Məhkəmə qərarları › İş №2-1(102)-1306/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1306/2020

16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1306/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi GİRİŞ HİSSƏ 16.06.2020 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə Cavabdeh İdarənin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Xüsusi Təyinatlı İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi h aqqında iddia tələbinə dairiş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh İdarə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (hazırda yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Təyinatlı İdarəsinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh şöbənin üzərinə iddiaçının hüququ yarandığı xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisаdi Məhkəməsinin xx xxx 2018-ci il tаrixli qəra rı ilə (hаkim R. Məcidov; iş No 2-1(84)-740/2018) iddianın qismən təmin edilməsi; cavabdeh şöbənin üzərinə iddiaçıya xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması; iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarı (sədrlik edən E.Hüseynov, hakimlər R.Rəfiyev və G.Abbasov; iş No 2-1(107)439/2018) cavabdeh şöbə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; Şəki İnzibati-İqtisаdi Məhkəməsinin xx xxx 2018-ci il tаrixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən N.Rəsulbəy ova, hakimlər Z.Quliyev və İ.Hüseynov; iş No 2-1(102)-276/2019) cavabdeh şöbənin kassasiya şikayətinin qismən təmin edilməsi; Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxan Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən İ.Şükürov, hakimlər A.Eyvazov və R.Əliyev; iş No 2-1(107)279/2019 ) cavabdeh şöbə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi; Şəki İnzibati-İqtisаdi Məhkəməsinin xx xxx 2018-ci il tаrixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxmış Azərbaycan Respublikası Al i Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən S.Hüseynova, hakimlər İ.Dadaşov və K.Bədəlov; iş No 2-1(102)-240/2019) iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi; Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı ləğv edilməsi; işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Hazırki işə 3-cü dəfə baxmış Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən M.Əsədli, hakimlər Ə.Məcidov və A.Mahmudov; iş № 2-1(107)-24/2020) cavabdeh şöbə tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi; Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2018ci il tаrixli qərarının dəyişdirilmədən saxlan ılması qərara alınmışdır. Həmin qərardan cavabdeh İdarə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh İdarənin kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh İdarənin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx x 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə İddiaçı nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuş 56.6 yaşı xx.xx.2011-ci il tarixdə tamam olmuşdur. İşin materiallarında olan, iddiaçının adına açılmış xx.xx.1974-cü il tarixli əmək kitabçası və НЗ seriyalı ******* nömrəli hərbi biletin surətlərinə əsasən, O, xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək fəhlə işləmiş, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1976-cı il tarixdən xx.xx.1983-cü il tarixədək 13 saylı X1 (PMK-13-də), xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixdən 7 nömrəli X3 (Promkombinatda), xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Şəki Su-Tikinti İdarəsində, xx.xx.1989-cu il tarixdən xx.xx.2004-cü il tarixədək X3, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Şəki xxxxnda ekskavator maşinisti və xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixədək “xxxx” Kiçik Müəssisəsində operator işləmişdir. Bu hallara istinad edən iddiaçı, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə cavabdeh şöbəyə müraciət etmişdir. Lakin həmin inzibati orqanın iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli cavab məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuş və buna əsas kimi göstərilmi şdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına əsasən onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını almaq hüququ yoxdur. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi (xx.xx.1973 - xx.xx.1974, xx.xx.1974 xx.xx.1976, xx.xx.1976 - xx.xx.1983, xx.xx.1983 - xx.xx.2005) və 20 ildən artıq xüsusi (xx.xx.1976 - xx.xx.1983, xx.xx.1983 - xx.xx.2005) sığorta stajına malik olmuşdur ki, bu da iddiaçıya “Vətəndaşların pensiya təminatı ha qqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2 nömrəli Siyahı üzrə pensiya təyin edilməsinə əsas verir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi xx.xx.2006-ci il tarixədək pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 2.1.8-ci bəndinə müvafiq olaraq Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qaydalara görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajı nı Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin b) bəndinə görə, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa əmək şəraitinə görə güzəştli pensiya hüququna malikdirlər. “«Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx xxxx 1997-ciil tarixli Qanununun 1-ci bəndinə uyğun olaraq bu Qanunun 13-cü maddə sində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 1-ci “Dağmədən işləri bölməsi”nin, Açıqda dağ-mədən işləri və yer səthində işlər yarımbəndində ekskavator maşinistlərinin peşəsi əmək şəraitinə görə güzəştli pensiya hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. İş üzrə müəyyən edilir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək həm 25 il ümumi həm də 12 il 6 ay xü susi sığorta stajını tamamlamış, onun onun pensiya hüququ 56,5 yaşı tamam olduğu xx.xx.2011-ci il tarixdə yaranmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən əmək pensiyaları haqqında qanun qüvvəyə mindiyi xx.xx.2006-ci il tarixədək pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 2.1.8-ci bəndində qeyd edilir ki, Qanunun 9.8-ci maddəsinə ə sasən Qanunun qüvvəyə mindiyi günədək 9cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qaydalara əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. “Vətən daşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b) bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa əmək şəraitinə görə güzəştli pensiya hüququna malikdirlər. