Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1304/2022 15.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Abşeron-Xızı regional filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyə görə pensiyanın təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1968-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia l Müdafiə Fondu publik hüquqi şəxsinin Abşeron-Xızı regional filialına qarşı əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 aprel 2022-ci il tarixli, 21(105)-293/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 174142 seriyalı əmək kitabçasına əsasən iddiaçı xx.xx.1988-ci ildən xx.xx.1994-cü ilədək Ağdam rayonu Muğanlı kəndində ilkin olaraq pioner baş dəstə rəhbəri, xx.xx.1994cü ildən iş yeri və əmək haqqı saxlanılmaqla Ağdam rayon təhsil şöbəsindən həmin məktəbdə işləməyən müəllim kimi əmək haqqı almışdır. xx.xx.2017-ci il tarixdə onunla bağlanmı ş əmək müqaviləsinə xitam verilmişdir.
2. Ağdam Rayon Təhsil Şöbəsinin xx.xx.2021-ci il tarixli arayışına əsasən iddiaçı xx.xx.1988-ci dən xx.xx.1994-cü ilədək Ağdam rayonunun Muğanlı kəndində ilkin olaraq pioner baş dəstə rəhbəri işləmiş, xx.xx.1994-cü ildən iş yeri və əmək haqqı saxlanılmaqla Ağdam rayon təhsil şöbəsindən həmin məktəbdə işləməyən müəllim işləmiş, xx.xx.2017-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
3. X1 filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 30 nömrəli arxiv arayışına əsasən Ağdam Rayon Dövlət Arxivində saxlanılan Ağdam Rayon Təhsil Şöbəsinin arayış xarakterli arxiv sənədlərinə əsasən iddiaçı işləmiş və 2001-2005-ci illərdə üzrə əmək haqqı almışdır.
4. TSEK-nin arayışına əsasən iddiaçıya xx.xx.2020-ci il tarixdə ikinci dərəcəli əl illik təyin edilmişdir.
5. İddiaçı cavabdehə müraciət edərək ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 5 sentyabr 2021-ci il tarixli, **********1 nömrəli imtina məktubu ilə bildirmişdir ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunnması üçün tələb olunan 22000 manat pensiya kapitalına qarşı 14011,61 manat pensiya kapitalı olduğundan ona əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının əmək pensiyasına çıxmaq hüququnun təmin olunması üçün işlədiyi 1988-1993-cü illər və 1994-2000-ci illərin əmək stajının nəzərə alınması vəzifəsinin cavabdehin üzərinə qoyu lması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. Daha sonra, iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 1988-1993-cü və 1994-2000-ci illərin sosial sığorta stajına daxil edilərək əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Ağdam rayonu işğal olunanadək, yəni xx.xx.1988-ci ildən başlayaraq xx.xx.2017-ci il tarixədək Ağdam rayonunun Muğanlı kəndində ilkin olaraq pioner baş dəstə rəhbəri, sonradan isə müəllim vəzifəsində çalışmışdır. Bu dövr onun əmək kitabçasında qeyd edilmişdir. xx.xx.2020-ci il tarixdə ona ll dərəcəli əlillik təyin edilmişdir. O, əlilliyə görə əmək pensiyasının təyin edilməsi məqsədilə Azə rbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına müraciət etmiş, həmin təşkilatdan ona kifayət qədər pensiya kapitalının olmaması səbəbindən imtina cavabı verilmişdir. O, bununla əlaqədar Ağdam rayon arxivinə müraciət etmiş, cavab məktubunda Ağdam Rayon Təhsil Şöbəsinin 1988-1993-cü ilə qədər olan arxiv sənədlərinin işğalda qaldığı üçün filialda mühafizə olunmadığı və 1994-2000-ci illərdə işləməyən müəllimlərin dondurulmuş əmək cədvəllərinin filiala təhvil verilmədiyi bildirilmişdir. Filial əməkdaşları sonradan 2001-2005-ci illər üzrə işləməsi və orta aylıq əmək haqqı barədə arxiv arayışını taparaq ona vermişlər.
9. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək iddianın rədd edilməsi ni xahiş etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçıya TSEK tərəfindən xx.xx.2020-ci il tarixdə əlillik səbəbi - “Ümumi xəstəliklə əlaqədar” olmaqla müddətli (xx.xx.2025) İİ dərəcəli əlillik müəyyən edilmiş və o, əlillik statusu qazanmışdır. Bundan sonra iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq əlilliyə görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən pensiyanın təyin olunmasından imtina barədə qərar qəbul etmişdir. Belə ki, təqdim edilən sənədlərdən görünür ki, iddiaçının sığorta stajına daxil edilməsini istədiyini 1998-ci ildən 1994-cü ilədək olan dövrün arxiv sənədləri məlum hadisələr nəticəsində işğalda qaldığı üçün X1 filialında mühafizəyə verilməmişdir. Bundan əlavə idd iaçının iddia etdiyi 1994-2000-ci illərə dair işləməyən müəllimlərin əmək haqqı alması cədvəlləri də filialın mühafizəsində aşkar olunmamışdır. İddiaçının 2001-2005-ci illərə əmək haqqı alması ilə bağlı arxiv arayışları mövcuddur. Qeyd olunanlar X1 filialının 18 mart 2021-ci il tarixli arxiv arayışında öz əksini tapır. Göründüyü kimi iddiaçının 1988-ci ildən 1994 və 1994-cü ildən 2000-ci ilədək olan sığorta stajı mübahisəlidir. İddiaçının əllilliyinin müəyyən edildiyi tarix xx.xx.2020-cu il olmuşdur ki, həmin ildə əmək pensiyasının minumum məbləği 200 manat olmuşdur. Belə olduğu təqdirdə 110 x 200=22.200 edir ki, iddiaçının 22.200 pensiya kapitalı qarşılığında 12.345 (2006cı ilədək (6*306=1836;1836+,3%+16,7%+20,8%+1,5%+5,7%+7,9%+1,1%+2,4%+1, 4%+4%+12,4%+5,7%+3%+16,6%=5,561), 2006-cı ildən sonra sığortaolunanın alt hesabında 8441,84 manat pensiya kapitalı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün kifayət deyildir.
