Məhkəmə qərarları › İş №2-1(102)-1306/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1306/2021

14.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1306/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı1, İddiaçı2, X28, X14, X7 və X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə (üçüncü şəxslər X33, X37, X29, X24 iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (çıxarışın ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Nazim Mövsümovdan ibarət tərkibdə, iclas katibi Ləman Musayevanın, üçüncü şəxslərin vəkili Müsaqif Hüseynovun iştirakı ilə, İddiaçı1, İddiaçı2, X28, X14, X7 və X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə (üçüncü şəxslər X33, X37, X29, X24 iştirakı ilə) qarşı çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin iş üzrə 05 aprel 2021-ci il tarixli, 2-1(107)-26/2021 nömrəli qərarından üçüncü şəxslər tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 14 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı1, İddiaçı2, X38, X18, X12 və X4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X19 iştirakı ilə) cavabdeh tərəfindən verilmiş ******* nömrəli, 07.11.201 7-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

2. İddiaçıların iddia tələbi onunla əsaslandırılmışdır ki, onlara, ailədə 8 nəfər olmaqla Azərbaycan Respublikasında aparılan Aqrar İslahat nəticəsində JN-0056 nömrəli Dövlət Aktı əsasında verilmiş 3.35 ha pay torpaq sahəsinə X21 adına təmamilə qanunsuz əsaslarla Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən ******* nömrəli, 07.11.2017-ci il tarixli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. O bununla bağlı cavabdeh orqana müraciət etsə də, onlara məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

3. Şəki İnzibati Məhkəməsinin 11.09.2020-ci il tarixli, 2-1(116)-130/2020 nömrəli (sədrlik edən hakim İlqar Cabbarov) qərarı ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə RX seriyalı ******* nömrəli, 07.11.2017-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə həmin nəticəyə gələrkən Azərbaycan Respubliksı Konstitusiyasının 148-ci maddəsinə, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 23.1-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2, 4.1, 8.0.5-ci maddələrinə, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamənin 3.0.8-ci bəndinə, İPM-nin 34.1, 52, 69.5-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddia əsaslıdır.

5. Üçüncü şəxslər apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 11.09.2020-ci il tarixli, 2-1(116)-130/2020 nömrəli qərarının ləgv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdirlər. apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 05.04.2021-ci il tarixli, 2-1(107)-26/2021 nömrəli (hakimlər Rövşən Rəfiyev - sədrlik edən və məruzəçi, Vəzirxan Məlikov və İmanverdi Şükürov) qərarı ilə üçüncü şəxslərin apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya Məhkəməsinin 11.09.2020-ci il tarixli, 2-1(116)-130/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi və prosessual hüquq normalarını tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kasasiya şikayətinin dəlilləri

8. Üçüncü şəxslərin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin mübahisə doğurmayan hissəsi bundan ibarətdir ki, iddiaçılar İddiaçı1 və qeyriləri Qax rayon Qıpçaq kənd sakinləri üçüncü şəxslər olan X35 və qeyriləri Qax rayonu Qaysarlı kənd sakinləri olsalar da onlara ayrılmış torpaq sahələri səhvən qarşılıqlı olaraq digər kənd ərazisindən verilmişdir. Bu səbəbdən də hazırki müddətə qədər də torpaq sahəsindən faktiki olaraq dəyişdirməyə uyğun istifadə edirlər. Məhz həmin dəyişdirmə barədə Aqrar İslahat Komissiyasının 14 dekabr 2004-cü il tarixli 02 saylı qərarına istinad edərək mülkiyyət hüquqlarının qeydə alınması üçün cavabdeh orqana müraciət etmişlər və 07 noyabr 2017-ci il tarixdə adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Həmin Çıxarış və planı ləğv edən məhkəmə kollegiyası qərarını əsaslandırarkən göstərmişdir ki, «Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instan siya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir... 9....Qax rayon Məhkəməsinin 13.01.2016-cı il tarixli 2(024)-01 nömrəli Qətnaməsi ilə həmin iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, X39, X22, X13 və X2 həmin iş üzrə cavabdehlər X36, X32 və X11 qarşı “cavabdehlərin onların qanuni mülkiyyətində olan 3.35 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması, Qax rayon Aqrar İslahat Komissiyasının 30.07.1998-ci il tarixli 08 nömrəli qərarı ilə 3.35 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş və JN 0056 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə onlara verilmiş pay torpaq sahəsinin naturada ölçülərək onlara təhvil verilməsinə dair” iddia tələbi əsassız olduğundan rədd edilmişdir.

10. Şəki Apelyasiya Məhkəməsinin 31.10.20 16-cı il tarixli, 2(107)382/2016 nömrəli Qətnaməsi ilə Qax rayon Məhkəməsinin 13.01.2016-cı il tarixli, 2(024)~01 nömrəli Qətnaməsindən həmin iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, X39, X23, X13 və X5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Qax rayon Məhkəməsinin 13.01.2016-cı il tarixli, 2(024)- 01 nömrəli Qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilməklə iddia ərizəsi təmin edilmiş, cavabdehlər X36, X32 və X16 JN 0056 nömrəli (kod ********) Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, X39, X23, X13 və X2 qanuni mülkiyyətində olan 3.35 ha torpaq sahəsindən məcburi qaydada çıxarılmışdır. Qax rayon Aqrar İslahat Komissiyasının 30.07.1998-ci il tarixli 08 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş və JN 0056 nömrəli (kod ********) Torpağa mülkiyyət hüququna dair dövlət Aktı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, X39, X23, X13 və X3 verilmiş 3.35 ha pay torpaq sahəsi həmin qərarla naturada ölçülərək onlara təhvil verilmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15.03.2017-ci il tarixli, 2(102)- 1845/17 nömrəli Qərarı ilə Qax rayon Məhkəməsinin 13.01.2016-cı il tarixli, 2(024)-01 nömrəli işi üzrə cavabdeh X8 Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31.10.2016-cı il tarixli, 2(107)-382/2016 nömrəli Qətnaməsindən verdiyi kasasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31.10.2016-cı il tarixli, 2(107)-382/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır».

12. Göründüyü kimi məhkəmə kollegiyası bu zaman onların həmin iş üzrə tərəf olmadığını nəzərə almamış və prosessual hüquq normalarını pozmaqla qərar qəbul etmişdir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3,-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının 15.5 və 15.6-cı maddələrinə əsasən də mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onunların hüquqi varisləri üçün məcburidir.

15. Məhkəmənin əvvəlki iddiaların qeyri-mümkün sayılması barədə qərardadların mövcud olmasına baxmayaraq onların işə cəlb edilmədikləri, Qax rayon Məhkəməsinin 13.01.2016-cı il tarixli, 2(024)-01 nömrəli qətnaməsinin ləğv edilməsi ilə bağlı çıxarmış olduğu Şəki Apelyasiya Məhkəməsinin 31.10.2016-cı il tarixli, 2(107)382/2016 tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin 15.03.2017-ci il tarixli, 2(102)-1845/17 nömrəli qərarlarına istinad etməsi qanunsuzdur.

16. Çünki həmin işlər üzrə iddiaçılar hazırki iddia üzrə eyni iddiaçılar olsalar da cavabdeh şəxslərin bizə aidiyyatı yoxdur.

17. Məhkəmə həmçinin qərarında göstərmişlir ki, «Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan mübahisəli Çıxarışı verərkən qanunvericiliyin tələblərinə əməl etməmiş, iddiaçıların adına verilmiş JN-0056 KOD 40313018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət Aktı" qüvvədə olduğu halda həmin torpaq sahəsinə dair 3-cü şəxslərin mülkiyyət hüququnu qeydə almışdır. Çıxarışın verilməsinə əsas kimi qəbul etdikləri Şəki İnzibati-iqtisadi Məhkəməsinin 21.10.2015-ci il tarixli, 2-1(84)-673/2015 nömrəli qərardadı üzrə hazırkı cavabdeh ümumiyyətlə tərəf olmamış. Hamin qərardadla onun üzərinə heç bir öhdəlik qoyulmamışdır. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddia təmin olunmalı, cavabdehin üzərinə çıxarışın ləğv edilməsi öhdəliyi qoyulmalıdır».

18. Məhkəmə kollegiyasının bu mövqeyi də başa düşülən deyildir. Hazırda baxılan tələb İddiaçı1 Hürü Əfəndiyevanın adına verilmiş Çıxarışın ləğvi ilə bağlıdır. Məhkəmənin qeyd etdiyi Şəki İnzibati-İqtisadi Məhkəməsinin 21.10.2015-ci il tarixli, 2-1 (84)-673/2015 nömrəli qərardadı isə İddiaç ı1 cavabdehlər Qax rayon Qıpçaq Bələdiyyəsinə, Qax rayon İcra Hakimiyyətinə qarşı Qax rayon Qaysarlı kənd Bələdiyyəsinin 10 sentyabr 2004-cü il tarixli 10 saylı iclas qərarının, Qaysarlı kənd sakini X21, X6 razılığı nəzərə alınaraq onlara düşən torpaq paylarının bir-biri ilə dəyişdirilməsinə icazə verilməsi hissəsində və Qax rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 2004-cü il tarixli qərarının, Qaysarlı kənd Bələdiyyəsinin 10 sentyabr 2004-cü il tarixli, 10 saylı iclas qərarına aid hissəsində ləğv edilməsi tələbinin qeyri-mümkün sayılmasıdır. Həmin iş üzrə cavabdeh işə cəlb olunmasa da, İddiaçı1 həmin tələb üzrə tərəf olduğundan ona münasibətdə məcburidir.

19. Bu isə ona dəlalət edir ki, İddiaçı1 torpaq sahələrinin dəyişdirilməsi ilə bağlı Aqrar İslahat Komissiyasının qərarının ləğv ed ilməsi ilə bağlı yenidən iddia qaldıra bilməz. Hazırkı tələbi də məhz həmin Aqrar İslahat Komissiyasının 14 dekabr 2004-cü il tarixli qərarının nəzərə alınmaması, faktiki ləğv edilməsi ilə bağlıdır.

20. Məhkəmə kollegiyası işə baxarkən iddianın mümkünlüyü ilə bağlı məsələni ümumiyyətlə araşdırmamışdır.

21. Məhkəmə iddia tələbinin aidiyyat qaydalarına da riayət etməmişdir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2019-cu il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilmişdir ki, «Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmla kın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır, iddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir.

22. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sən ədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

23. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edə bilər.

24. Bütün yuxarıda göstərilənlərə əsasən üçüncü şəxslər kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(10 7)-26/2021 nömrəli, 05.04.2021-ci il tarixli qərarını ləğv edərək, işi yenidən baxılması üçün aşağı instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdirlər. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kasasiya şikayətinə qarşı iddiaçı və cavabdeh tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslərin vəkili M.Hüseynov kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 05.04.2021-ci il tarixli qərarının ləğv edilməsini, işin baxılması üçün aşağı instansiya məhkəməsinə qaytarılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

27. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçılar və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

28. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

30. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, üçüncü şəxslərin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə üçüncü şəxslərin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 05.04.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91 -ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

33. Məhkəmə kollegiyası üçüncü şəxslərin kassasiya şikayətindəki dəlillərini əsassız hesab edir.

34. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, JN-0056 KOD 40313018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət Aktı”nın surətindən müəyyən edilir ki, Qax RAİK-nın 1998-ci il 30 iyul tarixli 08 nömrəli qərarı ilə 3.35 ha torpaq sahəsi X9 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.

35. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03.07.2015-ci il tarixli, 2-1(84)303/2015 nömrəli qərarı ilə həmin iş üzrə iddiaçı (hazırkı iş üzrə üçüncü şəxs) X21 Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı (həmin iş üzrə üçüncü şəxs, hazırkı iş üzrə İddiaçı1) “Torpağa mülkiyyət hüququna dair JN seriyalı 0056 nömrəli (kod ********) və JN seriyalı 0057 nömrəli (kod 4********) Dövlət aktlarının etibarsızlığının tanınması” barədə iddia tələbi təmin edilmişdir.

36. Şəki Apelyasiya Məhkəməsinin 27.10.2015-ci il tarixli, 2- 1(107)246/2015 nömrəli Qərarı ilə həmin iş üzrə üçüncü şəxs (hazırkı iş üzrə iddiaçı) İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03.07.2015-ci il tarixli, 2-1(84)-303/2015 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03.02.2016-cı il tarixli, 2-1(102)-207/2016 nömrəli Qərarı ilə həmin iş üzrə üçüncü şəxs (hazırkı iş üzrə iddiaçı) İddiaçı1 tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin 27.10.2015-ci il tarixli, 2- 1(107)-246/2015 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

38. Şəki Apelyasiya Məhkəməsinin 05.04.2016-cı il tarixli, 2- 1(107)114/2016 nömrəli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03.07.2015-ci il tarixli 2-1(84)-303/2015 nömrəli qərarı ləğv edilmiş, həmin iş üzrə iddiaçı (hazırkı iş üzrə üçüncü şəxs) X21 Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı (həmin i ş üzrə üçüncü şəxs, hazırkı iş üzrə İddiaçı1) “Torpağa mülkiyyət hüququna dair JN seriyalı 0056 nömrəli (kod ********) və JN seriyalı 0057 nömrəli (kod 4********) Dövlət aktlarının etibarsızlığının tanınması” tələbinə dair iddiası mümkün sayılmamışdır.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28.06.2016-cı il tarixli, 2-1(102)-1060/16 nömrəli qərarı ilə həmin iş üzrə iddiaçı (hazırkı iş üzrə üçüncü şəxs) X35 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmiş və Şəki Apelyasiya Məhkəməsinin 05.04.2016-cı il tarixli, 2-1(107)-114/2016 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

40. Həmçinin apelyasiya instaniyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Qax rayon Məhkəməsinin 13.01.2016-cı il tarixli, 2(024)-01 nömrəli qətnaməsi ilə hə min iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, X39, X23, X13 və X2 həmin iş üzrə cavabdehlər X36, X32 və X11 qarşı “cavabdehlərin onların qanuni mülkiyyətində olan 3.35 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması, Qax rayon Aqrar İslahat Komissiyasının 30.07.1998-ci il tarixli 08 nömrəli qərarı ilə 3.35 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş və JN 0056 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə onlara verilmiş pay torpaq sahəsinin naturada ölçülərək onlara təhvil verilməsinə dair” iddia tələbi əsassız olduğundan rədd edilmişdir.

41. Şəki Apelyasiya Məhkəməsinin 31.10.2016-cı il tarixli, 2(107)382/2016 nömrəli Qətnaməsi ilə Qax rayon Məhkəməsinin 13.01.2016-cı il tarixli, 2(024)01 nömrəli Qətnaməsindən həmin iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, X39, X23, X13 və X5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Qax rayon Məhkəməsinin 13.01.2016-cı il tarixli 2(024)- 01 nömrəli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilməklə iddia ərizəsi təmin edilmiş, cavabdehlər X36, X32 və X16 JN 0056 nömrəli (kod ********) Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, X39, X23, X13 və X2 qanuni mülkiyyətində olan 3.35 ha torpaq sahəsindən məcburi qaydada çıxarılmışdır. Qax rayon Aqrar İslahat Komissiyasının 30.07.1998-ci il tarixli 08 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş və JN 0056 nömrəli (kod ********) Torpağa mülkiyyət hüququna dair dövlət Aktı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, X39, X23, X13 və X3 verilmiş 3.35 ha pay torpaq sahəsi həmin qərarla nat urada ölçülərək onlara təhvil verilmişdir.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15.03.2017-ci il tarixli, 2(102)-1845/17 nömrəli qərarı ilə Qax rayon Məhkəməsinin 13.01.2016-cı il tarixli, 2(024)-01 nömrəli işi üzrə cavabdeh X8 Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31.10.2016-cı il tarixli, 2(107)-382/2016 nömrəli qətnaməsindən verdiyi kasasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31.10.2016-cı il tarixli, 2(107)-382/2016 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

43. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 29.09.2016-cı il tarixli, 2-1(84)866/2016 nömrəli qərardadı ilə həmin iş üzrə iddiaçı (hazırkı iş üzrə üçüncü şəxs) X21 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin 17 saylı Ərazi İdarəsinə qarşı “Davudov Məmmədəli və onun ailə üzvlərinə verilmiş JN seriyalı 0056 nömrəli KOD 40313028 olan 30.07.1998-ci il tarixli dövlət aktının cizgiləri (cizgi planı) X35 və onun ailə üzvlərinin adına verilmiş JN 0057 nömrəli KOD 40313028 olan 30.07.1998-ci il tarixli dövlət aktının cizgiləri (cizgi planı) ilə dəyişdirilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.

44. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 21.10.2015-ci il tarixli, 2-1(84)673/2015 nömrəli qərardadı ilə hazırkı iş üzrə İddiaçı1 həmin iş üzrə cavabdehlər Qax rayon Qıpçaq bələdiyyəsinə, Qax rayon İcra Hakimiyyətinə qarşı “Qax rayon Qaysarlı kənd bələdiyyəsinin 10 sentyabr 2004-cü il tarixli, 10 saylı iclas qərarının, Qaysarlı kənd sakini X21, X9 razılığı nəzərə alınaraq onlara düşən torpaq paylarının bir-biri ilə dəyişdirilməsinə icazə verilməsi hissəsində və Qax rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 2004-cü il tarixli qərarının, Qaysarlı kənd bələdiyyəsinin 10 sentyabr 2004-cü il tarixli, 10 saylı iclas qərarına aid hissəsində ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.

45. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23.12.2015-ci il tarixli, 2-1(107)-331/2015 nömrəli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 21.10.2015- ci il tarixli 2-1(84)-673/2015 nömrəli Qərardadından həmin iş üzrə İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 21.10.2015-ci il tari xli, 2-1(84)-673/2015 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

46. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30.03.2016-cı il tarixli, 2-1(102)-640/16 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23.12.2015-ci il tarixli, 2-1(107)-331/2015 nömrəli Qərardadından həmin iş üzrə İddiaçı1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23.12.2015-ci il tarixli, 2-1(107)-331/2015 nömrəli Qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

47. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, RX seriyalı ******* nömrəli, 07.11.2017-ci il tarixli Çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qax rayonu Qaysarlı kəndində yerləşən 3.35 ha kənd təsərrüfatı təyinatlı torpaqlar X35 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir.

48. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Qax rayon Dövlət Arxivinin 25.10.2017-ci il tarixli, 360 nömrəli arxiv çıxarışına əsasən, Qaysarlı kənd sakini X21 ərizəsi nəzərə alınmış, ona Qıpçaq kəndinin Arx arası sahəsindən düşmüş 3.12 ha torpaq payını Qıpçaq kənd sakini X10 Qaysarlı kəndinin “yonca qoruq” adlanan ərazisindən düşmüş 3.35 ha torpaq sahəsi ilə dəyişdirilməyə icazə verilmişdir.

49. Qax rayon Dövlət Arxivinin 25.10.2017-ci il tarixli 360-9 nömrəli arxiv çıxarışına görə, Qax rayon Aqrar İslahat Komissiyasının iclasının Qərarına əsasən Qaysarlı bələdiyyəsinin 10 sentyabr 2004-cü il tarixli, 10 saylı iclasının qərarı tə sdiq edilmiş, Qaysarlı kənd sakini X27 Qıpçaq kəndinin Arx arası sahəsində düşən 3.12 ha torpaq payı Qıpçaq kənd sakini X10 Qaysarlı kəndinin “yonca qoruq” adlanan ərazisindən düşmüş 3.35 ha torpaq sahəsi ilə dəyişdirilmişdir.

50. Bununla yanaşı apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinin Plan və ölçü sənədinə görə, Qax rayonu Qaysarlı kəndində yerləşən 3.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Şəki İnzibati-İqtisadi Məhkəməsinin 21.10.2015-ci il tarixli, 2-1(84)-673/2015 nömrəli Qərarına əsasən X17 mülkiyyətinə verilmişdir.

51. JN 0057 KOD 40313028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” sənədinə əsasən edilmiş surətindən müəyyən edilir ki, Qax RAİK-nın 1998-ci il 30 iyul tarixli, 08 nömrəli Qərarı i lə 3.12 ha torpaq sahəsi hazırkı iş üzrə üçüncü şəxslər X35 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir.

52. Bundan başqa apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 08.04.2015-ci il tarixdə Qax rayon Məhkəməsinin qərarı ilə təyin edilmiş 20.11.2015-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 05.11.2015-ci il tarixli, **********71 saylı məktubu ilə məhkəməyə və mərkəzə ünvanlanmış Kadastrı Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 12 saylı Şəki LTİnin tərtib etdiyi mütəxəssis rəyində göstərilənləri nəzərə alaraq Qax rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il iyul tarixli, 08 saylı qərarı ilə 3.35 ha kənd təsərrüfatı təyinatlı məhsulların istehsalı üçün nəzərdə tutulmuş pay torpaq s ahəsi JN 0056 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında iddiaçılara verilmiş pay torpaq sahəsinin uzun müddətdir cavabdeh X34 tərəfindən istifadə edildiyi müəyyən edilir. Mütəxəssis rəyində Qax rayonu AİK-nın 1998-ci il 30 iyul tarixli 08 saylı qərarı ilə 3.35 ha kənd təsərrüfatı təyinatlı məhsulların istehsalı üçün nəzərdə tutulmuş pay torpaq sahəsi JN 0056 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında iddiaçılara verilmiş pay torpaq sahəsinin naturada ölçülərək iddiaçılara təhvil verilməsinin məhkəmənin müvafiq qərarından sonra mümkün olduğu göstərilmişdir.

53. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda götərilmiş hallarını nəzərə almaqla hazırkı inzibati mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. 54. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

55. Həmin Qanunun 4.1-ci maddəsinə müvafiq olaraq qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.

56. Həmin Qanunun 8.0.5-ci maddəsinə görə qanun qüvvəyə minənədək müvafiq icr a hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır.

57. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqan mübahisəli çıxarışı verərkən qanunvericiliyin tələblərinə əməl etməmiş, iddiaçıların adına verilmiş JN-0056 KOD 40313018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət Aktı” qüvvədə olduğu halda həmin torpaq sahəsinə dair 3-cü şəxslərin mülk iyyət hüququnu qeydə almışdır. Çıxarışın verilməsinə əsas kimi qəbul etdikləri Şəki İnzibati-İqtisadi Məhkəməsinin 21.10.2015-ci il tarixli, 2-1(84)-673/2015 nömrəli qərardadı üzrə hazırkı cavabdeh ümumiyyətlə tərəf olmamış, həmin qərardadla onun üzərinə heç bir öhdəlik qoyulmamışdır.

58. Belə olan halda, yəni cavabdehin üzərinə qanuni qüvvəyə minmiş hər hansı bir məhkəmə aktı ilə mübahisə predmetinə çevrilmiş çıxarışın, cavabdehin faktiki olaraq öz təşəbbüsü ilə verilməsi faktı, onun belə hərəkətinin 3-cü şəxslərin kasasiya şikayətində yazdıqları dəlillərindən biri olan “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10.04.2019-cu il tarixli, 4 saylı qərarının 1-ci bəndinin müddəalarının təsiri altına düşmür.

59. Bel ə ki, sözügedən bənddə qeydiyyatın mülki hüquqi əqdlərin (alqısatqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılması halında belə işlərin mülki məhkəmə icraatı qaydasında baxılması vurğulanır.

60. Hazırkı işdə isə belə bir fakt mövcud deyildir.

61. Üçüncü şəxslər kasasiya şikayətində həmçinin yazırlar ki, “məhkəmə kollegiyası işə baxarkən iddianın mümkünlüyüylə bağlı məsələni ümumiyyətlə araşdırmamışdır”.

62. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxslərin bu dəlili əsassızdır, belə ki, birinci instansiya məhkəməsi hazırkı iddianın mümkün iddia olduğunu qeyd edərkən qərarında yazmışdır ki, “iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir”.

63. Apelyasiya instansi yası məhkəməsi də 05.04.2021-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaqla, faktiki olaraq iddianın mümkünlüyü məsələsinə öz münasibətini bildirmişdir.

64. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, sözügedən torpaq sahələrinin mülkiyyətə verilməsi barədə Qax rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyul tarixli, 08 nömrəli qərarı qüvvədədir və ləğv edilməmişdir.

65. Digər tərəfdən xüsusi olaraq qeyd edilməlidir ki, 2004-cü ildə Qax rayonu Aqrar İslahat Komissiyası və Bələdiyyə orqanı tərəfindən həmin torpaq sahələrinə dair yeni inzibati aktlar verildiyi zaman, artıq bu torpaq iddiaçıların və üçüncü şəxslərin mülkiyyətində olması barədə müvafiq olaraq 7N0056 və 7N0057 saylı dövlət aktları mövcud olmuşdur, yəni bu dövlət aktları ləğv edilməmişdir, lakin cavabdeh mübahisəli çıxarışı verərkən həmin məsələ üzrə “İnzibati icraat haqqında” Qanuna müvafiq olaraq inzibati icraat aparmamış, sözügedən dövlət aktlarının mövcudluğunu nəzərə almamış və bu məsələ ilə bağlı, yəni dövlət aktlarının ləğv edilməsinə dair iddia tələbinin mümkün sayılmaması haqqında qanuni qüvvəyə minmiş məhkəmə aktının olduğuna diqqət yetirməmişdir.

66. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 05.04.2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Üçüncü şəxslərin kasasiya şikayət i təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.04.2021-ci il tarixli, 21(107)-26/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar