Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1308/2025 25.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ezamiyyə xərclərinin ödənilməsi; iddianın mümkünsüzlüyü, iddia müddətinin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə qarşı “N8-2013-cü illər üzrə ona ödənilməli olan ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin - 50350 (əlli min üç yüz əlli) manat vəsaitin pul kompensasiyası olaraq tutulub ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 yanvar 2025-ci il tarixli, 2-1(105)-219/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “N8-2013-cü illər üzrə iddiaçıya ödənilməli olan ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin - 50350 (əlli min üç yüz əlli) manat vəsaitin pul kompensasiyası olaraq tutulub iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üz ərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, N1-ci ildə “C.Naxçıvanski” adına Hərbi Liseyi, N5-ci ildə isə “Heydər Əliyev” adına Azərbaycan Ali Hərbi Məktəbini bitirməklə, zabit olaraq uzun illər Azərbaycan Ordusunda xidmət etmişdir. Vətən Müharibəsinin iştirakçısıdır, bir sıra medallarla təltif edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli, 0546 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən polkovnik-leytenant rütbəsində hərbi geyim formasını daşımaq hüququ verilməklə ehtiyata buraxılmışdır. N82013-cü illər ərzində xidmətdə olduğu Salyan rayonu ərazisində yerləşən N saylı hərbi hissədən Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yerləşən N saylı hərbi hissəyə hər ayı ayrı-ayrılıqda əhatə edən əmrlərlə ezamiyyətə göndərilmiş və həmin müddəti tam olaraq ezamiyyətdə keçirmişdir. Ezamiyyətdə olduğu dövrdə ona gündəlik 5 (beş) manat olmaqla, “səhra pulu” deyilən ödəniş edilsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 25 yanvar N8-ci il tarixli, 14 nömrəli Qərarı ilə nəzərdə tutulmuş (müvafiq illərə uyğun əlavələr də nəzərə alınmaqla) gündəlik ezamiyyə xərci normasını təşkil edən vəsaitlər ödənilməmişdir. Onun şifahi tələblərinə baxmayaraq bu ödənişlər edilməmiş, nəticədə o, ezamiyyətdə olduğu dövrdə qanunvericiliklə nəzərdə tutulmuş ödənişi tam həcmdə almamaqla, maddi ziyan çəkmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ərizə ilə müraciət edər ək, N saylı hərbi hissədə ezamiyyətdə olduğu N8-2013-cü illər ərzində ödənilməli olan ezamiyyə xərcləri üçün gündəlik normanı təşkil edən vəsaitlərin qeyd edilən tarixlərə uyğun olaraq hesablanmaqla, maddi ziyanın əvəzi kimi pul kompensasiyası formasında ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-25-19/2-Ə-13xx-xx/2024 nömrəli məktubla onun ərizəsinin təmin olunmasından imtina edilmişdir. Aşağıdakılara əsasən ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin pul kompensasiya formasında ona ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 25 yanvar N8-ci il tarixli, 14 nömrəli Qərarının mübahisəl i hüquq münasibətlərinin yarandığı zaman, yəni N8-2011-ci və 2011-2013-cü illərdə qüvvədə olan 1-ci bəndinə əsasən ezamiyyə xərclərinin 1 günlük norması N8-2011-ci illər üzrə Sumqayıt şəhərində 25 (iyirmi beş) manat, 2011-2013-cü illər üzrə isə Sumqayıt şəhərində 50 (əlli) manat təşkil etmişdir. Qeyd edilən müddət üzrə ona gündəlik 5 (beş) manat vəsaitin ödənildiyini nəzərə aldıqda, N8-2011-ci illər üzrə ödənilməmiş ezamiyyə xərcinin gündəlik norması faktiki 20 (iyirmi), 2011-2013-cü illər üzrə isə faktiki 45 (qırx beş) manat təşkil edir. İllər üzrə hesabladıqda ümümilikdə ona 64415 (altmış dörd min dörd yüz on beş) manat kompensasiya ödənilməlidir. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Qanunla onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, onun müraciətindən sonra həmin Qa nunun tələblərinə uyğun olaraq inzibati icraat aparsa da, bunu qanunvericiliyin tələb etdiyi qaydada həyata keçirməmiş, qaldırdığı tələbin təmin olunmasından əsassız və qanunsuz şəkildə imtina etmişdir. İmtina üçün cavabdeh tərəfindən göstərilmiş xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş Müdafiə nazirinin xx.xx.N2ci il tarixli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamə”nin 10-cu maddəsinin tələbləri hazırkı inzibati icraata şamil edilə bilməz. Belə ki, o, hazırda xidmətdə olan hərbi qulluqçu deyil və qeyd edilən Əsasnamə adından da göründüyü kimi, Silahlı Qüvvələrin xidmətdə olan hərbi qulluqçularının pul təminatı məsələlərini əhatə edir. Digər tərəfdən, aşağıda istinad ediləcək maddi hüquq normaları xidmət dövrün də ona vurulmuş ziyanın kompensasiya edilməsi və bununla da, qanuni mənafeyini müdafiə etmək hüququnu təsbit edir. Cavabdehin imtina məktubunda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə istinad etməklə iddia müddətinin 3 il olması ilə bağlı mövqeyi də əsassızdır. Belə ki, onun cavabdeh qarşısında tələbi qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməli olan pul vəsaitinin sahibi kimi hüquqlarının pozulmasının aradan qaldırılmasına yönəldildiyindən, Mülki Məcəllənin 384.0.4-cü maddəsinin tələbləri baxımından, bu tələbə iddia müddəti tətbiq oluna bilməz.