10. Sumqayıt İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2-1(118)1262/2021 nömrəli qərarı ilə (hakim V.Əzizova) iddia tələbi təmin edilməmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş əmək kitabçası və Ağdam Rayon Təhsil şöbəsi tərəfindən verilmiş arayışdan başqa iddiaçının mübahisələndirdiyi dövrdə işləməsini təsdiq edən hər hansı sənəd (o cümlədən əmək haqqı cədvəlləri, işə qəbul edilmə barədə əmrin surəti və s.) aşkar edilməmişdir. İddiaçının 1988-1993-cü illərdə və 1994-2000-ci illərdə işlədiyi dövr onun sosial sığorta stajına daxil edilmədən tələb olunan pensiya kapitalı tamam olmadığından onun əlilliyə gö rə əmək pensiyası hüququ yaranmamış olur.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 aprel 2022-ci il tarixli, 2-1(105)-293/2022 nömrəli qərarı ilə (hakimlər: F.Məmmədov - sədrlik edən və məruzəçi, H.Babayeva və Z.Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilərək iddiaçının 1988-1993cü və 1994-2000-ci illərdə Ağdam rayonu Muğanlı kənd orta məktəbində işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə goyulmuşdur.
14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.1988xx.xx.1993-cü illərdə işləməsi barədə əmək kitabçasında olan qeydin həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. İş dövrünün yoxlanılmasının mümkün olmaması və əmək haqqı barədə məlumatın yoxlama aktında qeyd olunmaması işçinin işləməməsi anlamına gəlməməlidir və bu əsasa görə işçinin konstitusion hüququ olan sosial təminat hüququnun təmin edilməməsi digər mötəbər sübutlara əsaslanmalıdır. Belə olan halda, cavabdeh inzibati orqanın arxiv sənədlərinin aşkar olunmaması və əmək haqları barədə məlumatın yoxlama aktında qeyd olunmaması əsası ilə iddiaçının həmin tarixlərdə Muğanlı kənd orta məktəbində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsindən imtina etməsi əsassızdır.
15. Ca vabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdeh kassasiya şikayəti mahiyyətcə, imtina məktubu, etiraz ərizəsi ilə eyni məzmundadır. Cavabdeh kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün Torpaq Məcəlləsinin 55, 68, 111.1-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7.1, 8.0.7, 11.1, 12.1, 23-cü maddələrinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 4.0.1, 6.2- ci maddələrinə istinad etmişdir. b.Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
1. Əsas anlayışlar 1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Maddə
11. Əlilliyə görə əmək pensiyası 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məh dudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən, 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə
12. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri 12.1. Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Maddə
13. Əlilliyə görə əmək pensiyasının məbləği 13.2. Əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. Maddə
21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyət i ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə
27. Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pe nsiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.
19. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddət ində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsə lələrin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd edir.
25. Hazırkı qərarın 18-ci bəndində qeyd olunan “Əmək pensiyaları haqqında” Qan unun 12.1-ci maddəsinə əsasən ikinci qrup əlilə əlilliyə görə pensiya təyin olunması üçün iki şərtin mövcud olması mütləqdir:
1. Ümumilikdə sığorta stajı 5 ildən az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması;
2. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması.
26. Birinci şərtə münasibətdə iddiaçıya əlilliyə görə pensiya təyin edilməsi üçün onun ən azı 12 il 4 ay sığorta stajı olmalıdır. İş materiallarına əsasən qanunun bu şərti yerinə yetirilir və cavabdeh tərəfindən mübahisələndirilmir.
27. İkinci şərt ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh kassasiya şikayətində iddiaçının pensiya kapitalını müvafiq illər üzrə indeksasiya edi b alt hesabında mövcud olan pensiya kapitalının üstünə gəldikdə 22200 manat tələb olunan sığorta kapitalı qarşısında 21124 manat olduğu bildirmişdir.
28. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya münasibətdə tələb olunan sığorta kapitalı 22200 manat deyil 22000 manatdır, eyni zamanda cavabdehin şikayətində göstərilən hesablaması yalnız 2018-ci il tarixə kimi olan indeksasiya edilmiş pensiya kapitalıdır, lakin iddiaçıya əlillik xx.xx.2020-ci il tarixdə təyin edildiyindən və həmin vaxtadək pensiya kapitalı indeksasiya nəzərə alınmaqla hesablansa onun pensiya kapitalı pensiyasının minimum məbləğindən (22000 manat) az olmayan pensiya təminatına imkan verilməsi müəyyən edilər.
29. Beləliklə məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həm in öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
30. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 aprel 2022-ci il tarixli, 21(105)-293/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətid