Məhkəmə qərarları › İş №2-1(102)-1306/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1306/2023

15.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1306/2023 15.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; məhkəmə aidiyyəti; inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbi; inzibati orqanın iddiaçı qismində çıxış edə bilməsi; artıq ödənilmiş əmək pensiyasının pensiyaçının hüquq varislərindən tələb olunması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlər lə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş dövlət vəsaitinin qaytarılması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 fevral 2023cü il tarixli, 2-1(105)-85/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 902,10 manat dövlət vəsaitinin iddiaçının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X2 Mərkəzi Filial tərəfindən xx.xx.2006-cı tarixindən yaşa görə əmək pensiyası təyin edilərək xx.xx.2021-ci il tarixinədək ödənilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, İskəndər Bəyəliyev 5 iyun 2020-ci il tarixində vəfat etmişdir.Lakin bu barədə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına məlumat verilmədiyi üçün onun müvafiq kart hesabına 2020-ci ilin iyun (vəfat etdiyi gündən ayın sonuncu gününədək) ayından 30 sentyabr 2021-ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. X4 məxsus kart hesabına köçürülmüş 1368,97 manat artıq pul vəsaiti bu günədək Mərkəzi Filialın hesabına qaytarılmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək halla r yarandıqda, əmək pensiyasını təyin edən orqana məlumat verilməlidir. Tərəflərindən ünvan 1 ünvanında yaşayan mərhum İskəndər Bəyəliyevin həyat yoldaşı Cavabdeh şifahi olaraq yaranmış 1368,97 manat borcun iddiaçı orqanın hesabına ödənilməsi barədə müraciət edilmiş, daha sonra isə cavabdehə xx.xx.2022-ci il tarixində məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda qanuna müvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin tələblərini nəzərə alaraq, 1 yanvar 2021-ci il tarixinədək vəfat etmiş şəxslərə artıq ödənilmiş pensiya məbləğinin müəyyən edilməsi zamanı "Əmək pensiyaları haqqında" Qanunun 37.8.1-ci maddəsinin həmin tarixdən sonrakı redaksiyasının tətbiq olunması nəticəsində cavabdehin mərhum həyat yoldaşının ölümü haqqında məlumatın, həmçinin, ölüm haqqında şəhadətnamənin vaxtında Mərkəzi Filiala təqdim edilməməsi səbəbindən 2020-ci ilin iyul ayından etibarən 30 sentyabr 2021-ci il tarixinədək əmək pensiyasının mərhuma məxsus kart hesabına tam məbləğdə köçürülməsi və müvafiq kart hesabından pul vəsaitinin götürülməsi səbəbindən ona münasibətdə 902,10 (doqquz yüz iki manat on qəpik) manat artıq ödənilmiş pul vəsaiti hesablanmışdır.

3. Sumqayıt İnzibati Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2-1(118)2465/2022 nömrəli qərardadı ilə (hakim İ.Quliyev) iddia mümkün sayılmamışdır.

4. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı inzibati orqan artıq ödənilmiş məbləği tələb etməkdə haqlı olsa da, düzgün olmayan hüquqi müdafiə vasitəsi seçmişdir. Belə ki, inzibati orqanla mərhum pensiyaçı aras ında olan hüquq münasibətləri inzibati hüquq münasibətləri olsa da, inzibati orqanla hazırkı cavabdeh arasında olan hüquq münasibətləri inzibati yox, mülki hüquq münasibətləridir. Hazırkı mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi əsassız varlanma ilə bağlı normaları tətbiq edilməklə mülki məhkəmə icraatı qaydasında baxıla bilər və hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.

5. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

6. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 fevral 2023-cü il tarixli, 2-1(105)-85/2023 nömrəli qərardadı ilə (hakimlər: H.Babayeva - sədrlik edən və məruzəçi, Z.Məmmədov və F.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, inzibati orqanın çıxış etdiyi münasibətlərdə həmin mübahisənin inzibati hüquq münasibəti hesab olunması üçün inzibati orqanın publik iradəsi hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunur. Hazırki mübahisədə isə inzibati orqanın hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi və ya edilməməsi məsələsindən deyil, mülki vətəndaşın dövlət orqanına vurduğu zərərdən və həmin zərərin aradan qaldırılmasından söhbət gedir. Bu isə tərəflərin hazırki mübahisə üzrə hüquq bərabərliyi, pozulmu ş hüquqların məhkəmə müdafiəsinə ehtiyacının yaranmasını şərtləndirir. Bu dəyərləndirmə isə öz növbəsində hazırki mübahisəni inzibati hüquq münasibəti çərçivəsindən çıxarıb xüsusi hüquq olan mülki hüququn tənzimlənməsinə aid edir.

8. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işə aidiyyəti üzrə baxılmasının davam etdirilməsinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

9. Kassasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, inzibati orqanla cavabdeh arasında mövcud münasibət inzibati münasibətdir və bu münasibətin yaranma əsası Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi ilə müəyyən olunmuş hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsidir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə dair etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 11. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 39.1 Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

12. İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassas iya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

13. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndir ildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, iddianın mümkünlüyü ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq tam və hərtərəfli araşdırılmamışdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalı, iddia mümkün sayılaraq mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir, Məhkəmə kollegiyası qərardadın ləğvini və iddianın mümkün sayılmasını şərtləndirən aşağıdakı halların qeyd olunmasını zəruri sayır.

16. Mübahisəyə d air işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdehin mərhum əri X1 xx.xx.2006-cı tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Bəyəliyev 05 iyun 2020-ci il tarixində vəfat etmiş, lakin mərhumun ailə üzvləri, o cümlədən cavabdeh tərəfindən bu barədə iddiaçıya məlumat verilməmişdir. Nəticədə iddiaçı vəfat etmiş pensiyaçının kart hesabına 30 sentyabr 2021-ci il tarixinədək, yəni onun ölümü barədə məlumat aldığı tarixədək əmək pensiyasını ödəməkdə davam etmişdir.

17. Hazırkı mübahisə üzrə mövcud hüquq münasibəti əslində iddiaçı ilə cavabdeh arasında yaranmış əlahiddə hüquq münasibəti kimi deyil, iddiaçı ilə pensiyaçı arasında mövcud olmuş əmək pensiyası münasibətlərinin davamı kimi və həmin münasibətlər kontekstində qiymətləndirilməlidir. Bu baxımdan, pensi yanın ödənişi ilə bağlı münasibətlər inzibati hüquq sahəsində yaranmış münasibətlər qismində qəbul olunmalıdır. Çünki inzibati hüquq münasibətləri həm tərəfin sağlığında onun özü ilə, həm də onun vəfatından sonra onun hüquqi varisləri ilə davam edən münasibətlərdir. Bu mənada, pensiyaçının sağlığında almalı olduğu ödənişləri tam və ya qismən almadığı hallarda, onun hüquq varisləri həmin vəsaitləri tələb edə biləcəkləri kimi, artıq ödənildiyi iddia edilən vəsaitlər də hüquq varislərindən tələb oluna bilər. Hər iki halda da inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddia qaldırılır.

18. Nəzərə almaq lazımdır ki, iddiaçı pensiyanı bilavasitə cavabdehə deyil, ölümü barədə məlumatı olmaması səbəbindən yaşadığını güman etdiyi əmək pensiyaçısına və onun kart hesabına ödəmişdir. B aşqa sözlə, iddiaçı onunla pensiyaçı arasında hələ də pensiya hüquq münasibətlərinin davam etdiyinə inanaraq pensiya ödənişini həyata keçirmişdir.

19. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, şəxs (varlanmış şəxs) heç bir hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etdikdə əsassız varlanmış hesab olunur. Əsassız varlanma o zaman olur ki, şəxsin varlanması üçün hansısa qanuni əsas və ya müqavilə əsası olmur.

20. Əsassız varlanma iki şərtin eyni zamanda mövcud olduğu təqdirdə - şəxsin heç bir hüquqi əsas olmadan əmlak əldə etdiyi və həmin əmlakı başqa şəxsin hesabına əldə etdiyi halda əmələ gəlir. Nəzərə almaq lazımdır ki, istinad olunan normanın məzmununa görə, əsassız varlanmada əmlak heç bir qanuni əsas olmadan bilavasitə varlanmış şəxsə keçir.

21. Hazırkı m übahisəyə münasibətdə isə əsassız varlanmadan fərqli olaraq, pensiya ödənişi hüquqi əsas (pensiya təyini barədə qərar) üzərindən həyata keçirilmiş və bilavasitə cavabdehə deyil, pensiyaçıya münasibətdə (vəfat etdiyi barədə məlumat omadığından) və onun kart hesabına köçürülmüşdür.

22. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd olunan səbəblərdən vəfat etmiş pensiyaçıya ödənilmiş pensiya vəsaiti “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi anlamında artıq ödənilmiş əmək pensiyası kimi qiymətləndirilməli, artıq ödənilmiş pensiya vəsaitinin qaytarılmasına həmin maddədə nəzərdə tutulmuş qayda tətbiq olunmalı və həmin vəsait inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddia çərçivəsində pensiyaçının hüquqi varislərindən tələb olun malıdır.

23. Odur ki, hazırkı mübahisəyə münasibətdə vəfat etmiş pensiyaçının hüquqi varisinin, yəni cavabdehin razılıq olmadığından, iddiaçı haqlı olaraq artıq ödənilmiş pensiya vəsaitinin cavabdehdən tutulması barədə tələblə inzibati məhkəməyə müraciət etmişdir.

24. Beləliklə, hazırkı mübahisəyə münasibətdə iddia mümkün sayılmalı, apelyasiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 fevral 2023-cü il tarixli, 2-1(105)-85/2023 nömrəli qərardadı ləğv edilir. İş mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar