Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1308/2024 06.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən (xidməti uyğunsuzluğa görə) xidmətdən ehtiyata buraxılma barədə əmrin dəyişdirilməsi; mübahisələndirmə haqqında iddianın mümkünsüzlüyü; prosessual müddətin üzrsüz səbəbdən ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə istinadən (xidməti uyğunsuzluğa görə) DSX-nin SQ-dan ehtiyata buraxılması barədə əmri dəyişərək, həmin Qanunun 41.0.1-ci maddəsinə uyğun olaraq öz arzusu ilə DSXdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin verilməsini Cavabdeh Sərhəd Qoşunları İdarəsinin üzərinə öhdəlik qoyulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.N23-cü il tarixli, 2-1(106)280/N23 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Cavabdeh rəisinin müavini - X2 xx.xx.N22-ci il tarixli, 37s/h nömrəli əmri ilə iddiaçı “Hə rbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. 2. xx.xx.N22-ci il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsində hərbi qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı xx.xx.N22-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə istinadən (xidməti uyğunsuzluğa görə) DSX-nin SQ-dan ehtiyata buraxılması barədə əmrin dəyişərək, həmin Qanunun 41.0.1-ci maddəsinə uyğun olaraq öz arzusu ilə DSX-dən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin verilməsini Cavabdeh Sərhəd Qoşunları İdarəsinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1997-ci ildə Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində əsgər kimi xidmətə başlamış və xx.xx.1999-ci il tarixdə həqiqi hərbi xidməti başa vurmuşdur. N01-ci ildə Sərhəd Qoşunlarının gizir kursunu bitirdikdən sonra N saylı hərbi hissənin 16-cı sərhəd zastavasının təminat qrupu komandiri vəzifəsində xidmət etmişdir. 15 və 19-cu sərhəd zastavalarında xidmət etdikdən sonra 4-cü sərhəd komendaturasında rabitə qovşağının rəisi vəzifəsində xidmət edərkən hərbi hissə komandirinin əmri ilə N saylı hərbi hissənin tibb məntəqəsində təminat qrupunun rəisi vəzifəsində xidmətini davam etdirmişdir. X3 4-cü sərhəd komendantlığının rabitə qovşağının rəisi vəzifəsində xidmətdə olarkən ‘‘Hərbi vəzifə və Hərbi Xidmət haqqında” AR Qanununun 41.0.1-ci maddəsinə uyğun olaraq öz arzusu ilə DSX-dən həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrdən ehtiyata buraxılması barədə xx.xx.N21-ci il tarixdə yuxarı komandanlığa raportla müraciət etdi. Raportu xx.xx.N21-ci il tarixdə 2219 nömrə ilə qeydiyyata alınmışdır. Həmin raport əsasında hərbi hissə komandiri Zəfər Bayramov tərəfindən xx.xx.N21-ci il tarixdə 40 nömrəli göndəriş əsasında Silahlı Qüvvələrdən ehtiyata buraxılmaq istədiyi üçün Cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasına göndərildi. Həmin Komissiyanın xx.xx.N21-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, a) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N08-ci il tarixli, 59 nömrəli qə rarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin“ 72 “ç” və 12”c” bəndlərinin İİİ qrafasına əsasən: Hərbi xidmətə yararlıdır. Xüsusi təyinatlı hissələr, dəniz piyadası, hava-desant, desant-hücum hərbi hissələrində, suüstü gəmilərdə, tankların, özügedən artilleriya qurğularının, tank və dartıcılar üzərində qurulmuş müşahidə maşınlarının sürücüləri və ekipaj üzvləri vəzifələrində, PDM-lərin, zirehli maşınların və raket hissələrinin buraxıcı qurğularının sürücüləri və ekipaj üzvləri vəzifələrində hərbi xidmətə yararsızdır. Diaqnoz: Sidik daşı xəstəliyi. Sol böyrək daşı (5,3 mm). Düyünlü eutireoidur. Arterial hipertenziya. Qastroduodent.. Qara ciyərin piy distrofiyası. Beləliklə, 24 il 1 ay təqvim günü qüsursuz xidmət etmişdir. Güzəştli şərtlərlə xidmət müddəti 34 il təşkil edir.
5. Bu müddət ərzində qüsursuz xidmətləri nəzərə almaqla: N04-cü ildə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının 10 illiyi yubiley medalı ilə: N05-ci ildə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının 90 illiyi yubiley medalı ilə: N07ci ildə Azərbaycan Respublikasının Hərbi Xidmətdə fərqlənməyə görə 3-cü dərəcə medalı ilə; Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 10 il qüsursuz xidmətə görə 3-cü dərəcə medalı ilə; N12-ci ildə Sərhəd Qoşunlarının 95 illiyi yubiley medalı ilə; N13-cü ildə Sərhəd Mühafizəsinin 95 illiyi yubiley medalı ilə; N13-cü ildə Silahlı Qüvvələrdə 15 il qüsursuz xidmətə görə 2-ci dərəcə medalı ilə: N19-cu ildə Sərhəd Mühafizəsinin 100 illiyi medalı ilə; N19-cu ildə Qüsursuz xidmətlərə görə 1-ci dərəcə medalı ilə, o cümlədən xidmət etdiyi müddətdə hərbi hissə komendantlığ ı, hərbi hissənin komandanlığı və DSX rəhbərliyi tərəfindən təltiflənmişdir. 6. 2-ci Qarabağ Müharibəsi vaxtı azad edilmiş ərazilərdə yeni yaradılan sərhəd zastavalarının xidmət ərazisində xidmətin təşkil edilməsində, həmçinin Harop sisteminin mühafizəsinin təşkil edilməsində iştirak etmişdir. O, hər hansı bir zabit rütbəsində yox, çavuş hərbi rütbəsində xidmət etmişdir və hərbi həkim komissiyasının rəyinə əsasən hərbi xidmətə yararlı hesab edilmişdir. Bundan başqa, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə uyğun olaraq öz arzusu ilə DSX-dən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalı olduğu halda, əsassız olaraq həmin Qanunun 41.0.6-cı maddəsinə istinadən (xidməti uyğunsuzluğa görə) DSX-nin SQ-dan ehtiyata buraxılması barədə sözügedən əm r verilmişdir. Həmin əmr qanunsuz və əsassızdır. Çünki, hərbi qulluqçu kimi xidmətə uyğunsuzluğa səbəb ola biləcək heç bir hərbi Nizamnamə və ya Əsasnamə tələblərinin pozulmasına yol verməmişdir, xidmətə uyğunsuzluğa gətirib çıxaran heç bir hərəkəti və ya hərəkətsizliyi olmamış, xidmətimdə hər hansı bir intizam xətasına yol verməmişdir, əksinə qüsursuz xidmətlərinə görə yuxarıda qeyd edilmiş təltiflərlə təltif olunmuşdur. Cavabdehin etirazları:
7. Cavabdeh xx.xx.N23-cü il tarixdə iddia tələbinə qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı N02 nömrəli hərbi hissənin 4-cü sərhəd komendantlığının mühafizə və təminat tağımı rabitə qovşağının rəisi - qrup komandiri vəzifəsində baş çavuş hərbi rütbəsində xidmət etmişdir. O, N02 nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində tibb bölməsinə ezam olunduğu müddətədək, özünü intizamlı və işgüzar hərbi qulluqçu kimi göstərmiş, böyük rəislər tərəfindən verilən əmr və tapşırıqları icrasına məsuliyyətlə yanaşmağa çalışmışdır. Lakin, sərhəd dəstəsinin tibb məntəqəsinə ezam olduğu müddətdə barəsində daxil olmuş məlumata əsasən onun tibb məntəqəsindəki fəaliyyəti təhlil edilmiş və nəticədə məlum olmuşdur ki, müxtəlif vaxtlarda bir neçə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusundan aldığı pul qarşılığında onların tibb məntəqəsinə stasionar müalicəyə qəbul edilməsinə, həmçinin Cavabdeh Hərbi Hospitalına göndərilməsinə şərait yaratmışdır. Aparılan araşdırmanın nəticəsində hərbi qulluqçulardan izahatlar alınmış və iddiaçı özü etdiyi səhvi səmimi qəbul etmişdir.
8. Yuxarıda göstərilənlərlə əlaqədar iddiaçının atte stasiyası keçirilmişdir. Attestasiya komissiyası üzvləri onun bu kimi ciddi nöqsanlarının bağışlanılmaz olduğunu qeyd edərək, baş vermiş hadisənin ciddi olmasını nəzərə almışlar və iddiaçının “Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Cavabdehndə həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını məqsədəuyğun hesab etmişdir. 9. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 4 1.0.2. yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və «Azərbaycan R espublikası Silahlı X1»nin 61-ci bəndinin «z» yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) və yə ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum 41.0.9. öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə.
10. Cavabdeh rəisinin müavini-X2 xx.xx.N22-ci il tarixli 37 ş/h nömrəli əmri ilə hərbi qulluqçu İddiaçı «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xi dməti uyğunsuzluğa görə) müvafiq olaraq N02 nömrəli hərbi hissənin 4-cü sərhəd komendantlığının mühafizə və təminat tağımı rabitə qovşağının rəisi - qrup komandiri vəzifəsindən azad olunmaqla Cavabdehndə həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış 28 may N22-ci il tarixdən şəxsi heyətin siyasindən və bütün növ təminat normalarından çıxarılmaqla hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinə göndərilmişdir.
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci (iddia müddəti) maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati akt ın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin maddənin 2-ci bəndinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.
12. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi xahiş olunur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
13. İddiaçının nümayəndəsi xx.xx.N23-cü il tarixdə ərizə təqdim edərək iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün prosessual müddət ötürüldüyündən onu üzrlü hesab edərək bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Şirvan İnzibati Məhkəməsinin xx.xx.N23-cü il tarixli, 2-1(1N)-1477/N23 saylı qərardadı ilə iddiaçının “buraxılmış pr osessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməmiş, iddia mümkün sayılmamışdır.
15. Məhkəmə qeyd etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Cavabdeh Rəisinin xx.xx.N22-ci il tarixli əmrini xx.xx.N22-ci il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, bununla da qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, mübahisələndirilən əmr qəbul edildikdən sonra iddiaçı 1 ilə yaxın müddət ərzində `mübahisələndirməmişdir. Belə olan halda, kifayət qədər uzun müddət ərzində iddiaçının həmin əmr barədə məlumatlı olmaması əsaslı şübhə doğurur və inandırıcılıq baxımından ağlabatan mühakimə hesab edilə bilməz. Belə ki, işin araşdırılmış hallarından aydın olur ki, iddiaçının xx.xx.N22-ci ildən işləmədiyi müddət üzrə ona heç bir ödəniş, əmək haqqı ödənilməmişdir.
16. Həmçinin idd iaçı tərəfindən təqdim edilmiş iddiaçıya məxsus AO seriyalı, ******* saylı hərbi biletdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.0.6-cı maddəsinə uyğun olaraq Cavabdehndə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması və iddiaçının xx.xx.N22-ci il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsində hərbi qeydiyyata alındığı qeyd edilmişdir.
17. Qeyd olunmalıdır ki, ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə xx.xx.N11-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallard a isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
18. Göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqana qarşı iddianı sözügedən əmri aldıqdan (təqdim olunduqdan) 1 ilə yaxın vaxt keçdikdən sonra qaldırmışdır. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir.
19. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, işin mahiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.N23-cü il tarixli, 2-1(106)-280/N23 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.N23-cü i l tarixli, 2-1(1N)-1477/N23 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
22. İddiaçı apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin təkrara apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
23. Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə görə xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla) ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular ehtiyata buraxılırlar. Yəni qanunun mənasına görə, kadr zabitləri istisna olmaqla xidmət müdd əti başa çatmış və ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular öz arzuları ilə ehtiyata buraxılırlar.
24. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı xx.xx.N21-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmağı ilə əlaqədar yuxarı komandanlığa raportla müraciət etmişdir. Raport xx.xx.N21-ci il tarixdə DSX-də 2219 nömrə ilə qeydə alınmışdır. İddiaçı qanunun 41.0.1-ci maddəsinin tələblərinə müvafiq olaraq öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmalı olduğu halda, cavabdeh təşkilat tərəfindən qanunun tələbinə əməl edilməyərək, hərbi xidmətə yararsızlığa görə ehtiyata buraxılmışdır. Qəbul edilmiş həmin inzibati akt iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Lakin qərar qəbul edən məhkəmə işin bu hallarını nəzərə almadan, guya məhkəməyə müraciət etmək üçün prosessu al müddətin ötürülməsini əsas tutaraq iddianı mümkün hesab etməmişdir. Əgər iddiaçı həqiqətən məhkəməyə müraciət etmək üçün prosessual müddəti ötürmüşsə, qanunun tələbinə əsasən ötürülmüş prosessual müddət iddiaçının ərizəsi əsasında bərpa edilir. Bu baxımdan müddətin bərpası ilə əlaqədar iddiaçının verdiyi ərizə əsassız olaraq məhkəmə tərəfindən təmin edilməmiş və nəticə etibarı ilə iddiaçının hüquqları təkrar olaraq məhkəmə tərəfindən pozulmuşdur. Ən azından məhkəmə iddiaçının ərizəsini təmin edərək mahiyyəti üzrə qərar qəbul edə bilərdi. Apellyasiya məhkəmə pozulmuş hüquqları bərpa etməli olduğu halda, əsassız olaraq cavabdeh təşkilatın mənafeyinə uyğun qərar qəbul etmişdir. 25. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə görə xidmətə uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar.
26. Qanunun mənasından da məlum olduğu kimi, bu müddəa müddətli həqiqi hərbi xidmət qulluqçusu olduğuna görə iddiaçı barəsində tətbiq edilə bilməz. Cavabdeh təşkilat qanunun tələbini pozmuş, qərar qəbul edən məhkəmə də bunu nəzərə almamışdır. Cavabdeh təşkilat tərəfindən qəbul edilmiş inzibati akt qanunsuz və əsassızdır. Həmin inzibati aktın qəbul edilməsi ilə əlaqədar iddiaçının hüquqları pozulmuşdur. Qərar qəbul edən məhkəmə isə bunu nəzərə almamışdır. İddiaçı öz arzusuna əsasən hərbi xidmətdən ehtiyata buraxılmalı olduğu halda, hərbi xidmətə yararsızlığa görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı pozulmuş hüquqlarını n bərpası ilə əlaqədar məhkəməyə müraciət etsə də, məhkəmə tərəfindən pozulmuş hüquqların bərpası təmin edilməmişdir. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
27. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlə rin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələsində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.
28. Lakin qərar qəbul edən hər iki məhkəmə instansiyası qanunla üzərinə qoyulmuş vəzifələri yerinə yetirməmiş, əsassız olaraq cavabdeh tərəfi müdafiə edib qanunsuz nəticəyə gələrək iddia müddətinin keçməsi ilə əlaqədar iddianı mümkün hesab etməmişdir. Buna görə də hesab ki, hər iki məhkəmənin mövqeyi qanunauyğun deyildir. 29. “Hərbi vəzifə və hərbi xidmət haqqında “ Qanunun 40.3-cü maddəsinə görə Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar.
30. Qanunun mənasından da mübahisəsiz qaydada məlum olduğu kimi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq iddiaçı öz arzusu ilə ehtiyata buraxılmağı ilə bağlı müraciət etməyə hüququ olduğu kimi, cavabdeh təşkilatın da raportunun əsasında iddiaçını öz arzusu ilə ehtiyata buraxmağa borclu idi. Lakin qərar qəbul edən hər iki instansiya məhkəməsi qanunun tələbini nəzərə almamaqla hüquqlarımın pozulmasına səbəb olmuş əsassız qərar qəbul etmişdir. 31. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci bəndinə görə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156158-ci bəndləri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zaman ı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə, bu buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir.
32. Əsasnamənin müddəalarına müvafiq olaraq iddiaçı hərbi xidmətdən öz arzusu ilə ehtiyata buraxılmağa hüququnun olduğu halda, cavabdeh təşkilat tərəfindən hüquqları pozulmuşdur. İddiaçı iddia müddətini ötürmədiyi halda iddia müddətinin ötürülməsini əsas göstərərək apellyasiya şikayəti təmin edilməmişdir.
33. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32.1-ci maddəsinin tələbi pozulmuşdur. İddiaçı DSX-i tərəfindən göndərilmiş məktubu xx.xx.N22-ci il tarixdə almış, iddia ərizəsini isə xx.xx.N22-ci il tarixdə poçta təqdim etmişdir. İddia ərizəsinin verilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddətin bitməsinə 4 gün qalmış iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə poçta təqdim etmişdir. Lakin qərar qəbul edən hər iki məhkəmə işdəki bu halı nəzərə almamışdır.
34. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbi pozulmuşdur. İddiaçı öz arzusu ilə DSX-dən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalı olduğu halda, əsassız olaraq hərbi xidmətə yararsız olmağı əsası ilə işdən azad olunmuşdur. Göründüyü kimi, iddiaçının hüquqlarının pozulması ilə nəticələnən DSX tərəfindən qərar qəbul edilmiş, məhkəmələr isə bunu nəzərə almamışdır. Nəticədə mümkün olan iddianı mümkün hesab etməmiş və əsassız olaraq iddia müddətinin ötürülməsi ilə əlaqədar apellyasiya şikayətim təmin edilməmişdir.
35. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələb i pozulmuşdur. İddiaçı iddianın verilməsi üçün 30 günlük prosessual müddəti ötürməmişdir. Belə ki, iddiaçı DSX-dən ərizənin təmin edilməməsi barədə cavab məktubunu xx.xx.N22-ci tarixdə almış və iddia ərizəsini xx.xx.N22-ci il tarixdə poçta təqdim etmişdir. İddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün qanunda nəzərdə tutulmuş 30 günlük iddia müddətinin tamamına 4 gün qalmış iddia qaldırmışdır.
36. Beləliklə, iddiaçı müddəti ötürməmiş və iddianı vaxtında vermişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunur ki, iddiaçının mübahisələndirilən əmrin mövcudluğundan xəbərdar olmasını təsdiq edən bir neçə hal mövcuddur:
1. Əmrin elan edilmə tarixi (xx.xx.N21-ci il tarixli 27 №-li iclas protokolu);
2. Təyi natların qeydiyyatı kitabından çıxarış;
3. Hərbi qeydiyyata götürülmək üçün ARSHXÇDX-nin Biləsuvar rayon şöbəsinə göndərilmiş qısaldılmış şəxsi iş materiallarına aid müşayiət məktubu;
4. Hərbi biletdə olan qeydlərin mövcudluğu.
38. Birinci hala münasibətdə qeyd olunur ki, əmrin mütləq qaydada rəsmi olaraq yazılı formada təqdim edilməsi nəzərdə tutulmamışdır. Əksinə hərbi sahəni əhatə edən qanunvericiliklə əmrlərin elan edilməsi ilə bağlı kifayət sayda normalar mövcuddur. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 40.3-cü maddəsinə əsasən, zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları "Hərbi xidmətkeçmə haqqında" Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidm ətdən ehtiyata və ya istefaya buraxılırlar. 39. “Hərbi xidmətkeçmə haqqında" Əsasnamə:
14. Hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçular dinc dövrdə ehtiyata və ya istefaya buraxılırlar. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdə olmağın son yaş həddindən artıq hərbi xidmətdə saxlanılması barədə qəbul edilmiş qərar hərbi hissə komandirləri tərəfindən onlara şəxsən elan edilir.
96. Attestasiya komissiyasının heyəti (tutduqları vəzifələrə görə) müvafiq hərbi hissə komandirinin əmri ilə elan edilir.
115. Hərbi qulluqçulara məzuniyyət vermək hüququ hərbi hissə komandirinə (əmr vermək hüququ olan tabor (3-cü dərəcəli gəmi) komandirinin intizam hakimiyyətindən istifadə edən əlahiddə hissə komandirindən, onlara bərabər və onlardan yuxarı olanlara) aiddir. Məzuniyyətə getmək və mə zuniyyətdən qayıtmaq hərbi hissə üzrə əmrlə elan olunur.
138. Ezamiyyətlər hərbi hissə komandirinin əmri ilə hərbi hissə üzrə əmrlə elan edilməklə yerinə yetirilir.
165. Ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Müəyyən edilmiş hərbi xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının buraxılması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının Fərmanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinə müvafiq icra hakimiyyəti orqanının əmri ilə elan edilir.
40. Mübahisələndirilən iş üzrə söhbət xüsusi kateqoriya şəxs olan hərbi qulluqçudan gedir. Onların xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır və ona görə də hərbi xidmət xüsusi xarakter daşıyır. Bu onunla bağlıdır kı, hərbi qulluqçuların malik olduğu hərbi intizam onların yüksək şüurluluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Nəzərə alınmalıdır ki, hərbi intizamı və ictimai asayişi pozanların ictimai məzəmmət edilməsi məqsədilə zabitlərin, gizirlərin, miçmanların və müddətindən artıq xidmət hərbi qulluqçuların nalayiq hərəkətlərinə şərəf məhkəməsində baxılır kı, şərəf məhkəməsinin vəsatəti əsasında hərbi qulluqçunun ehtiyata buraxılması mümkündür.
41. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1712/NN saylı, xx.xx.NN-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ‘‘Qanunvericilikdə xidməti uyğunsuzluğa görə hərbi xid mətdən ehtiyata buraxılmış şəxslərə onların ehtiyata buraxılması barədə əmrin təqdim edilməsi nəzərdə tutulmamışdır. Belə ki, hərbi qulluqçulara ehtiyata buraxılma barədə əmrlər buraxılan hərbi hissə komandirləri tərəfindən elan olunur. Belə olan halda, hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi əmrdən həmin əmr ona elan olunduğu tarixdən 30 gün şikayət vermək hüququ olmuşdur."
42. Həm qüvvədə olan qanunvericilik, həmçinin oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi, onu göstərir ki, xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmış şəxslərə münasibətdə əmrlər buraxılan hərbi hissə komandirləri tərəfindən elan olunur ki, bununla də həmin şəxslər əmrin mövcudluğundan xəbərdar olurlar.
43. İş materiallarında olan xx.xx.N21-ci il tarixli, 27 №-li baş çavuş İddiaçı dinlənilmə iclasının protokolunun surətindən görünür ki, dinlənilmənin sonunda iddiaçının hərbi qulluqçuya yaraşmayan kobud intizam pozuntusuna yol verdiyi üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa) müvafiq olaraq DSX-də həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması məqsədəuyğun hesab edilmişdir. Qeyd olunan dinlənilmənin nəticəsi sabiq hərbi qulluqçuya elan edilmiş, dinlənilmənin mətni ilə tanış olmuş və şəxsən özü tərəfindən öz imzası ilə təsdiq etmişdir.
44. Göründüyü kimi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada mübahisələndirilən əmr iddiaçıya elan olunmuş və bu hal müvafiq olaraq iddiaçının özünün şəxsi imzası ilə rəsmiləşdirilmişdir. Beləliklə qeyd olunan bu hal, iddiaçı nın mübahisələndirilən əmrin mövcudluğundan xx.xx.N21-ci il tarixdən, yəni əmrin elan edildiyi tarixdən xəbərdar olduğunu təsdiq edən dəlillərdən biridir.
45. İkinci hala münasibətdə bildirilir ki, iş materiallarına əlavə olunmuş “Təyinatların qeydiyyatı kitabı”ndan görünür ki, iddiaçıya xx.xx.N22-ci il tarixdə təyinat vərəqəsi təqdim edilmiş və onu öz imzası ilə təsdiq etmişdir.
46. Üçüncü hala münasibətdə bildirilir ki, iddiaçı barəsində qəbul edilmiş əmr ilə bağlı məlumatlar hərbi biletində göstərilmişdir. Belə ki, iddiaçı ehtiyata buraxıldıqdan sonra şəxsi iş materialları xx.xx.N22-ci il tarixdə SHXÇDX-nin Biləsuvar rayon şöbəsinə göndərilmişdir (müşayiət məktubunun surəti qoşmaya əlavə edilir). İddiaçıya hərbi biletin təqdim edilməsi, hərbi biletində “Hərbi vəzifə və hərbi xidmət haqq ında" Azərbaycan Respublikasının Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa) müvafiq olaraq DSX-də həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması qeydi aparılmaqla onun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aidiyyəti Şöbəsində qeydiyyata alınması üçün əhəmiyyət kəsb edir ki, bununla da onun dolayısı yol ilə əmrdən xəbərdar olmasını təsdiq edən hallardan biridir.
47. Digər tərəfdən, nəzərə alınmalıdır ki, iddiaçı barəsində qəbul edilmiş xx.xx.N22-ci il tarixli, 37 ş/h №-li əmr hərbi qulluqçunun ehtiyata buraxılması ilə bağlı olduğundan, iddiaçının sözügedən əmr qəbul edildikdən sonra, növbəti iş günü ərzində müvafiq olaraq öz öhdəliklərini icra etməməsi, xidməti vəzifələrinin icrasına buraxılmaması o cümlədən, maddi təminatını almaması (əmək ha qqı, pul mükafatları) onun həmin əmrdən xəbərdar olmasını təsdiq edir
48. Yuxarıda qeyd olunan hər bir hal üzrə aparılmış təhlil ona dəlalət edir ki, iddiaçıya inzibati akt olaraq əmrin özü təqdim olunmasa da, ehtiyata buraxılması barədə rəsmi məlumat daşıyıcısı (təyinat vərəqi, hərbi bilet və sair) verilmişdir və həmin məlumat daşıyıcıları məzmununa etimad göstəriləcək dərəcədə mötəbər idi. Başqa sözlə, iddiaçı sözügedən əmri mübahisələndirmək üçün kifayətedici imkanlara malik idi. TƏTBİQ EDİLƏN HÜQUQ
49. İnzibati Prosessual Məcəllə: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, i ddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulm uş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
50. Kassasiya şikayət i vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
51. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
52. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.
54. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn halların tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
55. Məhkəmə kollegiyası nəzərə alır ki, şikayətin dəlilləri, əsasən mübahisənin mahiyyətinə aiddir və həmin dəlillər yalnız iddianın mümkünlüyünə dair məsələnin həllindən sonra yoxlanıla və qiymətləndirilə bilər. Buna görə də, məhkəmə kollegiyası işin mahiyyəti üzrə şikayətin dəlillərinə münasibət bildirməyə lüzum görmür.
56. İddianın prosessual müddətlə bağlı mümkünlüyünə dair şikayətin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, prosessual müddətin iddiaçı tərəfindən ötürüldüyünə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Belə ki, iddiaçı xx.xx.N22-ci il tarixli əmrlə hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra həmin əmrə müvafiq olaraq xx.xx.N22-ci il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsində qeydiyyata alınmı ş, bu barədə onun hərbi biletində müvafiq qeyd aparılmışdır. İddia ərizəsini poçt xidmətinə təqdim etdiyi xx.xx.N22-ci il tarixədək (yaxud həmin tarixdən 30 gün əvvələdək) iddiaçının həmin hərbi hissədə xidmətlə hər hansı bağlılığı olmamışdır. Bunun əksini təsdiq edən hər hansı sübut işdə yoxdur. Başqa sözlə, iddiaçının xidmətdən azad edildiyi barədə ən geci xx.xx.N22-ci il tarixədək tam məlumatlı olmuşdur.
57. Prosessual müddətin bərpası barədə ərizəyə gəldikdə, İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.
58. Prosessual müddətin bərpasına dair ərizənin məzmunundan göründüyü kimi, iddiaçı müddətin üzrlü səbəblərdən ötürüldüyünə dair heç bir dəlil göstərməmiş, ərizə əsaslandırılmamışdır.
59. Xidmətdən ehtiyata buraxıldığı vaxtdan başlayaraq iddiaçının sərəncamında 30 gün sərbəst müddət olmuşdur. Həmin müddətdən istifadə etmək imkanını mümkünsüz edən və iddiaçının iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır.
60. Beləliklə, prosessual müddətin buraxılmasında iddiaçı təqsirsiz olmamışdır.
61. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
62. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.N23-cü il tarixli, 21(106)-280/N23 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.