Məhkəmə qərarları › İş №2-1(102)-1309/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1309/2021

28.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1309/2021 28.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 13 saylı regional ərazi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müharibə veteranları üçün müavinət, müharibə veteranı vəsiqəsinin verildiyi vaxtdan əvvəlki üç il üçün müavinətin ödənilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadən ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon filialına (hazırda 13 saylı regional ərazi filialı) qarşı 19.12.2015-ci il tarixdən - 19.12.2018-ci il tarixə kimi müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-178/2021 nömrəli, 19.04.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə 28 iyul 2021-ci tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi ilə bağlı olaraq iddiaçıya Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 19 dekabr 2018-ci il tarixdə 084955 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdi r və həmin tarixdən müharibə veteranı kimi ona sosial müavinət ödənilir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli, 641 nömrəli Fərmanına uyğun olaraq iddiaçıya təyin edilmiş müavinət 01.04.2019-cu il tarixdən 80 manat məbləğində Prezident təqaüdü ilə əvəz edilmişdir.

2. İddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciətində 19 dekabr 2018-ci il tarixdən əvvəlki üç illik müddət üçün aylıq sosial müavinətin hesablanaraq birdəfəyə ödənilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtina edilmişdir. Cavabdeh imtina barədə məktubunda bildirmişdir ki, “Sosial müavinətlər haqqında” Qanunun tələblərinə uyğun olaraq, iddiaçıya veteran vəsiqə si verildiyi 19 dekabr 2018-ci il tarixdən müvafiq müavinət təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı məhkəmədə iddia qaldıraraq 19 dekabr 2015-ci il tarixdən 19 dekabr 2018-ci il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o Azərbaycan Respublikası Silahlı Qüvvələri tərkibində həqiqi hərbi xidmət keçmiş, müxtəlif döyüş əməliyyatlarında iştirak etmişdir. Ona 19 dekabr 2018-ci il tarixdə veteran vəsiqəsi verilmişdir, beləliklə də o, müharibə veteranları üçün qanunvericiliklə nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququ əldə etmişdir. B una uyğun olaraq ona üç illik müvafiq müavinətin bir dəfəyə ödənilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh əsassız olaraq onun müraciətini təmin etməmişdir.

5. Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2-1(116)-267/2021 nömrəli qərarı ilə (hakim – İlqar Cabbarov) iddia təmin edilmiş, iddiaçıya 19 dekabr 2015-ci il tarixdən 19 dekabr 2018-ci il tarixədək olan müddət üzrə müharibə veteranları üçün qanunla müəyyən edilmiş sosial müavinətin birdəfəlik ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

6. Məhkəmə “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsini rəhbər tutaraq hesab etmişdir ki, iddiaçı tələbində haqlıdır və onun iddiası əsaslıdır. İddiaçıya 19 dekabr 2018-ci il tarixdən müharibə veteranı statusu verilmişdir və mövcud qanunvericiliyə əsasən ən çoxu müraciət etməzdən əvvəlki üç il müddət üçün qeyd olunan sosial müavinət hesablanaraq ona ödənilməlidir

7. Cavabdeh həmin qərardan apelyasiya şikayəti vermişdir. b. Apelyasiya instansiyası məhkəməsində icraat

8. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2021-ci il tarixli, 21(107)-178/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Rövşən Rəfiyev, hakimlər – Vəzirxan Məlikov və İmanverdi Şükürov) cavabdehin şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2-1(116)-267/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. Apelyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı mübahisənin müəyyən olunmuş hall arına və sosial müavinətlər haqqında qanunvericiliyin tələblərinə uyğundur.

11. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 4-cü bənd inə görə, vətəndaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən ona veteranlar üçün nəzərdə tutulmuş sosial müavinət ödənişi həyata keçirilir. 13. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq müharibə veteranı adı almış şəxs ancaq müharibə veteranı vəsiqəsini əldə etdikdən sonra nəzərdə tutulmuş güzəştlərdən istifadə edə bilər. Müharibə veteranlarına sosial müavinət ödənişinin həyata keçirilməsi üçün müharibə veteranı vəsiqəsi təqdim edilməlidir. Bu səbəbdən, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi tətbiq edilərkən məhkəmələr tərəfindən həmin günün şəxsin müharibə veteranı vəsiqəsi aldığı gün kimi şərh edilməməsi yanlışdır və qanunvericiliyin tələblərinə ziddir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

16. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsi nin 3-cü və 4-cü bəndlərinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

18. Həmin maddənin 4-cü bəndinə görə, təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. 19. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 37 manat məbləğində sosial müavinət təsis edilmişdir.

20. Azərbaycan Respublikası Prezidentinin 05.07.2018-ci il tarixli, 168 nömrəli F ərmanına əsasən sözügedən müavinətin məbləği 55 manat müəyyən edilmiş, Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli, 640 nömrəli Fərmanı ilə həmin yarımbənd ləğv edilmişdir.

21. Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli, 641 nömrəli Fərmanı ilə 01.04.2019-cu ilədək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. 22. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.

23. Həmin Qanunun müddəalarına müvafiq olaraq veteran vəsiqəsi veteran statu sunu təsdiq edən sənəddir.

24. Müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin və həmin Əsasnamənin Silahlı Qüvvələrə tətbiqinə dair Müdafiə Nazirinin 4 saylı, 06 yanvar 1998-ci il tarixli Əmri ilə təsdiq edilmiş ‘Təlimat’ ın tələblərinə uyğun olaraq verilir. 25. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq müavinətlər, müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcə lləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

27. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti mümkündür. Kassasiya şikayəti formal tələblərə uyğundur, lazımi qaydada əsaslandırılmışdır və şikayətçinin tələbləri gös tərilmişdir.

29. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə qərarının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Məhkəmə kollegiyası qeyd edi r ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

32. Məhkəmə kollegiyası qeyd edir ki, bu qərarın 17-20-ci bəndlərində göstərilən normalara əsasən hər bir vətəndaşın qanunla nəzərdə tutulmuş hallarda sosial təminat hüququ vardır. Qanunvericiliyə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və müharibə veteranı adı almış şəxslər üçün 55 manat məbləğində sosial müavinət müəyyən olunmuşdur.

33. Hazırkı qərarın 21-ci bəndində göstərilənlərə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edildikdən sonra, müharibə veteranlarına sözügedən müavinət in verilməsi dayandırılmış, onun əvəzində həmin təqaüdün ödənilməsinə başlanılmışdır.

34. Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edildiyi tarixdən, yəni 01 aprel 2019-cu il tarixindən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə həmin vəsiqənin alındığı tarixdən əvvəlki üç illik müddət üçün müavinətin verilməsindən imtina edilir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 19 may 2020-ci il tarixli, 2-1(102)-1133/2020 nömrəli qərarı). Lakin həmin tarixdən əvvəl müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə münasibətdə isə işin halları nəzərə alınmaqla “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi tətbiq edilir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 11 avqust 2020-ci il tarixli, 2-1(102)1563/2020 nömr əli qərarı).

35. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından da göründüyü kimi, iddiaçı 19 dekabr 2018-ci il tarixdə, yəni Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilməmişdən əvvəl müharibə veteranı adı və vəsiqəsi almışdır. Bu baxımdan ona münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmalıdır.

36. Hazırkı qərarın 25-ci bəndində göstərilən normanın məzmunundan aydın olur ki, aylıq müavinətlər ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. 37.İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etdiyinə görə ona Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 19 deka br 2018-ci il tarixində müharibə veteranı vəsiqəsi verilmişdir. “Sosial müavinətlər haqqında” Qanun isə 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir. Odur ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən iddiaçının müraciət etməzdən əvvəlki 3 il üçün ona təyin olunmuş müavinəti tələb etmək hüququ vardır.

38. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya müharibə veteranı vəsiqəsi aldığı tarixdən əvvəlki üç il üçün müavinətin ödənilməsindən imtinası qanuna zidd olmuş və iddiaçının “Sosial müavinətlər haqqında” Qanunda və Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

39. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2021-ci il tarixli, 21(107)-178/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar