Məhkəmə qərarları › İş №2-1(102)-1306/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1306/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1306/2024 06.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X1rşı işi üzrə QƏRARİ (Açar sözlər: diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi; tədris yükü və yerinə yetirilmə qaydası; təhsil alınan ölkədə faktiki olma müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X1rşı diplomun tanınması və ekvivalentliyin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2023-cü il tarixli, 2-1(103)-3871/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti tərəfindən onun həmin təhsil müəssisəsini bitirməsi barədə 107718 ******* nömrəli 29 noyabr 2017-ci il tarixli bakalavr diplomu verilmişdir. Həmin diplom Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən “apostil” olunmuşdur.

2. İddiaçı diplom üzrə ixtisasın tanınması ilə bağlı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir.

3. Cavabdeh 14 yanvar 2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, İddiaçı həmin təhsil müəssisəsinin tədris normativi üzrə təhs il almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur. Ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət müvafiq tədris proqramının mənimsənilməsi üçün kifayət hesab oluna bilməz. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, diplomun tanınması və ekvivalentliyin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci ildə Rusiya Federasiyası Rusiya Hökuməti yanında Maliyyə Universitetinə qəbul olmuşdur. 1 oktyabr 2008-ci il tarixdə təhsil haqqını ödəmədiyi üçün təhsil müəssisəsindən xaric olunmuşdur. 4 mart 2009-cu il tarixdə 2-ci kursa bərpa olunmuş, 11 noyabr 2009-cu il tarixdə təhsil haqqını n ödənilməməsi səbəbindən tələbə sırasından xaric olunmuşdur. Lakin 10 dekabr 2009-cu il tarixdə bərpa olunmuşdur. 1 oktyabr 2012-ci il tarixdən 30 iyul 2013-cü il tarixədək akademik məzuniyyətdə olmuş, hərbi xidmətlə əlaqədar və 29 yanvar 2014-cü il üzrə akademik məzuniyyətdən geri dönmədiyi üçün xaric olunmuşdur. 1 oktyabr 2014-cü il tarixdə 4-cü kursa bərpa olunmuş və 7 noyabr 2014-cü il tarixdə yenidən xaric olunmuş, Rusiya Maliyyə Universitetinin 3-cü kursuna köçürülmüşdür. 2017-ci il tarixdə isə həmin Universitetin “maliyyə” fakültəsini bitirmişdir. Təhsildə Keyfiyyət Təminatı X3 Universiteti “maliyyə” ixtisası üzrə ona verilmiş 107718 ******* nömrəli 29 noyabr 2017-ci il tarixli 810 reyestr nömrəli diplomun tanınması ilə bağlı müraciət etmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən müraciətə 14 yanvar 2022-ci il tarixli NA00003458 saylı məktubla cavab verilmiş və onun diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınmasından imtina olunmuşdur. İddiaçı hesab edir ki, cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 14 yanvar 2022-ci il tarixli imtina məktubu qanunsuzdur.

6. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etmişdir ki, etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2-1(112)-767/2023 saylı qərarı ilə (hakim X7) iddia tələbi təmin edilmiş, İddiaçı Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti tərəfindən verilmiş 107718 ******* nömrəli 29 noyabr 2017-ci il tarixli bakalavr diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamə ve rilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulmuşdur.

8. Məhkəmə qeyd etmişdir ki, cavabdeh inzibati orqan iddiaçının təhsil aldığı müddətin qarşılığında xarici ölkədə qısa müddət ərzində olduğunu iddia etsə də, qısa müddət anlayışı ilə konkret hansı müddətin nəzərdə tutulduğunu, yetərli müddətin məhz nə qədər olmalı olduğunu və ümumiyyətlə, bununla bağlı hansı meyarların rəhbər tutulduğunu da qeyd etməmişdir. Beləliklə, mübahisəyə dair iş üzrə materiallardan iddiaçının Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinə köçürülməsindən sonra təhsil aldığı müddətdə mütəmadi olaraq təhsil aldığı ölkəyə gedib-gəldiyi, bundan əlavə, təhsil aldığı təhsil müəssisəsinin normativlərinə uyğun olaraq tədris yükünü tam mənimsədiyi təsdiq olunur.

9. Cavabdeh apellyasi ya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2023-cü il tarixli, 2-1(103)-3871/2023 nömrəli qərarı ilə (hakimlər X2 (məruzəçi), X4 və X5) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2-1(112)-767/2023 saylı qərarı dəyşdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq göstərmişdir ki, iddiaçının distant texnologiyalar vasitəsilə təhsil alması tam təsdiqlənməsə də (bu barədə müvafiq müqavilə təqdim olunmamışdır), əvvəlki təhsil müəssisəsinə qəbuldan sonra tələbə sıralarından bir neçə dəfə xaric olunub bərpa olunması, köçürmə sənədləri (ehtimal olunur ki, akademik arayışla) əldə etməsi və sonradan Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinə köçürülmə yolu ilə qəbul olunması onun təhsilin minimum səviyyəsində alınmasını ehtiva edir. Nəzərə alınmalıdır ki, iddiaçının təhsil aldığı dövrdə olmasa da, inzibati praktikada 2020 - 2021-ci illərdə məlum pandemiya ilə əlaqədar bu üsulla təhsilalma təhsil müəssisəsi ilə müvafiq müqavilədən və təhsil alma formasından asılı olmayaraq mümkün qiymətləndirilmişdir. İddiaçıya həmçinin 2012-ci ildə X6 Universitetini bitirməsi barədə bakalavr diplomu verilmiş və diplom Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmışdır. Həmin diplom tanındığı halda, iddiaçının Q.V.Plexanov adına Rusiya İqtisad Univ ersitetinə köçürülməklə 2014-2017-ci illərdə təhsil alması əlavə (2-ci) təhsil kimi də qiymətləndirilə bilər. Belə yanaşma zamanı isə, onun 2014-cü ildən əvvəlki dövrdə Rusiya Federasiyasında qısa müddətdə olması və ya olmaması diplom üzrə tanınmada mühüm rol olmaya bilər.

12. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbi üzrə işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

13. Şikayətdə “Təhsil haqqında” Qanuna, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli 907 nömrəli və 18 avqust 2023-cü il tarixli 2306 nömrəli Fərmanlarına istinad edilərək qeyd edilmişdir ki, iddia tələbi əsassızdır.

14. Belə ki, İddiaçı 2009-2012-ci illərdə X6 Universitetində “İqtisadiyyat” ixtisası üzrə təhsil almış və diplomu Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmışdır. Əldə etdiyi kvalifikasiyanın tanınması ona əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verir. İddiaçının mübahisələndirdiyi diplom, London Universiteti tərəfindən verilən diplomla eyni ixtisas ekvivalentidir. Yəni fəaliyyət sferası eyni olan bu iki diplomdan biri təsdiqlənibsə iddiaçının əmək hüququnun pozulmasından söhbət belə gedə bilməz.

15. Bundan əlavə iddiaçı eyni anda 2 fərqli təhsil müəssisəsində təhsil almışdır. London Universiteti 2009-2012-ci illəri, Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti 2007-2017-ci illəri əhatə edir. Təhsil müddəti ərzində Böyük Britaniya ərazisində olduğu üçün Rusiya Federasiyası ərazisində yerləşən təhsil müəssisəsinin dərslərində iştirak etməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

27. Təhsil haqqında dövlət sənədi... 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə

29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə

44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üz rə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”:

8. Ali təhsil proqramları: 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir:... 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar g östərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişd irilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsinin qəra rı ləğv edilməli, kassasiya şikayəti təmin edilməklə iddia rədd edilməlidir.

24. Belə ki, iş materiallarından görünür ki, iddiaçı diplomun tanınması və müvafiq şəhadətnamənin alınması məqsədi ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan iddiaçının təhsil aldığı ölkədə qısa müddət ərzində olduğunu əsas gətirərək müraciətin təmin olunmasından imtina etmişdir.

25. İşə baxan birinci və apellyasiya instansiya məhkəməsi cavabdehin imtinasını əsassız hesab edərək bildirmişlər ki, hazırki işdə diplomun tanınmasından imtina üçün qanunla nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

26. Hazırda cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri onun imtinası ilə eyni məzmundadır. Belə ki, cavabdeh hesab edir ki, iddiaçı təhsil aldığı ölkədə qısa müddət ərzində olduğundan həmin müddət ərz ində tədris yükünü yerinə yetirməsi qeyrimümkündür. Odur ki, onun diplomu tanına bilməz.

27. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşaraq bildirir ki, qanunvericiliyin tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər.

28. Kollegiya qeyd edir ki, iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünün yerinə yetirmədiyi və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğun olmadığı müəyyən edilir.

29. Belə ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölk əmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır.

30. İş materiallarından da aydın olur ki, iddiaçı Rusiya Federasiyasında təhsil aldığı 2007-2017-ci illərdə 2007-2014-cü illərdə ümumiyyətlə dərslərdə iştirak etməmiş, xx.xx.2015-ci ildə İİİ kursa köçürülmüş, 2014-2015-ci tədris ili üzrə 13 gün, 2015-2016-cı tədris ili üzrə 27 gün, 2016-2017-ci tədris ili üzrə 11 gün təhsil almışdır.

31. Başqa sözlə iddiaçı İ və İİ tədris ili üzrə təhsil aldığı ölkəyə ümumiyyətlə getməmişdir. Deməli, o, İ-İİ kurslarda tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak etməmişdir

32. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının auditoriya dərslərində i ştirak etdiyi dövrlərdə də tədris yükünün dövlət standartlarına uyğun yerinə yetirməsi mümkün deyildir. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” na əsasən hər il üzrə auditoriya dərslərinin həcmi 180-240 saat müəyyən edilmişdir. Lakin iddiaçının təhsil müddəti bu şərti ödəmir.

33. İddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris dövründə təhsil müəssisəsində olması zəruri şərtdir. Tələbənin xarici ölkədə tədris müddətində olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesa b edilməməsi üçün əsasdır. Cavabdeh iddiaçının təhsil aldığı müəssisədə olmadığına görə təhsilinin səviyyəsinin qənaətbəxş olmadığını bildirərək iddiaçının diplomunun Azərbaycan Respublikasında tanınmasından imtina etmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehin imtinasını əsaslı sayır.

34. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil aldığı ölkədə olduğu müddətlər tədris normativinin yerinə yetirilməsi baxımından yetərli sayıla bilməz. Belə olan halda, məhkəmə araşdırması zamanı iddia tələbinin əsası kimi istinad edilən hallar öz təsdiqini tapmadığından, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddiaçı iddia tələbində haqlı deyildir.

35. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, apelya siya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbi rədd edilməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2023-cü il tarixli, 2-1(103)-3871/2023 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Təhsildə X1rşı diplomun tanınması və ekvivalentliyin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar