Məhkəmə qərarları › İş №2-1(102)-1304/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1304/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1304/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair plan-cizginin tərtib edilməsindən imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı (üçüncü şəxslər: Cavabdeh2 və X1) “fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair plan-cizginin tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməs inin İnzibati Kollegiyasının 21 dekabr 2*23-cü il tarixli, 2-1(1*3)-3*8/2*23 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Əzizbəyov rayon X1* İcraiyyə Komitəsinin 11 noyabr 1988-ci il tarixli, 16/6*8 nömrəli sərəncamı ilə X3 (iddiaçının babası) fərdi yaşayış evinin tikintisi üçün Buzovna qəsəbəsində yerləşən 1/73 nömrəli, 6** kv.m. ümumi sahəsi olan torpaq sahəsi ayrılmışdır.

2. X5 16.*4.1993-cü il tarixdə ölmüşdür.

3. Bakı şəhəri, 7 saylı xüsusi notariusu tərəfindən Cavabdeh4 1 saylı Balı Ərazi İdarəsinə ünvanlanmış 17 iyun 2*2*-ci il tarixli 433 nömrəli məktubda X2 16.*4.1993-cü il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin 12.*3.2*2*-ci il tarixli ərizəsi əsasında mərhumun vərəsələrinin qızı X1, nəvəsi İddiaçı Mayıl qızı və qızı Cavabdeh2 olması barədə məlumat verilmişdir.

4. İddiaçı cavabdehə müraciət edərək X3 ayrılmış torpaq sahəsinin cizgi və xəritədən çıxarışının hazırlanmasını xahiş etmişdir.

5. Cavabdeh 27.*9.2*2*-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, iddiaçının istifadəsində olan torpaq sahəsində əlavə sahə mövcuddur, həmçinin qeyd olunan torpaq sahəsi mübahisəli olduğundan, sahəyə cizgi və xəritədən çıxarışın verilməsi məqsədəuyğun sayılmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Əzizbəyov rayon X9nin İcraiyyə Komitəsinin 11 noyabr 1986-cı il tarixli, 16/1*8 saylı qərarı ilə mərhum babası X3 fərdi yaşayış evinin tikintisi üçün Buzovna qəsəbəsi, 1/73 saylı ünvanda ayrılmış 6** kv.m. torpaq sahəsinə plan (cizginin) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X7 31 yanvar 2*2*-ci ildə vəfat etmişdir. Atasından qalan mirası qəbul etmək üçün iddiaçı Cavabdeh3na vərəsəliyin açılmasına dair ərizə ilə müraciət etmişdir. Qeyd edir ki, atası vəfatından əvvəl iddiaçının babası X3 Əzizbəyov Rayon İcra Hakimiyyətinin 11 noyabr 1988-ci il tarixli qərarı ilə ayrılan 6** kv.m. torpaq sahəsində inşa edilmiş Buzovna qəsəbəsi, Ə.Ağayev E.Bünyadov küçələrinin kəsişməsində yerləşən, 1/73 saylı evdə yaşamışdır. Miras qalmış həmin torpaq sahəsinin cizqisinin verilm əsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdehin A-14*/2*91/2 saylı 21.*9.2*2*-il tarixli məktubu ilə ona imtina edilmişdir.

8. Cavabdeh iddiaya dair yazılı etiraz verərək iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Mayıl qızının Cavabdeh1nə müraciətləri əsasında Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən yerində araşdırma aparılmışdır. Məlum olmuşdur ki, həmin ünvanda yaşayan digər vərəsələrin istifadəsində olan torpaq sahəsinə plan (cizginin) hazırlanmasına etirazlarının olması səbəbindən eləcə də, torpaq sahəsinin rəsmi sənəd üzrə ölçüləri ilə faktiki ölçüləri arasında uyğunsuzluq (əlavə zəbt olunmuş torpaq sahəsi mövcuddur), qeyd olunan torpaq sahəsi mübahisəli olduğundan plan (cizginin) verilməsi Cavabdeh1 tərəfindən məqsədəuyğun sayılmamışdır. Bundan əlavə, iddia predmeti üzrə cavabdeh inzibati orqan Cavabdeh1 hesab edilə bilməz. Belə ki, Cavabdeh1 əvvəllər X9 icraiyyə Komitələri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək öhdəliyi qanunla nəzərdə tutulmadığından iddia tələbinin qanuni əsası yoxdur (Analoji iş üzrə Apellyasiya Məhkəməsinin qərarı əlavə olunur). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandı qdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin *4.*8.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir.

9. Üçüncü şəxs Cavabdeh2 yazılı etirazda bildirilmişdir ki, iddiaçı vərəsə kimi tanınması barədə müraciət etmiş, lakin vərəsə kimi tanınmamışdır. Notariat kontoru tərəfindən iddiaçının vərəsə kimi tanınmasından haqlı olaraq imtina edilmişdir. 1993-cü ildə vəfat edən babasının olümündən sonra f aktiki olaraq kimsə vərəsə kimi tanınmamış və həmin əraziyə faktiki olaraq hüquqlarını qoruduğu şəxs faktiki olaraq vərəsə kimi qəbul edərək həmin əmlakı idarə edir. Qanunda məhkəmədə iddia qaldırmaq hüququ əldə etmədən hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən iddia qaldırılmışdır. Qeyd edilən iddia ilə məhkəməyə bu hüquqa malik olan şəxs müraciət edə bilər. Xəzər Rayon İcra Hakimyyətinin başçısının 1- ci müavini cizgi və xəritədən çıxarışın verilməsinin mümkün olmaması barədə cavab yazmaqda haqlıdır. Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mən afelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4-cü maddəsinin 4.1-ci hissəsində isə deyilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Bu müddəalara əsaslanaraq hüquqi baxımdan mənafe və maraqları iki qrupa bölmək olar: subyektiv hüquqlarda əhatə olunan mənafe və maraqlar; subyektiv hüquqlardan kənar mövcud olan mənafe və maraqlar. Bildirir ki, “mənafe” və “maraq” ifadələrinin geniş sosial məzmun daşımasına əsaslanaraq demək olar ki, subyektiv mülki hüquqlar mənafe və maraqların mühafizəsinin yeganə forması deyildir. Mülki hüquqi mübahisəni həll edən məhkəmələr bir qayda olaraq iddiaçının subyektiv hüquqa malik olmasını müəyyən etdikdə həmin hüququn müdafiəsini təmin edir. Bu hallarda məlumdur ki, məhkəməyə müraciət edən şəxsin marağı pozulmuş və yaxud mübahisələndirilmiş hüquqlarının bərpa olunmasında özünü göstərir. Məsələn, əmlakını qanunsuz şahiddən tələb edən şəxsin marağı həmin əmlak üzərində mülkiyyət hüququnu bərpa etməkdən ibarətdir. Məhkəmə iddiaçının tələb etdiyi əmlak üzərində mülkiyyət hüququnun olmasını müəyyən etdikdə onun iddiasını təmin edir. Bu baxımdan qeyd etmək lazımdır ki, fiziki və hüquqi şəxslərin subyektiv hüquqları normativ hüquqi aktlarda (obyektiv hüquqda) ifadə olunmaqla, hüquq münasibətlərində səlahiyyətə çevrilir. Subyektiv hüquqa malik olan şəxslər bu hüquqa qarşı vəzifə daşıyan şəxslərdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olur. Ən başlıcası ondan ibarətdir ki, bu və ya digər subyektiv hüququn tanınması üçün qanunvericilikdə norma olmalıdır. Qanunvericilikdə bu və ya digər hərəkətlə əlaqədar imkan müəyyən edilmədikdə subyektiv hüquqların mövcudluğu qeyri-mümkün olur. Mülki prosessual qanunvericilikdə iddia qaldırmaq hüququnun və bu hüququ həyata keçirməyin şərtləri fərqləndirilmişdir. Bu məsələlər Mülki Prosessual Məcəlləsinin 152 və 153-cü maddələrində öz əksini tapmışdır. Məhkəməyə müraciət edən şəxslərin mənafe və maraqlarının olması bu maddələrdə birbaşa öz əksini tapmışd ır. Lakin bu heç də o demək deyildir ki, məhkəməyə müraciət edən şəxsin mənafe və marağı məhkəmə prosesinin özü üçün əhəmiyyət kəsb etmir. Qeyd etmək lazımdır ki, hər bir müdafiə tədbirinin öz məqsədi, predmeti və arzuolunan nəticəsi olur. Əgər bu və ya digər müdafiə tədbiri müəyyən vəziyyətin möhkəmləndirilməsinə, bərpasına, maneələrin aradan qaldırılmasına səbəb olmursa, deməli, o, məqsədsiz olur. Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikası ərazisində birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin Vİ və Vİİ hissələri, 6*-cı maddəsinin 1 hissəsi). Hal hazırda iddiaçı iddia qaldırmaq üçün subyektiv hüququ olmadan məhkəməyə iddia ilə müraciət etməsi digər şəxslərin qorunan hüquqlarının pozulması deməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "X.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 yanvar 2**6-cı il tarixli qərarında göstərmişdir ki, "...məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir.” Hesab edir ki, iddia ərizəsi iddia vermək hüququ olmayan şəxs tərəfindən verilib, iddia mümkün hesab edilə bilməz. Tərəf məhkəmədə iddia vermək üçün ilk öncə bu subyektiv hüquqa malik olmalıdır. Vərəsə kimi tanınmayan və qanunla vərəsə kimi qəbul edilməyən şəxsin vərəsəliklə bağlı hər hansı bir hərəkəti yerinə yetirmək hüququ tanınmır. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmaması xahiş edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 16 iyun 2*22-ci il tarixli, 2-1(112)-386/2*22 nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilərək, Əzizbəyov rayon X9 İcraiyyə Komitəsinin 11 noyabr 1986-cı il tarixli, 16/1*8 saylı sərəncamı ilə iddiaçının mərhum babası X3 fərdi yaşayış evinin tikintisi ü çün Buzovna qəsəbəsi, 1/73 saylı ünvanda ayrılmış 6** kv.m. torpaq sahəsinə plan (cizginin) verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh1 üzərinə qoyulmuşdur.

