apelyasiya məhkəməsi iddianın mümkünlüyünə dair bütün meyarların mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Konkret mübahisəyə münasibətdə apelyasiya məhkəməsi tərəfindən iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olub-olmaması araşdırılmalı idi. Konkret halda cavabdeh tərəfindən qeydiyyatdan imtina olunması ilə ən azı onun subyektiv hüququnun pozulması imkanı mövcud olmalıdır. Subyektiv hüquq şəxsin qanundan, qanun əsasında qəbul olunmuş inzibati aktdan və ya müqavilədən irəli gələn və başqalarından, o cümlədən inzibati orqandan nəyisə tələb etmək imkanını özündə ehtiva edən hüququdur. İddiaçı ərizəsində məhz həmin tələb hüququna istinad etməlidir. Baxılan mübahisədə tikinti obyektinin (qeyri-yaşayış binasının) tikinti qanunvericiliyi ilə müəyyən olunmuş müvafiq icazə alınmadan inşa olunduğunu və rəsmiləşdirilmədiyini, onun istismarına icazə verilmədiyini nəzərə alaraq, apelyasiya məhkəməsi digər mümkünlük şərtləri ilə yanaşı iddiaçının həmin tikinti obyektinin dövlət qeydiyyatına alınmasını tələb etmək hüququna malik olmasını araşdırılmadır. Həm də bu zaman nəzərə alınmalıdır ki, iddiaçının tikinti obyekti üzərində hər hansı hüququnun yaranması yalnız həmin obyekt tikinti qanunvericiliyinin tələblərinə uyğun olaraq tikildiyi təqdirdə mümkündür. Bu səbəbdən, iddiaçının qaldırdığı iddia vasitəsi ilə özünün hüquqi vəziyyətini yaxşılaşdırmaq imkanı da qiymətləndirilməli və bununla bağlı hüquqi müdafiə ehtiyacının mövcud olması yoxlanılmalı idi.
24. İddianın mümkün sayıldığı təqdirdə obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
25. İddiaçı tərəfindən cavabdehə Şəki şəhər İcra Hakimiyyətinin baş memarı tərəfindən imza və möhürlə təsdiq olunmuş tikinti obyektinin layihəsinin, eyni zamanda tikinti obyektinin istismara yaralılığı barədə Şəki şəhər icra hakimiyyətinin məsul vəzifəli şəxsləri tərəfindən tərtib olunmuş 25.01.2021-ci il tarixli aktın təqdim edildiyini nəzərə alaraq, Apelyasiya məhkəməsi mübahisə üzrə məhkəmə icraatı çərçivəsində mövcud tikinti obyektinin şəhərsalma və tikinti hüququ normalarına uyğun tikilib-tikilmədiyini, istismara yararlı olduğunu müəyyən etmək, habelə onu leqallaşdırmaq, həmin tikintiyə dair hüquqmüəyyənedici sənədlərin verilməsi imkanlarını araşdırmaq üçün tikintiyə və tikintinin istismarına icazə vermək səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanına sorğu verməli, onu dinlə məli və onun həmin məsələ ilə bağlı mövqeyini öyrənməli idi. Qeyd edilən halların müəyyən olunması həmçinin növbəti məhkəmə mübahisəsinin qarşısının alınması və məhkəmə qənaəti prinsipi məqsədlərinə də xidmət edir.
26. İddiaçının iddia ərizəsində tikinti obyektinin 2007-ci ildə, yəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək inşa edildiyini qeyd etməsinə rəğmən, qeydiyyata alınması tələb edilən həmin obyektin tikildiyi tarixi əks etdirən hər hansı bir sənəd mübahisə ilə bağlı işin materiallarında müəyyən edilməmişdir. Qeyd edilən xüsusat da Apelyasiya məhkəməsi tərəfindən tətbiq olunan maddi hüquq normalarının zamana görə qüvvəsi baxımından araşdırılmalı idi.
27. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, kassasiya şikayəti qərarın ləğvini n tələb edildiyi həddə əsaslıdır və təmin edilməlidir. İşə təkrar baxılması zamanı apelyasiya məhkəməsi tərəfindən, bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
28. Yuxarıda şərh edilənlərə və İPM-in 68-ci, 69-cu və 96.5-ci maddələrinə əsasən, Məhkəmə Kollegiyası: Qərara aldı: Kassasiya şikayəti təmin edilir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.05.2021-ci il tarixli, 21(107)-159/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.