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx xxxx 1997-ciil tarixli Qanununun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı a y artırılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 1-ci Dağmədən işləri bölməsinin, Açıqda dağ-mədən işləri və yer səthində işlər yarımbəndində ekskavator maşinistlərinin peşəsi əmək şəraitinə görə güzəştli pensiya hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edilən 2 nömrəli Siyahının 1-ci “Dağ-mədən işləri bölməsi”nin, Açıqda dağ-mədən işləri və yer səthində işlər yarımbəndində ekskavator maşinistlərinin peşəsi və Azərbaycan Respublikası Nazirlər K abinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 1.2.1-ci bəndinə əsasən, açıqda dağ-mədən işləri və yer səthində işlər, ekskavator maşinistlərinin peşəsinin göstərilməsi, iddiaçının işlədiyi ekskvator-maşinist peşəsinin isə həmin Siyahıda nəzərdə tutulmaması bu sahədə işləyən şəxslərin həmin kateqoriyaya, yəni dağ-mədən işlərinə aid olmaması anlamına gətirib çıxarmamalıdır. Əks yanaşma sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Başqa sözlə, sosial təminat sahəsində münasibətləri n hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi, belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Göründüyü kimi, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8 və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddələrinə əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə sonuncu qərarında olan mövqeyinə uyğun olaraq qeyd olunmalıdır ki, 1-ci instansiya məhkəməsi iddiaçının pensiya yaşının xx.xx.2010-cu il tarixdə tamam olması ilə bağlı dəlilləri əsassız olmuşdur. Belə ki, şərh olunduğu kimi «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa d əyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx xxxx 1997-ciil tarixli Qanununun 1-ci bəndinə əsasən, bu Qanunun 13cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il 6 ay artırılmışdır. Belə olan halda iddiaçının pensiya yaşı onun 55 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixdə deyil, sonuncunun 56,6 yaşı tamam olduğu xx.xx.2011-ci il tarixdə tamam olmuşdur. Lakin, bu hal 1-ci instansiya məhkəməsinin qərarınnın ləğvi üçün əsas deyildir. Belə ki, 1-ci instansiya məhkəməsi iddiaçının pensiya yaşının tamam olduğu tarixə münasibətdə səhvə yol versə də iddiaçıya pensiya təyin edilməsi öhdəliyini cavabdeh şöbənin üzərinə həmin tarixdən deyil, xx.xx.2015-ci il tarixdən qoymuşdur. 1-ci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının pensiya təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2018-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İddiaçı tərəfindən ona pensiya təyin edilməsi tarixinə münasibətdə apelyasiya şikayəti verilmədiyindən, cavabdeh şöbə tərəfindən isə iddianın təmin olunan hissəsinə münasibətdə apelyasiya şikayəti verildiyindən hazırki məhkəmə tərəfindən iddiaçıya pensiya təyin edilməsi tarixinə deyil, iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün xüsusi sığ orta stajının olmaması ilə bağlı cavabdehin dəlillərinə hüquqi qiymət verilməlidir. Belə ki, apelyasiya məhkəməsi şikayət həddində tam hüquqlu məhkəmə kimi apelyasiya icraatını həyata keçirən məhkəmədir. Cavabdeh şöbənin dəlillərinə münasibətdə iddiaçı tərəfindən məhkəməyə təqdim olunan “xxxx” ASC-nin arayışından müəyyən edilmişdir ki, O, “X5 7” (Şəki Promkombinat 7) müəssisəsinə xx.xx.1983-ci ildə “ekskovatorçu maşinist” vəzifəsinə qəbul edilmiş və xx.xx.2005-ci il tarixədək həmin vəzifədə çalışmışdır. Müəssisə həmin illərdə yer səthində “daş karxanası” kimi fəaliyyət göstərmişdir. Belə ki, müəssisə Şəki şəhərində Kiş çayı sahilində fəaliyyət göstərmiş və əsas fəaliyyəti tikinti materialları olaraq qum-çınqıl istehsalı olmuşdur. Belə ki, Kiş çay hövzəsindən irilixırdalı xammal materiallar ı götürülmüş, daşınaraq, karxanada üyüdülmüş, yuyucu cihazlar vasitəsi ilə çeşidlənərək satışı həyata keçirilmişdir. Nəticədə Kiş çay hövzəsi təmizlənərək aşağı salınmışdır. İddiaçı Kiş çayından xammalın yığılması, üyüdülmüş müxtəlif ölçülü daşların yüklənilməsi ilə bağlı işlər görmüşdür. “X5 7” (Şəki Promkombinat 7) xx.xx.2004-cüil tarixdə adı dəyişdirilərək “xxxx” ASC adlandırılmışdir. İddiaçı xx.xx.2005-ci il tarixli, 46 nömrəli əmrlə işdən azad edilmişdir. Göründüyü kimi, iddiaçının faktiki həyata keçirdiyi iş və işlədiyi iş yerinin işi güzəştli şərtlərlə pensiya hüququ verən istehsalat və peşələrə aiddir ki, iddiaçı buna görə pensiya hüququna malikdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 1-ci Dağ-mədən işləri bölməsinin, Açıqda dağ-mədən işləri və yer səthində işlər yarımbəndində ekskavator maşinistlərinin peşəsi əmək şəraitinə görə güzəştli pensiya hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. Beləliklə, 1-c instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdeh şöbənin imtinası əsassız, iddiaçının tələbi isə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür; cavabdeh İdarə nin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən h azırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar