Məhkəmə qərarları › İş №2-1(102)-1305/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1305/2023

31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1305/2023 31.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası, Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz i Filialına qarşı “01 mart 1993-cü il tarixdən 01 oktyabr 2005-ci il tarixədək "xxxx" İİB "xxxx" Azərbaycan-X1 avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində işlədiyi dövrün güzəştli iş stajı kimi hesablanması və 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-16/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ИТ-İ ******* nömrəli, xx.xx.1981-ci il tarixli əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1978 – xx.xx.1979 (7 ay 19 gün), xx.xx.1988-xx.xx.1989 (4 ay 9 gün), xx.xx.1981 – xx.xx.1981 (2 ay, 2 gün), xx.xx.1989xx.xx.1989 (7 ay 10 gün), xx.xx.1981 – xx.xx.1987 (5 il 8 ay 21 gün), xx.xx.1989xx.xx.1991 (1 il 3 ay). xx.xx.1987 – xx.xx.1988 (1 il 3 ay 13 gün), xx.xx.1991-xx.xx.1993 (1 il 11 ay 20 gün). xx.xx.1993-xx.xx.2005 (12 il 7 ay).

2. İddiaçı xx.xx.1975-xx.xx.1976-cı (11 ay 24 gün) və xx.xx.1977-xx.xx.1978-ci illərdə (9 ay 20 gün) peşə təhsili almışdır.

3. İddiaçı xx.xx.1979 – xx.xx.1981-ci il tarixlərdə (2 il 8 gün) müddətli həqiqi hərbi xidmət keçmişdir.

4. Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin xx.xx.2021-ci il tarixli, 05-25 nömrəli arayışına əsasən, 1960-cı il təvəllüdlü İddiaçı, həqiqətən, xx.xx.1981-ci il tarixində Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının Tikintisinin d ireksiyasında Mərkəzi Təmir sexinin maşın sexinə avadanlıqların təmiri üzrə 6-cı dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmişdir(xx.xx.1981-cı il, əmr №616). xx.xx.1981-ci ildə Mərkəzi Təmir sexinin qazan sahəsinə avadanlıqların təmiri üzrə 6-cı dərəcəli çilingər vəzifəsinə keçirilmişdir(xx.xx.1982-ci il,əmr№ 10/K). xx.xx.1987-ci ildə Azərbaycan SSR ƏQM-nin 38ci maddəsinin 4-cü bəndinə əsasən (əmək və istehsal intizamının pozulması ilə əlaqədar olaraq) işdən azad olunmuşdur (xx.xx.1987-ci il, əmr № 140). Məlumat üçün bildirilmişdir ki, xx.xx.1981-ci il tarixində Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının Tikintisinin direksiyası - Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası adlandırılmışdır (xx.xx.1981 - ci il,əmr №420). "xxxx" ASC-nin xx.xx.2003-cü il tarixli, AÜ/091 saylı əmrinə əs asən İdarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. 5. "xxxx" ASC Sumqayıt Elektrik Stansiyası MMC-nin xx.xx.2021-ci il tarixli, 20-KS nömrəli arayışına əsasən, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı, həqiqətən, “Sumqayıt İEM-2”də xüsusi-zərərli iş şəraitində işləyib: xx.xx.1978-ci ildən (ƏmrN 152-k) xx.xx.1979-cu ilə qədər (Əmr N 56-k) Qazan-Turbin sexində çilingər vəzifəsində, kod: 2140000a - 18455; xx.xx.1981-ci ildən (Əmr N 127-k) xx.xx.1981-ci ilə qədər (Əmr N 162-k) Qazan-Turbin sexində çilingər vəzifəsində, kod: 2140000a – 18455 işləyib.2 saylı siyahının Xİİİ bəndinə uyğun olan vəzifəsi yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verir. 6. “Azərbaycan Rusiya "xxxx" birgə müəssisəsinin xx.xx.2005-ci il tarixli, 32 nömrəli güz əştli arayışına əsasən, iddiaçı, həqiqətən "xxxx" İxtisaslaşdırılmış istehsalat idarəsində xx.xx.1993-cü il tarixdən (ƏMR № 24-KŞ 02.03.93 ) qazan avadanlığının təmiri üzrə çilingər vəzifəsində işləmişdir. xx.xx.2005-ci ildə ƏM-nin 68-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilib (Əmr №61,KŞ xx.xx.2005). Bu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin 2 saylı Siyahısının Xİİİ yarımbölməsinin 1-ci bəndinə əsasən güzəştli peşə sayılır(kod.2140100a-18455). Qeyd: "xxxx" Dövlət şirkətinin xx.xx.1994-cü tarixli, 61 saylı əmrinə əsasən "xxxx" İİB-i "xxxx" Azərbaycan-X5 Müəssisəsi adlandırılmışdır.

7. Bakı şəhəri X6 üzrə Baş İdarənin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, qurumun qeydiyyat qovluğunda xx.xx.1994-cü il tarixdə 680 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin (VÖEN: **********) əvvəlki adının “Qafqazenerjitəmir" Müəssisəsi olması müəyyən edilməmişdir. Həmçinin bildirilmişdir ki, İdarədə olan reyestrdə Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin (VÖEN: **********) hazırda fəaliyyətinin aktiv olması barədə məlumat müəyyən edilmiş, ləğv edilməsi, yenidən təşkil olunması və hüquqi varisi barədə hər hansı məlumat aşkar edilməmişdir.

8. İddiaçı cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

9. Cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.

10. Cavabdehin 24 noyabr 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imka n verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilən 6 oktyabr 1981-ci il tarixli, l/İT-l ******* nömrəli əmək kitabçasında iddiaçının xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" Azərbaycan-X3 işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri müvafiq məsələ ilə bağlı araşdırma apararaq Mingəçevir şəhərində yerində baxış keçirmiş, nəticədə yuxarıda adı qeyd olunan müəssisənin hüquqi ünvanı müəyyən edilməmiş və həmin müəssisənin mövcud olmasını təsdiq edən hər hansı fakt aşkar edilməmişdir. Buna görə də yuxarıda qeyd olunan dövrü əmək stajına daxil etmək mümkün olmadığından ümumi iş stajı 25 ildən az (13 il 4 ay 6 gün (xx.xx.1976-xx.xx.1976cı il, xx.xx.1977-xx.xx.1978-ci il, xx.xx.19 78-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1991-ci il, xx.xx.1993-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı 12 il 6 aydan az (9 ay 21 gün (xx.xx.1978-xx.xx.1979-cu il və xx.xx.1981-xx.xx.1981-ci il tarixləri arasındakı dövr)) təşkil etmişdir. Qeyd edilənlərə əsasən, əmək kitabçasında göstərilən məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə mə hkəməyə müraciət edərək, “01 mart 1993-cü ildən 01 oktyabr 2005-ci ilədək "xxxx" İİB-i”-ERA” Azərbaycan-X5 Müəssisəsində işlədiyi dövrün sosial sığorta stajı kimi hesablanması, 01 mart 1993-cü il tarixdən 01 oktyabr 2005-ci il tarixədək "xxxx" İİB-i "xxxx" Azərbaycan-X1 avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində işlədiyi dövrün güzəştli iş stajı kimi hesablanması və 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

12. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı əmək kitabçasında və hərbi biletində qeyd edilən sosial sığorta stajı müddətlərini, həmçinin, güzəştli arayışını nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyas ının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir.

13. İddiaçı ümumi və xüsusi iş stajının, həmçinin, işlədiyi vəzifənin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olmasının təqdim etdiyi sənədlərlə sübuta yetirildiyini bildirir.

14. Cavabdeh orqan iddia tələbinə etirazını iddiaçının işlədiyi "xxxx" Azərbaycan-X4 mövcudluğunu təsdiq edən hər hansı sənədin olmaması ilə əsaslandırmışdır.

15. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-708/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim V.Ə.Musayev) iddiа qismən təmin edilmiş, iddiaçının 01 mart 1993-cü ildən 01 oktyabr 2005-ci ilədək "xxxx" İİB-i ”ERA” Azərbaycan-X5 Müəssisəsində işlədiyi dövrün sosial sığorta stajı kimi, 01 mart 1993-cü il tarixdən 01 okty abr 2005-ci il tarixədək "xxxx" İİB-i "xxxx" Azərbaycan-X1 avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində işlədiyi dövrün güzəştli iş stajı kimi nəzərə alınaraq ona xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hərbi xidmətdə olduğu, peşə təhsili aldığı və xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu müddətin cəmi 28 il 5 ay 25 günə bərabərdir. Yəni, iddiaçının xx.xx.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi iş stajı mövcuddur.

