Məhkəmə qərarları › İş №2-1(102)-1305/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1305/2022

06.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1305/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Abşeron-Xızı regional filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; müddət ötürülüb) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüqu qi şəxsinin Abşeron-Xızı regional filialına qarşı “əmək stajının komissiyada araşdırılıb müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)325/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun əmək stajının komissiyada araşdırılıb müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2-1(118)-427/2022 saylı qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vətəndaşlar tərəfindən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləəri bərpa etmək mümkün olmadıqda sosial sığorta stajı ən azı iki şahidin ifadələrinə əsasən və onların iddia edilən dövrdə göstərilən müəssisədə işləmələrini təsdiq edən sənədlər əsas götürülməklə müəyyən edilir. Göründüyü kimi iddiaçı ilə bir yerdə 1969-cu ildən 1992-ci il ərzində “Heydər Hüsüyev” adına sovxozda işləmiş Gülablı kənd sakinləri, X1 və X2 iddiaçı tərəfindən Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına aparılmasına baxmayaraq cavabdeh təşkilat iddiaçının əmək stajının araşdırılmasından yayınmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının tələbi təmin edilib, müvafiq komissiyada onun əmək stajı araşdı rılmalıdır.

3. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 aprel 2022-ci il tarixli 2-1(105)-325/2022 nömrəli qərardadına əsasən (sədrlik edən Z.T.Məmmədov, hakimlər H.Ç.Babayeva və F.Ə.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2-1(118)-427/2022 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

5. Məhkəmə qərardadı iddiaçıya 6 may 2022-ci il tarixində təqdim edilmişdir.

6. İddiaçı 27 may 2021-ci il tarixində kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 aprel 2022-ci il tarix li 2-1(105)325/2022 nömrəli qərardadının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə 8 iyul 2022-ci il tarixli bildirişində iddiaçıya bildirilmişdir ki, kassasiya şikayəti İPM-in 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra təqdim olunmuşdur. Bu səbəbdən 15 avqust 2022-ci il tarixinədək göstərilən çatışmazlığın aradan qaldırılması iddiaçıya təklif olunmuşdur.

8. İddiaçı 21 iyul 2022-ci il tarixində vəsatət təqdim edərək prosessual müddətin ötürülməsinin üzrlü hesab edilməsini, kassasiya şikayətinin mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəsatəti belə əsaslandırmışdır ki, məhkəmə qərardadını hansı tarixdə aldığını dəqiq xatırlamır, lakin məhkəmə tərəfindən qərardad ona d ərhal verilməmiş, qərardad elan olunduqdan 10-15 gün sonra ona təqdim edilmişdir. Onda qərardadı hansı tarixdə almasını təsdiq edən qəbz yoxdur. Ehtimal edir ki, qərardad ona təqdim edilən zaman qəbzə imza etsə də, qəbzdə hansı tarixin qeyd olunmasına fikir verməmişdir. O, beyində qan çatışmazlığı, başgicəllənmələr xəstəliyindən əziyyət çəksə də, təxmini xatırlayır ki, 25 may 2022-ci il tarixində vəkillə müqavilə bağlamış, vəkil tərəfindən tərtib olunmuş kassasiya şikayəti 27 may 2022-ci il tarixində məhkəməyə təqdim edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

9. İnzibati Prosessual Məcəllə Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual mü ddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (-) Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-) Maddə

96. Ali Məhkəmədə icraat (-) 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhk əmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

10. İşin yuxarıda sadalanan hallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçıya 6 may 2022-ci il tarixində təqdim edilmiş, iddiaçı isə 27 may 2021-ci il tarixində həmin qərardaddan kassasiya şikayəti vermiş, bununla da qanunvericilikdə məhkəmə qərardadından kassasiya şikayət verilməsi üçün nəzərdə tutulmuş 10 günlük müddəti ötürmüşdür. Daha sonra isə iddiaçı ötürülmüş prosessual müddətin bərpa olunmasına dair yuxarıda qeyd olunan məzmunda vəsatət təqdim etmişdir.

11. Məhkəmə kollegiyası vəsatətdə göstərilən dəlilləri ötürülmüş prosessual müddətin bərpası üçün üzrlü səbəb hesab etmir. Belə ki, ərizədə göstərilən hallar, yəni iddiaçının xəstəlikdən əziyyət çəkməsi müddətinin ötürülməsi üçün əsas ola bilməz. Həmçinin, iddiaçı məhkəmə qərardadının ona gec təqdim olunduğunu bildirsə də, özü də vəsatətdə qeyd edir ki, məhkəmə qərardadının hansı tarixdə ona verilməsini təsdiq edən hər hansı sübutu yoxdur. İş materiallarında olan 6 may 2022-ci il tarixli məktubda (iş v.73) isə iddiaçının 6 may 2022-ci il tarixində məhkəmə qərardadını qəbul etməsi barədə öz əlyazması ilə qeyd vardır.

12. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti üzrsüz səbəblərdən ötürmüşdür. Odur ki, iddiaçının vəsatəti təmin edilməməli, kassasiya şikayəti mümkün sayılmamalıdır.

13. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-325/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. İddiaçının kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar