Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1305/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Dövlət Sosial X10 X2rşıiş üzrə QƏRAR (iş № 2-1(102)-1305/2020) Açar sözlər: əlilliyəgörəpnensiyanınyenidənhesablanması Bakı şəhəri xx xxxxxx 2020-ci il 05.08.2020 Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X8 və X4 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil2 və cavabdehin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və X7 Nazirliyi yanında Dövlət Sosial X10 X2rşı «pensiya məbləğlərindəki fərqin hesablanaraq ödənilməsi» tələbinə dair iş üzrə B akı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-401/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx.xx.1965-ci ildə doğulmuşdur və hazırda Bakı şəhərində yaşayır. Əmək və X7 Nazirliyi X1 ona xx.xx.1994-cü il tarixdən İİ dərəcəli əlillik qrupu təyin edilmişdir. İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2018-ci il tarixədək DSMF-nin Səbail rayonu şöbəsindən əmək pensiyasını almışdır. xx.xx.2018-ci il tarixdən iddiaçıya 2-ci dərəcəli əlilliyə görə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumat vərəqi əsasında hərbi qulluqçu kimi pensiya təyin olunmuş, DSMF-nin Səbail rayon şöbəsi tərəfindən ödənilən pensiya isə dayandırılmışdır. DSMF-nin Səbail rayon şöbəsindən aldığı pensiya ilə iddiaçıya hərbi qulluqçu kimi təyin olunmuş pensiya arasında 3 illik fərqin cavabdeh tərəfindən hesablanaraq ona ödənilməsi qərara alınmışdır. İddiaçı xx.xx.2019-cu il tarixli ərizə ilə DSMF-nin Xüsusi X5 müraciət edərək, ona yalnız sonuncu 3 ilin yox, xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün pensiya fərqinin hesablanaraq ödənilməsini xahiş etmişdir. Lakin iddiaçının müraciəti cavabsız qalmışdır. İddiaçı cavabdehin müraciətə cavab verməməsini imtina kimi qəbul etmiş və iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2018-ci ilədək DSMF-nin Səbail rayon şöbəsindən İİ qrup əlilliyə görə aldığı əmək pensiyası ilə Əmək və X7 Nazirliyi yanında DSMF-nin Xüsusi ŞərtlərləTəyinat İdarəsindən xx.xx.2018-ci ildən hərbi qulluqçu kimi İİ qrup əlilliyə görə aldığı pensiya arasında fərqin) hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsinı xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət dövründə aldığı yaralanma (travma) nəticəsində sağlamlığını itirmiş və ona xx.xx.1994-cü il tarixdən 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. xx.xx.1994-cü il tarixdən xx.xx.2018-ci il tarixədək DSMF-nin Səbail rayonu şöbəsindən əmək pensiyasını almışdır. xx.xx.2018-ci il tarixdən isə ona2-ci dərəcəli əlilliyə görə Müdafiə Nazi rliyinin məlumat vərəqi əsasında hərbi qulluqçu kimi pensiya təyin olunmuş, DSMF-nin Səbail rayon şöbəsi tərəfindən ödənilən pensiya isə dayandırılmışdır. Bu zaman DSMF-nin Səbail rayon şöbəsindən aldığı pensiya ilə hərbi qulluqçu kimi təyin olunmuş pensiya arasında 3 illik fərqin cavabdeh tərəfindən hesablanaraq ona ödənilməsi qərara alınmışdır. Lakin hesab edir ki, iddiaçıya yalnız sonuncu 3 ilin yox, xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün pensiya fərqi hesablanaraq ödənilməlidir. Bununla əlaqədar xx.xx.2019-cu il tarixdə ərizə ilə cavabdehə müraciət etmiş, lakin müraciəti nəticəsiz qalmışdır. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə etiraz etmiş və mövqeyini onunla izah etmişdir ki, iddiaçıya xx.xx.2018-ci il tarixindən etibarən hərbi qulluqçu kimi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Müvafiq pensiyanın əsası 2018-ci ildə Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspert və Reablitasiya Xidməti tərəfindən müəyyən edilən əlillik olmuşdur. Nazirlər Kabinetinin x xxxxxx 2016-cı il tarixli, 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 4.26-cı bəndinə əsasən, əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Buna görə də, 01.01,2006-cı il tarixindən xx.xx.2015-ci il tarixinə qədərki dövr ərzində iddiaçının tələb etdiyi pensiyanı alması üçün heç bir hüquqi əsas yoxdurvə iddiaçının 2018-ci ildən etibarən müəyyənləşdirilmiş əlillik səbəbi nin geriyə qüvvəsi olmadığından iddiaçıya həmin tarixdən öncəki dövr üçün pensiya hesablana bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı (hakim M.Hacıbəyova) ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2018-ci ilədək DSMF-nin Səbail rayon şöbəsindən İİ qrup əlilliyə görə aldığı əmək pensiyası ilə Əmək və X7 Nazirliyi yanında DSMF-nin X9 İdarəsindən xx.xx.2018-ci ildən hərbi qulluqçu kimi İİ qrup əlilliyə görə aldığı pensiya arasında fərqin) hesablanaraq ödənilməsi vəzifəsininƏmək və X7 Nazirliyi yanında Dövlət X11 X9 İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayə ti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 14 fevral 2020-ci il tarixli 21(103)-401/2020 saylı qərarı ilə (hakimlər V.Həsənov (sədrlik edən və məruzəçi), M.Tağızadə və Ü.Mayılov) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2990/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, İddiaçı iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində işin faktik halları sadalanmış və göstərilmişdir ki, apelyasiya instansiya məhkəməsi tam və hərtərəfli araşdırma aparmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmişdir. Əlilliyə görə pensiya almaq hüququ əlilliyin təyin edildiyi vaxtdan yaranır. Tərəflərin izahatları: İddiaçı və onun vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Cavabdehin vəkili Vəkil1 kassasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək şikayətin təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunnmalı və iş materialları yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, əlilliyə görə pensiya təyin olunmasının hüquqi əsasları «Əmək pensiyaları haqqında» Qanunun 11-ci maddəsində müəyyən edilərək göstərilir ki, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 ya şınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. «Əmək pensiaları haqqında» Qanunun 20.16-cı maddəsinə əsasən bu Qanunun 20.1.12-ci maddəsində nəzərədə tutulan hərbi qulluqçulara (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla): 20.16.1. İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin – 100 faizi, İİ qrup müharibə əlillərinə – 80 faizi, İİİ qrup müharibə əlillərinə – 55 faizi; 20.16.2. İ qrup digər əlillərə (o cümlədən xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan əlillərə) müvafiq təminat xərcliyinin – 60 faizi, İİ qrup əlil lərə – 55 faizi, İİİ qrup əlillərə – 35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər- əlavələr ödənilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixindən qüvvədə olan 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 32.1-1-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İşin hallarından göründüyü kimi, iddiaçı hesab edir ki, xx.xx.2006-cı ildən tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün sonrakı pensiya məbləği arasındakı fərq hesablanıb ona ödənilməlidir. Cavabdehin etirazından göründüyü kimi, iddiaçının əlilliyinin səbəb əlaqəsi TSEK tərəfindən xx.xx.2018-ci il tarixdə dəyişdirildiyinə və ödənilmiş üç illik müddətdən daha əvvəl üçün fərqin hesablanıb ödənilməsini əsassız sayır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 №-li qərarı ilə təsdiq edilmiş və 2016-cı il 5 fevral tarixinədək qüvvədə olan «Tibbi-sosial ekspert komissiyaları haqqında» Əsasnamənin müddəaları (bəndləri) ilə aşağıdakılar müəyyən edilmişdir: 1.5. Tibbi-sosial ekspert komissiyaları əlillik dərəcələrinin (qrupunun) müddətini və səbəbini müəyyən edir. Şəxsin həyat fəaliyyətinin məhdudlaşması dərəcəsindən asılı ola raq «Əlilliyin müəyyən olunması meyarlarına dair» Əsasnamə əsasında İ, İİ və İİİ qrup əlillik təyin edilir və Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları»na əsasən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilir; 3.1. Tibbi-sosial ekspert komissiyaları: həyat fəaliyyətinin məhdudlaşmasının dərəcəsini və xarakterini müəyyən edir; müayinə olunan şəxslərin reabilitasiya potensialının səviyyəsini və xarakterini müəyyən edir;həyat fəaliyyətinin məhdudlaşmasının və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını təyin edir, sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edir. 5.1. Əlillik müddəti «Əlilliyin müəyyən edilməsi meyarlarına dair Əsasnamə»yə uyğun olaraq müəyyən edilir. Əlilli k müddətlə müəyyən edildiyi hallarda şəxs növbəti müayinə təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur. 5.4. Müayinə olunan şəxs X1nın qərarı ilə razılaşmadıqda bir ay müddətində TSEK sədrinə ərizə ilə müraciət etmək hüququna malikdir. Belə hallarda TSEK sədri 3 gün müddətində onun tibbi ekspertiza sənədlərini və ərizəni ali pillə ekspertizaya göndərməlidir. Ali pillə TSEK həmin sənədi aldıqdan sonra sənədlər əsasında, yaxud əlili və sağlamlıq imkanları məhdud uşağı əyani müayinəyə cəlb etməklə qərar qəbul edir. İlkin X1nın qərarlarından məhkəməyə şikayət verilə bilər. Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 saylı Qərarı ilə təsdiq edilmiş «Tibbisosial ekspert komissiyaları haqqında» Əsasnamədə aşağıdakı qaydalar müəyyən olunmuşdur: 1.3. TSEK Azərbaycan Respublikasın ın Əmək və X7 Nazirliyi yanında Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və X7 Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. 1.4. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmə t müəyyən edir. 3.1.3. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını müəyyən etmək TSEKin vəzifələrindən biridir. 4.26. Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. 5.4.TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. 5.5.TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Apelyasiyainstansiyasıməhkəməsiqeydetmişdirki, iddiaçının 1994-cü ildə ilkin olaraq TSEK-in qərarı ilə əlilliyi və onun səbəb əlaqəsi mü əyyən edilmiş, lakin həmin qərardan iddiaçı şikayət verməmiş, hüquqi nəticələri xx.xx.2018-ci ildə TSEK-in növbəti bir qərarı ilə əlilliyin səbəb əlaqəsi dəyişdirilənədək mövcud olmuş və hal-hazırda da həmin qərar ləğv olunmamış, etibarsız sayılmamışdır. Məhkəməkollegiyasıapelyasiyainstansiyasınınbuyanaşmasınıdüzgünsayır. Lakinnəzərəalınmalıdırki, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir vəTSEK-in belə qərarları inzibati aktdır. Buhaldaişindüzgünhəlliüçünhəmininzibatiaktişəəlavəolunmalı, məzmunutədqiqolunmalıvəyalnızbundansonrahəminaktlamüəyyənolunanhallarməhkəməü çünəsasolabilərdi. Hazırkiişdəisəiddiaçınınəlilhesabolunmasıbarədənəilkinrəy, nədəsonrakırəyişəəlavəolunmamışdır. Yəniiddiaçının əlilliyinin dərəcəsi, müddə ti, səbəbi və əlilliyin baş vermə vaxtı işmateriallarıiləmüəyyənedilmir. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası İPM-nin 96.9-cu maddəsinə əsasən, Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsin i rəhbər tutaraq qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-401/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1305/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1305/2020
05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver