Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1307/2021 04.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Şəki şəhər şöbəsinə (hazırda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 15 saylı Regional Ərazi Filialına) qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşa görə əmək pensiyasının təyini, torpaqdan istifadəyə görə ödənilən məcburi dövlət sosial sığorta haqlarının nəzərə alınması Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət t ərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 15 saylı Regional Ərazi Filialının vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 15 saylı Regional Ərazi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqların istifadəsinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqlarını nəzərə alaraq 2013-2016-cı illəri sosial sığorta stajına daxil etməklə 64 yaşı tamam olduğu 17.03.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliy inin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-137/2021 saylı, 30 mart 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.xxxxci il tarixdə anadan olmuşdur. Müxtəlif təşkilatlarda və kolxozda işləmiş, hərbi xidmətdə olmuşdur.
2. İddiaçı 2013-2016-cı illərdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. (2013-cü ildə 1 dəfə olmaqla 20,0 manat, 2014-cü ildə 3 dəfə olmaqla 17,0 manat, 2015-ci ildə 5 dəfə olmaqla 100,0 manat, 2016-cı ildə 4 dəfə olmaqla 100,0 manat məcburi dövlət sosial sığorta haqqı ödəmiş dir.) Həmçinin cavabdeh orqan tərəfindən ona Dövlət Sosial Sığorta Şəhadətnaməsi verilmişdir. Lakin ödədiyi vəsaitdən heç biri fərdi hesabına işlənilməmişdir. O, bu barədə cavabdeh orqana yazılı ərizə ilə müraciət etmişdir.
3. Cavabdehin 27 fevral 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının mülkiyyətində olan 40400058-230 saylı torpaq aktına verilən **********6 sığortaedənin uçot nömrəsinə ödədiyi məcburi dövlət sığorta haqqının hesabatını vaxtında təqdim etmədiyindən iddiaçının və ailə üzvlərinin fərdi şəxsi hesabına işləmək mümkün olmamışdır.
4. Cavabdehin 26 avqust 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı 2013-cü ildən 2016-cı ilədək mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə ödəməli olduğu məbləğ ailə üzvləri ilə birlikd ə 376,04 manat təşkil edir. Ödəniş müxtəlif aylarda müxtəlif məbləğlərdə olmuşdur. İddiaçının öz payına düşən məbləğ 75,20 manat təşkil edir.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən daxil olmuş 4 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, sığortaedən - iddiaçı tərəfindən 2014-2016-cı illər üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlara” (Forma B2) əsasən “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (Forma B3) təqdim edilmədiyindən məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məlumatlar sığortaolunanların fərdi şəxsi hesablarında əks olunmamışdır. Sığortaedən tərəfindən təqdim e dilmiş 2014-2016-cı illər üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat “ (Forma B2) məlumatlarının və ödənilmiş vəsaitlərinin Nazirliyin “X1 Sistemi”nin Sığorta (Hesabat) altsisteminə konvertasiya edilməsi ilə əlaqədar tərəfimizdən müvafiq işlər aparılır. Aparılan işlər yekunlaşdıqdan sonra əlavə məlumat veriləcəyi bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı 17 mart 2020-i il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadəyə görə ödədiyi məcburi dövlət sosial sığorta haqlarını nəzərə alaraq 2013-2016-cı illəri sosial sığorta stajına daxil etməklə 64 yaşı tamam olduğu 17.03.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının 2006-cı il tarixədək hərbi xidmətlə birlikdə cəmi 22 il 8 ay stajı vardır. 64 yaşı tamam olduğu 17.03.2019-cu il tarixdə ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin olunmalı olduğu halda, bu günə qədər pensiya təyin olunmamışdır. Belə ki, o, 2013-2016-cı illərdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Ödədiyi məbləğlərin fərdi hesabına işlənilməsi üçün dəfələrlə cavabdeh orqana müraciət etsə də, heç bir nəticə əldə olunmamışdır. 40400058-230 saylı akta əsasən mülkiyyətində olan kənd təsərrüfatın a yararlı torpaqları istifadəyə görə ona ******* və **********6 sığortaedənin uçot nömrəsi verilmişdir. O, 2013-cü ildə 1 dəfə olmaqla 20,0 manat, 2014-cü ildə 3 dəfə olmaqla 17,0 manat, 2015-ci ildə 5 dəfə olmaqla 100,0 manat, 2016-cı ildə 4 dəfə olmaqla 100,0 manat qeyd etdiyi uçot nömrələri üzrə məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Həmçinin cavabdeh orqan tərəfindən ona Dövlət Sosial Sığorta Şəhadətnaməsi verilmişdir. Lakin bu qədər ödədiyi vəsaitdən heç biri fərdi hesabına işlənilməmişdir. O, bu barədə cavabdeh orqana yazılı ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən ona vaxtında hesabat təqdim etmədiyindən ödədiyi vəsaitlərin fərdi şəxsi hesabına işlənilmədiyi bildirilmişdir. Lakin ilk vəsaiti ödədiyi 24.12.2013-cü il tarixdən bu günə qədər ona hesabat təqdim etməyi barəd ə rəsmi məktub göndərilməmiş, xəbərdarlıq edilməmişdir. Cavabdeh orqan tərəfindən məcburi inzibati icraat tədbirləri görülməmişdir. Nəticədə şöbə tərəfindən onun konstitusion hüquqları pozulmuşdur.
8. Cavabdeh iddiaya qarşı məhkəməyə təqdim olunmuş etirazını onunla əsaslandırmışdır ki, iddiaçının yaşa görə əmək pensiyası təyin olunması üçün yaşı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində əsasən, 17.03.2019-cu il tarixdə tamam olmuşdur. İddiaçının təqdim etdiyi sənədlərə - əmək kitabçası, hərbi bileti, diplomunun surətlərinə əsasən 11 il 6 ay 23 gün mübahisələndirilməyən stajı və 8309.0 manat pensiya kapitalı mövcuddur. Mübahisələndirilən stajı isə X11 filialı tərəfindən verilmiş 17.01.2018-ci il tarixli arayışa əsasən 1987-1997-ci illərdə Oxud kənd Nərimanov adına kolxozda işlədiy i müddətdir. Çünki, həmin illər əmək kitabçasında qeyd olunmamışdır. Həmin arxiv arayışına əsasən iddiaçının sosial sığorta stajı 9 il 10 aydır. (6 il minimum bitirən illər 1988-1993; minimum bitirməyən illər- 1987, 1994-1997-861: 220 = 3.9 x 12 = 46 ay - 3 il 10 ay). Cəmi iş stajı 21 il 4 ay təşkil edir. İddiaçı tələbində 2013-2016-cı illərdə kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə ödədiyi məcburi dövlət sosial sığorta haqlarına görə 01.01.2019-cu il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1 maddəsinə əsasən ona yaşa görə əmək pensiyası təyin edilməsi iddiasını qeyd etmişdir. Lakin iddiaçı ödədiyi məcburi dövlət sosial sığorta haqlarının hesabatını vaxtında təqdim etmədiyindən bu məbləğləri onun və ailə üzvlərinin fərdi şəxsi hesabına işləmək mümkün olmamışdır. Nəticədə iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə pensiya kapitalı qeydə alınmamışdır. Buna görə də iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1 maddəsinə əsasən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyini mümkün olmamışdır. Həmçinin iddiaçının tələb olunan 25 il sosial sığorta stajı və ya 23040 manat pensiya kapitalı olmadığı üçün yaşa görə əmək pensiyası almaq hüququ yoxdur.
9. Şəki İnzibati Məhkəməsinin (hakim X3, 2-1(116)-910/2020 saylı iş) 25 noyabr 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının cəmi 21 il 4 ay sığorta stajı var. İş materiallarında olan ödəniş qəbzlərindən müəyyən olunur ki, iddiaçı cəmi 13 ay torpağa görə məcburi dövlət sosial sığ orta haqqı ödəmişdir ki, həmin müddət də onun digər stajı ilə toplandıqda tələb olunan 25 il staj tamamlanmır. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır ki, iddiaçının da həmin tarixə pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tələb olunan 25 il sığorta stajına malik olmadığından ona sığorta stajına görə pensiya təyin edilə bilməz.
11. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyas ının (hakimlər X5məruzəçi, X2 və X6, 2-1(107)-137/2021 saylı iş) 30 mart 2021-ci il tarixli qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilərək cavabdehin üzərinə iddiaçının mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadəyə görə ödədiyi məcburi dövlət sosial sığorta haqlarını nəzərə alaraq 2013-2016-cı illəri sosial sığorta stajına daxil etməklə 64 yaşı tamam olduğu 17.03.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmuşdur.
13. Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçının 2013-cü ildən 2016-cı ilədək mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə ailə üzvləri ilə birlikdə sosial sığorta haqlar ını ödəmiş, ödənişin elektron sistemdə onun sosial sığorta stajına hesablanmaması, iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq həmçinin qeyd edilir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
14. Cavabdeh 20 aprel 2020-ci il tarixdə qərarın surətini almış, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyind ə Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı 19 may 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
15. Kasasiya şikayətinin iddia ərizəsinə dair verilmiş etirazın dəlilləri ilə eyni olmuş, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh tərəfindən verilən imtina qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçı ərizəsində 2006-cı ilədək 22 il 8 ay iş stajı olduğunu qeyd etsə də, bunu təsdiq edən sənəd iş materiallarında öz əksini tapmamışdır. İddiaçının yaşa görə əmək pensiyası təyin olunması üçün yaşı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 17.03.2019-cu il tarixdə tamam olmuşdur. Lakin eyni zamanda iddiaçının yaşa görə əmək pensiyasına çıxması üçün Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır tələbi ödənilməlidir.
16. İddiaçının iş materiallarında olan Milli Arxiv İdarəsi Şəki şəhər filialı tərəfindən verilmiş arxiv arayışında 1987-1997-ci illərdə Şəki rayonu Oxud kənd Nərimanov a dına kolxozda işlədiyi qeyd edilmişdir. Lakin işin tam, obyektiv araşdırılması üçün tərəfimizdən Milli Arxiv İdarəsinin Şəki şəhər filialına sorğu göndərilmiş, sorğuya cavab gəlməmişdir.
17. İddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən sığorta stajından asılı olmayaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olması şərtlərindən heç biri ödənilməmişdir və bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş e tmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
20. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 21. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış q adınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanva rın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; (-); (-)... Maddə
21. Sığorta stajına daxil edilən və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcbu ri dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; (-). 22. “Sosial sığorta haqqında” Qanun: Maddə
4. Sosial sığorta hadisəsi Sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir: pensiya yaşına çatmaq; (-). Maddə
12. Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər; Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər (qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən, habelə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2016-cı il mayın 1-dən 5 il müddətində) əcnəbilər istisna olmaqla); seçkili ödənişli vəzifələrdə işləyənlər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri vergi orqanlarının işçiləri; vəkillər kollegiyasının üzvləri; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. Maddə
13. Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu 13.1. Sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. 13.2. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yara rlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 13.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. 13.4. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qur um) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. Maddə
14. Məcburi dövlət sosial sığorta haqqı 14.1. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. 14.3. Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfi ndən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi.
23. İnzibati Prosessual Məcəllə Maddə
58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3- cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bi lər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
24. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansi yası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İddiaçı 2006-cı il tarixədək hərbi xidmətlə birlikdə cəmi 22 il 8 ay sığorta stajı, pensiya hüququnun 17.03.2019-cu il tarixdə yarandığını və 2013-2016-cı illərdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödədiyini bildirərək hesab edir ki, cavabdeh 17 mart 2019-cu il tarixdən ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin etməli idi.
28. Cavabdehin dəlillərinə görə iddiaçının 2006-cı ilədək 22 il 8 ay iş stajı o lması təsdiq olunmur. İddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşı 17.03.2019-cu il tarixdə tamam olmuşdur. Lakin eyni zamanda iddiaçının yaşa görə əmək pensiyasına çıxması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
29. İddiaçı tələbində 2013-2016-cı illərdə kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə ödədiyi məcburi dövlət sosial sığorta haqları nəzərə alınmaqla “ Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququnun olduğunu bildirsə də, ödədiyi məcburi dövlət sosial sığorta haqlarının hesabatını vaxtında təqdim etmədiyindən bu məbləğləri onun və ailə üzvlərinin fərdi şəxsi hesabına işləmək mümkün olmamışdır.
30. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
31. Cavabdeh təsdiq edir ki, 1 yanvar 2006-cı ilə qədər iddiaçının azı 11 il 6 ay 23 gün sığorta stajı olmuşdur.
32. Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi 19 may 2020-ci il tarixli məktubunda onu da bildirmişdir ki, X8 filialı tərəfindən verilmiş 17 yanvar 2018-ci il tarixli arayışa əsasən iddiaçının 1987-1997-ci illərdə kolxozda işlədiyi faktiki müddət (sığorta stajı) 9 il 10 aydır.
33. Beləlikl ə 1 yanvar 2006-cı il tarixə qədər iddiaçının 21 il 4 ay 23 gün sığorta stajı mövcud olmuşdur. 34. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, bu maddənin qeyd hissəsi nəzərə alınmaqla pensiya yaşına çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.
35. Lakin 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəaları tətbiq edilməlidir.
36. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəs inin müddəalarının tətbiq edilməsi üçün 3 şərt mövcud olmalıdır: 1) iddiaçı 1 yanvar 2019-cu il tarixdən sonra qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; 2) Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmalı; 3) fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır.
37. Birinci şərt iddiaçıya münasibətdə mövcud olmuş, onun yaşa görə pensiya hüququ 1 yanvar 2019-cu il tarixdən sonra, yəni 17 mart 2019-cu il tarixdə yaranmışdır. İkinci şərt də iddiaçıya münasibətdə mövcud olmuşdur, yəni “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri iddiaçıya münasibətdə gözlənilmişdir.
38. Üçüncü şərtlə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbi ondan ibarətdir ki, iddiaçı nın fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır.
39. Cavabdeh hesab edir ki, iddiaçı ödədiyi məcburi dövlət sosial sığorta haqlarının hesabatını vaxtında təqdim etmədiyindən bu məbləğləri onun və ailə üzvlərinin fərdi şəxsi hesabına işləmək mümkün olmadığından “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbi mövcud olmamışdır.
40. Cavabdehin əsas dəlilinə görə “Əmək pensiyaları haqqında” Qanunun 221.1-ci maddəsinin tətbiq edilməsi üçün fərdi hesabın sığorta hissəsində pensiya kapitalının 1 iyul 2018-ci il tarixə qədər qeydə alınmalıdır. İddiaçının 1 iyul 2018-ci il tarixə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.
41. İddiaçı və ailə üzvlərinin mülkiyyətində 1,31 ha kənd təsərrüfatı məhsu lları istehsalı üçün torpaq sahəsi vardır.
42. Kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi kimi iddiaçı 20132015-ci illərdə ayrı-ayrı vaxtlarda torpaqdan sosial sığorta haqları ödəmişdir. Göründüyü kimi, iddiaçı məcburi dövlət sosial sığorta haqlarını 2013-2015-ci illərdə, yəni “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsində göstərilən 1 iyul 2018-ci il tarixdən üç il əvvəl ödəmişdir. 43. “Sosial sığorta haqqında” Qanunun 13-cü maddəsinin tələbinə görə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) uçota almanı həyata keçirdikdən sonra müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir.
44. İşdən görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində sığorta şəhadətnaməsi tərtib edilmiş, yuxarıda vurğulandığı kimi, iddiaçı 2013-2015-ci illərdə məcburi dövlət sığorta haqları ödəmişdir. Cavabdeh ödənilən məbləği qəbul etməməsi, geri qaytarması, iddiaçını məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota almaqdan imtina etməsini bildirməmi şdir. Əksinə, cavabdeh ödənilən məbləğin mövcudluğunu təsdiq etmişdir.
45. Odur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalının mövcud olmaması barədə cavabdehin dəlillərini məhkəmə kollegiyası əsaslı saymır.
46. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının tələbi ilə bağlı cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
47. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.
48. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qə rarı dəyişdirilmədən saxlanılmalıdır.
49. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-137/2021 saylı 30 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.