17. İddiaçının işlədiyi maşın avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsi və kran maşinisti vəzifəsi Azərbaycan Res publikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı” adlanan Xİİİ bölmədə 2140000a - a) fəhlələr - 2140000a-18455 qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri” kodunda nəzərdə tutulmuşdur. 18. "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, "xxxx" ASC Sumqayıt Elektrik Stansiyası MMC-nin xx.xx.202 1-ci il tarixli, 20-KS nömrəli və “Azərbaycan-Rusiya "xxxx" birgə müəssisəsinin xx.xx.2005-ci il tarixli, 32 nömrəli güzəştli arayışları ilə iddiaçının 12 il 6 aydan artıq müddətdə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrdə işləməsi sübut olunur. İddiaçı 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olduğundan, həmçinin xx.xx.1960-cı il təvəllüdlü olduğundan, tələb olunan yaş həddinə çatdığı müəyyən edilir. Buna görə də, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır.

19. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana xx.xx.2021-ci il tarixdə müraciət etdiyindən, pensiya müraciət edilən tarixdən əvvəlki üç il müdd ət üçün, yəni xx.xx.2018-ci il tarixdən hesablanmalıdır.

20. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

21. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-16/2023 saylı, xx.xx.2023-ci il tarixli qərarı ilə (hakimlər R.R.Rəfiyev/sədrlik edən və məruzəçi/ V.İ.Məlikov və G.İ.Cavadova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 5 avqust 2022-ci il tarixli 2-1(116)-708/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

22. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən, xx.xx.1994-cü il tarixdə 680 nömrə ilə dövlət qeydiyyatına alınmış Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin hüquqi ünvanı AZ 1114, ünvan 1 207-dir.

23. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri X6 üzrə Baş İdarə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən, vergi orqanının uçot baza məlumatlarına əsasən, "xxxx" Azərbaycan-X4 xx.xx.1997-ci il tarixdə ********* nömrəli 9 rəqəmli VÖEN-lə, xx.xx.2005-ci il tarixdə ********** nömrəli 10 rəqəmli VÖEN-lə vergi uçotuna alınması barədə məlumat müəyyən edilmişdir. xx.xx.1993-xx.xx.2005-ci illər ərzində vergi ödəyicisinin fəaliyyətinin dayandırılması ilə bağlı müraciət edilməsi barədə məlumat aşkar edilməmişdir.

24. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məh kəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının 1 mart 1993-cü ildən 1 oktyabr 2005-ci ilədək "xxxx" İİB-i ”ERA” Azərbaycan-X5 Müəssisəsində işlədiyi dövrün sosial sığorta stajı kimi hesablanmasından, 1 mart 1993-cü il tarixdən 1 oktyabr 2005-ci il tarixədək "xxxx" İİB-i "xxxx" Azərbaycan-X1 avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində işlədiyi dövrün güzəştli iş stajı kimi hesablanmasından və 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsassızdı.

25. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZ İN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

26. Kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın və apellyasiya şikayətinin məzmununa əsaslanır.

27. Şikayətin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci maddələrinə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə və Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubuna istinad edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 29. “Əmək pensiyaları haqqında” Qanun Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatın a imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq ic ra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edil miş tələblərə müvafiq surətdə təyin edilir. Maddə

18. Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. 30. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siy ahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

31. Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır ola n işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 32. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün g üzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydl ər düzgün və dəqiq olmadıqda, əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. 34. “İnzibati icraat haqqında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim e tdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin b u Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdir ilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq nor maları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab ol una bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

40. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

41. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apel lyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

42. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

43. Bununla belə, iddiaçının xx.xx.2006-cı ilədək ümumi iş stajının 25 ildən az olması və onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təm inatına imkan verməməsi ilə bağlı cavabdehin kassasiya şikayətində təkrarladığı dəlillərə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

44. Nəzərə almaq lazımdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra-Qaydalar) 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı müxtəlif sənədlərə, o cümlədən əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.

45. Eyni zamanda, bu qərarın 29-30-cu və 32-33-cü bəndlərində istinad olunan normaların müddəaları baxımından, 1 yanvar 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir.

46. Hazırkı mübahisəyə münasibətdə əmək kitabçasının məlumatlarına əsasən iddiaçı cavabdehin mübahisələndirdiyi illərdə əmək fəaliyyəti ilə məşğul olmuş və həmin dö vrdə tələb olunan tam iş stajını toplamışdır. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçasının mötəbərliyini şübhə altına alan hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bu qərarın 34-cü bəndində istinad olunan normaya görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

47. Bundan başqa, həmçinin nəzərə almaq lazımdır ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya tə minatı haqqında” Qanuna əsasən, yəni xx.xx.2006-cı il tarixə kimi qazandığından, “Əmək pensiyaları haqqında” Qanunun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı tələbi ona münasibətdə tətbiq oluna bilməz.

48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normaların tələbləri baxımından və qeyd edilən səbəblərdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

49. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusu na əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-16/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar