Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1308/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Re yestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə (üçüncü şəxs X7) qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 fevral 2023cü il tarixli, 2-1(107)-86/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. JN 218 KOD 40317028 seriyalı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 10 nömrəli qərarı əsasında X5 (iddiaçının atası) və ailə üzvlərinə 2.72 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir.
2. Qax Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-75/2006 nömrəli qətnaməsinə əsasən, X7 ilə X8 və X1 ara sında onlara məxsus olan, Qax rayonu Marsan kəndi ərazisində yerləşən fındıq bağından ibarət olan 1.3 hektar torpaq sahəsinin alqısatqısı barədə 15 noyabr 2002-ci ildə bağlanmış əqdin etibarlı sayılması qət olunmuşdur.
3. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli 1MK-2166/2007 nömrəli qətnaməsi ilə Omarov İlyas tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış və Qax Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-75/2006 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Ləğv edilmiş DTXK-nın xx.xx.2007-ci il tarixdə, 139 nömrə ilə torpaq kadastrı kitabında uçota alınmış A seriyalı 015680 nömrəli plan-ölçü sənədinə əsasən, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli 1MK-2166/2007 nömrəli qətnaməsinin icrası qaydasında 13000 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 verilmişdir.
5. MH seriyalı ******* nömrəli, **********02-04301 reyestr nömrəli, xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışa əsasən, Qax rayonu Marsan kəndində yerləşən 1.30 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında X4 məxsusdur.
6. X8 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir.
7. İddiaçı cavabdehə müraciət edərək, üçüncü şəxsin adına verilmiş **********0204301 reyestr nömrəli çıxarışın ləğv olunmasını xahiş etmişdir.
8. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********52 nömrəli bildirişlə iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 1.0.4-cü maddəsinin tələblərinə əsasən, qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət rey estrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Sözügedən Qanunun 2-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bu səbəbdən, Qax rayonu, Marsan kəndində yerləşən 1.30 ha çoxillik əkmə torpaq sahəsinə X3 adına verilmiş **********02-04301 reyestr nömrəli çıxarışın ləğv edilməsi üçün aidiyyəti üzrə müraciət etməsi iddiaçıya tövsiyə olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, reyestr nömrəsi **********02-04301 olan çıxarışın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
10. İddiaç ı tələbini onunla əsaslandırmışdır ki, Qax rayonu, Marsan kəndində yerləşən torpaq sahəsi atası X5 1892-ci ildən atası X2 miras qalıb. 2001-ci ildə borc müqabilində bağ sahəsi atasından alınaraq öz həmkəndlisi X4 verilib. Atası 2006-cı ildə Qax Rayon Məhkəməsinə müraciət etmiş, torpaq sahəsi atasından alınaraq X4 verlimişdir. 2007-ci ildə atası apellyasiya məhkəməsinə şikayət versə də, qərar qüvvəsində saxlanılmışdır. 2007-ci ildə verilən bu qətnaməyə əsasən, X7 Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki rayon idarəsindən torpağa çıxarış almışdır. X3 adına verilmiş çıxarışı qanunsuz hesab edərək bu barədə qeydin ləğv edilməsi üçün cavabdehə müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır.
11. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etiraz iddia çıya ünvanlanmış imtina məktubunun məzmunu və bu qərarın 2-5-ci bəndlərində göstərilən işin halları ilə eynilik təşkil edir.
12. Şəki İnzibati Məhkəməsinin (hakim F.S.İsmayılzadə) 11 noyabr 2022-ci il tarixli, 2-1(116)-1850/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə mübahisələndirilən üçüncü şəxsin adına tərtib edilmiş çıxarış qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında verilmişdir. Qətnamə ləğv edilməmişdir və qüvvədədir. Cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
14. İddiaçı həmin qərardan apellya siya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) 1 fevral 2023-cü il tarixli, 21(107)-86/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2-1(116)-1850/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA Şİ KAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
18. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri və işin halları ilə eynilik təşkil edir. İddiaçı əlavə olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd olunan qərarı qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Kassasiya şikayətinə əlavə edilmiş Qax Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin məktublarından göründüyü kimi, Qax Rayon Məhkəməsinin 275/2006 nömrəli qətnaməsi ilə bağlı qovluq ümumiyyətlə ortada yoxdur. Belə ki, Qax Rayon Məhkəməsi 27 oktyabr 2022-ci il tarixli, 024/15 nömrəli məktubunda iş materiallarının Bakı Apellyasiya Məhkəməsinə (keçmiş Azərbaycan Apellyasiya Məhkəməsi) göndərildiyini, Bakı Apellyasiya Məhkəməsi isə 25 o ktyabr 2022-ci il tarixli, 67/45508 nömrəli məktubunda iş materiallarının Qax Rayon Məhkəməsinə göndərildiyini qeyd etmişdir. Cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş və iş materiallarında olan Qax Rayon Məhkəməsinin 2-75/2006 nömrəli qətnaməsinə diqqət yetirdikdə isə məhkəmə qətnaməsinin bütün vərəqlərinin imzalanmadığı və möhürlənmədiyi görünür. Yalnız qətnamənin sonunda işə baxan hakim Elməddin İbrahimovun imzası vardır ki, orada da “Əsli ilə düzdür: imza E.E.İbrahimov” yazılmışdır. Kassasiya şikayətinə əlavə edilmiş və hazırda Şəki Apellyasiya Məhkəməsinin Aparat rəhbəri olan Elməddin İbrahimovun iddiaçının müraciətinə cavab olaraq Şəki Apellyasiya Məhkəməsinin adından ünvanladığı 14 dekabr 2022-ci il tarixli, 31/1422 nömrəli məktubdan sadə baxışla müəyyən etmək mümkündür ki, Qax Rayon Məhkəməsinin 2-75/2006 nömrəli qətnaməsinin sonundakı imza Elməddin İbrahimova məxsus deyildir. Bütün bu uyğunsuzluqlar dəfələrlə həm Şəki İnzibati Məhkəməsinin, həm də Şəki Apellyasiya Məhkəməsinin diqqətinə çatdırılsa da, məhkəmələr həmin xüsusata ümumiyyətlə hüquqi qiymət verməmişlər. Qax Rayon Məhkəməsinin 2-75/2006 nömrəli qətnaməsi ilə bağlı qovluq aşkarlanmadan isə həmin sənədin həqiqi olub-olmamasını müəyyən etmək mümkün deyildir. Bütün bunlar isə onu deməyə əsas verir ki, həm Şəki İnzibati Məhkəməsi, həm də Şəki Apellyasiya Məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən yuxarıda qeyd olunan halları araşdırmadan hazırda mübahisələndirilən qərarları qəbul etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Üçüncü şəxs kassasiya şikayətinə etiraz təqdim edərək ka ssasiya şikayətinin təmin olunmadan, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 fevral 2023-cü il tarixli, 2-1(107)-86/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;...
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətl əndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riay ət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik tə şkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi və ləğv edilməsini tələb etdiyi reyestr nömrəsi **********02-04301 olan çıxarış məhz qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi – Qax Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-75/2006 nömrəli qətnaməsi (Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli 1MK-2166/2007 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır) əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
28. Aşağı instansiya məhkəmələrində işin araşdırılması zamanı həmin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı xüsusatlar müəyyən edilməmişdir.
29. Kassasiya şikayətinin məhkəmə qətnaməsinin əsassızlığı ilə bağlı dəlillərə gəldikdə isə qeyd edilməlidir ki, hazırkı halda nə inzibati orqan, nə də məhkəmələr qanuni qüvvədə olan məhkəmə qətnaməsi əsasında aparılmış qeydə münasibətdə həmin qətnamənin qanuni qüvvəsini və məcburi icra edilməli olmasını şübhə altına alacaq şəkildə davrana bilməz, o cümlədən məhkəmə aktı qüvvədə olmağa davam etdiyi halda qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla onun icrasını dayandıra bilməzlər. Bu qaydada yanaşma, faktiki olaraq məhkəmə aktlarının təftişinə gətirib çıxarmaqla, dövlətin adından çıxarılmış həmin aktların məc buri icrasını ortadan qaldırmış olur.
30. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxıla bilməsi ilə bağlı müddəalar mövcuddur. İddiaçı qanuni qüvvəyə minmiş Qax Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-75/2006 nömrəli qətnaməsinin əsassızlığını iddia etdiyi və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslar mövcud olduğu halda həmin qətnaməyə yenidən baxıla bilməsi üçün müraciət etmək hüququna malikdir.
31. Apellyasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yeti rilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əs asən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 fevral 2023-cü il tarixli, 21(107)-86/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.