11. Məhkəmə hesab etmişdir ki, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahəsinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayırma ilə b ağlı hərəkətlərin icrasını isə bilavasitə torpaqayıran quruma həvalə etmişdir.

12. Cavabdeh və üçüncü şəxs Cavabdeh2 həmin qərardan ayrı-ayrılıqda apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişlər. b. Apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2*23-cü il tarixli, 21(1*3)-3*8/2*23 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı (Bayramova (Ağayeva) Nigar Ağaverdi qızı və X1 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə) “fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair plan-cizginin tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş, İddiaçı cavabdehlər Bayramova (Ağayeva) Nigar Ağaver di qızına və Bakı şəhəri Cavabdeh1nə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır.

14. Apellyasiya məhkəmə hesab etmişdir ki, hazırki işin apellyasiya araşdırması zamanı məlum olmuşdur ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan “İddiaçı cavabdehlər Bayramova (Ağayeva) Nigar Ağaverdi qızına və Bakı şəhəri Cavabdeh1nə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 21(112)-776/2*23 saylı iş üzrə məhkəmə iclası 18.*4.2*23-cü il tarixə təyin edilmiş və hazırki inzibati iş üzrə də cavabdehin imtinasının əsasında məhz torpaq sahəsinin mübahisəli olması durur.

15. Bakı İnzibati Məhkəməsinin 18.*4.2*23-cü il tarixli, 2-1(112)-776/2*23 saylı qərardadı ilə İddi açı cavabdehlər Bayramova (Ağayeva) Nigar Ağaverdi qızına və Bakı şəhəri Cavabdeh1nə qarşı "sərəncamın ləğv edilməsi" tələbinə dair inzibati iş üzrə iddia mümkün sayılmamış, həmin qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2*.*9.2*23-cü il tarixli, 2-l(1*3)2559/2*23 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-776/2*23 saylı, 18.*4.2*23-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2*.*9.2*23-cü il tarixli, 2-l(1*3)-2559/2*23 saylı qərardadından İddiaçı tərəfindən kassasiya şikayəti verilməmiş və həmin qərardad qanuni qüvvəyə minmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati K ollegiyasının 21 dekabr 2*23-cü il tarixli, 2-1(1*3)-3*8/2*23 nömrəli qərarı ilə (hakimlər: A.Oruczadə - sədrlik edən və məruzəçi, X.Cəmilova və R.Səmədov) apellyasiya şikayətləri təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 16 iyun 2*22-ci il tarixli qərarı ləğv edilmiş və iddia rədd edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mərhum babasının vərəsəsi kimi iddia qaldırmış iddiaçı müvafiq olaraq sərəncama istinad etsə də faktiki göstərilən torpaq sahəsi digər vərəsə olan bibisi tərəfindən öz adına verilmiş müvafiq hüquqmüəyyənedici sənədə əsasən istifadə və sahiblik edildiyindən, torpaq sahəsi mübahisəli olduğundan iddiaçının hazirki halda iddiası əsassızdır.

18. Apellyasiya məhkəməsi qənaətini əsaslandırmaq üçün “İnzibati icraat haqqında” Qanunun 2.*.1, 2.*.2, 2.*. 6, 4.1, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi qəbul edilənədək qüvvədə olmuş Azərbaycan SSR Torpaq Məcəlləsinin 13, 2*, 22, 23, 26-ci hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 65.1, 65.2, 68-ci maddələrinə və “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında” Əsasnamənin 2, 3, 4-cü bəndlərinə istinad etmişdir.

19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, 3-cü şəxs Bayramova (Ağayeva) Nigar Ağaverdi qızı tərəfindən verilmiş apellyasiya şikayətində “bundan başqa onun ümumiyyətlə bu iddia üzrə cavabdeh olmamalı olduğu, ona məxsus torpa q sahəsinin sözügedən torpaq sahəsinin hüdudlarından kənarda yerləşən və ayrıca sənədləri olduğu” göstərilmişdir. Göründüyü kimi 3-cü şəxs Bayramova (Ağayeva) Nigar Ağaverdi qızının özü tərəfindən də mübahisə predmeti olan torpaq sahəsi ilə N.Ağayevaya ayrıldığı qeyd edilən torpaq sahələrinin fərqli torpaq sahələri olduğu müəyyən edilmişdir. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi əsassız olaraq apellyasiya şikayətini məhz həmin hala istinad edərək təmin etməklə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Nəticədə qanunsuz və əsassız olaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.12.2*23-cü il tarixli, 2-l(1*3)-3*8/2*23 saylı qərarı qəbul edilmişdir. Lakin apellyasiya instansiyası məhkəmə tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədən, qanunvericiliyin tələ bləri səhv qiymətləndirilərək və ətraflı araşdırma aparılmadan apellyasiya şikayəti təmin edilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 1* gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdir ə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

23. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2*2*-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam o laraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

27. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər ( Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.

29. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı onun mərhum babası X3 ayrılmış torpaq sahəsinə cizgi planının verilməsinə yönəlmişdir.

30. İşin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən, iddiaçının faktiki göstərilən torpaq sahəsi məhz mərhumun digər vərəsəsi olan hazırki i ddiaçının bibisi iş üzrə 3-cü şəxs Bayramova (Ağayeva) Nigar Ağaverdi qızının sahibliyi və istifadəsində olan, faktiki yaşadığı torpaq sahəsidir.

31. Belə ki, iş materiallarında olan Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 28.*6.1993-cü il tarixli, 363/5 saylı sərəncamına görə X4 Buzovna qəsəbəsində fərdi ev tikmək üçün 18* №-li sahədə torpaq sahəsi ayrılmışdır. İş materiallarına ünvan 1 ünvanında yerləşən Cavabdeh2 fərdi yaşayış evi kimi qeyd olunan evə dair Xəzər rayonu Buzovna qəsəbə bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş ortofoto görüntü əlavə edilmişdir (iş 1-ci cild səh 1*2).

32. Yuxarıda qeyd olunan sərəncam iddiaçı tərəfindən ayrıca məhkəmə icraatı çərçivəsində mübahisələndirilsə də, lakin iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 1 8.*4.2*23-cü il tarixli, 2-1(112)- 776/2*23 saylı qərardadı ilə İddiaçı cavabdehlər Bayramova (Ağayeva) Nigar Ağaverdi qızına və Bakı şəhəri Cavabdeh1nə qarşı "sərəncamın ləğv edilməsi" tələbinə dair inzibati iş üzrə iddia mümkün sayılmamış, həmin qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2*.*9.2*23-cü il tarixli, 2-l(1*3)-2559/2*23 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-776/2*23 saylı, 18.*4.2*23-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2*.*9.2*23-cü il tarixli, 2-l(1*3)-2559/2*23 saylı qərardadından İddiaçı tərəfindən kassasiya şikayəti verilməmiş və həmin qərardad q anuni qüvvəyə minmişdir.

33. Göründüyü kimi, mübahisələndirilən torpaq sahəsinə dair də Nigar Ağaverdi qızının müvafiq hüquqmüəyyənedici sənədə malik olması və həmin hüquqmüəyyənedici sənədin ləğv edilməməsi və hazırda qüvvədə olması iş materialları ilə mübahisəsizdir.

34. Belə olan halda, apellyasiya məhkəməsi iddianın rədd olunması barədə düzgün qənaətə gələrək haqlı olaraq qeyd etmişdir ki, mərhum babasının vərəsəsi kimi iddia qaldırmış iddiaçı müvafiq olaraq sərəncama istinad etsə də faktiki göstərilən torpaq sahəsi digər vərəsə olan bibisi tərəfindən öz adına verilmiş müvafiq hüquqmüəyyənedici sənədə əsasən istifadə və sahiblik edildiyindən, torpaq sahəsi mübahisəli olduğundan iddiaçının hazirki halda iddiası əsassızdır.

35. Odur ki, kassasiya şikayətin əsassız olduğundan təmin edilmə məli, şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2*23-cü il tarixli, 21(1*3)-3*8/2*23 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar