Məhkəmə qərarları › İş №2-1(102)-1308/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1308/2020

22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1308/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Dövlət Sosial X3 rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1308/2020) Açar sözlər: əmək pensiyasının yenidən təyin edilməsi Bakı şəhəri xx xxxx 2020-ci il 22.07.2020 Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı əmək pensiyasının yenidən təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması təl əbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)573/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx.xx.1933-cü ildə doğulmuşdur və hazırda ünvan 1 ünvanında yaşayır. İddiaçıya ilkin olaraq xx.xx.1988-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-5307/2018 saylı qətnaməsi ilə İddiaçı 1949-cu ildən 1988-ci ilədək Ermənistan SSR Masis rayonunun Zəngilər kəndində yerləşən sovxozda işləməsi faktı müəyyən edilmişdir. Həmin iş üzrə verilmiş apelyasiya və kassasiya şikayətləri təmin olu nmamış, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir. İddiaçı xx.xx.2019-cu il tarixli ərizə ilə DSMF-nin Nəsimi rayon şöbəsinə müraciət edərək, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ilə müəyyən edilmiş ümumilikdə 39 il stajı nəzərə alınmaqla ona təyin olunmuş pensiyanın xx.xx.2006cı il tarixdən yenidən hesablanması və yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsini xahiş etmişdir. DSMF-nin Nəsimi rayon şöbəsi iddiaçının xahişini təmin etməkdən imtina etmiş və iddiaçıya xx.xx.2019-cu il tarixli **********3 saylı məktubla cavab verərək bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-5307/2018 saylı qətnaməsi ilə onun 1949-cu ildən 1988-ci ilədək Ermənistan SSR Masis rayonunun Zəngilə r kəndində yerləşən sovxozda işləməsi faktı müəyyən edilmişdir. Onun pensiyanın yenidən hesablanması haqqında DSMF-nin Nəsimi rayon şöbəsinə daxil olmuş xx.xx.2018-ci il tarixli ərizəsi nəzərə alınaraq, qeyd edilən məhkəmə qərarına əsasən onun pensiyasının məbləği xx.xx.2018-ci ildən 222,16 manat, xx.xx.2019-cu ildən 228,82 manat hesablanaraq ödənilmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab etmiş və iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1949-1988-ci illərdə Ermənistan SSR Masis rayonunun Zəngilər sovxozunda işlədiyi dövr üzrə 39 il iş stajı nəzərə alınmaqla «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 27.2-ci maddəsinə əsasən, yəni hər il iş stajı üçün 1,94 manat olmaqla pensiyasının xx.xx.2011-ci il tarixdən x x.xx.2018-ci il tarixədək yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh DSMF-nin Bakı şəhəri Nəsimi rayon şöbəsinə həvalə edilməsi barədə qarar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona pensiya təyin olunmasından cavabdehin imtina etməsi qanunsuzdur. 2006-cı ildən əvvəl pensiyaçıdır və onun pensiyasında 1949-1988-ci illərdəki əmək fəaliyyəti xx.xx.2018-ci il tarixinədək nəzərə alınmamışdır. Həmin dövrdə Ermənistan Respublikasının Masis rayonun Zəngilər kəndində yerləşən sovxozda işləmiş, lakin məlum hadisələr səbəbindən əmək kitabçasını özü ilə gətirə bilməmiş, iş yerində qalmışdır. Ona görə də həmin dövrdəki əmək fəaliyyəti yalnız 2018-ci ildə məhkəmə qətnaməsi əsasında müəyyən edilmişdi r. Cavabdehin etirazları: Cavabdehin etiraz dəlilləri, iddiaçıya pensiya təyin etməkdən imtina etmək barədə xx.xx.2018-ci il tarixli 20/4566 saylı məktubda göstərilən dəlillərlə eynidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 47-ci maddəsinə əsasən bu Qanun 2006-cı il yanvarın 1-dən qüvvəyə minir. İddiaçı 2006-cı ildən pensiyaçı olduğundan, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə ümumilikdə 39 il stajı təsdiq edildiyindən iddia tələbi təmin olunmalıdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəm əsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(103)-573/2020 saylı qərarı ilə cavabdehin verdiyi apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiya məhkəməsi tam və hərtərəfli araşdırma aparmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını mübahisəyə düzgün tə tbiq etməmişdir. Belə ki, apelyasiya məhkəməsinin istinad etdiyi xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 27.2-ci maddəsi 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının yenidən hesablanması qaydalarını tənzimləyir. Hazırki iş üzrə iddiaçıya xx.xx.1988-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunduğuna görə adı çəkilən Qanunun 27.2-ci maddəsinin məhkəmə tərəfindən tətbiq edilməsi tam əsassızdır. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun məhz 26-cı maddəsi bu Qanun qüvvəyə minənədək, yəni 2006-cı il yanvarın 1-dək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması qaydalarını tənzimləyir. Tərəflərin izah atları: Cavabdehin vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Əsaslandırıcı hissə Kollegiya iddiaçının iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şika yəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunnmalı və iş materialları təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 27.2-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 mana t (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. Bu normanın dispozisiya şərtlərindən göründüyü kimi 27.2-ci maddəsinə əsasən pensiyanın yenidən hesablanması üçün şərtlərdən biri - pensiyaçının məhz 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış olmasıdır. Lakin işin faktik hallarından görünür ki, iddiaçıya 2006-cı ildən əvvəl, yəni 1988-ci ildə pensiya təyin olunmuşdur. Məhkəmələr bu dispozisyia şərtinin mövcud olmadığı təqdirdə iddiaçıya münasibətdə onun tətbiqinin mümkünlüyünü əsaslandırmamışdır. Bundan başqa, iş materiallarından görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaç ının 1949-cu ildən 1988-ci ilədək sovxozda işləməsi faktı müəyyən edilmişdir. Bundan sonra sosial təminatı həyata keçirən inzibati orqan tərəfindən iddiaçının pensiyası yenidən hesablanmışdır. İddiaçının nümayəndəsi sonradan inzibati orqana müraciət edərək (səh. 18, 44) Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş əlavə iş stajına əsasən pensiyanın xx.xx.2006-cı il tarixdən hesablanmasını tələb etmişdir. Lakin bu ərizələrin heç birində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 27.2-ci maddəsinə əsasən, yəni hər il iş stajı üçün 1,94 manat olmaqla pensiyasının xx.xx.2011-ci il tarixdən xx.xx.2018-ci il tarixədək yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi tələb olunmamışdır. Ha lbuki, bu hal iddianın mümkün sayılması üçün vacib olan şərtlərdən biridir. Çünki «İnzibati məhkəmə icraatında iddianın mümkünlüynə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 №-li qərarının 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmələr idiaçının hazırki iddiasında irəli sürdüyü tələblə əvvəlcədən inzibati orqana müraciət edib-etməməsini araşdırmamışdır. N əzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyas ı məhkəməsinə göndərməyə haqlıdır. Buna görə də kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-573/2020 saylı iş üzrə xx xxxxxx 2020-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar