Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1307/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı2 qızının cavabdeh DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka hüquqla bağlı miras qoyanın adına arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X1 ibarət tərkibdə, İddiaçının vəkili X7 iştirakı ilə, İddiaçı2 qızının cavabdeh DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X9, X8, X10) “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 202 0-ci il 04 mart tarixli 2-1(107)-1/2020 nömrəli qərarından üçüncü şəxs X10 və icraata cəlb edilməmiş şəxs Şirinli Yelmar Şahmar oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək mərhum əri İddiaçı1 alğı-satqı yolu ilə əldə etdiyi 0,59 ha torpaq sahəsinin qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 30 aprel tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi 0,59 hektar torpaq sahəsinin JN-954 (Kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd edilən sahə ilə faktiki sahə arasında uyğunsuzluq olması, həmçinin qeyd edilən Dövlət Aktının bir nüsxəsinin Ərazi İdarəsinin arxiv məlumatlar ında aşkar edilmədiyi, dövlət qeydiyyat kitabında müvafiq qeydiyyat aparılmadığı və torpaq sahəsi üzərində mübahisənin olması göstərilmişdir. İddiaçı 2018-ci il 11 iyun tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək mərhum əri İddiaçı1 ilə birgə nikah dövründə x kəndində Qəbələ Rayon Dövlət Notariat Kontorunun xx xxxxxx 2006-cı il tarixli alğı-satqı müqaviləsi ilə aldıqları 0,59 ha torpaq sahəsinin qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 0,59 ha torpaq sahəsinə vərəsəliyin açılması üçün arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, xkəndi ərazisində yerləşən 0.59 ha torpaq sahəsini mərhum əri İddiaçı1 ilə birgə nikah dövründə xx xxxxxx 2006-cı il tarixli alğı-satqı müqaviləsi əsasında əldə etmişdir. İddiaçının əri İddiaçı1 torpaq sahəsini qeydiyyata aldırmamış vəfat edib. Torpaq sahəsi birgə nikah dövründə əldə edildiyindən hazırda ona vərəsəlik açıla bilmədiyindən, iddiaçının adına qeydiyyata alınmalıdır. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 21(84)-1140/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, Qanıx-Türyançay ərazisində yerləşən 0,59 ha torpaq sahəsinin İddiaçı1 məxsus olması barədə arayışın verilm əsi öhdəliyi cavabdehə həvalə edilmişdir. X9 ərizə ilə məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini və üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(84)-1140/2018 nömrəli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş və X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xkəndində yerləşən 0,59 ha torpaq sahəsinə dair İddiaçı1 adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018 -ci il tarixli 2-1(84)-1140/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, xkəndində yerləşən 0,59 ha torpaq sahəsinə dair İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi naturada mövcuddur və həmin torpaq sahəsinin ölçüsündə hər hansı bir uyğunsuzluq mövcud deyildir. İddiaçı mübahisəli torpaq sahəsinin coğrafi yerini dəqiq göstərməyə borclu deyil, bu aidiyyəti səlahiyyətli orqan olan cavabdeh tərəfindən müəyyən edilməlidir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat nəticə: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Koll egiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(107)-128/2019 nömrəli qərardadı ilə X8 və X10 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 04 mart tarixli 21(107)-1/2020 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Üçüncü şəxs X10 və icraata cəlb edilməmiş şəxs Şirinli Yelmar Şahmar oğlu kassasiya şikayəti vermişlər. Onlar qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edirlər. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiyası məhkəməsi iş materiallarının və təqdim edilmiş sübutların tədqiqi zamanı müəyyən etmişdir ki, Qəbələ rayon Aqrar İslahat Komissi yasının 1998-ci il 25 iyun tarixli 11 nömrəli qərarı ilə X3 cəmi 4 nəfər ailə üzvünə Qəbələ rayonu Bum kəndinin ərazisindən 0,85 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmiş, bu barədə JN-9xx xxx 40600038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmiş, Qəbələ rayon X6 xx.xx.2006-cı il tarixdə X4 ilə İddiaçı1 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən JN-954 kod ******* olan Dövlət Aktında olan torpaq sahəsinin Qanıx-Türyançay zonasına aid 0,59 hektar hissəsi 400 manat müqabilində İddiaçı1 satılmışdır. Halbuki, X4 xx.xx.2003-cü ildə vəfat etmişdir. Məhkəmə hazırkı iş üzrə faktiki halların araşdırılması məqsədilə müvafiq ekspertiza təyin etmiş və mübahisəli torpaq sahəsinə baxış keçirmişdir. İş üzrə mütəxəssis rəyində 0,59 ha torpaq sahəsi ilə iddiaçı tərəfindən iddia olunan faktiki naturada ölçülmüş torpaq sahəsi arasında coğrafi yerləşmə fərqinin olduğu, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli 11 saylı Qərarı ilə verilmiş JN-954 (KOD ********) saylı Dövlət Aktına əsasən X3 məxsus olmuş, xx xxxxxx 2006-cı il tarixli alğı-satqı müqaviləsinə əsasən İddiaçı1 satılmış 0,59 ha torpaq sahəsi ilə iddiaçı tərəfindən iddia olunan faktiki naturada ölçülmüş torpaq sahəsinin hər hansı bir torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyənləşdirməyin mümkün olmadığı, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli 11 saylı Qərarı ilə verilmiş JN-954 (KOD ********) saylı Dövlət Aktına əsasən X3 məxsus olmuş, xx xxxxxx 2006-cı il tarixli alğı-satqı müqaviləsinə əsasən İddiaçı1 satılmış 0,59 ha torpaq sahəsi ilə iddiaçı tərəfindən iddia olunan faktiki naturada ölçülmüş torpaq sahəsi arasında coğrafi yerləşmə fərqi olduğundan torpaq sahəsinin kimin istifadəsində olmasını müəyyənləşdirməyin mümkün olmadığı göstərilmişdir. Bundan əlavə, cavabdeh orqan tərəfindən verilmiş apelyasiya şikayətində İdarənin mütəxəssisləri tərəfindən aparılan ölçmə işləri nəticəsində iddiaçıda olan Dövlət aktında göstərilən qeyd olunan sahə ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğu bildirilmiş, dövlət aktının bir nüsxəsinin məlumat bazasında olmadığı və arxiv sənədlərində həmin dövlət aktının verilməsi barədə məlumatın olmadığı qeyd edilmişdir. Lakin məhkəmə qeyd edilənlərə səthi yanaşaraq iş materiallarında dövlət aktının notarial təsdiq edilmiş surətinin olmasını qeyd etməklə kifayətlənmiş, müba hisə predmeti olan torpaq sahəsinin naturada mövcud olmasını və həmin torpaq sahəsinin ölçüsündə hər hansı bir uyğunsuzluq olmamasını əsas gətirmiş, iddiaçının mübahisəli torpaq sahəsinin coğrafi yerini dəqiq göstərməyə borclu olmadığını, bu aidiyyəti səlahiyyətli orqan olan cavabdeh tərəfindən müəyyən edilməli olduğunu qeyd etmişdir. Halbuki cavabdeh orqan ölçmə işləri nəticəsində uyğunsuzluğu müəyyən edərək torpağın qeydə alınmasından imtina etmiş, iddiaçının iddiasını sübut etməsi və hüquqmüəyyənedici sənədləri təqdim etməsi tələb edilmişdir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 2.2, 4.1, 8.0.5, 15-ci maddələrinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxslər və icraata cəlb olunmamış şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Üçüncü şəxslərin və icraata cəlb olunmamış şəxsin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibat i Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Apellyasiya instansiyası məhkəməsinin qərarı üçüncü şəxs X5 şikayətinə münasibətdə ləğv edilməli, icraata cəlb olunmayan şəxs Şirinli Yelmar Şahmar oğlunun şikayətinə münasibətdə isə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlar la və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı işə əlavə edilmiş AZ-İ 978848 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən göründüyü kimi, iddiaçının və məhkəmələri n istinad etdikləri, Qəbələ rayon X6 xx.xx.2006-cı il tarixdə bağlanmış alqı-satqı müqaviləsində satıcı qismində qeyd edilmiş X4 həmin müqavilənin bağlandığı tarixdən əvvəl - xx xxxxxx 2003-cü ildə ölmüşdür (İ cild, iş v.114). Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin işə əlavə etdiyi ərizədə də X2 2003-cü ildə öldüyü və 2006-cı ildə onun adından bağlanmış müqavilənin saxta olduğu qeyd edilib (İ cild, iş v.152). Lakin həmin xüsusatlar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmayıb, onlara qiymət verilməyib. Halbuki, iddiaçı öz tələbinin əsası kimi məhz alqı-satqı müqaviləsinə istinad etdiyindən, işin faktiki halları, iddiaçının iddia etdiyi torpaq sahəsinə subyektiv hüququnun olub-olmadığı işin həmin hallarının müəyyən edilməsindən asılıdır. Buna görə də, məhkəmə ko llegiyası şikayətin digər dəlillərinə münasibət bildirməyə lüzum görmür. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12-ci və 58.7-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12-ci və 58.7-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin olunmaması tələbinə dair hissədə təmin oluna bilməz. İcraata cəlb olunmayan şəxs Şirinli Yelmar Şahmar oğlunun şikayətinə münasibətdə kassasiya mümkün sayılmamalıdır. Belə ki, İPM-in: 90.1-ci maddəsinə əsasən, apellyasiy a instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər; 90.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İcraata cəlb olunmayan şəxs Şirinli Yelmar Şahmar oğlu apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçısı olmadığından, həmin məhkəmənin qərarından şikayət vermək hüququ olmamışdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 020-ci il 04 mart tarixli 21(107)-1/2020 nömrəli qərarı üçüncü şəxs X5 şikayətinə münasibətdə ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. İcraata cəlb olunmayan şəxs Şirinli Yelmar Şahmar oğlunun şikayətinə münasibətdə kassasiya mümkün sayılmır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova İ.Ə.Şəfiyev
Məhkəmə qərarları › İş №2-1(102)-1307/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1307/2020
11.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver