Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1305/2021 28.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 13 saylı Regional Ərazi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadən ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon filialına (hazırki 13 saylı Regional Ərazi filialı) qarşı “iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhd əliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 Aprel 2021-ci il tarixli, 2-1(107)-87/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1958-ci ildə Ağdaş rayonu, Yuxarı Ləki kəndində anadan olmuşdur. 19751976-cı illərdə 1 May kolxozunda, 1977-2002-ci illərdə Ağdaş rayonunda fəaliyyət göstərən Ləki Pambıqtəmizləmə zavodunda işləmişdir.
2. İddiaçı 31.01.2020-ci il tarixində ərizə ilə cavabdehə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. 3.Cavabdeh 05.02.2020-ci il tarixli **********8 nömrəli məktubla müraciətin təmin olunmasından imtina e dildiyini bildirmişdir. İmtina məktubunda göstərilmişdir ki, İddiaçı 19772002-ci illərdə Ləki Pambıqtəmizləmə zavodunda işlədiyi illər əmək kitabçasında qeyd olunsa da, həmin zavodun sənədləri Dövlət arxivinə təhvil verilmədiyindən əmək kitabçasındakı qeydlərin arxiv sənədləri ilə qarşılıqlı yoxlanması mümkün olmamışdır. Bu səbəbdən həmin müddət sosial sığorta stajı kimi nəzərə alına və iddiaçıya yaşa görə əmək pensiyası təyin oluna bilməz.
4. İddiaçı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 19.07.1977-ci il tarixdən 11.04.2002-ci il tarixədək Ağdaş rayonu, Ləki Pambıqtəmizləmə zavodunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 25.01.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmas ını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1977-ci ildən 2002-ci ilə kimi Ağdaş rayonu, Ləki Pambıqtəmizləmə zavodunda işləmişdir. Onun 19 iyul 1977-cı il tarixdən 11 aprel 2002-ci il tarixədək Ləki Pambıqtəmizləmə zavodunda işlədiyi müddət ИТ seriyalı ******* nömrəli əmək kitabçası və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 31.08.2020-ci il tarixli **********58 nömrəli məktubu ilə təsdiq olunur. Odur ki, iddiaçı cavabdehin imtinasını əsassız hesab edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat 6.Birinci instansiya məhkəməsinin 22.10.2020-ci il tarixli 2-1(116)-790/2020 nömrəli (sədrlik edən hakim İlqar Cabbarov) qərarı ilə iddia təmin edilmiş və cavabdehin üzərinə iddiaçının 19.07.1977-ci il tarixdən 1 1.04.2002-ci il tarixədək Ağdaş rayonu, Ləki Pambıqtəmizləmə zavodunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 25.01.2020-ci il tarixdən yaşa görə pensiya təyin edilməsi öhdəliyi qoyulmuşdur. 7.Birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi əmək kitabçasını onun sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Belə ki, iş materiallarına əsasən, məhkəmə tərəfindən iddiaçının adının Ləki Pambıqtəmizləmə zavodunda (özəlləşdirmədən sonra "xxxx" ASC) işləyən işçilərin siyahısında olduğu, habelə "xxxx" ASC-nin 23.06.1997-ci ildə qeydiyyatda olduğu və fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı 19.07.1977ci il tarixdən 11.04.2002-ci il tarixədək Ağdaş rayonu, Ləki Pambıqtəmiz ləmə zavodunda işlədiyi illərin sosial sığorta stajı kimi müəyyən edilərək hüququnun yarandığı 25.01.2020ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin olunmasını tələb etməkdə haqlıdır. 8.Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat 9.Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.04.2021-ci il tarixli, 2-1(107)87/2021 nömrəli (hakimlər Rövşən Rəfiyev - sədrlik edən və məruzəçi, Vəzirxan Məlikov və Mahir Əsədli) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. 10.Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşm ışdır. 11.Eyni zamanda Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 15.08.1997-ci il tarixdən iddiaçının işlədiyi müəssisənin özəlləşdirilərək xüsusi mülkiyyətə keçməsi, onun yenidən işə qəbul edilməsi barədə əmək kitabçasında müvafiq qeydlərin aparılmaması iddiaçıdan asılı səbəblərlə əlaqədar olmadığından onun hüquqlarına münasibətdə məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
12. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın təmin olunmamasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri 13.Cavabdehin kasasiya şikayətinin dəlilləri onun imtina məktubunun və apelyasiya şikayətinin məzmununa əsaslanır. İşdə iştirak edən şəxslərin izahatları
14. Cavabdehi n vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
15. İddiaçının vəkili məhkəmə iclasında iştirak etmədiyinə görə onun izahatı dinlənilmədi. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 1-ci və 3-cü bəndlərinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadın ların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və mü ddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 19. ““Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
20. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sə nəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
22. İnzibati Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə h əmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
23. Kassasiya şikayəti mümkündür. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
24. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə qəra rının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.
26. Kassasiya şikayəti təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
28. Mübahisə ilə bağlı işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçının əmək fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin məlumatlarına əsasən, iddiaçı 19 iyul 1977-ci ildən 11 aprel 2002-ci il tarixədək Ağdaş rayon Ləki Pambıqtəmizləmə zavodunda işləmişdir. Tətbiq olunan hüquq normalarına əsasən iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
29. Hazırkı qərarın 18-20-ci bəndlərində göstərilən normaların məzm unundan, eləcə də Ali Məhkəmənin oxşar tələblərlə bağlı işlər üzrə formalaşmış hüquqi mövqeyindən görünür ki, iddiaçının 19 iyul 1977-ci ildən 11 aprel 2002-ci il tarixədək Ağdaş rayon Ləki Pambıqtəmizləmə zavodunda işləməsi onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 14.07.2020-ci il tarixli, 2-1(102)-1431/2020 nömrəli, 28.01.2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli qərarları).
30. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 21-ci bəndində göstərilən normanın tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesa b olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
31. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən hər hansı sübut iş materiallarında yoxdur.
32. Məcburetmə haqqında iddialarda olduğu kimi, öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür.
33. Yuxarıda şərh edilənlərə və İPM-in 96-cı, 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Şəki Apelyasiya Məhkəməsinin İnzibat i Kollegiyasının 05 aprel 2021-ci il tarixli, 21(107)-87/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.