Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1308/2021 28.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (şəhid, şəhid ailəsi statusu barədə arayış, hərbi təlim zamanı həlak olma) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, iddiaçının vəkili Nümayəndə2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “X1 22.12.1993cü ildə hərbi xidmət zamanı mərmi partlaması nəticəsində həlak olması səbəbindən ona şəhid ailəsi statusu barədə a rayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 may 2021-ci il tarixli 2-1(107)-204/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı əri X4 28.10.1993-cü ildə Qəbələ rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. O, 22.12.1993-cü ildə Seyfəli təlim bazasında hərbi xidmət borcunu yerinə yetirərkən tank mərmisinin partlaması nəticəsində həlak olmuşdur.
2. İddiaçı cavabdehə müraciət edərək mərhum X1 arvadı kimi ona şəhid ailəsi statusu barədə arayışın verilməsini xahiş etmişdir. Cavabdeh 08.04.2020-ci il tarixli M/1143 nömrəli mə ktubla iddiaçının ərizəsinin təmin olunmasından imtina edildiyini bildirmişdir. İmtina barədə məktubda X1 döyüş əməliyyatlarında deyil, təlim mərkəzində həlak olduğu üçün ona şəhid ailəsi statusunu təsdiq edən arayışın verilməsinin mümkün olmadığı qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək X2 22.12.1993cü ildə N nömrəli hərbi hissədə xidmət edərkən mərmi partlaması nəticəsində həlak olduğu üçün ona şəhid ailəsi statusu barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun mərhum əri Qəbələ rayonunun Uludaş kəndində şəhid kimi dəfn edilmişdir. Dəfn zamanı İcra Hakimiyyətinin, Rayon Hərbi Komissarlığının nümayəndələri rəsmi şəxslər qismində iştirak etmişlər.
5. Şəki İnzibati Məhkəməsinin 16.02.2021-ci il tarixli 2-1(116)-116/2021 nömrəli (sədrlik edən hakim Vidadi Qasımov) qərarı ilə iddia rədd edilmişdir.
6. Məhkəmə hesab etmişdir ki, mərhum X4 təlim mərkəzində hərbi xidmət borcunu yerinə yetirərkən tank mərmisinin partlaması nəticəsində həlak olmuşdur. Qeyd edilən şəraitdə həlak olması onun şəhid sayılmasına imkan vermir. Belə olan halda, cavabdehin iddiaçıya onun tələb etdiyi arayışı vermək öhdəliyi yoxdur.
7. İddiaçı həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
8. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.05.2021-ci il tarixli, 21(107)-204/2021 nömrəli (hakimlər Rövşən Rəfiyev - sədr lik edən və məruzəçi, Vəzirxan Məlikov və İmanverdi Şükürov) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. İddiaçı kassasiya şikayəti verərək apelyasiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd olunmuşdur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsindən sorğu yolu ilə əldə etd iyi arayışı təqdim etməsinə rəğmən, apelyasiya məhkəməsi həmin arayışı diqqətə almamış və qərar qəbul edərkən arayışa hər hansı münasibət bildirməmişdir. Yəni apelyasiya instansiyası məhkəməsinin bu mübahisə üzrə qərarını oxuyarkən vəkil tərəfindən qeyd edilən arayışın məhkəməyə təqdim edilməsinin şahidi olmuruq. Bu da kobud qanun pozuntusudur. Məhkəmə prosesi zamanı təqdim olunan bütün sənədlərə məhkəmə öz qərarında mütləq münasibət bildirməlidir.
12. Bundan başqa, “Seyfəli” poliqonunda mərmi partlaması nəticəsində həlak olmuş 10 nəfər hərbi qulluqçuya məhkəmə qərarı əsasında şəhid statusu verilsə də, iddiaçının mərhum ərinə belə status verilməmişdir. Bu hal isə öz növbəsində Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit olunmuş bərabərlik hüququnun pozulmasıdır. Belə ki, eyni gündə, eyni məkanda və eyni şəraitdə həlak olmuş 10 nəfərin şəhid olması faktı məhkəmə qərarları ilə təsdiqini tapsa da, həmin şəraitdə həlak olmuş başqa bir şəxsə münasibətdə bu hal təsdiqlənmir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçının vəkili Nümayəndə2 kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunması, apelyasiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
15. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında vəkillə iştirak etmədiyinə görə onun izahatı dinlənilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqı nda" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 8-ci maddəsinə əsasən bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları"nın (bundan sonra mətndə - Qaydalar) 1.1-ci bəndinə əsasən şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 18.Həmin Qa ydaların 1.2-ci bəndinə əsasən aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qullu qçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. 19.Həmin Qaydaların 2.1-ci bəndinə əsasən şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: 2.1. 1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. 20.Həmin Qaydaların 4.1-ci bəndinə görə, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsa sında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi" nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq o lunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. 21.Həmin Qaydaların 4.2-ci bəndinə əsasən şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir.
22. İnzibati Prosessual Məcəll ənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti mümkündür. Vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir
24. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan z aman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 26.Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. 27.İddiaçının mərhum əri X1 hərbi xidmətdə olarkən Seyfəli təlim mərkəzində tank mərmisinin partlaması nəticəsində həlak olması, onun həlak olduğu yer və şərait bu qərarın 16-21-ci bəndlərində nəzərdə t utulmuş normaların dispozisiya şərtləri ilə bağlı tələbləri ödəmir. Nəzərə almaq lazımdır ki, həmin normalara əsasən şəxsin şəhid hesab olunması üçün o, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan əməliyyatlar zamanı və yaxud Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmalıdır(itkin düşməli və ya məhkəmə qaydasında ölmüş elan edilməlidir). Məhkəmələr tərəfindən şəhid və şəhid ailəsi statusu ilə bağlı mübahisələrə baxılarkən hər bir konkret mübahisəyə münasibətdə müəyyən olunmuş faktiki hallar müvafiq hüquq normalarının dispozisiya şərtləri baxımından qiymətləndirilməli və həmin şərtlərin mövcudluğu yoxlanılmalıdır. Qanunla müəyyən olunmuş və yuxarıda qeyd edilən dispozisiya şərtlərinə cavab verməyən şəraitdə həlak olmuş şəxslərə, o cümlədən hərbi qulluqçulara, hətta onlar hərbi xidmət zamanı həlak olmuş olsalar belə, şəhid statusunun verilməsindən imtina qanunsuz sayıla bilməz. Belə ki, şəhid ailəsi statusu barədə arayışın verilməsinin yeganə əsası qismində qeyd olunan şərtlərin ödənildiyi hallarda və şəraitdə həlak olmuş şəxslərin şəhid kimi tanınması çıxış edir.
28. Hazırkı konkret mübahisəyə münasibətdə qeyd edilməlidir ki, mərhum X1 təlim mərkəzində həlak olması qüvvədə olan qanunvericiliyin tələbləri baxımından iddiaçı ya tələb etdiyi arayışı vermək öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün əsas kimi qiymətləndirilə bilməz.
29. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kassasiya şikayətində aşağı instansiya məhkəmələri tərəfindən lazımi araşdırmanın aparılmadığını qeyd etsə də, iş materiallarından görünür ki, apelyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının mərhum ərinin ölüm şəraiti tətbiq olunmuş hüquq normalarının tələbləri baxımından düzgün qiymətləndirilmişdir. İddiaçının tələbinin təmin edilməməsi barədə məhkəmənin gəldiyi nəticə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğundur.
30. İddiaçının bərabərlik hüququnun pozulması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bərabərlik prinsipi məhkəmə təcrübəsinin dəyişdirilməsini, qanunvericiliyin tələblərinə və yeni hü quqi mövqeyə əsaslanan davamlı məhkəmə təcrübəsinin formalaşmasını istisna etmir. Məhkəmə təcrübəsi hüququn və qanunvericiliyin tələbləri, habelə hüquq doktrinasının inkişafı nəzərə alınmaqla formalaşmalı, qəbul edilən qərarların qanunauyğunluğunun təmin edilməsi məqsədlərinə xidmət etməlidir.
31. Yuxarıda şərh olunanlara və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.05.2021-ci il tarixli, 21(107)-204/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.