3. Cavabdeh iddia ərizəsinə etirazda qeyd etmişdir ki, iddiaçı N8-2013-cü illərdə müxtəlif yerlərdə ezamiyyətlərdə olduğunu və ona ezamiyyə xərclərinin ödənilmədiyini bildirir. “Azərbaycan Respublikası Silahlı Qüvvələri nin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların pul təminatı həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. Müdafiə Nazirliyinin hərbi qulluqçularına verilən pul təminatı, Müdafiə nazirinin xx.xx.N2-ci il tarixli 220 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnamə və Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnamə ilə tənzimlənir. Qeyd olunmuş Əsasnamələrin tələblərinə uyğun olaraq, hərbi qulluqçulara verilməli ol an və vaxtında ona ödənilməmiş və ya lazımi miqdardan az ödənilmiş pul təminatı hərbi qulluqçuların pul təminatı almaq hüququna malik olduqları bütün dövr ərzində, lakin pul təminatı almaq üçün edilən müraciətdən üç il əvvəldən çox olmayan müddətdə ödənilir. Birdəfəlik pul təminatı, əgər almaq üçün edilən müraciət ona olan hüququn yarandığı gündən üç il keçməmiş müddət başa çatmayanda verilmişsə, ödənilir. İddiaçı hərbi xidmətdə olduğu vaxt, eləcə də 2022-ci ildə hərbi xidmətdən ehtiyata buraxılana qədər olan müddət ərzində hüquqlarının pozulduğu barədə iddia qaldırmamışdır. İddiaçının mübahisələndirdiyi məsələ N8-2013-cü illərə aid olsa da o, 11 il keçdikdən sonra, iddia qaldıraraq 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Yuxarıda göstərilən Əsasnamənin tələblərinə uyğun olaraq və müddətdən 11 ildən 16 ilə qədər vaxt keçdiyini, həmçinin, təsdiqedici sənədlərin (cədvəllərin) saxlama müddətinin bitdiyini nəzərə alaraq, tələbdə qeyd edilən ezamiyyə xərclərinin ödənilib-ödənilməməsinin araşdırılması və baxılması mümkün deyildir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.N1-ci il tarixli Qərarında göstərilmişdir: “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nətic ələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir”. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 377-ci maddəsinə gör,ə iddia müddətinin başlanması, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunması məhkəmədən xahiş edilmişdir.
4. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: R.T.Həsənov) 16 dekabr 2024-cü il tarixli 2-1(118)-6046/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
5. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı prosessual müddəti ötürdüyü üçün iddia mümkün sayılmamalıdır. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 220 nömrəli əmr ilə təsdiq edilmiş Əsasnamə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli, 22 nömrəli əmri ilə ləğv edilmiş və qeyd olunan yeni Əsasnamənin 39.6.3-cü bəndinə əsasən, pul təminatının ödənilməsinə əmsallar tətbiq olu nan hərbi qulluqçulara səhra pulları ödənilmir. Nəzərə alınmalıdır ki, səhra çıxışları ilə əlaqədar ezamiyyə xərclərinin ödənilməsi üçün iddiaçı xidmət etdiyi dövrdə müraciət etməyibsə, iddia müddətindən 10 ildən çox bir zaman keçdikdən sonra müraciəti əsassızdır. İşin araşdırılan hallarından görünür ki, iddiaçı xidmət etdiyi dövr üçün səhra çıxışları və ya ezamiyyə xərcləri əvəzinə “Taktiki xüsusi təlimlərə” cəlb edilməsinə görə rütbə və vəzifə maaşlarına 2 dəfədən 4 dəfəyədək artım əmsallarını almış, bu artımların “səhra pullarından” artıq olduğunun fərqində olmuş və artımları dayandıraraq, “səhra pulları”nın ödənilməsinə dair cavabdehə heç bir müraciəti daxil olmamışdır. Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Göründüyü kimi, iddiaçı imperativ xarakter daşıyan qanunun tələbinə riayət etməmiş və məhkəmədə iddia qaldırmaq müddətini üzrlü səbəb olmadan ötürmüşdür.
6. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması və iddia tələbinə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: T.B.Axundov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və V.M.Hacıyev) 21 yanvar 2025ci il tarixl i, 2-1(105)-219/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-1(118)-6046/2024 nömrəli qərardadı qismən (İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə qarşı “2011-2013-cü illər üzrə iddiaçıya ödənilməli olan ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin (kompensasiyanın məbləği müəyyənləşdirilməklə) - cavabdehdən tutularaq ona ödənilməsi”nə dair hissəsində) ləğv edilmiş, ləğv edilən hissədə iddiaya yenidən baxılması üçün inzibati işin həmin məhkəməyə göndərilməsi, qərardadın qalan hissədə (İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə qarşı “N8-2010-cu illər üzrə iddiaçıya ödənilməli olan ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin kompensasiyası olaraq cavabdehdən tutularaq ona ödənilməsi”nə dair tələb hissəsində) dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsinin qərardadı “N8-2010-cu illər üzrə iddiaçıya ödənilməli olan ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin kompensasiyası olaraq cavabdehdən tutularaq ona ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etmişdir ki, N8-2010-cü illər üçün ezamiyyə xərclərinin əvəzi olaraq pul kompensasiyasının alınmasına dair iddiaçının hüququ 2011-ci ilə qədər, yəni İnzibati Prosessual Məcəllə qanuni qüvvəyə minənə qədər yaranmışdır, o zaman isə sözügedən məsələlərin həlli Mülki Prosessual Məcəllənin 27-ci fəsli ilə tənzimlənirdi ki, orada da iddia müddəti 1 (bir) ay müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin qüvvədən düşmüş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Bu səbəbdən iddia tələbinin “N8-2010cu illər üzrə iddiaçıya ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin kompensasiya olaraq ödənilməsi” hissəsində iddia müddəti ötürüldüyündən, iddianın həmin hissədə mümkün sayılmaması əsaslı olmuşdur. Məhkəmə kollegiyası iddia tələbinin 2011-2013-cü illər üzrə iddiaçıya ezamiyyə xərclərinin ödənilməmiş hissəsinə münasibətdə kompensasiya olaraq ödənilməsi hissəsinə münasibətdə isə aşağıdakıları qeyd etmişdir. İnzibati Pro sessual Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin, inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında iddiadır. Qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, öhdəliyin icrası haqqında iddialarda iddianın verilməsi üçün müddət müəyyən edilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və sair) də mövcudluğu yoxlanılmalıdır. Yəni, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən öhdəliyin icrası haqqında iddialara münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının ilkin olaraq öz tələbi ilə bağlı inzibati orqana müraciət etməsi şərti də ödənilmiş olmalıdır. İş materiallarına ə lavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, cavabdeh “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq və müddətdən 11 ildən 16 ilə qədər vaxt keçdiyini və təsdiqedici sənədlərin saxlanma müddətini nəzərə alaraq iddiaçının ərizəsində qeyd edilən ezamiyyə xərclərinin ona ödənilməsi və araşdırılmasının mümkün olmamasını göstərmişdir. Bu isə o deməkdir ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq olaraq cavabdeh inzibati orqana müraciət etmişdir. Belə olan halda, inzibati orqana müraciət ilə bağlı xüsusi mümkünlük şərti ödənilmişdir. Hazırkı iş üzrə iddia tələbinin həmin hissədə mümkün sayılmaması üçün hazırkı şərtlərdə əsaslar mövcud deyil. Belə ki, iddiaçı tərəfindən müvafiq olaraq cavabdeh inzibati orqana müraciət edilmiş, imtina məktubu alınmışdır. Hazırkı iddia tələbi üzrə cavabdeh inzibati orqan düzgün müəyyən edilməmişdir. Belə ki, işin hallarından görünür ki, iddiaya cavab verməli orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi deyil, Azərbaycan Respublikası Müdafiə Nazirliyi olmalı idi. Bu səbəbdən məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilməklə, hazırkı iddia tələbi üzrə cavabdeh inzibati orqan düzgün müəyyən edilməlidir.
9. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın qismən -“N82010-cu illər üzrə iddiaçıya ödənilməli olan ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin kompensasiyası olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair tələbin mümkün sayılmaması” hi ssəsində ləğv edilməsi, iddianın həmin hissədə də mümkün sayılması və mahiyyəti üzrə baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin “N8-2010-cu illər üçün iddiaçıya ödənilməli olan ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin kompensasiya olaraq cavabdehdən tutularaq ona ödənilməsi” hissəsinə dair mövqeyi ilə bağlı qeyd edilməlidir ki, məhkəmə birinci instansiyası məhkəməsinin qərardadından verdiyi apellyasiya şikayətində əks olunmuş aşağıda qeyd edilən dəlilə, ümumiyyətlə, münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384-cü maddəsi iddia müddətinin şamil edilməd iyi tələbləri təsbit edir. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrum etmə ilə birləşdirilmiş olmasalar belə, iddia müddəti şamil edilə bilməz (Mülki Məcəllənin 384.0.4-cü maddəsi). İddia tələbindən isə aydın şəkildə görünür ki, iddiaçı onun sahib olduğunu bildirdiyi, lakin hüququ pozularaq ona ödənilməmiş ezamiyyə xərclərinin hesablanaraq ödənilməsini tələb edir. Bu səbəbdən, hazırkı mübahisə üzrə iddianın verilməsi üçün müddətin ötürülüb-ötürülməməsi ilə bağlı məsələni Mülki Prosessual Məcəllənin qüvvədən düşmüş 298-ci maddəsi, yaxud bütövlükdə İnzibati Prosessual Məcəllə qüvvəyə minənə qədər tətbiq edilən Mülki Prosessual Məcəllənin 27ci fəsli kontekstində qiymətləndirmək əsaslı hesab edilə bilməz.
11. Apellyasiya instansiyası məhkəməsi qərardadın mübahisələndirilən hissəsi üzrə gəldiyi qənaətlə işi tam, hərtərəfli və obyektiv şəkildə araşdırmadan bərabərlik prinsiplərini də pozmuşdur. Belə ki, iddiaçı ilə eyni dövrdə, eyni hərbi hissədə xidmət etmiş və eyni hərbi hissəyə ezam edilmiş digər hərbi qulluqçu X1 N8-2010-cu illər ərzində ödənilməmiş ezamiyyə xərclərinin ödənilməsi tələbi ilə 2014-cü ildə məhkəməyə müraciət etmiş, nəticə etibarilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 fevral tarixli, 2-1(103)99/15 nömrəli qərarı (bu qərar iddiaçı tərəfindən məhkəməyə təqdim edilərək iş materiallarına əlavə olunmuşdur) əsasında ezamiyyə xərcləri Müdafiə Nazirliyi tərəfindən ona ödənmişdir. Həmin işdə də məhkəmə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qeyd edilmiş iddia müddətinin ötürülməsi ilə bağlı dəlilini Mülki Məcəllənin 384.0.4-cü maddəsinə istinad etməklə rədd etmişdir. Qeyd edilən dəlil birinci instansiya məhkəməsinin qərardadından verilmiş apellyasiya şikayətində əks olunsa da, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası onu da qiymətləndirməmiş və ona münasibət bildirməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizl iyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün mü ddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (q ərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qar şı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hal ları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar....
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növl əri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin qərarı qismən - “N8-2010-cu illər üzrə iddiaçıya ödənilməli olan ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin kompensasiyası olaraq cavabdehdən tutularaq ödənilməsi”nə dair tələbin mümkün sayılmaması” hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
19. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
20. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, N8-2010-cu illər üçün ezamiyyə xərclərinin əvəzi olaraq pul kompensasiyasının alınmasına dair iddiaçının hüququ 2011-ci ilə qədər, yəni İnzibati Prosessual Məcəllə qanuni qüvvəyə minənə qədər yaranmışdır, o zaman isə sözügedən mübahisələrin həlli Mülki Prosessual Məcəllənin 27-ci fəsli ilə tənzimlənirdi ki, orada da iddia müddəti 1 (bir) ay müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin qüvvədən düşmüş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlı ğının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 (bir) ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Bu səbəbdən, iddia tələbinin “N8-2010-cu illər üzrə iddiaçıya ezamiyyə xərclərinin ödənilməmiş hissəsinin pul kompensasiyası olaraq ödənilməsi hissəsi” ilə bağlı iddia müddəti ötürüldüyündən iddianın həmin hissədə mümkün sayılmaması əsaslı olmuşdur.
21. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizl iyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığı üçün belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.
22. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
23. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 yanvar 2025-ci il tarixli, 2-1(105)-219/2025 nömrəli qərardadı mübahisələndirilən, yəni ““N8-2010-cu illər üzrə ödənilməli olan ezamiyyə xərclərinin ödənilməmiş hissəsin in kompensasiyası olaraq tutulub ödənilməsi”nə dair tələbin mümkün sayılmaması” hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.